Şubay Cavad oğlu Nuruzadə


Cənubi Hindistanda Britaniya ağalığının bərqərar



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə34/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   30   31   32   33   34   35   36   37   ...   142

100 

Cənubi Hindistanda Britaniya ağalığının bərqərar 

edilməsi və İngilis-Maysur müharibələri 

 

Britaniya 

hökuməti Hindistanın digər əyalətlərində olduğu 

kimi ölkənin cənub əyalətlərində də ağalıq sistemini güclən-

dir

məyə başladı. 



1784-

cü ildə qəbul edilmiş Pitti qanununun maddələrin-

dən birində deyilirdi ki, "Hindistanda yeni ərazilər zəbt etmək 

və  bunları  genişləndirmək  planlarının  həyata  keçirilməsi  in-

gilis 

millətinin arzusuna, şərəfinə və siyasətinə ziddir". Am-

ma əslində belə deyildi, torpaq zəbt etmək ingilislərin ən bö-

yük amalı idi. Bununla yanaşı öz siyasətləri, vədləri ilə əməl-

ləri  arasında  daima  uçrum  olan,  sözləri  ilə  əməlləri  uyğun 

gəlməyən siyasətləri qılıncdan da iti olan ingilislərin bu qanu-

n

u yeni qəsbkarlıq müharibələrinə hazırlıq işini yalnız pərdə-



ləmək üçün bir "bəyannamə" idi. İngilislərin sözü ilə əməlləri 

ara


sında  çoxlu  uyğunsuzluq  var  idi.  Odur ki, 90-cı  illərdə 

Britaniya hökumətinin müstəmləkəçilik planlarının reallaşdı-

rılmasında müharibə əsas vasitə olaraq qalırdı. Bu müharibə-

lərdən ən dəhşətlisi Maysura qarşı aparılan müharibə idi. 

Belə bir şəraitdə Maysura qəti zərbə vurmağa hazırlaşan 

Ost-


Hind  kompaniyası  cənubi  maratxa  knyazlıqları  və  Hey-

dərabad  ilə  “müdafiə  hücumu”  haqqında  müqavilə  imzaladı 

və xalqları qarşı-qarşıya qoydu. 

Bu dövrdə paralel olaraq 1790-1792-ci illəri əhatə edən 

üçüncü ingilis-Maysu

r  müharibəsi  gedirdi.  Müharibənin  əv-

vəllərində ağır zərbələr altında ingilis ordusu geri çəkilməyə 

məcbur  olmuşdu.  Lakin,  maratxaların  10  minlik  ordusunun 

mühari

bəyə  qoşulması,  Ost-Hind  kompaniyasının  qüvvələ-



rinin  üstünlüyünü 

ingilislərin  xeyrinə  dəyişdirdi.  Xatırladaq 

ki, maratxalılar Ost-Hind kompaniyası ilə müttəfiq idi. İngilis 

ordusu Maysurun 

paytaxtı Serinqapatam şəhərini mühasirəyə 

alaraq 


və  Tipu-Sultanı  sülh  müqaviləsi  bağlamağa  məcbur 

etdi. 1792-ci 

il müqaviləsinə görə Maysur öz ərazisinin yarı-

sını  itirdi  və  33  milyon  rupi  məbləğində  təzminat  verməyə 

məcbur oldu. Lakin bu məğlubiyyətə baxmayaraq, bu dəfə də 

təzminat ödəmək yolu ilə Maysur öz istiqlaliyyətini qoruyub 

saxlaya bildi.  

Ən başlıcası isə Maysur Cənubi Hindistanda xarici işğal-

çılara və onların əlaltılarına qarşı mübarizə aparan qüvvələri 



101 

özünə cəlb edən mərkəzə çevrildi. Qələbə uğrunda vuruşma-

ya  hazırlaşan  Maysur  Sultanı  həmçinin  ingilislərlə  ittifaq 

yaratmağa çalışırdı və ikili siyasət yeridirdi. Bu məqsədlə o, 

1796-1798-

ci illərdə Heydərabad, Maratxa knyazlıqlarına və 

Əfqanıstana  bir  sıra  nümayəndəliklər  göndərdi.  O, 

Na

poleonla  əlaqəyə  girdi  və  Napoleon  ona  hərbi  yardım 



stərməyi vəd etdi, amma Fransa öz vədinə əməl etmədi.  

İlhaq  siyasətinin  qızğın  tərəfdarı  olan  Fransa  inqilabı 

ideyala


rının  qəddar  düşməni  Uelsli  1798-ci  ildə  Hindistana 

general-quberna

tor təyin edildi. O, Maysura qarşı yeni müha-

ri

bə planı hazırlamağa başladı. Amma daha çevik siyasət ye-



nidən Ost-Hind kompaniyası 1798-ci ildə Heydərabad hakimi 

ilə  yeni  müqavilə  bağladı.  Fransız  zabitləri  knyazlıqdan  qo-

vuldu, qo

şunlar isə tərksilah edildi. İngilis zabitlərinin rəhbər-

liyi 

altında saxlanılan qoşunun təminatı üçün əyalət haki-mi 



hər il Ost-Hind kompaniyasına 2,5 milyon rupiyə qədər xərac 

ödəməyi və xarici siyasətdə ingilislərin məsləhətlərini rəhbər 

tutmağı öhdəsinə götürdü. 

Nəhayət, dördüncü ingilis-Maysur müharibəsi də törədil-

di ki, 

bu müharibə 1799-cu ilin fevralından mayınadək davam 



etdi. Şiddətli küçə vuruşmalarından sonra paytaxt Serinqapa-

tam 1799-cu il 

mayın 4-də süqut etdi. Maysur-Sultanı döyüşdə 

həlak oldu. 

Ost-

Hind kompaniyasının qoşunları paytaxtı darmadağın 



edib, 

əhaliyə şiddətli divan tutdular. Heç də tam olmayan mə-

lu

mata görə, ingilislərin əldə etdiyi qənimət bir milyon funt 



sterlinqdən  çox  idi.  1799-cu ilin yayında  Ost-Hind kompa-

niyası Maysur  ərazisinin  bölüşdürülməsi  haqqında müqavilə 

imzala

dı. 


Bu  məğlubiyyətə  baxmayaraq  xalq  kütlələri  hələ  də 

düşmənə  qarşı  silahı  yerə  qoymamışdı.  Nəhayət,  Maysurda 

Dundia  Vaqxın  rəhbərliyi  altında  yeni bir üsyan  baş  verdi. 

Üsyan 


əsasən xarici işğalçılara qarşı çevrilmişdi. İngilis müs-

təmləkəçiləri bu üsyanı çətinliklə yatırdılar. XIX əsrin əvvəl-

lərində mübarizə yeni mərhələyə daxil oldu. Xalq kütlələrin-

dən  qorxan Ost-Hind kompaniyası Maysuru  vassal  knyazlıq 

vəziyyətində saxlamağa məcbur olsa da Maysurun əsil ağaları 

yenə də ingilislər idi. 




102 

Müstəqil Maysur dövlətinin məğlub edilməsinin ingilis-

lər  üçün  böyük  əhəmiyyəti  var  idi.  Belə  ki,  Ost-Hind kom-

paniyası Hindistanın bütün cənub əraziləri üzərində ağalığını 

bərpa  etmişdi.  Hind  okeanı  sahillərində  ən  mühüm  strateji 

möv


qelər  ələ  keçirilmişdi.  Nəticədə  ingilislərlə  rəqabət 

aparan  fransızların  itirmiş  olduğu  mövqelərini  bərpa  etmək 

planlarına qəti zərbə duruldu. 

 

XIX əsrin əvvəllərində Hindistanda müstəqil dövlətlər 

 

Aparılan  müharibə  nəticəsində  İngiltərə  Maysuru  məğ-



lub et

məklə hələlik yalnız bir güclü rəqibini və yerli düşmə-

nini 

mübarizə meydanından çıxarmış oldu. Bu hadisədən son-



ra müstəmləkəçilərə qarşı mübarizə aparmaq siqx monarxiya-

sı və maratxa konfederasiyasının üzərinə düşürdü. XVIII əs-

rin  axırı  və  XIX  əsrin  əvvəllərində  siqx feodallarının  daxili 

barizəsi Pəncabın birləşdirilməsi və Siqx dövlətinin yaran-



ması ilə nəticələndi. Siqx dövlətinin yaradıcısı, o dövrdə Hin-

distanın görkəmli dövlət xadimlərindən biri olan Rəncit Sinq 

regionda liderə çevrildi. Amma Rəncit Sinqin, Sətləc çayının 

o biri tərəfindəki yerləri birləşdirmək səyləri ingilis hökumət 

orqanla

rının  müqaviməti nəticəsində baş tutmadı. Sağ sahil-



dəki  feodalların  separatçı  çıxışlarından  ehtiyat  edən  Pəncab 

hökm


darı 1809-cu ilin aprelində ingilislərlə Amritsar müqa-

vi

ləsi  imzalamağa  məcbur  oldu.  Bu  müqaviləyə  görə  Sətləc 



ça

yı Ost-Hind kompaniyası torpaqları arasında sərhəd müəy-

yən edildi. 

XIX əsrin 20-ci illərində Siqx dövlətinin şimalda və şi-

mal-

qərbdə apardığı müharibələr nəticəsində Kəşmir, Peşavər 



və başqa vilayətlər Siqx dövlətinə birləşdirildi. 

Birləşmiş  Pəncab  ərazisində  mühüm  islahatlar  keçirildi. 

Kəndlilərdən vergi yığılması işi qaydaya salındı, yerli feodalla-

rın özbaşınalığına son qoyuldu. Mərkəzi hökumətin əsas silahlı 

qüvvəsinin sayı qırx min nəfərlik döyüşkən ordudan ibarət oldu. 

Əlbəttə, müstəmləkəçilər gənc dövlətin gücünü və xalqın 

müstəmləkəçilərə qarşı barışmazlığını bilirdilər. Onlar Rəncit 

Sinqin ordusu ilə silahlı toqquşmaya girməyi hələlik əlverişli 

hesab  etməyərək,  Pəncabı  işğal  etmək  planını  hələlik  təxirə 

salırdılar. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə