Şubay Cavad oğlu Nuruzadə



Yüklə 3,65 Mb.

səhifə1/142
tarix08.09.2018
ölçüsü3,65 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   142


Şubay Cavad oğlu Nuruzadə 

 

 

 

 

 

Asiya və Afrika ölkələrinin  

yeni tarixi 

(I cild) 

 

 

 

 

Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyinin  EMŞ-nin  “tarix” 

böl

məsinin  2 iyun 2016-cu il 

tarixli  iclasının  qərarına  əsasən 

dərslik kimi çap edilir. (pr. №3) 

 

 

 

 

 

 

Sumqa

yıt-2017 




XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri.  

Universitetlərin tarix və şərqşünaslıq 

fakultələrinin tələbələri və magistlər üçün. 

 

Redaktor:  Yaqub Mahmudlu  

AMEA-

nın akademiki, tarix elmləri doktoru, professor.  

 

Rəyçilər:   X.S.Köçərli  



Resp

ublikanın  əməkdar  müəllimi,  tarix  elmləri 

doktoru, professor. 

M.S.Həsənov  

tarix elmləri doktoru, professor. 

Qarayev Faiq Sarı oğlu.  

AMEA-

nın Fəlsəfə və hüquq institutunun  dissertantı, 

filosof 

Ə.X.Əhmədov 

Tarix üzrə fəlsəfə doktoru, dosent.  

N.S.Hacinskaya 

Tarix üzrə fəlsəfə doktoru, dosent.  

Ramilə Hüseynli  

ADPU-

nun baş müəllimi. 

 

Nuruzadə Şubay Cavad oğlu. 

Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və  

XIX əsrin 70-ci illəri)

 

Sumqayıt, “Azəri” nəşriyyatı, 2017, 440 səhifə 

 

Kitab A

siya və Afrika ölkələrinin yeni tarixindən bəhs edir. Burada hər bir 

ölkənin  tarixinin  ümumi  və  xüsusi  cəhətləri,  siyasi  və  sosial-  iqtisadi  həyatı, 

aqrar münasibətlər, Avropa dövlətlərinin ekspansiya, koloniyaçılıq və müstəm-

ləkə  siyasətləri,  milli  azadlıq  hərəkatının  formaları  və  mərhələləri  öyrənilir. 

Həmçinin  region  ölkələrin  inkişaf  istiqamətlərini  müəyyənləşdirən  daxili  və 

xarici  amillərin  rolu,  beynəlxalq  münasibətlər  sistemində  dövlətlər  arasında 

ziddiyyətlər  və  onun  mahiyyəti,  maraqlar  və  maraq  dairəsi  tərəfsiz,  qərəzsiz 

tarixçi baxımından obyektivcəsinə təhlil olunur. 

Kitab Asiya və Afrika ölkələrinin yeni tarixini öyrənən universitet tələbələri, 

şərqşünaslar və magistrlər üçün əlverişli və məqsədəmüvafiq mənbə ola bilər.  

 

İSB№ 978-9952-453-11-9 



655 (07) -2017    




MÜƏLLİFDƏN 

 

 

Hörmətli oxucular! Asiya və Afrika ölkələrinin yeni  ta-



rixi kita

bının I və II cildi birlikdə təxminən 50 il bundan əv-

vəl  ruscadan  doğma  dilimizə  tərcümə  olunmuş  və  çap  edil-

mişdir. Əlbəttə, həmin dövrün ictimai-siyasi mahiyyətinə görə 

tərtib edilmiş həmin dərslikdə çoxlu qüsurlar var idi. Hər iki 

qitənin xalqlarının milli dəyərləri, milli azadlıq hərəkatı təhrif 

edilir  və  müasir  dövrün  tələblərinə  cavab  vermirdi.  Məlum 

olduğu  kimi,  XX  əsrin  90-cı  illərindən  etibarən  SSRİ  adlı 

qüdrətli sistem süquta uğradılmış, dünyada geosiyasi vəziyyət 

dəyişmiş,  dünya  sistemində  demokratik  məqamlar  tədricən 

real

laşmaqda idi. Eyni zamanda dünya tarixinin mühüm tər-



kib hissəsini təşkil edən Asiya və Afrika ölkələrində XX əsrin 

60-


cı  illərindən  başlanan  milli  oyanış  yeni  mərhələyə  daxil 

olmuşdu. Bu baxımdan dərsliyin yeni tələblərə cavab verən, 

milli mənafelərimizə uyğun olaraq yazılması zərurəti meydana 

çıxanda  bir  çox  məhdudiyyətlərlə  rastlaşsaq  da  ulu  tanrının 

məyilə işə başladıq və kitabın I cildini çapa təqdim etdik. 



Odur  ki,  çətin  mərhələlər  keçilsə  də  hər  halda  uğurlara  nail 

olduq. Kitabın ərsəyə gəlməsində öz xeyirxahlığı ilə bizə mə-

nəvi dayaq olan ADPU-nun rektoru, tarixçi alim professor 

Cəfər Cəfərova, kitabın elmi redaktoru, qayğıkeş və əziz müəl-

lim,  akademik  t.e.d. professor Yaqub Mahmudluya,  ADPU-

nun 1-ci prorektoru professor M.

Cəbrayılova, ADPU-nun elmi 

işlər  üzrə  prorektoru  professor  Azəf  Zamanova,  professor 

X.S.Köçərliyə, professor M.Həsənova, dosent Ə.X.Əhmədova, 

F.S.Qarayevə,  t.ü.f doktoru, dosent N.S.Hacinskaya, ADPU-

nun baş müəllimi Ramilə Hüseynliyə, ən nəhayət “Azəri” poli-

qrafiyasının  direktoru  Mirfazil  Əliyevə,  həmçinin  mətbəənin 

btün əməkdaşlarına, kompyuter xidmətləri ilə əlaqədar Cavid 

və Azadə Nuruxzadələrə təşəkkürümü bildirirəm. 

 

Hörmətli  oxucular!  Sovet  siyasi  sisteminin  süqutundan 



sonra  Asiya  və  Afrika  ölkələrinin  tarixi  haqqında  dərsliyin 

ya

zılması ilk təşəbbüslərdən olduğuna görə təbii olaraq dərs-



lik

də müəyyən qüsurlar da ola bilər. Ona görə də xoşməramlı 

irad

larını bildirən hər bir oxucuya əvvəlcədən səmimi təşək-



kürümü bildirirəm. 

Hörmətlə:    Şubay Cavad oğlu Nuruzadə  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə