Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə5/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   2   3   4   5   6   7   8   9   ...   142

13 

Ç

İN 

 

Qədim  dövlətçilik  tarixinə  malik  olan,  dünya  elminin, 

mədəniyyətinin  zənginləşdirilməsində  mühüm rol oynayan 

Çin  bəşər  sivilizasiyasında  özünəməxsus  rola  malikdir.  Çin 

dünyanın ən nəhəng və ən qədim ölkələrindən biridir. Amur-

dan Himalay dağlarına və Pamirdən Sakit okeana qədər uza-

nan  Çin  ərazisi  sabiq  SSRİ  və  Kanadadan  sonra  ərazisinə 

görə dünyada 3-cü yeri tutur. Müasir Çinin ərazisi 9597 km

2

-

dir 



və Asiya qitəsinin xeyli hissəsini əhatə edir. Bu ərazinin 

Şərq hissəsində qədimdən əhali sıx yaşayır. Dünya mədəniy-

yətinə çox böyük və qiymətli incilər vermiş olan Çin xalqının 

tarixi 


çox qədimlərdən başlanır. 

Qədim zamanlardan etibarən və orta əsrlərdə Çin yüz il-

lər boyu dünyanın ən qabaqcıl və inkişaf etmiş dövlətlərindən 

biri olmuşdur. 

Çində feodalizm iki min ildən artıq davam etmişdir. Yeni 

dövr ərzində Çində əvvəlki kimi feodalizmin primitiv əlamət-

ləri qalmaqda idi.  

Amma  dağılmaqda  olan  feodalizm  cəmiyyəti  daxilində 

yeni, 

kapitalist istehsalı üsulunun rüşeymləri meydana gəlir-



di. Lakin bu proses 

Çində hökmranlıq edən mancur Sin süla-

ləsinin  (1644-1911)  ağalığının  tüğyan  etdiyi  mürəkkəb  şə-

raitin


də baş verirdi. 

 

Çində despotik mancur ağalığı rejimi 

 

XVII 


əsrin 20-ci illərində, yəni, 1622-ci ildə Çinin şimal 

hissəsində kəndli müharibəsi baş verdi ki, bu da demək olar 

iyirmi 

ilə  yaxın  davam  etdi.  1644-cü  ildə  kəndli  orduları 



paytaxt Peki

n şəhərini tutub, 1368-ci ildən başlayaraq ölkədə 

hökmranlıq  edən  Min  sülaləsinin  imperator  hakimiyyətini 

devir


dilər.  Kəndli  müharibəsinin  vüsətlə  genişlənməsindən 

qor


xan  Çin  feodallarının  yuxarı  təbəqəsi  çoxdan  bəri  haki-

miy


yəti  zəbt  edərək  Çini  işğal  etməyi  qarşılarına  məqsəd 

qoyan 


mancurları  köməyə  çağırdı.  XVII  əsrin  əvvəllərində 

Çinin  şimal-şərq  sərhədlərindəki  feodal  mancur  dövlətinin 

qoşunları Çinə soxuldu və 1644-cü ildə Pekini tutdu. Mancur-



14 

ların və Çin feodallarının birgə səyi nəticəsində şimalda hələ 

1622-

ci ildə başlamış yoxsulların hərəkatı və üsyankar kəndli 



orduları darmadağın edildi. Güclü müqavimətə rast gəlməyən 

mancurlar  Çinin  qalan  hissəsini  də  istila  etməyə  başladılar. 

Amma müstəsna hal idi ki, onlar Çin vətənpərvərlərinin inad-

lı müqavimətinə rast gəlirdilər. Mancurlar yalnız XVII əsrin 

80-

ci illərinin əvvəllərində Çin xalqının açıq silahlı müqavi-



mətinin sonuncu ocaqlarını söndürə bildilər. Ölkənin hər ye-

rində mancur qəsbkarlarının hakimiyyəti bərqərar edildi. 

Beləliklə,  antifeodal  kəndli  müharibəsinin  məğlubiyyəti 

nəticəsində  XVII  əsrdə  Çində  feodalizm  quruluşu  əleyhinə 

qal

xan  mütərəqqi  qüvvələri  boğmaqda  mancurların  işğalı 



həlledici rol oynadı. Mancur ağalığının bərqərar edilməsi Çin-

də feodalizm quruluşunu müvəqqəti olaraq möhkəmlətdi. 

Mancur basqını ölkənin iqtisadiyyatına böyük ziyan vur-

du.  Ölkənin  məhsuldar  qüvvələri  çox  ciddi  şəkildə  zəiflədi. 

Həmçinin mancur basqını Çinin geriləməsinə səbəb oldu, onun 

in

kişafını ləngitdi, xalq ikiqat zülüm altına düşdü. 



Mancur istilaç

ılarının yaratdığı idarə üsulu və sistemi im-

perator başda olmaqla mancur feodallarının qeyri-məhdud ha-

ki

miyyət hüququna malik feodal monarxiyasından ibarət idi.   



Həm sayca, həm də inkişaf səviyyəsinə görə istilaçılar-

dan çox-


çox yüksəkdə duran bir xalqın yaşadığı böyük bir öl-

kədə öz ağalığını saxlamaq üçün mancurlar Çin feodalları ilə 

sövdələşib sazişə girdilər. Çoxlu çinli məmurlar dövlət apara-

tında qulluq etməyə cəlb edildi. Məhz bu səbəbdən mancurlar 

uzun müddət hakimiyyəti əldə saxlaya bildilər. 

Ölkənin əsas strateji məntəqələrdə hərbi qarnizonlar yer-

ləşdirilmişdi. Onların əsas vəzifəsi mancurlara və hakim feo-

d

al  təbəqəsinə  qarşı  çevrilən  çıxışları  qan  ilə  boğmaq  idi. 



Mancur sülaləsinin əsas hərbi dayağı - "səkkiz bayraqlı qoşun" 

adlanan ordu idi ki, bu orduya man

curlar mühüm vəzifələrə 

mancur  sülaləsinə  öz  sədaqətini  sübut  etmiş  çinliləri  qəbul 

edir

di.  Əhali  imtiyazlı  qoşunun  qarətkarlıq,  zorakılıq  və 



özbaşınalığından təngə gəlmişdi. 

Mancur  ağalığına  qarşı  Çin  xalqının  müqavimətini  qır-

ma

ğa və feodalizm quruluşunun əsas dayaqlarını olduğu kimi 




15 

qoruyub  saxlamağa  çalışan  Sin  sülaləsinin  hökmdarları  xal-

qın düşünən beyni olan ziyalılara ağır zərbələr endirərək Çin 

milli mədəniyyətinin inkişafını boğmağa, o zaman yayılmaqda 

ol

an qabaqcıl demokratik və maarifpərvərlik ideyalarının kök-



lərini kəsməyə çalışırdılar. 

Bu da bir fakt idi ki

, Çin ziyalılarının əksəriyyəti aşağı 

təbəqələrin  mancur  hökmdarlarının  pulu  gücünə  onların 

istila

çılara  xidmət  etmək  səylərini  qəzəblə  rədd edir,  xalqı 



yadelli  düşmənə  müqavimət  göstərməyə  çağırırdılar. Buna 

cavab olaraq  mancurlar 

xalqı maarifləndirən, milli qurtuluşa 

çağıran  ziyalıları  kütləvi  surətdə  həbs  etməyə,  sürgünə 

göndərməyə və edam etməyə başladılar. 

 

XVIII əsrdə kənd təsərrüfatı 

 

Mansur-



Sin sülalə  hakimiyyəti  Çində  inzibati idarəçilik 

sisteminin 

təkmilləşdirilməsi, xalqı hakimiyyətdən incik sal-

ma

maq  məqsədilə  öz  ağalığının  ilk  vaxtlarında  mütərəqqi 



tədbirlər də həyata keçirməyə başladılar. Belə ki, mancurlar 

ələ  keçirmiş  olduqları  torpaqlarda  feodal  istismarını  həyata 

keçirmək və terror vasitələrilə öz hakimiyyətini möhkəmlət-

məklə bərabər, eyni zamanda kəndlilərin müqavimətini zəif-

lətmək üçün kənd təsərrüfatı məhsullarının istehsalının bərpa-

sına kömək edəcək bir sıra tədbirlər də həyata keçirməli oldu-

lar.  Boş  qalmış  dövlət  torpaqları  icarəyə  verilirdi.  Sahibsiz 

qa

lan  və  kəndlilər  tərəfindən  becərilən  torpaqlar  onların  irsi 



sahibliyinə keçirdi. Xam torpaqları becərməyə başlayan kəndli 

təsərrüfatları 3 il müddətində vergilərdən azad edilirdi. 1368-ci 

ildən etibarən öz xalqına zülm edən, onu dilənçi kökünə salan 

Min 


sülaləsindən fərqli olaraq axır vaxtlarda qoyulmuş bəzi 

ən ağır vergi rüsumları ləğv olundu. Bu tədbirlərlə həvəslən-

di

rilən kəndlilər tərk edib getdikləri kəndlərinə qayıtmağa, öz 



təsərrüfatlarını inkişaf etdirmək üçün var qüvvələrini sərf et-

məyə  başladı.  Kənd  təsərrüfatı  istehsalı  tədricən  bərpa  edil-

məyə başlandı. Becərilən torpaqların sahəsi artaraq bəzi mə-

lu

mata  görə  1661-ci  ildəki  5,5  milyon  tsindən



1

  1766-


cı ildə 

7,5 milyon tsi

nədək artırıldı. Bu dövrdə əhalinin sayı da xeyli 

artdı və XVIII əsrin axırlarında əhalinin sayı 300 milyona çatdı. 

                                                 

1

1 tsin – 



6,144 hektara bərabərdir. 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə