Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə9/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   5   6   7   8   9   10   11   12   ...   142

25 

nın səhhətinə hərtərəfli pozucu təsir göstərirdi. Eyni zamanda 

t

iryək Çin xalqını mənəvi və fiziki cəhətdən zəiflətmək üçün 



bir va

sitə idi. Bu haqda bir nəfər görkəmli Çin tarixçisi obraz-

lı şəkildə demişdir ki, "İngilislərin Çində tiryək alveri insan-

ları qan tökmədən öldürən bir təcavüz idi". 

İngiltərəyə  bir  ingilis  tacirinin  göndərdiyi  məktubda  isə 

göstərilirdi  ki,  bizə  Çini tutmaq üçün daha top-tüfəng  lazım 

deyil. Belə getsə biz yaxın vaxtlarda bütün Çinə sahib olacağıq. 

İngiltərə  ilə  ənənəvi  qohumluq  və  hərbi-siyasi  yaxınlıq 

münasibətlərində  olan  Amerika  Birləşmiş  Ştatları  da  Çində 

tir


yək ticarətində fəal iştirak edirdi. Amerika tacirlərinin Çinə 

gətirdiyi tiryək ildən-ilə artaraq Çinin bütün idxalının 10-20%-ə 

qədərini təşkil edirdi. 

Mancur-


Sin hökuməti rəsmən tiryək ticarətinin əleyhinə 

olsa da, əslində qeyri-rəsmi bu ticarətin tərəfdarlarından biri 

idi

. Hələ, 1729-cu ildən başlayaraq Mancur-Sin hökuməti tir-



yək idxalını qadağan edən bir sıra fərmanlar vermişdi (o cüm-

lədən 1796-cı ildə, 1822-ci ildə və s.), bütün bu fərmanlar ta-

ma

milə  rəsmi  xarakter  daşıyırdı.  Amma  xarici  dövlətlər  tir-



yəklə ticarəti davam etdirir və Çin hökumətinin bu fərmanla-

rına məhəl qoyulmurdu. Odur ki, ingilis tacirləri tiryək ticarə-

tini qadağan edən bu qanunlara əhəmiyyət verməyərək qeyri-

qanuni  surətdə  tiryək  ticarətini  daha  da  geniş  miqyasda da-

vam etdirirdi. Mancur-

Sin hökumətinin yalnız yerlərdəki mə-

mur

ları deyil, həmçinin imperatorun özü də tiryək ticarətində 



maraqlı idi və o, bu sahəyə varlanmaq vasitəsi kimi baxırdı. 

Bu dövrdə tiryək ticarətinin əsas mərkəzi Kanton şəhəri idi.  

Lakin ingilis tacirləri hökumətin mövcud ikili siyasətin-

dən də razı deyildilər. Onlar öz hökumətinə göndərdikləri bir 

çox ərizələrində və məktublarında açıq tiryək ticarətinin qa-

nuni


ləşdirilməsini  və  əcnəbilərlə  ticarətdə  "Qunxan"  cəmiy-

yəti  inhisarının  ləğv  olunmasını,  xarici  ticarət  üçün  ingilis 

sənaye  mallarının  Çinə  qeyri-məhdud  miqdarda  idxalı  üçün 

Çin li


manlarının təcili açılmasını tələb edirdilər. 

Bu məqsədlə 1816-cı ildə İngiltərə hökuməti Çinə yeni 

nümayəndəlik – Amxerstin səfirliyini göndərdi. Lakin bu sə-

fir


liyin işi də uğursuz oldu. İmperator Tszya Tsin hətta səfiri 

qəbul etmədi. Bu onunla əlaqədar idi ki, xarici nümayəndə-

lərin Pekinə gəlməsi haqqında qadağa qoyulmuşdu. 



26 

Rusiya və Çin münasibətləri 

  

İngiltərə  və  ABŞ  kapitalizminin  maraqlı  qüvvələrinin 

Çində  artmaqda  olan  ekspansiya siyasətinin  təsir  dairəsi 

geni


şləndikcə  bu  təhlükə  digər  qonşu  ölkələri  də  narahat 

etməkdə idi. Belə narahat ölkələrdən biri də Rusiya idi. Odur 

ki,  Rusiya  

hökuməti 1805-ci ildə qraf Y.A.Qolovkinin baş-

çılığı ilə Peterburqdan Pekinə nümayəndə heyəti göndərdi.  

Səfirliyə  tapşırıq  verilmişdi  ki,  Çinlə  rəsmi  diplomatik 

əlaqə yaratsın, rus gəmilərinin Kantona getməsinə, Çinin da-

xi

li şəhərlərinə rus tacirlərinin karvan göndərməsinə icazə al-



sın  və  s.  Bu  tələblər  içərisində  Şimal-qərb  sərhədlərində, 

Buxtarm


a  çayında  ticarətə  icazə  verilməsi  tələbləri  xüsusi 

əhəmiyyət kəsb edirdi.  

Amma 

müəyyən mövcud beynəlxalq münasibətlərə görə 



Qolovki

nin  nümayəndəliyi  tam  müvəffəqiyyətsizliyə  uğradı. 

Səfirlik Urqa şəhərindən (Xarici Monqolustandadır) o tərəfə 

keçə bilmədi. Çin sularına ilk dəfə olaraq rus gəmilərinin gəl-

məsi də 1805-ci ilə təsadüf edirdi. Nəhayət, həmin ilin noyab-

rında İ.F.Kruzeşternin komandası altında "Nadejda" adı altın-

da üzən rus gəmisi Makao limanına gəldi və bir neçə gündən 

sonra isə Y.F.Lisyanskinin komandası altında "Neva" gəmisi 

də əraziyə daxil olaraq, hər iki gəmi Kantona getdi. Xatırla-

daq ki, r

us gəmilərinin birinci dövr səyahəti zamanı "Nadej-

da" və "Neva" gəmiləri Çinə də gedib çıxmışdı.  

 

İ.F.Kruzeştern özünün "1803, 1804, 1805 və 1806-cı il-



lərdə  "Nadejda"  və  "Neva"  gəmilərində,  dövr-aləm  səyahəti" 

ki

tabında Çinə getməsindən ətraflı bəhs edir. İ.F.Kruzeşternin 



səyahəti  rusların  Çin  haqqındakı  məlumatının  artmasına  kö-

mək etdi, Rusiya-Çin münasibətləri yeni mərhələyə daxil oldu.  



 

Mancurlara qarşı çıxışların yenidən sürətlənməsi 

 

1820-ci ilin 



sentyabrında imperator Tszya Tszin vəfat et-

di. Onun ikinci 

oğlu Myan Nin atasının yerinə keçərək öz ha-

ki

miyyəti illəri üçün Dao Quan ləqəbini götürdü. Dao Quanın 




27 

hakimiyyəti  illərində  (1820-1850)  ölkədə  ümumi  siyasi  və-

ziy

yət  pisləşməkdə  davam  etmişdi.  Qərbi  Çin  əyalətlərində, 



xüsusilə  Sintszyanda  sin  rejiminə  qarşı  mübarizə  xüsusilə 

inad


lı və geniş xarakter aldı.  

Mancur-


Sin hökumət orqanları Sintszyanda xalqa divan 

tutur, 


qarətkar siyasət yeridirdilər. Onlar xalqı amansızcasına 

istismar etməklə kifayətlənməyərək, buradakı dini və dünyəvi 

hakimiyyət  dairələrinin,  də  mənafeyinə  toxunurdular.  Bu 

dövr


də  maddi  və  siyasi  məhrumiyyətlərə  dözən  xalq  artıq 

mənəvi terroru qəbul etmirdi. 

  1820-

ci ildə mənşəcə türk feodallarından olan Cahangir 



Mancur-Sin h

ökumətinə  qarşı  üsyan  qaldırdı.  Təşkilatlanma 

və təchizat mərhələsini adlayandan bir neçə il sonra üsyan ge-

niş bir şəkil aldı. 1826-cı ildə üsyançılar Qaşqar, Yarkənd şə-

hərlərini  və  Sintszyanın  bir  sıra  başqa  mühüm  məntəqələrini 

ələ keçirdilər. Üsyan müsəlmanların kafirlərə qarşı cihad mü-

ha

ribəsi  şüarı  altında  gedirdi.  Üsyanın  gedişində  üsyançılar 



sin

lərin hakimiyyətinə qarşı mübarizədə ciddi müvəffəqiyyət-

lər qazandı. Lakin mancurlara qarşı çıxışlar antifeodal müba-

rizə formasına keçmədi, hakimiyyəti ələ alanlar xalqı sinlərin 

vax

tında olduğundan da geniş miqyasda qarət edir, yalan vəd-



lər  verir,  hakimiyyətlərinin  müddətini  uzatmağa  çalışırdılar. 

1827-


ci ildə sinlər Qaşqara yeni qoşun göndərib üsyanı yatırdı-

lar. Xoca 

Cahangir əsir alındı və sinlər tərəfindən edam olundu.  

XIX əsrin 30-cu illərində Xaynan və Tayvan adalarında, 

habelə  Quandun,  Quyçjou,  Xunan  və  Sıçuan  əyalətlərində 

man


cur rejimi əleyhinə üsyanlar baş verdi.  

Bu üsyanlar içərisində ən güclüsü Tayvan üsyanı idi. Üs-

yana "Tyandixuey" gizli cəmiyyəti rəhbərlik edirdi. Üsyançı-

lar bir müddət adanın paytaxtını da ələ keçirə bilmişdi. Nə-

hayət, bu üsyan da 1833-cü ildə yatırıldı. Bu dövrdə hökumət 

məmurlarının  məlumatlarında  qeyd  olunurdu  ki,  "hər  yerdə, 

xüsusilə  Xunan,  Tszyansi,  Xenan,  Xubey  əyalətlərində  gizli 

cəmiyyətlərin üzvləri artır". Bu xüsusiyyət ölkədə milli oya-

nışla bağlı idi. 

Beləliklə, Çində daxili siyasi vəziyyətin daha da gərginləş-

məsi İngiltərənin Çinə qarşı yeni istilaçı hücumu ilə bir vaxta 

düşdü. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə