Şubay Cavad oğlu Nuruzadə


İngiltərə-Çin münasibətlərinin daha da kəskinləşməsi



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə10/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   6   7   8   9   10   11   12   13   ...   142

28 

İngiltərə-Çin münasibətlərinin daha da kəskinləşməsi 

 

1833-



cü ildə Ost-Hind kompaniyasının ticarət inhisarının 

ləğv edilməsi, Çin bazarında çoxlu yeni ticarət kompaniyaları 

və  şirkətlərinin  fəaliyyətə  başlamasına  səbəb  oldu.  İngiltərə 

bur


juaziyası öz sənaye mallarını Çin bazarına mümkün qədər 

daha çox  idxal 

etməyə  səy  göstərirdi.  İngilis-Çin  ticarətinə 

rəhbərlik və nəzarət etmək üçün Çin hökumətinin razılığı ol-

madan  1834-

cü ildə lord Nepir İngiltərədən Çinə xüsusi baş 

komissar vəzifəsinə göndərildi. 

 

Nepirə tapşırıldı ki, ingilis ticarəti üçün Pekinin açılma-



sına,  imtiyazlı  ticarət  şəraiti  yaradılmasına  müvəffəq  olsun. 

İngiltərə hökumətinin Nepirə verdiyi yazılı tapşırıqda ondan 

tələb olunurdu ki, imperator sarayı ilə bilavasitə əlaqəyə gir-

sin. 


Nəhayət, çox böyük ümidlərlə Çinə gələn Nepir Kantonda 

ilk müqa


vimətlə rastlaşdı. Kantonun general-qubernatoru Ne-

pir


lə görüşməkdən imtina etdi. Nepirin həyasız tələblərinə ca-

vab olaraq ona təklif olundu ki, Kantonu təcili tərk etsin. Ne-

pir isə inadkarlıq edərək öz tələblərindən əl çəkmək istəmirdi. 

O, 


hətta əhaliyə müraciət edərək camaatı yerli hökumətə qarşı 

qa

ldırır və təxribatla məşğul olurdu. Bütün bunlar ingilis-Çin 



münasibətlərinin ciddi surətdə pisləşməsinə, ticarətin müvəq-

qəti  olaraq  dayandırılmasına  və  sahil  istehkamlarının  ingilis 

gəmiləri tərəfindən atəşə tutulmasına səbəb oldu. 1834-cü il 

hadisələri göstərdi ki, Çini qarət etmək və əsarət altına almaq 

üçün İngiltərə kapitalistləri hətta silaha əl atmaqdan da çəkin-

mirdi


.  İngilislər  Sinlərin  idarəçilik  sistemindən  narazı  olan 

xalqlar


ın mövcud vəziyyətindən istifadə edərək onları öz tə-

rəflərinə çəkmək ümidində idilər. Bununla yanaşı Çinin hər-

bi-

iqtisadi  vəziyyətinə  bələd  olan  ingilislər  asanlıqla  qələbə 



çalmaq ümidində idilər.  

 Çinin daxili 

və beynəlxalq ticarətinin istiqamətini dəyiş-

di

rən  ingilislər  tiryək  ticarətini  genişləndirmək  üçün  bütün 



vasitələrə əl atırdılar. 

 

XVIII əsrin axırıncı illərində Çinə hər il 2000 qutu tir-



yək, XIX əsrin ilk illərində isə təxminən 4000 qutu və bundan 


29 

daha  çox  tiryək  gətirilirdi.  1824-cü  ildə  tiryək  idxalı  ildə 

12000 qutuya, 1837-

ci ildə isə 39000 qutuya çatmışdı (xatır-

ladaq  ki,  hər  qutuda  dörd  puta  qədər  tiryək  olurdu).  Tiryək 

ticarəti nəticəsində Çinin əsas pul vəsaiti olan gümüş ölkədən 

axıb gedirdi, bu isə dövlətin onsuz da böhranlı maliyyə vəziy-

yətini daha da pisləşdirirdi. XIX əsrin 30-cu illərində Çindən 

aparılan gümüşün miqdarı ildə 10 milyon lyana

1 

çatmışdı ki, 

bu da pulun 

dəyərinin kəskin surətdə aşağı düşməsinə, gümü-

şün bahalaşmasına və xalq kütlələrinin vəziyyətinin daha da 

pisləşməsinə  səbəb  olurdu.  Bunun  nəticəsi  idi  ki,  iyirmi  il 

ərzində, yəni 1830-cu ildən 1851-ci ilədək gümüşün qiyməti 

əvvəlkinə nisbətən 4,7 dəfə bahalaşmışdı. Kəndli məişətində 

isə  adətən mis  pul  işlədilirdi.  Beləliklə,  kəndli  öz  borclarını 

gümüşlə ödəmək üçün əvvəlkindən 4,7 dəfə çox pul verməli 

olurdu.  

Tiryək ticarəti haqqındakı məsələ Pekin saray dairələrin-

də uzun-uzadı müzakirə olunurdu. Tiryək ticarətindən varlan-

maq  üçün  istifadə  edən  bəzi  əyanlar  bu  alverin  qanuniləş-

dirilməsinə tərəfdar idilər. 

Tiryək  problemi  ilə  əlaqədar  ölkədə  fərqli  mövqelərdə 

duranlar var idi. Ti

ryəkin  Çində  açıq  alveri  Lin Tsze-syuy 

başda olmaqla zadəganların digər bir dəstəsi tərəfindən kəs-

kin tənqid edilirdi. O zamankı əyanların şəhadətindən görün-

düyü kimi, Lin Tsze-

syuy tiryək ticarətinin barışmaz düşməni 

olub, işgüzar və möhkəm iradəli bir adam idi. O, öz zəmanə-

si

nin qabaqcıl adamlarından biri olub, özünün də mənsub ol-



duğu mülkədarlar sinfinin hakimiyyətini möhkəmlətmək üçün 

Çində bir sıra islahatlar həyata keçirilməsini tələb edirdi. Lin 

Tsze-

syuy  tiryək  ticarəti  əleyhinə  qətiyyətlə  çıxış  edirdi.  O, 



imperatora göndərdiyi məlumatlarından birində yazırdı: "Tir-

yək  bir  zəhər  kimi  bütün  Asiman  altındakı  imperiyaya dol-

muşdur, tiryək olduqca ziyan vurur və bunu qanunla qadağan 

etmək lazımdır. Buna etinasız yanaşılsa, bir neçə ildən sonra 

Çində demək olar ki, nə ölkəni qoruyacaq əsgər qalacaq, nə 

də maaş vermək üçün gümüş". 

                                                 

1

 Lyan (tael) – 



Çində 1933-cü ilədək pul vahidi olmuşdur. 1 lyan 37,301 

qram xalis gümüşə bərabər idi. 




30 

Mütərəqqi fikirli adamların mübarizəsi nəticəsində tiryək 

ticarətinə  qarşı  mübarizəni  qüvvətləndirmək  fikri  imperator 

tərəfindən müdafiə edildi və imperator tiryək ticarətinin qəti 

su

rətdə  təqib  edilməsi  haqqında  fərman  verdi.  1837-1838-ci 



illərdə Kanton ətrafında gizli tiryək alverçiləri ilə çoxlu toq-

quşmalar baş verirdi.  

  1839-

cu ilin yanvarında imperator əcnəbilərə müraciət-



lə yeni bir fərman verdi. Bu fərmana görə tiryəklə dolu olan 

bütün gəmilər Çin sularından uzaqlaşdırılmalı idi. Lakin "mə-

dəni dünyanın" Kantondakı nümayəndələri qazanc əldə etmək 

üçün tiryək ticarətini genişləndirməkdə davam edirdilər. 

Yerli məmurlarda isə tamah milli menafedən üstün idi. 

 

Lin Tsze-syuyun 

missiyası 

 

1839-


cu ilin əvvəllərində imperatorun xüsusi səlahiyyətli 

komissarı Lin Tsze-syuy Kantona göndərildi. 



 

O, martın 18-də Kantona gələrək Kantondakı əcnəbi ta-

cirlərdən tələb etdi ki, əldə olan bütün tiryək ehtiyatlarını təh-

vil versinlər, tiryək idxalı və ticarəti ilə məşğul olmayacaqları 

haqqında  iltizam  imzalayaraq  təqdim  etsinlər.  Çin  xalqını 

"

zəhərləyən" ingilis və amerikalılar isə bu tələbləri yerinə ye-



tir

məkdən boyun qaçırmağa çalışırdı. Onlar yalandan deyirdi-

lər ki, onlarda tiryək yoxdur. Əcnəbilərin əsassız müqavimə-

ti

nə baxmayaraq hökumət əcnəbilərlə hər cür ticarətin dayan-



dırılması  və  xarici  faktoriyaların  tamamilə  mühasirəyə  alın-

ması, britaniyalı və amerikalı tacirləri təslim olmağa məcbur 

etdi. 

Nəticədə  Çin  hökuməti  xaricilərin  gəmilərində  axtarış 



apar

dı və gəmilərdə olan tiryək qutuları müsadirə edildi. İngi-

lislər  isə  20283  qutu  tiryəki  məcburiyyət  qarşısında  qalaraq 

kumət  orqanlarına  təhvil  verdi.  1839-cu  ilin  iyun  ayında 



çin

lilər tərəfindən ictimaiyyətin gözü qarşısında ingilislərdən 

müsadirə edilmiş narkotik maddələr məhv edildi. 

Aparılan antitiryək tədbirləri, Lin Tsze-syuyun cəsarətli 

addımları tiryək alverçilərinin və onların mancur saray dairə-

lərindəki  yüksək  vəzifəli  himayədarlarının  mənafeyinə  ciddi 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə