Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə18/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   14   15   16   17   18   19   20   21   ...   142

52 

suzluq labüd idi və məğlubiyyət kəndli üsyanının təbiətinə xas 

olan dərin daxili səbəblərdən irəli gəlirdi.  

Kəndli kütlələri öz mübarizəsində nəcib məqsədləri qar-

şıya qoyaraq,  onlar  ədalətsiz  ictimai  quruluşu  məhv  etmək, 

ictimai bərabərsizliyi aradan qaldırmaq və yeni ictimai quru-

luş yaratmaq istəsələr də lakin, hərəkat rəhbərlərinin özləri bu 

yen


i quruluşun prinsiplərini aydın təsəvvür etməkdə çətinlik 

çəkirdilər.  

Elə bu səbəbdən taypinlər ictimai-siyasi ideyalarını əmə-

li su


rətdə hayata keçirə bilmədilər. Köhnə feodalların əvəzinə 

yeni  taypin  zadəganlarının  nümayəndələri  gəldi  ki,  onlar  da 

köh

nə feodal siyasətindən az fərqlənən siyasət yeritməyə baş-



la

mışdılar. Bu da ölkənin iqtisadi və siyasi böhranını daha da 

dərinləşdirdi. 

Xalqın arzuları ilə bəzi rəhbərlərin xalqa yabançı siyasəti 

arasındakı  ziddiyyət  nəticəsində  taypin  hərəkatında  böhran 

başlandı. 1856-cı ildə xalq kütlələrinin nümayəndəsi Yan Sü-

tsin  ilə  üsyanda  iştirak  edən  mülkədar  –  şenşi  qüvvələri  və 

Vey Çan-


xuey  arasında  münaqişə  baş  verdi.  Digərlərindən 

fərqli olaraq Yan Sü-tsin öz bildiyi kimi hərəkət edən adam 

idi. O, ətrafındakılara təkəbbürlə yanaşmağa başlamış, şəxsi 

eqoizmi  hədsiz  idi  ki,  bu  da  onun  düşmənlərinin  ona  qarşı 

bir

ləşməsinə şərait yaratdı.  



Nəticədə  Yan Sü-tsinə  qarşı  sui-qəsd  təşkil  olundu  və 

sui-


qəsd nəticəsində o öldürüldü. Yan Sü-tsinlə birlikdə onun 

çoxlu 


tərəfdarı da edam olundu. Bu hadisədən sonra Nankin-

də yeni-yeni terror hadisələri baş verdi. Hadisələrdən istifadə 

edən Vey Çan-xuey açıq surətdə bütün hakimiyyəti öz əlinə 

keçir


məyə çalışırdı. Hadisələrin fəal iştirakçılarından olan Şi 

Da-kay da Vey Çan-

xueyin özbaşınalığından hiddətlənmişdi. 

Odur ki, 

Şi Da-kayın fəaliyyətinə özü üçün bir təhlükə kimi 

baxan Vey Çan-xuey 

onu edam etmək qərarına gəldi. Lakin 

Şi Da-kay Nankindən Antsinə qaçıb, öz qoşunu ilə buradan 

Nan

kin  üzərinə  yürüşə  başlamaq  qərarına  gəldi.  Taypin  əs-



gərləri və komandirləri qəti surətdə Şi Da-kaya tərəfdar çıxdı-

lar


, həmin ərazilərdə strateji mövqe tutmağa cəhd göstərdilər. 

Bu  dövrdə  Çinin  daxilində  siyasi  gərginlik  yeni  mərhələyə 

da

xil oldu. Siyasi cəbhələşmə antoqonist xarakter aldı. Böyük 




53 

bir ordu Nankin üzərinə hərəkətə başladı. Şi Da-kayın ordu-

su

nun  hücumundan  qorxuya  düşən  Xun  Sü-tsüan Vey Çan-



xueyi edam etmək əmri verdi. Lakin Xun Sü-tsüan bütün ha-

ki

miyyətin Şi Da-kayın əlində toplanmasına imkan vermədi. 



Üsya

nın ilk illərinin inqilabi xarakterinə yabançı olan, heç bir 

sa

hədə  əhəmiyyətli  bir  iş  görməyən,  Xun  Sü-tsüanın  yaxın 



qo

humları olan adamlar rəhbərliyə irəli sürüldü. Bu adamlar, 

Xun Sü-

tsüanın qardaşları – Xun Jen-da (Fu van), Xun Jen-fa 



(An van) və Xun Jen-qan (Qan van) idilər.  

Hərəkat  rəhbərlərinin  özbaşınalığına  etiraz  edən  Şi Da-

kay 1857-ci ilin iyununda Xun Sü-

tsüanla əlaqəni kəsib, ölkə-

nin  qərb  əyalətlərində  müstəqil  mübarizə  aparmağa  başladı. 

Şi Da-kayın hərəkatdan ayrılması taypinlərin hərbi qüvvəsini 

zəiflətdi və hərəkatın süqutu reallaşdı. 

Taypin  rəhbərləri  içərisindəki  sinfi  ziddiyyətlər  ona  sə-

bəb oldu ki, Taypin dövləti özünün istedadlı rəhbəri Yan Sü-

tsini və onun ən yaxın silahdaşlarını, Şi Da-kayı və başqala-

rını itirmiş oldu ki, bu da mübarizə aparan bütün taypinlərin 

qüvvələrini pərakəndə halına saldı. Taypin hərəkatının son il-

lərinin görkəmli xadimi Li Sü-çen hərəkat haqqında yazırdı: 

"...  Əhalinin  əhvali-ruhiyyəsi  dəyişməyə  başladı  və  dövlətin 

idarə olunmasında vəhdətlik itdi. Hər kəs özünün bildiyi kimi 

düşünürdü. Hökmdar heç kəsə inanıb vəzifə tapşırmırdı, çünki 

Dun vanın, Bey vanın və İ vanın bədxah əməllərindən gözü 

qorxmuşdu və o, kənar məmurlara daha inanmırdı. O, yalnız 

öz qohumlarına inanırdı". 

1856-


cı il hadisələri hərəkatın növbəti mərhələsinin, yəni 

onun yüksəliş mərhələsinin sonu və süqutu demək idi. Hərə-

katın zəifləməsi ilə xarakterik olan ikinci mərhələdə taypinlər 

ordusu 


xarici  müdaxiləçilərin,  o  cümlədən  İngiltərə,  Fransa 

və  ABŞ  istilaçılarına  qarşı  mübarizənin  yeni  mərhələsinə, 

nisbətən müdafiə xarakterli mərhələsinə daxil oldu. 

 

İngiltərə və Fransanın Çinə qarşı müharibəsi 



 

 

Qərb  dövlətlərinin  taypinlərə  qarşı  silahlı  müdaxiləyə 



başlaması  üçün  əsas  ilkin  şərt,  İngiltərə  və  Fransanın  Çinə 

qar


şı apardığı ikinci müharibədə Tsinlərin idarə etdiyi Çinin 

məğlubiyyəti və kapitalizm aləmi qarşısında Mancur-Sin hö-

kumətinin təslim olması idi.  



54 

İngiltərə sənaye kapitalı birinci "tiryək" müharibəsindən 

sonra  Çində  əldə  etdiyi  mövqeləri  ilə  daha  kifayətlənmirdi. 

Əsas qazanc yenə də tiryək tacirlərinin öhdəsinə düşürdü. İn-

gi

lis fabrik və zavod sahibləri yaranmış vəziyyətdən istifadə 



edib 

Çinə  daha  geniş  dairədə,  daxili  əyalətlərə  yol  açmağa, 

Çinin daxili çay 

limanlarını ələ keçirməyə çalışırdılar ki, mü-

haribənin əsas səbəblərindən biri də bu idi. 

Həmin illərdə Çindən fəhlə qüvvəsinin xaricə aparılması 

geniş yayılmışdı. Onların da əksəriyyəti ABŞ-a aparılırdı. Bu 

fəhlə  qüvvəsinin  daşınıb  aparılması  öz  üsullarına  görə  daha 

çox  qul  alverini,  çinlilərlə  rəftar  nöqteyi-nəzərindən  isə  əsil 

quldar


lığı  xatırladırdı.  Çin  hökumət  orqanları  bu  fakta  qarşı 

çox qətiyyətsiz və biganə olsa da, bu özbaşınalığa qarşı mü-

qavi

mət göstərməyə çalışırdı. Amerika və Avropa müstəmlə-



kəçiləri  isə,  özlərinin  müstəmləkəçilik  siyasətinə  bəraət  qa-

zan


dırmağa cəhd göstərirdi. Amma tərəflər arasında ziddiyyət 

müha


ribə zərurətini yetişdirmişdi və müharibə qaçılmaz idi.  

 

Çinlə İngiltərə arasında müharibə başlayan zaman yenə 



də Quandun əyaləti hərbi əməliyyat meydanına çevrildi. Am-

ma h


ərbi  əməliyyatlar  nəticəsində  və  uzun  müddətli  istilaçı 

yürüşlər  Quandun  vətənpərvər  xalq  qüvvələrinin  sıralarını 

(pinin

tuanlar və başqaları) xeyli zəiflətmişdi. Bu da qaçılmaz 



fakt idi ki, 

Çin tarixində özünəməxsusluğu ilə seçilən taypin-

lər üsyanının vahiməli sədaları Quandunun hökumət orqanla-

rını lərzəyə salmışdı. Onlar qorxurdu ki, vətənpərvər təşkilat-

lar və bunların silahlı dəstələri mancur rejiminə qarşı mübari-

zədə qüdrətli bir qüvvəyə çevrilə bilər. Belə bir hal doğrudan 

da 1855-

ci  ildə  Kanton  ətrafındakı  kəndlilərin  çıxışlarında 

özü

nü göstərmişdi. Amma Quandun və Quansinin  canişini E 



Min-

şen  bu  üsyanı  da  qəddarlıqla  yatırmışdı.  Hakimiyyət 

qüv

vələri  xalqa  divan  tutmaq  məqsədilə  təkcə  Kanton  ətra-



fında 100 minədək, bütün əyalətdə isə daha çox adam məhv 

etmişdi.  

Beləliklə,  vətənpərvər  qüvvələrin  darmadağın  edilməsi 

in

gilislərin  müharibəyə  başlaması  üçün  daha  əlverişli  şərait 



ya

ratmış oldu. Müharibəyə bəhanə isə "Errou" ("ox") adlı ti-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə