Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə15/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   11   12   13   14   15   16   17   18   ...   142

43 

dınca getmirdi, təkcə kəndlilər və dilənçi həyatı sürən adam-

lar ona qoşulmaq istəyirdi, belələri isə daha çox idi". 

Quansidə Xun Sü-tsüanın ilk ardıcıllarının biri hərəkatın 

müqəddəratında görkəmli rol oynamış olan, torpaqsız kəndli, 

kömürçü Yan Sü-tsin idi. Xun Sü-

tsüanın fəal köməkçilərin-

dən biri də yoxsul kəndli Syao Çao-quy oldu. Hərəkat özünün 

ən mühüm cəhəti olan bərabərlik ideyası ilə xalq kütlələrini 

öz ətrafında birləşdirirdi. 

Üsyan

çıların ən mühüm siyasi şüarından biri də mancur 



ağalığına son qoymaqdan ibarət idi. Bu şüar Çin cəmiyyətinin 

ən  müxtəlif  təbəqələrini,  o  cümlədən  istismarçı  ünsürlərin, 

mül

kədar  –  şenşi



1

 

dairələrinin  bəzi  nümayəndələrini  də  bir-



ləşdirirdi. Bu qrupların ən görkəmli nümayəndələri Vey Çan-

xuey, Şi Da-kay və başqaları idi. Üsyan etmiş ayrı-ayrı əsgər 

dəstələri, səfillər, müxtəlif gizli cəmiyyət üzvləri də hərəkata 

qoşulmuşdu. Beləliklə, 1850-ci ilin iyunundan etibarən hərə-

katın ən fəal qüvvələri toplaşmağa başladılar, üsyana hazırlıq 

gedirdi, strateji və taktiki hazırlıq məsələsi hələlik məxfi sax-

la

nılırdı və gizli yığıncaqlarda müzakirə edilirdi. 



 

Taypinlər üsyanının birinci mərhələsi (1850-1856) 

 

Uzunmüddətli  hazırlıq  işlərindən  sonra  və  Taypinlərin 



sistemli 

təbliğatı  nəticəsində  Quansi  əyalətində  hökumət 

əleyhinə  çıxışlar getdikcə daha tez-tez baş verirdi və üsyan 

küt


ləviləşməkdə idi. Nəhayət, 1850-ci ilin axırlarında mancur 

hakimiy


yətinə qarşı üsyançıların açıq silahlı mübarizəsi baş-

lan


dı. 1851-ci il yanvarın 11-də Tszin-tyan kəndində Mancur-

Sin  sülaləsinə  qarşı  üsyana  başlanması  və  "Taypin  Tyanqo-

nun" ("

İlahinin böyük səadət dövləti") yaranması rəsmi surət-



də  elan  olundu.  Yürüşə  başlamaq  komandası  verildikdən 

sonra hərəkat hərbi xarakter aldı.  

Taypinlər  Quansidən  şimala  doğru  müvəffəqiyyətli  yü-

rüş  etdilər.  Yürüşə  başlanarkən  taypinlər  öz  ev  və  əmlakını 

yan

dıraraq bununla bildirmək istəyirdilər ki, onların hərəkata 



                                                 

1

 



Şensi – fodal Çində “adlı-sanlı adamlar” silki idi. Bunlar – torpağa sahib 

olan,  xüsusi  dövlət  imtahanlarında  elmi  ad  almış  olan  kənd  varlıları  idi. 

Şenşinlər məmur vəzifələrini tutur və kəndin hakim təbəqəsini təşkil edirdilər. 



44 

qo

şulması qətidir və onları azadlıqdan başqa heçnə maraqlan-



dırmır. 1851-ci ildə onlar Yunan şəhərini (Quansi əyalətinin 

şimalında) tutdular. Xun Sü-tsüan burada Tyan van (asiman 

kralı)  fəxri titulunu  qəbul  etdi.  Onun  silahdaşlarına  da  van 

(knyaz) adları verildi. Yan Sü-tsinə Dun van (şərqin knayzı), 

Vey Çan –

xueyə - Bey van (şimal knyazı), Syao Çao-quya – 

Si  van  (qərb  knyazı),  Fen  Yun-şana  –  Nan  van  (cənub 

knyazı),  Şi  Da-kaya  –  İ  van  (ayrıca knyaz) titulları  verildi. 

Bütün "vanlar" Dun vana – Yan Sü-

tsinə tabe edildilər. 

Taypinlər  bir  neçə  ay  ərzində  Yunanı  əldə  saxladılar. 

Tsin


lərin  ordusu  şəhəri  mühasirəyə  alıb  taypinlər  ordusunu 

məhv  etməyə  çalışırdı,  lakin  taypinlərin  komandanlığı  düş-

mənin bu niyyətini düzgün başa düşdü. Taypinlər şəhəri tərk 

edərək,  1852-ci  ilin  aprelində  manevr  müharibəsi  gedişində 

mancur qoşunlarına ağır zərbə endirdilər. Bundan sonra onlar 

Xunan əyalətinin paytaxt şəhəri Çanşa üzərinə hücuma başla-

dılar. Şimala yürüşə başlamazdan əvvəl nəşr olunmuş bir mü-

raciətnamədə deyilirdi: "Varlıların özbaşınalığının həddi yox-

dur, kasıb və hüquqsuz yoxsullar isə heç kəsə şikayət də edə 

bil


mirlər, kasıbların hüquqları hər yerdə tapdanır, onların  şi-

ka

yətinə baxılmır… Xalqın sərvətləri  tükənmişdir. Xalqın iz-



ti

rabları son həddə çatmışdır. Biz bütün rüşvətxorları və xəzi-

nə  oğrularını  məhv  etməliyik  ki,  xalqı  ağır  məşəqqətlərdən 

xilas edək… bütün cəsur və mərd adamlar bizim ədalət uğ-

rundakı mübarizəmizə qoşulmalıdır".  

T

aypinlərin ədalət uğrunda inamlı mübarizəsi, o cümlə-



dən  Çanşanın  mühasirəsi  müsbət  nəticə  vermədi  və  şəhər 

alınmadı.  Çanşa  yanındakı  vuruşmalarda  taypinlər  hərəkatı-

nın  görkəmli  xadimləri  –  Syao Çao-quy,  ondan sonra Fen 

Yun-


şan həlak oldular. Bundan sonra Yan Sü-tsinin məsuliy-

yəti daha da artdı. 



 

"Tyandixuey" cəmiyyətinin görkəmli rəhbərlərindən biri 

olub, taypinlər hərəkatına qoşulan və üsyanın ilk illərində bö-

yük rol oyanayan Xun Da-

tsüan da elə bu zaman həlak oldu, 

mancurlar hərəkat rəhbərlərinin cəsədlərini yandırdılar..  

Bəzi uğursuzluqlara baxmayaraq 1852-ci ilin axırlarında 

taypinlər  Yantszı  çayına  çatdılar.  Onların  ordusu  durmadan 

artırdı.  Onlar  XVII  əsrdən  qalmış  böyük  silah  ehtiyatını  ələ 



45 

keçirdi. 1853-

cü  il  yanvarın  12-də  taypinlər  Uçan  şəhərini, 

fevralda – 

Antsin şəhərini tutub, mart ayında Nankinə yaxın-

laşdılar.  Taypinlər  ordusu  yaxşı  təşkil  olunmuş  intizamlı, 

onun dö

yüşçüləri isə cəsur idi. Ordu xalqın geniş yardımına 



ar

xalanırdı, çünki taypinlər ordusu yoxsullara kömək edir və 

xalqın ən çox nifrət bəslədiyi istismarçıları məhv edirdi. Artıq 

1853-


cü ilin əvvəllərində taypinlər ordusunun sıralarında bir 

milyona qədər döyüşçü var idi. Lakin taypinlər ordusu tutdu-

ğu  rayonlarda  mövqelərini  möhkəmlətmədən  və  bu  yerlərin 

müdafiəsini təşkil etmədən irəliləyirdilər. Kəndli üsyanlarına, 

o  cümlədən  taypin  hərəkatı  kimi  çox  yaxşı  təşkil  olunmuş 

üsya


na  xas  olan  cəhətlər  özünü  burada  da  göstərdi.  Amma 

taypinlərin müqavimət hərəkatından sonra bir sıra çatışmazlıqlar 

da 

özünü  büruzə  verməkdə  idi.  Həmin  zəif  cəhətlər  -  silahlı 



mübarizə  aparmaq  üçün  vahid,  yaxşı  düşünülmüş  bütöv bir 

planın və mübarizənin son əməli məqsədinin olmaması idi. 

Nəhayət,  xalqın  aramsız  mübarizəsindən  sonra,  xalq 

ordusu mancurların müqavimətini qırdı və martın 19-da Nan-

kin  süqut etdi. 

Bu  qələbədən  sonra  Taypinlər  Nankini öz 

paytaxtı  elan  edərək  bunu  Tyantszin  ("Asiman  paytaxtı") 

adlan


dırdılar və bu xalq hərəkatının böyük qələbəsi idi.  

 

Taypin  Tyanqo 

 

Ölkənin əsas inzibat-siyasi mərkəzi, feodal hakimiyyəti-



nin 

və  Sin  sülaləsinin  əsas  dayağı  olan  Pekin  irticaçıların 

əlində qalmışdısa da, xalq hərəkatı zamanı Nankinin ələ keçi-

ril


məsi  mühüm əhəmiyyət kəsb edən tarixi hadisə idi. Odur 

ki,  əldə  edilən  müvəffəqiyyət  Taypin  dövlətinin  möhkəm 

əsaslar üzərində qurulması və xalqın nümayəndələrinin təmsil 

olunduğu hakimiyyətin təşəkkülü və möhkəmlənməsinə kömək 

etdi. Məhz bu zaman Taypin dövlətinin ictimai xarakteri bir 

daha 


müəyyən oldu. Əfsuslar olsun ki, Taypin dövlətinin si-

yasi hakimiy

yət  quruluşu  yenə  də  monarxiya  üsul  idarəsinə 

əsaslanırdı.  Amma  bu  əvvəlkilərdən  bir  qədər  fərqli  monar-

xiya  üsul  idarəsi  idi.  Bu  monarxiyanın  xüsusiyyəti  kəndli 

demokratiyasının böyük rol oynamasında, Taypin dövlətinin 

bütün fəaliyyət proqramında kəndli tələblərinin əks olunması 

başlıca  şərt  idi.  O  da xarakterik hal idi  ki,  həmin  dövlətin 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə