Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə11/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   7   8   9   10   11   12   13   14   ...   142

31 

ziyan vururdu. Odur ki, b

u dairələrin imperatora təsir göstər-

məsi nəticəsində imperator yeni bir fərman verdi və xaricilə-

rin tiryək fəaliyyətindəki qadağalar qismən məhdudlaşdırıldı. 

Lakin qeyri-

qanuni tiryək alveri davam edir və tiryəkin idxalı, 

ixracı  məhdudlaşdırıldığına  görə  tiryəkin  qara  bazarda  qiy-

məti daha da artırıldı. 

Belə bir şəraitdə ingilis dairələri Çinlə münasibətləri qəs-

dən pisləşdirir, Çinə qarşı hərbi müdaxilə üçün bəhanələr ax-

ta

rırdı. Tiryəkin məhv edilməsi ilə əlaqədar münaqişə ingilis-



lərin Çinə qarşı müharibəyə başlaması üçün zəmin hazırladı. 

Nəhayət, hərbi ekspansiyaya üstünlük verərək İngiltərə höku-

məti 1839-cu ilin sentyabrında Çinin Kanton əyalətinə qarşı 

hərbi müdaxilə etdi. 

İngilislərin  hərbi  müdaxiləsi  nəticəsində  müqavimət 

mövqe


yində duran Çin vətənpərvər qüvvələri ilə 1839-cu ilin 

noyabr  ayında  hərbi  toqquşma  baş  verdi.  Beləliklə,  tarixdə 

birinci tiryək müharibəsi adı ilə məşhur olan və 1840-1842-ci 

illəri əhatə edən müharibə başlandı. 



 

Çinə qarşı hərbi əməliyyatın gedişi 

 

1840-


cı ilin iyun ayınadək hərbi əməliyyatlar əsasən də-

nizdə  fasilələrlə  aparılırdı.  Bu  əməliyyatlar  Çin  tərəfindən 

dafiə,  ingilislər  tərəfindən  isə  hücum  xarakteri  daşıyırdı. 



Bu prosesdə milli vətənpərvər qüvvələr müdafiə mövqeyində 

dur


salar  da  ingilislərin  xeyli  tələfat  verməsinə  nail  oldular. 

La

kin İngiltərə yeni əməliyyat üçün yeni qüvvə toplamaqda 



idi. 1840-

cı ildə Çin sularına ingilis eskadrası daxil oldu. Çi-

nə  göndərilən  ingilis  qoşunlarının  ümumi  sayı  əvvəllər  çox 

deyildi.  Lakin  ingilislər  Çin  qoşunlarından  qat-qat  yaxşı  si-

lahlan

mışdı. Çin qoşunlarının o zaman üçün müasir silahı yox 



idi. Onlar hələ də ox, yay, nizə və fitilli tüfənglə silahlanmış-

dılar. Bu "silah" növləri Çində hələ 1-ci ingilis-Çin müharibə-

sindən  sonra  da  yəni  XIX  əsrin  axırlarınadək  qalmışdı.  Ən 

xtəlif  zamanlardan  qalan  müxtəlif  sistemli  topların  nişan 



almaq üçün müvafiq cihazı da yox idi. Belə bir şəraitdə Çin 

donanması ingilis donanması ilə vuruşmaq iqtidarında deyildi. 




32 

Belə bir şəraitdə Lin Tsze-syuy müdafiəyə hazırlaşsa da 

amma, hakimiy

yət orqanları ona qarşı müxtəlif təxribatlar tö-

rətmək fikrində idilər. O, hətta xalq qoşunu dəstələri təşkil et-

məyə çalışırdı, lakin saray dairələri və mürtəce əqidəli əyan-

lar  daim  onun  fəaliyyətinə  mane  olurdu.  Çin  qoşunları-nın 

ay

rı-ayrı  müvəffəqiyyətli  əməliyyatı,  daxilən  ruh  düşgünlü-



nə  uğramış  ümumçin  silahlı  birləşmələrinin  vəziyyətini 

dəyişə bilmədi. 

İyun  ayında  ingilis  eskadrası  Kantonu  blokadaya  aldı, 

son

ra isə sahilboyu hərəkət edərək Çjouşan adalarını, paytaxt 



şəhəri  Dinxayı  tutdu,  həmçinin  Amoy,  Ninbo  şəhərlərini  və 

Min,  Yantszı  çaylarının  mənbəyində  yerləşən  yaşayış  məs-

gənlərini blokadaya aldı. İngilislər Çinin qədim şəhəri Dinxayı 

tutarkən  burada  qarətçilik  və  zorakılığa  başladılar.  Admiral 

Corc Elliotun komandanlığı altında əsas qüvvələr şimala tərəf 

Çjili körfəzinə yollandı və Bayxe çayında lövbər saldı. 

Amerika hökuməti ingilislərin Çinə qarşı apardığı müha-

ri

bədə  ənənəsinə  sadiq  qalaraq  həmişə  olduğu  kimi  onlara 



fəal  yardım  göstərirdi.  Nəhayət,  1840-cı  ildə  Çin  sularına 

Ame


rika  eskadrası  da  daxil  oldu  ki,  bunun  da  komandanı 

Ame


rikanın Ost-Hind eskadrasının rəisi Kerni idi. Həmin es-

ka

dra qarşısında qoyulmuş vəzifə ingilis qüvvələrinə "mə-nə-



vi 

və maddi, həmçinin hərbi yardım" göstərmək idi. Lakin əs-

lində  bu  eskadra  ingilis  təcavüzünün  bilavasitə  çevik 

köməkçisi idi. 

İngilis gəmilərinin irəliləməsindən qorxuya düşən Man-

cur-


Sin hökuməti ingilis komandanlığı ilə əvvəcə gizli danı-

şıq aparmaq qərarına gəldi. İngiltərə hökuməti mancur hök-

uməti qarşısında ağır tələblər, o cümlədən Honkonqu ingilis-

lərə  vermək,  ingilis-Çin  ticarətini  yenidən  davam  etdirmək, 

"təhqir" olunmuş ingilislərdən üzr istəmək, məhv edilmiş tir-

yəkin əvəzini ödəmək kimi bir sıra alçaldıcı tələblər qoydu. 

İngilis  nümayəndəsi  Elliot  və  Mancur-Sin  hökumətinin 

nümayəndəsi  Çjili  əyalətinin  general-qubernatoru  Si  Şanın 

Daquda apardığı danışıqlar zamanı heç bir saziş imzalanma-

dı. Lakin 1840-cı ilin noyabrında tiryək ticarətinə icazə veril-

di, Si Şan isə Quandun və Quansi əyalətlərinin canişini təyin 

olundu. 


İngiltərə ilə Çin arasında bəzi razılaşmalara baxma-


33 

yaraq 1841-

ci ilin yanvarında ingilis qoşunları yenidən hərbi 

əməliyyata  başladı.  İngilislərin  bu hücumu  müdafiə  işlərinə 

rəhbərlik edən Lin Tsze-syuy işdən kənar edildikdən və onun 

ye

rinə təslimçi Si Şan təyin edildikdən sonra başlanmışdı və 



təslimçilik siyasəti ingilislərin qələbəyə olan inamını daha da 

artırmışdı. 

Odur ki, i

ngilislərlə  yeni  danışıqlar  gedişində  Si  Şan  

8 mil

yon lyan təzminat ödəməyə, Honkonqu ingilislərə ver-



məyə,  rəsmi  əlaqələr  yaradılmasına  və  ingilis-Çin  ticarətini 

yeni


dən  davam  etdirməyə  razılığını  bildirdi.  Lakin  Si  Şanın 

təslimçilik layihəsi imperator tərəfindən təsdiq edilmədi və Si 

Şanın özü isə həbs olundu. Əvəzində Sin hökuməti İngiltərə 

ilə müharibə vəziyyətində olduğunu bəyan etdi.  

Təbii olaraq bu dövrdə hər iki dövlət öz iddiası ilə çıxış 

edirdi  və  maraq  dairələrinin  təmin  olunması  başlıca  məqsəd 

idi. Hətta, İngiltərə kraliçası Viktoriya da bu sazişi imzalama-

mışdı.  Çinin  İngiltərəyə  güzəştləri  İngiltərəni  təmin  etmirdi. 

İngiltərə hökuməti Çində istila planlarının ləng həyata keçiril-

məsinə  görə  hətta,  Elliotu  cəzalandıraraq  onu geri çağırdı  və 

onu 

Puttingerlə əvəz etdi. 



 

İngilis təcavüzünə qarşı xalq müqaviməti 

 

1841-ci ilin 



yazında ingilis komandanlığı yenidən hücum 

əməliyyatına  başladı.  1841-ci  ilin  mayında  ingilislər  quruya 

çıxarılmış qoşunla Kantonu tutmağa hazırlaşırdı. Kanton hö-

kumət orqanları ingilislərlə danışığa girib bildirdilər ki, ingi-

lis

lər şəhərə hücum etməsələr, bunun əvəzində onlara böyük 



məbləğdə vəsait ödəyəcəklər. Bu məqsədlə ingilis komandan-

lığı 6 milyon lyan alaraq, əvəzində şəhərə hücum etməməyə 

razılıq verdi. Bu sövdələşmədən sonra 1841-ci il mayın 27-də 

Kanton  yaxınlığında  yerləşən  ingilis  qoşunları  şəhər  ətra-

fındakı yerləri qarət etməyə və zorakılıq göstərməyə başladı. 

Zinət əşyaları axtaran ingilislər hətta qəbirləri də qazmağa və 

qarət  etməyə  başlamışdı.  İngilislərin  belə  qeyri-insani  hərə-

kətləri xalq içərisində güclü qəzəb doğurdu və Quandun əya-

lətində partizan hərəkatının başlanması üçün zəmin hazırladı. 

Kantondan şimalda yerləşən Sanyuanli kəndinin kəndli-

ləri  işğalçılara  qarşı  mübarizəyə  qalxdılar.  Onlar  ingilisləri 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə