Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə13/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   9   10   11   12   13   14   15   16   ...   142

37 

yeni maddələr var idi. Bunlar içərisində ABŞ gəmilərinin əl-

verişli şərtlərlə Çin sahilləri boyunca nəqliyyat hüququ, yəni 

ka

botaj  dənizçilik  hüququ  və  müqaviləni  on  iki  ildən  sonra 



dəyişdirmək  imkanı  haqqındakı  maddələri  göstərmək  olar. 

Eksterritoriallıq hüququ da, ingilis-Çin müqaviləsindəkindən 

fərqli olaraq daha dürüst və geniş üstünlüklərə malik idi. 

ABŞ  və  İngiltərədən  sonra  1844-cü  il  oktyabrın  24-də 

qeyri-

bərabərhüquqlu fransız-Çin müqaviləsi imzalandı. 



Daha sonra yəni, 1851-ci ildə Rusiya ilə Çin arasında ye-

ni bir müqavilə Kulca müqaviləsi imzalandı. Bu müqaviləyə 

görə Çin, Rusiya ticarəti üçün Qərbi Çində əlverişli şərait ya-

rat


mağı öhdəsinə götürürdü. 

Beləliklə, Çinin ABŞ və Avropa dövlətlərinin təsiri altına 

düşməsi mərhələ-mərhələ davam edirdi. 

 

Çinin 

yarımmüstəmləkəyə çevrilməyə başlanması 

 

İngiltərənin Çinə qarşı birinci "tiryək" müharibəsi Çinin 



yarımmüstəmləkə-yarımfeodal  ölkəyə  çevrilməsinin  başlan-

ğıcını qoydu. Müharibə mövcud quruluşun və idarə üsulunun 

çürüklüyünü,  hökumətin  acizliyini  göstərdi,  xarici malların 

öl

kəyə geniş axını üçün qapıları açdı və Çinin daxili vəziyyə-



tini  pisləşdirdi.  Bununla  əlaqədar  alman missioneri (xristian 

dini  təbliğatçısı)  Qutslaffın  Çindıki  vəziyyətə  dair  gətirdiyi 

materiallar əsasında K.Marks belə qənaətə gəlmişdir ki, "Əl 

əməyinə  əsaslanan  Çin  sənayesi  maşınla  rəqabətə  dözə  bil-

mədi. Sarsılmaz Aralıq imperiyası ictimai böhran keçirməyə 

başladı. Vergilər daha xəzinəyə gəlib çatmır, dövlət tam müf-

lis

ləşmək qarşısında qalmışdı, əhali kütləvi surətdə pauperlə-



şir, narazılığa başlayır, itaətkarlıqdan boyun qaçırır, impera-

to

run xəbərçiləri və qoçuları buddist monarxları, insanları dö-



yür və öldürürdü. Odur ki, ölkə tam fəlakət qarsısındadır və 

hətta inqilab təhlükəsi var"

1



Avropa  dövlətləri  öz  sənayelərini  inkişaf  etdirmək 



məqsədilə Çinə qarşı apardıqları siyasətin mahiyyətini qapalı 

                                                 

1

 

K.Marks və F.Engels. Əsərləri, 7-ci cild, səh 233-234, Bakı, 1977. 




38 

saxlayır, hətta onu dövlət sirri kimi qoruyurdular. İngiltərə bu 

rəqabətdə  öndə  gedirdi.  Məhz  bu  səbəbdən  birinci  "tiryək" 

haribəsinin  və  qeyri-bərabərhüquqlu  müqavilələrin  Çin 



üçün bir sıra fərqli nəticələri oldu. 1833-cü ildən 1852-ci ilə-

dək  İngiltərənin  Çinə  idxalatı  beş  dəfə  artdı.  İdxalatda  əsas 

ye

ri toxuculuq malları tuturdu. Xarici toxuma malların idxa-



latı Çinin toxuculuq sənətini sarsıtdı. Lakin acınacaqlı hal o 

idi ki, mü

haribədən sonra da ingilislərin ən çox gəlir gətirən 

ticarəti, yəni tiryək alveri hələ də qalmaqda idi. 1840-cı ildən 

1850-

ci ilədək Çinə gətirilən tiryəkin miqdarı azı 2,5 dəfə art-



mışdı. Gümüşün Çindən fasiləsiz aparılması davam edirdi və 

gümü


şün qiyməti daha da bahalaşmaqda idi. Məmurlar xalqı 

daha şiddətlə soyurdular. Yadellilərlə əlbir olub xalqı soyan 

məmurların ən böyük amalı milyonları milyardlara çevirmək-

dən ibarət idi. Bu da əsaslı faktorlardan idi ki, xalqdan uzaq 

düşmüş məmurlar xalqın qəzəbindən qorxurdular. 

Çin məxəzlərinin verdiyi məlumata görə bir çox əyalət-

lərdə natural vergilər 2,5-4 dəfə artırılmışdı, əlavə tədiyyələr 

isə əsas vergilərdən bir neçə dəfə çox idi. Bundan başqa mə-

murlar 

şəxsən varlanmaq üçün özbaşına müxtəlif vergi növü 



təyin edir və bunları "rəhm bilmədən və amansızlıqla" xalqa 

cəza verə-verə yığırdılar. 

Torpaqların  mülkədarlar  əlində  təmərküzləşməsi daha 

da 


artmışdı və becərilən torpaqların 80%-ə qədəri mülkədar-

la

rın əlində idi. Kəndlilər var-yoxdan çıxırdı, onlardan çoxları 



muzdur  olur  və  ya  acların,  səfillərin  sıralarına  qoşulurdular. 

Be

ləliklə, qeyri-bərabər müqavilələrin real nəticələri milyon-



lar

la adamların müqəddəratını sual altında qoyur və mənafe-

lərinə toxunurdu. Bunlar da ölkədə mövcud qanun-qaydalara 

qarşı ümumxalq qəzəbinin artmasına yeni təkan verirdi. 

Bu  dövrdə  gizli  kəndli  cəmiyyətinin  müraciətnamələrin 

birində deyilirdi: "Xalqın əzabları son həddə çatmışdır". Do-

ğurdan da cənub və cənub-şərq dənizkənarı əyalətlərdə xalqın 

vəziyyəti  xüsusilə  ağır  idi.  Yeni  kəndli  müharibəsi  məhz 

burada gözlənilirdi ki, o da baş verdi...  



39 

İçğalçı ingilislərə və istismarçı mancurlara  

qarşı silahlı mübarizə 

 

Xatırladaq  ki,  hələ  tiryək  müharibəsi  dövründə  Quan-

dun

da  ingilislər  əleyhinə  başlanmış  silahlı  xalq  mübarizəsi  



haribədən sonra da davam edirdi. İngilislərə qarşı çıxışlar 

Quandun əyalətində xüsusilə geniş şəkil almışdı, çünki məhz 

bu  əyalətin  əhalisi  işğalçıların  silahlı  təcavüzünə  hələ  xeyli 

əvvəllər  məruz  qalmışdı,  təcavüzün  digər  formaları  isə  hələ 

də davam edirdi. 

1842-

ci  ilin  noyabrında  Kantonda  əcnəbilər  əleyhinə 



raciətnamələr buraxılırdı. Artıq 1842-ci ilin dekabr ayında 

xarici  faktoriyalar  dağıdılırdı.  Belə  iğtişaşlar  1844,  1846, 

1847 və 1849-cu illərdə də fasilələrlə baş vermişdi. 

Əlbəttə, xalq çıxışları təkcə ingilislərə və ya digər əcnə-

bilərə qarşı çevrilməmişdi. Bu çıxışlar, həmçinin əcnəbilərin 

təzyiqi qarşısında diz çöküb təslim olan mancur hakimiyyəti-

nə qarşı da çevrilmişdi. O zamankı intibahnamələrdən birində 

deyilirdi: "Ali hakimiyyət nümayəndələri özlərini elə apaprır 

ki, guya heç bir vaxt bu hadisə haqqında (əcnəbilər tərəfindən 

çinlilərin öldürülməsini – müəllif) eşitməmişlər. Onlar əcnəbi 

şeytanları pak bir allah sayırlar, Çin xalqını isə heyvan hesab 

edirlər... Bütün xalq yığıncaqları qəzəb alovları içərisində əc-

nəbi şeytanlara qarşı nifrət hissilə birləşmişdir və başqa çıxış 

yo

lu olmadığı üçün onlar məcbur olacaqlar ki, müəyyən bir gün 



təyin etsinlər və həmin gün yığışıb zülmkarlara divan tutsunlar". 

B

u  dövrdə  bütün  bu  mübarizənin  təşkilatçısı  xüsusi  bir 



cəmiyyət idi. Həmin cəmiyyət ingilisləri "itaətə gətirməyi" öz 

qarşısında məqsəd qoyurdu (buna, "Şenpin" - "Sülh və səadət 

cəmiyyəti" deyilirdi". Digər bir cəmiyyət üzvləri pinintuanlar 

isə silahlı çıxışlar edirdilər. 

Xalq  kütlələrinin  təzyiqi  nəticəsində  ingilis  tacirlərinin 

Kantona  buraxılması  1849-ci  ilə  qədər  təxirə  salınmışdı. 

1849-

cu ildə ingilislər onları şəhərə buraxmağı tələb etdikdə 



isə, əcnəbilərə müqavimət göstərmək üçün Kantonda yenidən 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə