Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə21/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   17   18   19   20   21   22   23   24   ...   142

61 

Tsin hökumətinin nümayəndəsi knyaz Qun Çin nəhayət 

yeni 

əsarətli bir müqavilə imzaladı ki, bu da Pekin konven-



siyaları adı ilə tarixə daxil oldu. 

İngilis-Çin  və  Fransa-Çin  Pekin  müqavilələri  Tyanszin 

müqavilələrinin bütün şərtlərini bir daha təsdiq etdi. Bundan 

başqa, Çin İngiltərə və Fransaya, hərəsinə 8 milyon lyan təz-

mi

nat verməyi öhdəsinə götürdü. Koulun yarımadasının (Hon-



konqla  üzbəüzdə  yerləşmişdir)  bir  hissəsi  İngiltərənin  mül-

kiyyətinə keçirdi. Çin ölkədən qiymətli daş-qaşların, zinət əş-

ya

larının daşınıb aparılmasına razılıq verir və Tyanszin şəhəri 



də sərbəst ticarət üçün açılırdı. 

Əlverişli şəraitdən istifadə edən Rusiya özünün səfiri İq-

natyev 

vasitəsilə 1860-cı ildə Rusiya ilə Çin arasında Pekin 



müqavi

ləsinin  imzalanmasına  müvəffəq  oldu.  Müqaviləyə 

rə İngiltərə Fransanın əldə etdiyi əlavə imtiyazlar Rusiyaya 



da 

şamil edirdi. Ən başlıcası isə müqavilə əslində Rusiyanın 

nəzarəti  altına  keçmiş  Ussuriya  vilayəti  üzərində  Rusiyanın 

hüququnu möhkəmləndirdi.  

  1861-ci 

ilin  yanvarında  Pekində  xarici  işlər  üzrə  baş 

ida

rə təsis olundu ki, buna Tsunliyamin deyirdilər. Tsunliya-



mi

nə  rəhbərlik  knyaz Quna  həvalə  edildi.  Əvvəllər  o,  Qərb 

döv

lətləri ilə hər hansı bir əlaqə saxlamanın ən qatı düşməni 



olsa da

, son illərdə o xaricilərin sadiq tərəfdaşına çevrilmişdi. 

Çin-mancur ir

ticaçıları Qərb dövlətlərinə Çin xalqının inqilabi 

mübarizəsinin qarşısını almaq üçün möhkəm bir dayaq kimi 

baxırdılar. 

  

Beləliklə, İkinci "tiryək" müharibəsi (1857-1860) Çini 



yarımmüstəmləkəyə  çevirməkdə  ABŞ,  və  Avropa  dövlətləri 

üçün yeni bir uğurlu addım idi. Bağlanmış müqavilələr ölkə-

nin daxilində xarici kapital üçün geniş imkanlar açırdı. 

Qərb  dövlətləri  tərəfindən  Tsin  hökumətinin  təslim  ol-

ması Taypin üsyanına qarşı onlarda münasibəti tamailə dəyişdi. 

Onlar  ölkəni  tamamilə  əsarət  altına  almaq  yolunda  Taypin 

üsyanına  əsas  maneə  kimi  baxdığına  görə  mancurlara  fəal 

yar


dım göstərməyə başladılar. 


62 

Taypin hərəkatının tənəzzülünün başlanması 

 

Xarici 


müdaxilə və daxili irticanın gücləndiyi bir şərait-

də taypinlər içərisində vəziyyət xeyli pisləşmişdi. Taypinlərin 

Nankində toplanmış rəhbər dairələri xalqdan ayrılmışdı. Van-

lardan 


ibarət yeni feodal silki formalaşmaqda idi. Ordunun da 

siması dəyişmişdi, bəzi qoşun hissələrində əvvəlki ciddi inti-

zam intizam

sızlıq və özbaşınalıqla əvəz edilmiş, daxili çəkiş-

mələr həddini aşmışdı. Xunlar ailəsi hərbi sərkərdələrə inan-

mırdı.  Li  Sü-çenin dediyi kimi, "camaat  itaətdən  çıxmışdı, 

hər kəs özü birinci olmağa çalışırdı, adamlar bir-birinin xeyir 

və şərinə şərik olmurdu, məğlubiyyət zamanı bir-birinin kö-

məyinə gəlmirdi". 

 

Taypin  Tyanqonun  rəhbər  xadimlərindən  biri,  Xunlar 



ailəsinin üzvü Xun Jen-qan 1859-cu ildə "Ölkəni idarə etmək 

haqqında yeni əsərini" Tyan vana təqdim etdi. Bu sənədlərdə 

dəmir yolları çəkmək, od, buxar və küləyin gücündən təsərrü-

fat ehtiyacları üçün istifadə etmək, faydalı qazıntılar aparmaq 

və  hətta  vətəndaşların  həyat  və  əmlakını  sığortaya  almaq 

haqqında geniş təkliflər var idi. Lakin bu sənəddə aqrar isla-

hat pro

qramından  bəhs  edən  heçnə  yox  idi.  Xun  Jen-qanın 



özü üsyana qədər xristian missionerləri ilə əlaqə saxlamışdı. 

Ona 


görə də onun təklifində Qərbin liberal ideyaları əks olun-

muşdu və bunlar Taypin hərəkatının inqilabi ruhuna yabançı 

idi. 

İrəli sürülən təkliflərdə Qərb təsiri aydın şəkildə gorunürdü. 



Bu sənəd Taypin rəhbərləri üçün inqilabdan islahatçılığa doğ-

ru 


geriyə  addım  idi.  Odur ki,  təqdim  edilən  "Yeni  sənədin" 

heç  bir  əməli  əhəmiyyəti  olmadı  və  ola  da  bilməzdi.  Əsaslı 

aqrar  islahat  keçirmədən  ölkənin  iqtisadi  həyatında  ciddi 

dəyişiklik etmək haqqında düşünmək əlbəttə utopiya idi. 

XIX əsr 50-ci illərin axırlarında və 60-cı illərin əvvəllə-

rin


də taypinlər düşmənə daha bir sıra güclü zərbələr endirsə-

lər  də,  faktiki olaraq cəbhələrdə  vəziyyət  o  qədər  də  yaxşı 

deyildi.  Taypin

lərin  görkəmli  sərkərdəsi  Li  Sü-çenin (1859-

cu ildə ona Çjun van, yəni "sadiq knyaz" adı verilmişdi) qo-

şunları Yantszı çayından cənubda, Çen Yuy-çenin qoşunları 




63 

isə şimalda – Antsin rayonunda vuruşurdu. Döyüşlər fasilərlə 

apa

rılır və orduda ruh düşgünlüyü mövcud idi. 



Düzdür,  d

üşmən  qoşunları  bir  neçə  dəfə  (1858-ci  ildən 

başlayaraq)  Nankinə  yaxınlaşmışdı.  Ancaq  Li Sü-çenin  və 

Çen Yuy-


çenin  qoşunlarının  fədakar  mübarizəsi  nəticəsində 

irticaçı  qüvvələr  geri  çəkilməyə  məcbur  olmuşdu.  Amma 

1860-

cı ildən başlayaraq Li Sü-çenin və Çen Yuy-çenin qo-



şunları ayrılıqda vuruşmağa başlamışdı ki, bu da taypinlərin 

hərbi  vəziyyətinə  mənfi  təsir  göstərir  və  pərakəndliyə  şərait 

yaradırdı. 

  1859-1861-

ci illərdə Antsin uğrunda inadlı vuruşmalar 

gedirdi. 

Nəhayət, 1861-ci ilin sentyabrında Antsin süqut etdi, 

bir il son

ra  isə  Taypin  ordusunun  görkəmli  qəhrəmanı,  

26 yaşlı Çen Yuy-çen həlak oldu. Antsinin süqutu Nankinin 

vəziyyətini xeyli ağırlaşdırdı. Antsin uğrunda vuruşmalar za-

ma

nı Li Sü-çenin qoşunları isə Yantszıdan cənubda əməliyyat 



apararaq,  bir  sıra  parlaq  hərbi  yürüşlər  keçirdi.  1860-cı  ilin 

martında Li Sü-çen Xançjounu tutdu, may ayında isə Çançjou, 

Suçjou, Tszyaosini tutaraq 

Şanxay  üzərinə  hücuma  başladı. 

Tszyansu  və  Çjetszyan  əyalətləri,  demək  olar  ki,  tamamilə 

azad edildi. M

üharibənin birinci mərhələsinə nisbətən, indi Li 

Sü-


çenin mübarizə aparmalı olduğu şərait xeyli mürəkkəbləş-

mişdi. Taypinlərin qüvvələri xeyli zəifləmiş, irticaçıların qo-

şunlarının sayı artmışdı. Taypinlər hakim irticaçı qüvvələrlə 

yanaşı əcnəbi qoşunlarla da bilavasitə silahlı mübarizə apar-

ma

ğa məcbur olmuşdu. 



Li Sü-

çenin qoşunlarının yaxınlaşmasından qorxuya dü-

şən Şanxay tacirləri və sələmçilər amerikalı avantürist Frede-

rik Uorda müraciət etdi. O, hökumətlə razılığa gələrək muzd-

lu  ordu  yaratdı.  O,  gəmilərdən  qaçmış  xarici  dənizçilərdən 

iba


rət  böyük  quldur  dəstəsi  təşkil  edərək  gurultulu bir adla 

"Həmişə qalib gələn ordu" adlandı. Uordun əməliyyatına Ame-

rika 

hökumət  dairələri  rəsmi  icazə  vermişdi,  Amerikanın  Pe-



kindəki səfiri Berlinqhemin bu prosesdə olduqca fəallıq gös-

tərirdi. Eyni zamanda Berlinqhem Qərb dövlətləri tərəfindən 

Taypinlərə qarşı silahlı müdaxilə təşkil edilməsi tərəfdarı idi. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə