Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə17/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   13   14   15   16   17   18   19   20   ...   142

49 

1853-cü 


ilin oktyabrında taypinlər Xanyan-Uçan rayonu-

nu ələ keçirdi. Lakin 1853-cü ilin noyabrında buranı tərk et-

məli oldular. Bu yürüş zamanı taypinlər təhlükəli bir düşmən-

l

ə, çinli əyan Tszen Qo-fanın ordusu ilə üz-üzə gəldilər. 



Tszen Qo-fan Xunan ordusu adl

anan bir ordu yaratmışdı 

ki, bu ordu 

da şenşi, mülkədar və tacir övladlarından təşkil olun-

muşdu.  Bu  əslində  varlılarla  kasıbların  müharibəsinə  çevril-

məkdə idi. Həmin ordunun xeyli hissəsini həmçinin, kəndlilə-

rin  geridə  qalmış  təbəqələrindən  və  lümpen proletarlardan 

olan muzd

la tutulmuş əsgərlər təşkil edirdi. Bu ordunun yara-

dılması  əvvəllər  Tsin  hökumət  dairələrini  narahat  etmişdisə 

də, sonralar onlar taypinlərə qarşı mübarizlərində Tszenin or-

dusuna arxalan

mağa  başladı,  yəni  hökumət  xalqı  qarşı-qar-

şıya  qoymaqla  məkrli  siyasətini  reallaşdırmaq  məqsədi  gü-

dürdü.  1854-

cü  ildə  Tszen  Qo-fanın  ordusu  ilk  müvəffəqiy-

yətlər əldə edərək Uçan, Xanyan və Xankou şəhərlərini tutdu.  

1855-


ci ilin əvvəllərində Tszen Qo-fanın ordusu məğlu-

biyyətə uğradı. Anxuey əyalətindən Şi Da-kayın rəhbərliyi al-

tında  taypinlər  ordusu  Xubeydəki  taypin  dəstələrinin  kömə-

yinə gəldi. Xankou, Xanyan və Uçan yenə də taypinlərin əli-

nə  keçdi.  Əslində  bu  şəhərlər  döyüş  əməliyyatlarından  asılı 

ola


raq əldən-ələ keçən şəhərlər idi. Hökumətə satılmış əyan-

lardan  olan  Tszen Qo-

fan  bu  şəhərləri  yalnız  1856-cı  ildə 

ikin


ci dəfə zəbt edə bildi.  

 

Ölkənin cənub əyalətlərində üsyanlar 

 

Çində  XIX  əsrin  ortalarında  Taypinlər  hərəkatı  ilə  bir 

vaxtda və onun təsiri altında bir sıra digər antifeodal və man-

curlar 


əleyhinə üsyanlar da baş verdi  ki,  bunlar böyük əhə-

miy


yət kəsb edirdi.  

Ölkənin cənub, cənub-şərq və sahil əyalətlərindəki üsyan-

lar, xüsusilə əhəmiyyətli olub, geniş vüsət almışdı. Dənizkəna-

rı  əyalətləri  Quandun, Futszyan, Çjetszyanda  qayıqçıların,  li-

man  işçilərinin,  müxtəlif  peşələrdən  olan  fəhlələrin  hökumət 

orqanla


rının özbaşınalığına qarşı çıxışları davam edirdi. Onla-

r

ın  sıralarında  gizli  cəmiyyət  üzvləri  çox  idi.  Ən  çox  nüfuza 




50 

malik 


olan və əhatə dairəsi geniş olan "Tyandixuey" cəmiyyəti 

idi. Cəmiyyətin bir çox üzvləri taypinlərin də mübarizəsində işti-

rak edir

di. Bu cəmiyyət üzvləri içərisində yerli tacirlər hərəkatın 

maliyyələşdirilməsində mühüm rol oynayırdı. "Tyandixuey" cə-

miy


yətinin tərəfdarları 1853-cü ilin mayında Amoy şəhərini tutdu 

və  "Tyandixueyin"  rəhbərlərindən  biri  Xuan De-mey mancur 

sülaləsinin bu ərazidə hakimiyyətini devrilmiş elan etdi.  

Lakin artıq iyul ayında Amoydakı üsyan yatırıldı. Bu onu 

sübut  edir  ki,  kütləvi  bazaya,  mancurlara  qarşı  iki  yüz  illik 

mübarizə təcrübəsinə malik olan "Tyandixuey" cəmiyyəti tay-

pinlər  qədər  mütəşəkkil  və  intizamlı  deyildi.  Öz  növbəsində 

taypinlər də cənubda şəhər yoxsulları və tacirlərin üsyanı nə-

ticəsində yaranmış əlverişli şəraitdən istifadə edə bilmədilər.  

"Tyandixuey"  cəmiyyətinin  şöbələrindən  biri  olan  "Ki-

çik qılınclılar" cəmiyyəti 1853-cü il sentyabrın 7-də Şanxay-

da  üsyan  qaldırıb  şəhərin  xeyli  hissəsini  ələ  keçirdi.  Bu  hadisə 

tay

pinlərin hücumunu genişlənməsi üçün son dərəcə mühüm və 



əlverişli şərait yaradırdı. "Kiçik qılınclılar"ın özləri də taypinlərlə 

əlaqə  yaratmaq  təşəbbüsü  etmişdi,  lakin  onların  göndərdiyi 

qasidlər Tsin qoşunları tərəfindən əsir alınmışdı. Taypinlər "Kiçik 

qılınclılar"la əlaqə yaratmadı. Taypinlərin Şanxayı tutması, hərə-

ka

tın  sonrakı  müqəddəratına  mənfi  təsir  göstərdi.  Yəni  hərəkat 



iştirakçılarının hərbi-strateji gücü parçalandı. Şanxaydakı üsyan-

çılar isə çətinliklə olsa da əks hücumlara qarşı 1855-ci il fevralın 

18-

nə qədər davam gətirə bilmişdilər. 



Tsin  hökumət  orqanları  Şanxaydakı  üsyanı  hökumətin 

öz

ünə məxsus cəza qüvvələri ilə yatıra bilmirdi. Onlar yardım 



üçün  xarici  dövlətlərə  müraciət  edərək,  yalnız  əcnəbilərin, 

əsasən fransız qoşunlarının köməyilə üsyanı yatıra bildilər. 

 

Çinə qarşı kapitalist dövlətlərin müəammalı siyasəti 

 

İngiltərə, ABŞ və Fransa Çindəki hadisələrə rəsmi olaraq 

"bitərəf" münasibət bəslədiklərini qeyri-səmimi olaraq bildirsə-

lər də lakin, Şanxay hadisələri göstərdi ki, kapitalist  dövlətləri 

Tsin rejimini müdafiə edir, İngiltərə, ABŞ və Fransa isə taypin-

lər  üsyanından  öz  qəsbkarlıq  məqsədləri üçün istifadə  etməyə 

çalışır. Taypinlər  üsyanı  ilə  əlaqədar  olaraq  İngiltərə  Çini  iki 

dövlətə  parçalamaq  planı  hazırlayırdı  ki,  bu  da,  ingilislərin 




51 

Çin


də ağalığı üçün daha əlverişli imkanlar yaratmağa istiqamət-

ləndirilmişdi.  Bu  planı  həyata  keçirmək  məqsədilə  ingilislər 

"Ger

mes" gəmisində Nankinə Tyan vanın yanına Britaniya kon-



sulluğunun  nümayəndəsi  Corc  Bonxemin  başçılığı  ilə  rəsmi 

diplom


atik nümayəndə heyəti göndərdilər. 

Britaniya hökumətinin Çinə göndərilmiş nümayəndə he-

yəti  siyasi  və  diplomatik  manevrlər  edərək  Çində  özlərini 

"humanist" 

və “xeyirxah” kimi göstərirdilər. Bununla yanaşı 

on

lar qarşı tərəfi şübhələndirməmək üçün ilk vaxtlar nisbətən 



məhdud tələblər irəli sürürdü. Bu tələblər hələlik Yantszı çayı 

boyunca gəmiçilik hüququndan və taypinlərin nüfuz dairəsinə 

daxil olan ərazilərdə ticarət azadlığı iddiasından ibarət idi. 

İngilislər Taypin rəhbərlərinə azad, beynəlxalq ticarətə tə-

rəfdar olduqlarını bildirdilər. Danışıqlar prosesində o da vurğu-

landı ki, onların qanunlarına ciddi riayət olunsun və qəti şəkildə 

bildirdilər ki, tiryək ticarətinə heç zaman yol verilməyəcəkdir. 

Nəhayət, ingilislərin taypinlərlə danışıqları rəsmi sazişin 

imzalanması ilə nəticələndi ki, bu sazişə görə də İngiltərə tay-

pinlərin  ərazisində  ticarət  imkanı  və  bir  sıra  imtiyazlar  əldə 

etmiş oldu. Lakin xarici müdaxiləçilər maraqlı tərəf olduqla-

rına görə sonralar İngiltərə, ABŞ və Fransa qüvvələri taypin-

lər hərəkatının yatırılmasında fəal iştirak etdilər.  

Bu  dövrdə  Taypin  Tyanqo  adından  danışıqları  Lo  Da-

qan apar

ırdı. O, taypinlərin xarici işlər naziri vəzifəsini icra 

edirdi.  Artıq  hərbi-iqtisadi  qüdrətinin  tükəndiyini  dərk  edən 

taypin diplomat

ları müdaxiləçi Qərb dövlətləri ilə açıq hərbi 

toqquşmaya yol verməməyə çalışırdılar. Onlar dərk edirdilər 

ki, ABŞ, İngiltərə, Fransa kimi imperialist dövlətlərlə üz-üzə 

gəlmək olduqca təhlükəlidir. 

 

Taypinlər hərəkatının böhranı 

 

Taypinlərin  hərbi  müvəffəqiyyətsizlikləri  və  buraxılmış 



səhvləri  Taypin  dövlətini  hərbi-strateji  və  iqtisadi  cəhədən 

zəiflətmişdi.  1856-cı  ildə  hərəkatda başlanmış  böhran  bu 

səhvlərin nəticəsinin yalnız bir amili idi. Hərəkatın böhranı, 

bürokratik feodalizm münasib

ətlərinin hökm sürdüyü və anti-

feodal 


mübarizənin, inqilabı qələbəyədək başa çatdırmağa qa-

dir olan yeganə qüvvənin hələ yetişmədiyi bir ölkədə bu uğur-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə