Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə14/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   10   11   12   13   14   15   16   17   ...   142

40 

könüllü xalq dəstələri təşkil olundu ki, bu dəstələrin hər birin-

də təxminən 100 minədək adam var idi. Xaricilərə qarşı hü-

cum  zamanı  bir  neçə  xarici  faktoriya  məhv  edildi.  İngiltərə 

məcbur oldu ki, onların Kantona buraxılması tələbindən mü-

vəqqəti əl çəksin. Bütün bunlar xalqda öz qüvvələrinə inamı 

möhkəmlədirir və Sin hökumətinin Çini müdafiə etməyə qadir 

olmadığını bir daha sübut edirdi. 

Kantonun 

mübarizə nümunəsi xarici ticarət üçün açılmış 

digər limanlarda da ruh yüksəkliyilə qarşılandı. 1846-cı ildə 

Fuç


jou və Amoyda ingilislər əleyhinə çıxışlar baş verdi. Hon-

konqda da xalq iğtişaşları oldu.  

Bu çıxışlar mancur hakimiyyəti əleyhinə və feodal quruluşuna 

qarşı kəndli hərəkatının tədricən inkişaf etməsini göstərirdi. 

Odur  ki,  Çində  tədricən  antifeodal  kəndli  müharibəsi 

ü

çün  ilk  şərait  yetişməkdə  idi.  Gizli  cəmiyyətlər  fəallaşırdı, 



ha

kim quruluşa və idarə üsuluna zidd olan müxtəlif ideyalar 

yayılırdı. 40-cı illərdə bir neçə əyalətdə kəndli üsyanları baş 

vermişdi. Əvvəllər olduğu kimi, indi də qərb və cənub-qərb 

əyalətlərinin milli azlıqları, mərkəz və cənub əyalətlərinin, o 

cümlədən  Xubey, Xunan, Quandun, Futszyan  kəndliləri  də 

üsyanlar

da iştirak edirdilər.  

Bu üsyanlar içərisində ən çox əks-sədaya səbəb olmuş və 

nəzərə  çarpanı  Xubey  əyalətinin  Çunyan  qəzasında  1841-ci 

ildə baş verən üsyan, 1843-1849-cu illərdə Xunandakı bir sıra 

üsyanlar, 1844-

cü  ildə  Tayvandakı üsyan,  1845-ci  ildə  Şan-

dun


dakı  üsyan,  1846-cı ildə  Yunnandakı  üsyan, 1847-1849-

cu illərdə Quansi və Quyçjoudakı üsyanlar idi. Quansi əyalə-

tindəki "Tyandixuey" gizli cəmiyyəti çox böyük nüfuza malik 

idi, bu cəmiyyətin rəhbərliyi altında bir sıra üsyanlar olmuş-

du. Bu üsyanlar gedişində ən çox yayılmış şüarlar mancurlar 

əleyhinə çevrilmiş - "varlıları soyaq, yoxsullara kömək edək" 

şüarı geniş yayılmışdı. Çində əzəmətli xalq üsyanları haqqında 

"Dunxualu"  xronikasında,  doqquz  il  ərzində  (1841-1849)  

110 üs

yan və iğtişaş baş verdiyi xüsusilə qeyd edilmişdi.  



Bir sıra üsyanlar üçün xarakterik cəhət kəndlilərin mül-

kədar  torpaqlarını  kəndlilər  arasında  bərabər  bölüşdürmək 

çağırışı idi.  



41 

Əlbəttə, Çində baş vermiş bu üsyanların hətta bir-birilə 

əlaqəsi olmasa da  bütün üsyanlar – XIX əsrin ortalarında baş 

vermiş  böyük  kəndli  müharibəsinin,  Taypinlər  hərəkatının 

müjdəçiləri və ilk lokomotivləri idi. Çünki yadellilər bu ölkə-

nin övladları olmağuna görə yerli xalqa yuxarıdan aşağı bax-

maqla xalqın pataloji nifrətini qazanmışdılar. Xalq yadellilərə 

qarşı ayağa qalmağa hazır idi. 

Bel

əliklə,  XIX  əsrin  40-50-ci  illərindəki  kütləvi  milli-



azadlıq hərəkatları Çin xalqının mübarizəsində yeni mərhələ-

nin başlanğıcını qoydu. XIX əsrin 40-cı illərinədək xalq hərə-

katları mancur hakimiyyətinə və istismarçı feodal mülkədar-

la

ra qarşı çevrilmişdi. 40-cı illərdən etibarən bu mübarizə xa-



rici 

müstəmləkəçi zülmkarlara qarşı hərəkatla sıx birləşməyə 

başladı. Daxili irtica və xarici müstəmləkəçi qüvvələrə qarşı 

Çin xalqının yüz illik mübarizəsi davam edirdi. Ən başlıcası 

isə Çin xalqında əzəmətli qələbəyə böyük inam var idi.   

 

Çində Taypinlər hərəkatı 

 

 



Ölkənin  müxtəlif  yerlərində  kəndli  üsyanları  alovlanır, 

barizə yeni mərhələyə daxil olmaqda idi. Antifeodal hərə-



ka

tın və mancurlar əleyhinə mübarizənin əsas ağırlıq mərkəzi 

ölkənin cənub rayonlarının üzərinə düşürdü. 

  

Salnaməçilərin  yazdığına  görə,  Quandun  və  Quansi 

əyalətləri  Çin  tarixində  ən  qüdrətli  üsyan  mərkəzinə  çevril-

məkdə idi. Bu üsyanın təşəbbüsçüsü Çin xalqının öz zülmkar-

la

rına qarşı mübarizəsinin ən görkəmli rəhbərlərindən və qəh-



rəmanlarından  biri  Xun  Sü-tsüan idi. Xun Sü-tsüan 1814-ci 

ilin  yanvarında  Quandun  əyalətində,  Kanton  şəhəri  yaxınlı-

ğındakı Xua-syan kəndində kəndli ailəsində doğulmuşdu. El-

mi  ad  almaq  üçün  imtahanlarda  müvəffəqiyyətsizliyə  uğra-

dıqdan sonra o öz kəndində müəllim işləməyə başlamışdı. 

Xün-Su-t


süanın imtahan vermək üçün Kantona etdiyi sə-

fərlər ümumiyyətlə şəhər həyatı onun dünya görüşünü geniş-

ləndirdi,  onu  ölkədəki  bütün  dərin  ziddiyyətlərlə  tanış  etdi. 

Elə həmin vaxt o, xristianlıq ədəbiyyatı ilə tanış oldu. Həssas, 

dünyanı  dərk  edən,  asanlıqla  gələcəyi  görən  Xun Sü-tsüan 

qısa  zamanda  xristianlığın  bəzi  ideyalarını  mənimsədi.  Bu 




42 

ideyalar, 

həmçinin Çin alimlərinin əsərləri, ədalət və bərabər-

lik haqqında xalqın arzuları Xun Sü-tsüanın görüşlərinin əsa-

sını təşkil etdi. O, öz kəndində yeni nəzəriyyəni təbliğ etməyə 

başladı  və  özünə  ilk  ardıcıllar  tapdı  ki,  bunların  içərisində 

müəllim  Fen  Yun-şan,  xüsusilə  böyük  rol  oynadı.  Xun  Sü-

tsüanın  görüşləri  himnlərdə,  məsəllər  formasında  ifadə  olu-

nurdu. Xun Sü-

tsüanın və Fen Yun-şanın təbliğ etdiyi ümumi 

bərabərlik və qardaşlıq haqqındakı ideyaları çoxlarını özünə 

cəlb etdi, insanları bir-birinə yaxınlaşdırdı.  

Xun Sü-tsüan 1844-

cü ildə Fen Yun-şanla birlikdə Quan-

dundan 

Quansiyə  gəldi  və  burada  onun  tərəfdarlarının  və 



ardıcıllarının sıraları surətlə artmağa başladı.  

Xun Sü-tsüan 1844-

cü ildə "Bay Şandi xuey" ("ilahi ata 

cəmiyyəti") adlı cəmiyyəti yaratdı. Cəmiyyət ümumi bərabər-

lik və qardaşlıq ideyalarına əsaslanırdı. Bu ideya, ilahinin bö-

yük səadət dövlətinin – Taypin Tyanqonun (bu nəzəriyyənin 

ar

dıcıllarına isə taypinlər deyirdilər) quruluşu haqqında nəzə-



riyyə şəklində ifadə olunurdu.  

Hərəkatın dini forması bir çox kəndli üsyanları üçün xa-

rak

terik cəhət idi. Taypinlər hərəkatı feodalizmdən kapitalizmə 



keçid  dövründə  meydana  gəlmişdi.  Bu  hərəkatda  həmçinin 

kəndlilərin orta əsrlərdə apardığı mübarizənin xarakterik əla-

mətləri var idi. Lakin o biri tərəfdən də yeni şəraitdə baş ver-

miş bu hərəkat özünün proqramı, mütəşəkkilliyi və inadlı ol-

ma

sı ilə əvvəlkilərə nisbətən daha qabaqcıl və dinamikliyi ilə 



fərqlənən hərəkat idi. Hərəkatda əsas məqam xristianlıq təbli-

ğatı deyil, mülkədar zülmünə qarşı mübarizə ideyası dururdu. 

Xun Sü-

tsüanın və onun ardıcıllarının təbliğ etdiyi ideya 



– 

varlılar hesabına yoxsulları bərabərləşdirmək ideyası Quan-

si əhalisinin ən məzlum təbəqələri içərisində böyük rəğbət və 

ruh yüksəkliyi ilə qarşılandı. Kəndlilər, xüsusən bir parça çö-

rək tapmaq üçün başqa yerlərdən cənuba köçüb gələn və əha-

li

nin ən yoxsul təbəqəsini təşkil edən gəlmələr (getszya), mə-



dən  fəhlələri,  ağac  yandırıb  kömür  hazırlayan  fəhlələr  Xun 

Sü-


tsüanın və onun ardıcıllarının çağrışlarına ən fəallıqla səs 

verən ictimai təbəqələr idi. Taypinlər hərəkatının rəhbərlərin-

dən biri olan Li Sü-çen sonralar yazmışdı: "Varlılar onun ar-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə