Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə3/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   2   3   4   5   6   7   8   9   ...   142

heç də asan başa gəlmirdi. Belə ki, illərlə formalaşan istibdada 

və  istismara  xarici  zülmün  də  əlavə  olması  həmin  ölkələrin 

xalqlarının müqavimət hərəkatına səbəb olmaqda idi. Bununla 

bərabər Şərq xalqları yadelli istilaçıların o cümlədən mancur-

ların, monqolların, osmanlıların, əfqanların zülmünə qarşı öz-

lərinin gizli müqavimət hərəkatı təşkilatlarını yaratmağa baş-

la

dılar. Əlbəttə, müstəmləkə əsarətinə qarşı elmi əsası olma-



yan,  nəticələri  hesablanmayan,  primitiv  vasitə  hesab  edilən 

təcridolunma metodları da tərtib tdilirdi. Məsələn, Uzaq Şərq 

ölkələrində Çin, Yaponiya və Koreyada müqavimət vasitələ-

rin


dən biri xarici aləmlə əlaqəni kəsib təklənmək siyasəti idi. 

Lakin 


bu təklənmə tam təklənmə ola bilməzdi. Nəticə etiba-

rilə təklənmə siyasəti Uzaq Şərq ölkələrinin iqtisadi inkişafında 

mənfi rol oynayaraq onların geriləməyini daha da artırdı. Bu 

siyasət  feodal  münasibətlərinin mühafizəsinə  kömək  edərək 

kapitalizm ukladının təşəkkülünə mane olurdu. Mövcud vəziy-

yətlə əlaqədar K. Marks və digər Avropa klassikləri göstərir-

di

lər ki, "Köhnə Çinin qalması üçün ilk şərt, onun tamamilə 



qapalı olması idi".  

Əlbəttə, XVIII əsrin son mərhələsi dünya tarixində mü-

hüm 

bir dövrü əhatə edir. ABŞ-da istiqlaliyyət uğrunda mü-



ha

ribə (1775-1783) və XVIII əsrin sonunda Fransa burjua in-

qilabı  (1789)  və  digər  mütərəqqi  hadisələr  Avropada feodal 

müt


ləqiyyət  quruluşuna  qarşı  mübarizənin  inkişafında  həm-

çinin 


Qərb və Şərq xalqlarının azadlıq hərəkatına böyük təsir 

göstərdi. 

Paralel  olaraq  XVIII  əsrin  axırlarından  etibarən  Asiya 

bazarlarına  kapitalist  dövlətlərin  geniş  hücumu  başlanır  və 

müstəmləkəyə  düçar  olmuş  xalqların  istismarı  qüvvətlənir. 

Hindistanın istilası başa çatır və İngiltərənin hakimiyyəti al-

tında  birləşdirilərək  "Britaniya  Hindistanına"  çevrilməsi  ilə 

nəticələnir.  Çinin  və  Yaponiyanın  təklənməsinə  zorakılıqla 

son qoyulur ki, bu d

a həmin ölkələrdə feodal münasibətləri-

nin dağılmasını sürətləndirirdi. K. Marks Çini nəzərdə tutaraq 

yazmışdır: "Tamamilə qapalı tabutda yaxşı saxlanılmış mum-

yanın, kənardan ona hava dəyəndə dərhal çürüməsi labüd ol-

du

ğu kimi, bu qapalılığa da İngiltərənin iştirakı ilə zorla son 



qoyulduqda 

labüddən çürümə başlanmalı idi". 




Bununla yanaşı Şərqə qarşı planlaşdırılan müstəmləkəçi-

lik siya

sətinin tərkib hissəsi olan qeyri-bərabərhüquqlu müqa-

vi

lələrin bağlanması da Şərqin istilası üçün zəmin hazırladı. 



Nəticədə  kapitalist  dövlətləri,  o  cümlədən  ABŞ,  İngiltərə, 

Fransa, Hollandiya, Po

rtuqaliya  Şərq  ölkələrini  qeyri-bəra-

bərhüquqlu müqavilələr bağlamağa məcbur etdilər ki, bunlar 

da həmin ölkələri yarımmüstəmləkələrə, müstəmləkəçilər üçün 

satış bazarı və xammal mənbəyinə çevirirdilər. Beləliklə XIX 

əsrin 30-60-cı illərində Şərqi Asiyaya qarşı Avropa qəsbkar-

ları ilə yanaşı Amerika Birləşmiş Ştatlarının da təcavüzü ge-

nişləndi.  Hələlik  belə  təcavüzlərin  başlıca  hədəfi  Yaponiya, 

Koreya 


və  Çin  idi.  Eyni  zamanda  ABŞ-ın  hakim  dairələri 

Amerika ka

pitalının  inhisarçı  nəzarəti  altında  olan "Sakit 

okean impe

riyası" yaratmaq məqsədilə təcavüzkar planlar ha-

zırlamağa başladı. Afrikanın Qvineya sahilləri boyunca İngil-

tərə  və  Fransanın  dayaq  bazaları  genişləndirildi,  Fransanın 

Hind-Çi


nə soxulması sürətləndi. Bununla bərabər müstəmlə-

kəçilər  keçmiş  Niderland  Ost-Hind  kompaniyasının  ərazilə-

rini ələ keçirmək uğrunda rəqabəti daha da kəskinləşdirdilər. 

Cənub-Şərqi Asiyada müstəmləkələr uğrunda ingilis-holland 

mübarizəsi güclənərək yeni mərhələyə daxil oldu. 

Qeyd edilməsi zəruri olardı ki, xarici kapitalın Şərq ölkə-

lərinə soxulması, həmin ölkələrin sənayesinin inkişafına mən-

fi təsir göstərirdi, çünki onların sənayesi xarici mallarla rəqa-

bət apara bilmirdi. K. Marks göstərirdi: "Xarici sənaye malla-

rının bu idxalatı, əvvəllər Kiçik Asiya, İran və Hindistan sə-

na

yesində  olduğu  kimi  Çin  sənayesinə  də  eyni  təsir  göstər-



mişdir. Çində əyiricilər və toxucular xarici rəqabət nəticəsin-

də çox zərər çəkmişdir və bu da ictimai həyatın pozulmasına 

təsir göstərmişdir". Digər bir amil ondan ibarətdir ki, avropa-

lılar istehsaldan çıxarılmış dəzgahları çox baha qiymətə Asiya 

və Afrika ölkələrinə satırdılar. Monopolyarlaşdırılmış ticarət 

sistemi mövcud idi. Amma təqdirə layiq idi ki, müstəmləkə 

təcavüzünə məruz qalan bütün Şərq ölkələri içərisində yalnız 

Yaponiya xarici kapitalist dövlətlərin nə müstəmləkəsinə, nə 

də yarımmüstəmləkəsinə çevrilmədi. Bu dövrdə Yaponiya sə-

naye 


üçün xammal mənbəyi və hazır sənaye malları üçün sa-

tış bazarı kimi Avropa və Amerika müstəmləkəçilərini bir o 




qədər  maraqlandırmırdı.  Onların  bütün  diqqəti  zəngin  Çinə 

cəlb  olunmuşdu.  Çini  zəbt  etmək  onların  soyğunçuluğu  və 

varlanmaları üçün daha geniş perspektivlər aça bilərdi. Bey-

nəlxalq vəziyyətin gərgin  olması ABŞ-da vətəndaş mühari-

bəsi, Uzaq Şərq uğrundakı mübarizədə Avropa dövlətləri ilə 

ABŞ  arasındakı  ziddiyyətlərin  kəskinləşməsi  imperalistlərin 

çevikliyinin  artmasına  zəmin  hazırladı. Amma imperialist 

döv

lətlər  Yaponiyanın  da  təsir  dairəsinə  salınmasını  heç  də 



unut

mamışdılar.  Sadəcə  olaraq  Yaponiyanın  təsir  dairəsinə 

salınması  üçün  məqam  gözlənilirdi.  Nəhayət,  Yaponiyanın 

Qərb  dövlətlərinin  müstəmləkə  və  ya  yarımmüstəmləkəsinə 

çevril

məsi  çox  çəkmədi  və  qısa  müddət  ərzində  nisbi  asılı 



ölkəyə çevrildi. 

XIX əsrin ortalarında kapitalist dövlətlərin Asiyaya hü-

cumunun ümumdünya 

miqyaslı əhəmiyyəti də var idi. Bunun 

ən mühüm nəticəsi dünya bazarının yaranması prosesinin başa 

çatma


sından ibarət oldu. Marks 1858-ci ildə Engelsə məktu-

bun


da yazırdı ki, "Burjua cəmiyyətinin əsil vəzifəsi, ümumi 

cəhətlərdə olsa da, dünya bazarı və onun əsasında duran is-

teh

sal yaratmaqdan ibarətdir. Lakin yer dəyirmi olduğuna gö-



rə  Kaliforniya  və  Avstraliyanın  kolonizasiyasından,  Çin  və 

Yapo


niya qapılarının açılmasından sonra bu işi sanki bitmiş 

hesab etmək olar. Ən başlıcası isə müstəmləkə ölkələri xalq-

ları vahid dünya tarixi prosesinə qovuşur, bu xalqların tarixi 

ümumdünya tarix

inin tərkib hissəsinə çevrilir". 

Şərq  ölkələrinə  xarici  müstəmləkəçilərin  soxulduğu  və 

bu ölkələrə zorla qeyri-bərabərhüquqlu müqavilələr bağlaya-

raq onu zorla 

qəbul etdirdiyi ağır bir şəraitdə Şərq ölkələrində 

kapitalis

t münasibətləri təşəkkül tapmaqda idi. Bu proses Şər-

qin müxtəlif ölkələrində bilavasitə bu ölkələr üçün xarakterik 

olan  xüsusiyyətlərinə  uyğun  olaraq  ayrıldığına  görə  Qərb 

döv


lətlərində olduğundan fərqli idi. Amma Şərq ölkələrində 

kapitalist korporasi

yası və manufakturaları ləng inkişaf edirdi, 

həm də bunlar Hindistan və bəzi digər ölkələr istisna olmaq 

şərtilə bir qayda olaraq xüsusi mülkiyyətçi kapitalist müəssi-

sələri deyil, dövlət müəssisələri idi. Xarici kapitalın Şərq öl-

kələrinə soxulması nəticəsində bu ölkələrdə iqtisadi inkişafın 

geriliyi 

fabrik istehsalına keçilməsinə mane olur, milli sənaye 

burjuaziya

sının və proletariatın təşəkkülü prosesini ləngidirdi. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə