371
vahabilər Ərəbistanın digər əyalətlərini də birləşdirmək
uğrunda mübarizəyə keçdilər. 80-ci illərdə onlar Həsayə so-
xuldular. 1798-
ci ildə vahabilər Bağdad paşası tərəfindən
buraya göndərilmiş qoşunları məğlub etdi. Fars körfəzi sahil-
lərində yaşayan qəbilələr də onlara qoşuldu. Vahabilər 1808-
ci ildə İraqa yürüş etdi, 1802-1805-ci illərdə Məkkə və Mədi-
nə də daxil olmaqla Hicazı işğal etdilər. Üçüncü mərhələdə
vahabilər hərəkatı Türkiyəyə qarşı azadlıq üsyanı xarakterli
çıxışlar etdilər. 1805-ci ildə onlar Bağdad paşasını tam məğ-
lu
biyyətə uğratdılar və 1808-ci ildə Dəməşq-Hələb-Mosul-
Bağdad xəttinə çıxdılar. Suriya və İraqda Türkiyənin haki-
miy
yəti üçün real təhlükə yaranırdı. Bu təhlükə bir də ona gö-
rə ciddi şəkil alırdı ki, bu zaman rus qoşunları Dunayda türk
qo
şunlarını ağır məğlubiyyətə uğratmaqda idi. Sultan II Mah-
mud
kömək üçün Misir canişini Məhəmmədəliyə müraciət
et
mişdi.
Avropa silahı ilə silahlanmış Misir qoşunları 1811-
1818-
ci illərdə vahabilərə qarşı müharibə apararaq, 1818-ci
ildə Dariya şəhərini tutub dağıtdılar. İngiltərə, vahabi əmirli-
yi
nin məğlubiyyətindən sonra Şimali Oman sahilləri ərəbləri-
nə divan tutmaq üçün ora hərbi təcavüz etdi. Buradakı şeyx-
lər 1820-ci ildə ingilislərlə onları ingilis protektoratına çevi-
rən sazişlər bağlamağa məcbur oldu.
Bu dövrdə müxtəlif cəhdlərə baxmayaraq Məhəmmədəli
Ərəbistanda öz hakimiyyətini möhkəmlədə bilmədi. Artıq
1820-
ci ildə Nəcd ərəbləri Türkiyə-Misir hakimiyyətinə qarşı
üsyan qaldırdı və bu üsyan 20 il davam etdi. Üsyanın gedişin-
də vahabilər dövləti yenidən bərqərar edildi. Nəhayət, 1840-
cı ildə Misir qoşunları Ərəbistanı tərk etməli oldu.
Hicazda
isə Həşimilər hakimiyyətə qayıtdı. Yeni siyasi
dəyişikliklər nəticəsində Nəcddə və Həsada vahabilər dövləti
möhkəmləndi. 1843-1867-ci illərdə burada Səudilər sülalə-
sin
dən əmir Feysəl hökmranlıq edirdi. Əmirliyin yeni pay-
taxtı Riad şəhəri oldu. Feysəlin hakimiyyəti dövründə idarə
işləri xeyli mərkəzləşdirildi. Vahabilər ideologiyası ən sərt
372
tədbirlərlə həyata keçirilirdi. Xüsusi dini komissarlar dini eh-
kam
lara riayət edilməsinə Riad şəhərində əhalinin hətta şəxsi
həyatına da nəzarət edirdilər və görünməmiş despotik idarə
sistemi yaradılmışdı.
Ağır vergi sistemi, bürokratin inzibati idarəçilik sistemi
yaradilsa da, amma
ölkədə vahid idarəçilik sistemi yox idi.
Nəcddə torpaqlar azad xırda əkinçilərin əlində idi. İri torpaq
sahiblərinə az təsadüf edilirdi. Geniş xurma bağları və çoxlu
mal-
qara sürülərinə malik olan Feysəlin özü, onun ailəsi və
ən yaxın adamları iri torpaq sahibləri idi. Bütün əkinçilik
məhsulunun onda bir hissəsini hökumət əhalidən vergi şəklin-
də alırdı. Ticarət üzərinə yüksək gömrük qoyulurdu. Lakin
bəzən məhsulun üçdə birinə qədərini təşkil edən fövqəladə
vergilər və zorakılıq yolu ilə alınan "peşkəşlər" əhalini ən çox
ən çox narazi salır və istismara məruz qoyurdu.
Siyasi əsarət və vergi zülmü üsyanlara səbəb olurdu.
Nəticədə 1862-1863-cü illərdə Əneyzə şəhərində böyük
üsyan baş verdi.
Nəcdin şimal hissəsində, Cəbəl Şəmmar vilayətində
Riadın vassalları olan İbn Rəşid tayfasının hakimiyyəti möh-
kəmləndi. 1847-1868-ci illərdə Cəbəl Şəmmara görkəmli ha-
kim Tələl başçılıq edirdi. Onun hakimliyi dövründə Şəmma-
rın paytaxtı Hail böyük ticarət-sənət mərkəzinə çevrildi. Tələl
ticarətə himayə edir və başqa dini cərəyanlara toxunmamaq
si
yasəti yürüdürdü. Nəcddə hökm sürən ağır dini və siyasi nə-
zarət Şəmmarda müşahidə olunmurdu. Tələl hətta Şəmmarın
Türki
yə müstəmləkəçiliyindən azad olaraq ölkənin istiqlaliy-
yətinə müstəqilliyinə müvəffəq olmuşdu.
Feysəlin vəfatından sonra 1867-ci Nəcddə daxili mühari-
bə başlandı və vahabilər əmirliyi olduqca zəiflədi.
Tənzimat nəticəsində bir qədər möhkəmlənən Osmanlı
imperiyası XIX əsrin 70-ci illərində Ərəbistanı yenidən işğal
etməyə başladı. İraq canişini Midhət 1871-ci ildə vahabilərin
torpaqlarına soxulub Həsanı işğal etdi. O, indiyədək müstəqil
olan Küveyt şəhərinin şeyxini, öz sultanının ali hakimiyyətini
373
tanımağa məcbur etdi. Lakin onun daxili muxtariyyəti saxla-
nıldı. XIX əsrin 80-ci illərində türklər artıq Həsada öz daimi
qarnizonlarını yerləşdirib saxlayırdılar. Növbəti hücum Qətə-
rə edildi və Qətərin işğalından sonra Qətər şeyxi Türkiyənin
vas
sallığını qəbul etdi. Türkiyə 1872-ci ildə Süveyş kanalı
va
sitəsilə Yəmənə qoşun çıxartdı və onun əsas şəhərlərini iş-
ğal etdi. Hicazda Türkiyənin mövqeyi möhkəmləndi. Hətta
Məkkə şəriflərini İstanbul hökuməti təyin edir və dəyişdirirdi.
Artıq İstanbul hökuməti 80-ci illərin əvvəllərində Hicazda
daimi türk qarnizonları saxlayırdı.
Türklər Cəbəl Şəmmarın hakimi Əmir Məhəmmədi
(1872-
1897) öz tərəfinə çəkdilər. Onun hakimiyyəti dövründə
Rəşidilər sülaləsi əvvəlki mövqeyini dəyişərək xalqdan uzaq
olan hakim
feodal dəstəsinə çevrilirdi. Ərəblərin qəddar qəni-
mi olan
Osmanlı imperiyasının vassallığını Məhəmmədin qə-
bul etməsi də bunu aşkar göstərdi. 1885-ci ildə Məhəmməd
Tür
kiyənin yardımı ilə Nəcdi tutub, vahabilər dövlətini süqu-
ta uğratdı.
Avropa dövlətləri, o cümlədən İngiltərə Ərəbistan uğrun-
da daima Osmanlı imperiyası ilə rəqabət aparırdı. Bu səbəb-
d
ən ingilis işğalçıları da arasıkəsilmədən Ərəbistana hücum
edir
dilər. İngiltərə Lahec sultanının qoşunları ilə vuruşmadan
sonra, 1839-
cu ilin yanvarında Ədəni işğal etdi. 1861-ci ildə
Bəhreyn üzərində ingilis protektoratı quruldu. Süveyş kanalı
çəkildikdən sonra (1859-1869-cu illər) Cənubi Ərəbistandakı
da
yaq məntəqələrinin əhəmiyyəti olduqca artdı. 1863-1882-ci
illərdə Ədən müstəmləkəsinin ərazisi genişləndirildi. İngiltərə
1886-
cı ildə Soqotra adası üzərində, 1888-ci ildə isə Həzrə-
mau
tun sahil boyunca öz protektoratını yaratdı.
Beləliklə, XIX əsrin axırlarında dünyanın, xüsusilə birlə-
şə bilməyən xalqların dövlətlərinin bölüşdürülməsi layihəsi
artıq hazır idi. Birinci dünya müharibəsinin başlanması dün-
yanın bölüşdürülməsi üçün beynəlxalq imperializmə əlverişli
şərait yaradır.
Dostları ilə paylaş: |