381
İbrahim öz silahlı qüvvələrini artırmalı və istehkamlar tikdirməli
olurdu.
Əlbəttə, bu cür hərbi işlərə çoxlu vəsait xərclənirdi.
Əlavə vəsaitlər əldə etmək üçün o, yeni can vergisi qoydu, vergi
yığılması işində ellik zəmanət qaydası tətbiq etdi. İnhisarlar
sistemi Suriyaya da yayıldı. İpək və pambıq üçün qoyulmuş
inhisar əməli surətdə həyata keçirilirdi. Əhalini yol və istehkam
tikint
isinə cəlb edirdilər və bu işlər mövsümi və icbari idi.
Bu
nunla yanaşı, İbrahim ordunun sıralarını artırmaq üçün hərbi
xidmətə çağırışa başladı. Bütün əhalinin tərksilah edilməsi
haqqında İbrahimin əmri də çox narazılıqla qarşılanırdı.
1834-
cü ildə Nabulusda bunun ardınca nüsəyrilərin üs-
ya
nı baş verdi. Bu üsyanlar qəddarlıqla yatırıldı və 180 kənd
yandırıldı. 1837-ci ilin axırlarında druzlar ayağa qalxdı. Onlar
Hauran vilayətində hakimiyyətə qarşı bir ildən artıq mübarizə
apardılar. Onlara qarşı vuruşmalarda İbrahim 15 min əsgər
itirdi ki, bu da Türkiyə ilə bütün müharibə dövründəki tələfat-
dan çox idi. Buna baxmayaraq, İbrahim tam qələbə əldə edə
bilmədi, druzların öz qanun-qaydaları əsasında yaşamaq hü-
quq
larını tanımağa, onları hərbi qulluğa çağırışdan azad et-
məyə məcbur oldu. Başqa yollarla da müqavimət göstərilirdi.
Uzun müddət xalq İbrahimin qəddar rejiminə qarşı çıxdı və
a
ltı il ərzində İbrahim orduya 35 mindən artıq adam səfər-
bərliyə ala bilmədi. Halbuki, 100 minə qədər adam Türkiyəyə
və bədəvilərin yanına qaçmış, dağlarda gizlənmişdi. Suriya-
nın işğalı Məhəmmədəliyə baha başa gəldi. Suriyanın gəlir-
lərinin olduqca artırılmasına və 70 milyon piastra çatdırılma-
sına baxmayaraq, hər halda bu gəlirlər azlıq edirdi və Misir
xəzinəsi hər il İbrahimə 30-40 milyon piastr əlavə vəsait
verməli olurdu.
1833-1840-
cı illərdə Məhəmmədəli ilə Türkiyə arasında
müharibə getdiyi zaman Suriyada həlledici hərbi əməliyyatlar
genişləndi. 1839-cu il iyunun 26-da İbrahim Nəzib yaxınlı-
ğında türk qoşunlarını məğlub etdi. Belə bir şəraitdə ingilislər
türklərin köməyinə gəldi. 1840-cı ilin payızında ingilis do-
nan
ması Suriya sahillərinə yan alaraq oranı atəşə tutdular və
Beyruta, Trablisə, Əkkəyə, Səydəyə ingilis desantları çıxarıl-
dı. Suriyalılar dərhal ümumxalq üsyanına başladı. Onların
zərbələri altında İbrahimin 70 minlik ordusu tamamilə dağı-
382
dıldı. 1840-cı ilin axırlarında misirlilər 40 mindən artıq adam
tələfat verərək Suriyanı tərk etməli oldu, əvəzində isə Suri-
yanı türk qoşunları işğal etdi.
Bununla da S
uriya geriyə, türk əsarəti və feodal hərc-
mərcliyi dövründəki vəziyyətə qaytarılmış oldu. Bununla
yanaşı, Suriyanın daxili işlərinə İngiltərə və Fransanın qarış-
ması yenidən açıq xarakter aldı. İngiltərə druz feodallarından,
Fransa isə maronitlərdən istifadə edirdi.
Buna cavab olaraq satqınçılıqda ittiham edilən II Bəşir
Türkiyə tərəfindən hakimiyyətdən kənar edildi və druz feo-
dal
ları 20-ci illərin ortalarında əmirin zorla almış olduğu öz
yerlərini geri qaytarmaq uğrunda mübarizəyə başladılar.
Livand
a şiddətli feodal müharibəsi başlandı. Türkiyə bundan
istifadə edərək 1841-ci ilin axırlarında Şəhabilər sulaləsini
qəti surətdə məğlub etdi və özünün despotik idarə rejimini
Livana da yaymağa və tətbiq etməyə təşəbbüs göstərdi. Lakin
İngiltərə və Fransanın təzyiqi altında Türkiyə hökuməti 1843-
cü ildə Livanı qubernator başda olmaqla Şimali və druz qu-
bernatoru
başda olmaqla Cənubi Livana böldü. Druz feodal-
ları öz malikanələrinə yiyələndilər. Buna cavab olaraq Cənu-
bi Livan maronitləri onlara qarşı üsyan etdi. Bu üsyan əvvəl-
cədən qəsdən hazırlanmışdı və üsyançıların şüurunun zəif
olması nəticəsində maronitlərin bu çıxışı maronitlərlə druzlar
arasında qırğına çevrildi. Təhlükəli antifeodal hərəkatını və
mil
li qırğını yatırmaqda Türkiyə druz feodallarına kömək et-
di.
Hərəkat silah gücünə yatırıldı.
1858-
ci ildə Şimali Livanda yeni, daha böyük antifeodal
üsyan başlandı. Burada maronit kəndlilər maronit feodalları-
na qarşı çıxış etdilər. Üsyanın rəhbəri istedadlı təşkilatçı, də-
mirçi
işləyən Tənyus Şahin idi. O, dərhal silahlı dəstələr ya-
rat
dı və onun yaratdığı silahlı dəstələr türk qoşunlarının hü-
cumlarını dəf etdilər. Azad edilmiş vilayətdə 1859-cu ildə Şa-
hin başda olmaqla kəndli respublikası yaradıldı və Türkiyə
bunu tanımağa məcbur oldu. Üsyanın müvəffəqiyyətləri bü-
tün feodal sinfində, habelə xarici müstəmləkəçilərdə çox
böyük təşvişə səbəb oldu.
Üsyançılara qarşı mübarizə üçün sınaqdan çıxmış təxri-
bat hazırlandı, bu təxribat dini nifaq salmaq metodu idi.
383
1860-
cı ildə Livanda iri müsəlman feodallarının qızışdırdığı
yeni maronit
druz qırğını başlandı. Qırğının təşkilində Suri-
yanın işlərinə müdaxilə etmək üçün bəhanə axtaran fransız
imperatoru III Napoleonun və Türkiyə hökumət orqanlarının
da əli var idi. Öz həmdinlərinin yardımına gələn Şahin druz-
lar tərəfindən məğlub edildi və ağır tələfat verdi. Yayadək
qırğın Suriyanın başqa rayonlarını da bürüdü. Türkiyə mə-
mur
larının xəbərdarlığı və hətta iştirakı ilə 1860-cı il iyulun
9-
da Dəməşqdə xristianların qırğını baş verdi və 5 min adam
məhv edildi. Bu hadisələr hər yerdə coşqun qəzəb oyatdı.
Nəhayət, ölkədə baş alıb gedən qırğınların dayandırılması
məqsədilə İstanbul hökuməti işə qarışmaq qərarına gəldi. Bu
problemlə əlaqədar hökumət təsirli tədbirlər gprdü, hətta
silaha əl atmalı oldu və ələ keçən müqəssirləri və hətta mü-
qəssir olmayanları da edam edərək qırğını dayandırdı. Lakin
III Napo
leonun da Suriyaya maraqları hələ də qalmaqda idi.
O, 1860-
cı ilin sentyabrında fransız qoşunlarını Livana ye-
ritdi. Maronit feodal
ları fransızlardan hərtərəfli yardım aldı
və 1861-ci ildə Şahini qəti surətdə məğlub edərək onun
hərəkatını məğlubiyyətə uğratdılar.
Fransa
Livanda möhkəmlənə bilmədi. İngiltərənin təzyi-
qi altında 1861-ci ilin iyununda Fransa öz qoşunlarını Livan-
dan çıxardı. Türkiyə Livana muxtariyyət vəd etməyə məcbur
oldu. 1864-
cü ildə elan edilən Üzvi nizamnaməyə əsasən
Dağlıq Livanda muxtar sancaq yaradıldı. Bu kiçik mahal
(Bey
rut buraya daxil deyildi) Türkiyənin təyin və Avropa
dövlətlərinin təsdiq etdiyi xristian qubernator tərəfindən idarə
olunurdu. Vergilərin yığılması və nizam-intizamın gözlənil-
məsi onun ixtiyarında idi. Yerli əhalidən toplanan jandarm
dəstəsi onun sərəncamında idi. Qubernator nəzdində seçkili
inzibati şura yaradılmışdı. Amma Livanda ciddi bir dəyişiklik
baş vermədi, əksinə bununla xaricilərin Livana müdaxiləsinə
əlverişli şərait yaradırdı. Eyni zamanda bu Nizamnamə Liva-
na nüfuz etmək üçün müstəmləkəçilərə əlavə imkanlar verdi.
Lakin Nizamnamə eyni zamanda livanlılar üçün müəyyən
dəyişikliklərə səbə oldu və türklərin hakimiyyətini xeyli zəif-
Dostları ilə paylaş: |