384
lətdi. Antifeodal mübarizə də öz nəticələrini verdi. Sinfi mü-
ba
rizənin son həddə çatması nəticəsində nizamnaməyə əsasən
feodal imtiyazları və kəndlilərin təhkimli vəziyyəti ləğv edil-
di.
Həmçinin Nizamnamə verilməsinə baxmayaraq xalq hərə-
katı dayanmadı. Türkiyə xidmətində olan erməni Davud paşa
ilk qubernator təyin edildi. Lakin xalq kütlələri yerli quber-
nator təyin olunmasını tələb edir və əcnəbiyə vergi vermək-
dən boyun qaçırırdılar. Maronit zadəganlarının bir hissəsinin
də qoşulduğu üsyan baş versə də, lakin Davud bu üsyanı ya-
tırdı. Ölkədə sərəncamlar, əmr və qərarlar verməklə mövcud
vəziyyəti düzəltmək mümkün deyildi. Odur ki, ölkədə hələlik
stabillik əldə edilməsi mümkün deyildi.
Ölkədəki gərginliyə baxmayaraq 60-70-ci illərdə Suriya-
nın iqtisadi həyatında bir qədər yüksəliş oldu. O zaman Su-
riyada 1,5 milyon əhali yaşayırdı. Kənd təsərrüfatı məhsulları
istehsalı çoxalır, xarici ticarət artır, əlaqələr genişlənməkdə idi.
Ölkədə ictimai-siyasi gərginliklərə baxmayaraq Osmanlı
hökuməti erməni qubernatorun vasitəçiliyi ilə bir sıra dəyişik-
liklərə nail oldu. Ölkədə mədəni dirçəliş prosesi başlandı. Öl-
kənin mədəni tərəqqisində məşhur maarifçilər Yazıcı və Bus-
tani mühüm rol oynadılar. Nəsif Yazıcının oğlu şair İbrahim
Yazıcı öz şeirlərində ərəbləri hər cür əsarətdən xilas olunma-
ğa çağırırdı. O, 70-ci illərin axırlarında yaranan gizli cəmiy-
yətin rəhbərlərindən biri olmuşdu. Cəmiyyət Beyrutda, Də-
məşqdə, Trablisdə və Səydədə eyni vaxtda gizli vərəqələr ya-
yılmasını təşkil etdirdi. Bu vərəqlər Türkiyə əsarətinə qarşı
əzilən xalqı üsyana çağırırdı. Vərəqələrdə Suriyaya istiqlaliy-
yət verilməsi, maarif işlərinin genişləndirilməsi, senzuranın
və azad fikri məhdudlaşdıran buxovların ləğv edilməsi tələb-
ləri irəli sürülürdü. Bu vərəqələr ölkədə milli şüur oyatdı,
xalqın yaddaşında dərin izlər buraxdı. Lakin ölkədə kütləvi
hərəkat üçün şərait hələlik tam formalaşmamışdı. Osmanlı
im
periyasında şiddətli irtica Suriyanın tezliklə azad olacağı
ümi
dindən məhrum edirdi. 1883-cü ildə 100-ə yaxın cəmiy-
yət öz fəaliyyətini dayandırdı. Osmanlı imperiyasının müs-
təmləkəçilik siyasəti daha da gücləndirildi.
385
MƏQRİB (ŞİMALİ AFRİKA)
Afrika qitəsinin Misirdən qərbdə və Böyük səhradan şi-
malda yerləşən şimal-qərb hissəsinə Avropada "Şimali Afri-
ka"
adlandırırlar. Ərəblər isə özləri bu yerlərə Məqrib (Qərb)
deyir
lər. Məqrib təxminən indiki Mərakeşi, Əlcəzairi, Tunisi
və Liviyanı əhatə edir.
İspaniya ilə uzun sürən müstəmləkəçilik uğrunda müba-
ri
zədən sonra Osmanlı imperiyası XVI əsrdə Əlcəzair, Tunis
və Trablis üzərində öz ali hakimiyyətini möhkəmlətdi. Bu öl-
kələrin dəniz-sahili şəhərlərində hakim sinif, Məqribdə məs-
kən salmış türkiyəlilərdən, başlıca olaraq yeniçərilərdən iba-
rət idi. Daxili rayonlarda yerli ərəb-bərbər feodalları və qəbilə
rəhbərləri hökmranlıq edirdilər.
Amma
Məqribdə Türkiyənin hakimiyyəti o qədər də
möh
kəm deyildi. Bu onunla izah olunurdu ki, Osmanlı qo-
şunları digər ərəb ölkələrində, məsələn, Misirdəki hərbi, iqti-
sadi siyasəti Məqribdə tətbiq edə bilməmişdilər. Çünki bu
regionda Osmanlı dövlətinin mənafeyini qoruyan, ona xidmət
edən qüvvələrin əksəriyyəti etnik qruplar idilər. Odur ki, Əl-
cəzairin hakimi 1671-ci ildən etibarən Dey idi. Onu yeniçər
ko
mandirləri ömürlük seçirdilər. Tunisdə 1705-ci ildən eti-
barən Hüseynilər sülaləsindən olan bəylərin nəsli hakimiyyəti
möhkəmlənmişdi. Bunlar yeniçərilər içərisindən çıxmışdılar.
Trablisdə 1711-ci ildən etibarən nəsli şəkildə Qaramanlı pa-
şaları hökmranlıq edirdilər. Bunlar da əslində mənşəcə yeni-
çərilərdən ibarət idilər və Türkiyənin Şimali Afrikada müs-
təmləkəçilik mənafelərini onlar, yəni etnik qruplar qoruyur-
dular. Ona görə də Osmanlı imperatorluğunun bu regionda
strateji mövqeləri o qədər də möhkəm deyildi.
Odur ki, mərkəzi hakimiyyətin zəif olması nəticəsində
siyasi pərakəndəlik müşahidə olunurdu. Sülalə başçıları sui-
istifadə üçün daima məqam gözləyirdilər. Məhz bu səbəbdən
b
urada hakimiyyət uğrunda sülalələr arasında mübarizə yeni
mərhələyə daxil olmuşdu. Bu sülalələrin bəzi nümayəndələri
xalqa arxalanmırdı. Onlar ingilislərlə türklər arasında münasi-
bət qurmaqda seçim edirdilər ki, bu siyasət də ikili siyasət idi.
Lakin,
XVI əsrdə həm Osmanlı imperiyasının, həm də Portu-
386
qaliyanın hücumlarını dəf edərək öz istiqlaliyyətini saxlaya
bilmiş Mərakeşin vəziyyəti başqa idi. XVII əsrin ortalarında
Mərakeşdə Filalilər (və ya Həsənilər) sülaləsindən sultan-
şəriflər hakimiyyətə gəlmişdi.
XVIII əsrin axırları üçün Portuqaliya Mərakeşdə öz da-
yaq məntəqələrini, koloniyalarını hələ də saxlaya bilmişdi.
İspanlar isə şimal sahillərində iki şəhəri – Seuta və Melilyanı
tutmuşdular və burada hələlik müstəmləkəçilik siyasətini
davam etdirirdi
lər.
X
VIII əsrin axırlarında Məqrib yenidən müstəmləkə si-
ya
səti obyektinə çevrildi. Məqriblilərin üz-üzə gəldiyi və isti-
laçılığa cəhd göstərən ilk kapitalist dövlətlərindən biri dəABŞ
idi. A
merika ticarətinin Aralıq dənizində quldurlardan zərər
çəkdiyini bəhanə edən gənc Amerika kapitalizmi Şimali Afri-
ka sahillərini öz nəzarətinə tabe etməyə çalışırdı. XVIII əsrin
90-
cı illərində ABŞ Tunisə qarşı müharibəyə başladı. Bəy
Həmmudə inadla müqavimət göstərirdi. Tunis dənizçiləri isə
Amerika donanmasını xeyli tələfat verməyə məcbur etdilər.
Bütün bunlara baxmayaraq 1799-
cu ilin martında Tunislə
Amerika
arasında əsarətli müqavilə imzalandı. Tunis Birləş-
miş Ştatların ticarət gəmilərinə hücum etməməyi öhdəsinə
götürürdü
və amerikanlar bunun üçün Tunisə bac-xərac ver-
məli idilər. Amerika konsulu İton Tunisdə bundan başqa heç
bir güzəşt əldə edə bilməyib, diqqətini Trablisə yönəltdi.
Trablis paşası Yusif Qaramanlı tələb etdi ki, amerikanlıların
öz gəmilərini Trablis dəniz quldurlarının hücumundan qoru-
maq üçün ona verdiyi bac-
xərac artırılsın. Amerikanlılar rədd
cavabı verdikdə, Yusif Birləşmiş Ştatlara müharibə elan etdi.
Trablislilər Amerikanın onlara qarşı göndərdiyi "Filadelfiya"
hərbi gəmisini ələ keçirdilər. Bundan sonra, yəni 1803-cü ildə
Trablis sularına Amerika eskadrası göndərildi. Amerika hərbi
gəmiləri şəhəri blokadaya aldılar. Türk feodallarının başladığı
bu müharibənin bütün ağırlığı ərəb əhalisi üzərinə düşdü.
Ame
rika gəmilərinin kapitanları amansızlıqla hərəkət edir,
müdafiəsiz sahilləri bombardman edir, ərəb ticarət gəmilərini
batırır, qarətkarlıqla məşğul olurdular. 1804-cü ilin fevralında
"Filadelfiya" gəmisi Amerika komandiri Deketor tərəfindən
qəsdən məhv edildi. Konsul İton Yusifin qardaşı Həmidin
Dostları ilə paylaş: |