Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə131/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   127   128   129   130   131   132   133   134   ...   142

393 

Fransız müstəmləkəçilərinin siyasəti 1871-ci ildə Fransa-

da inqilabi böhran 

olduğu bir şəraitdə yeni, böyük bir üsyana 

səbəb oldu. Fransadakı inqilabi hadisələr Əlcəzairdəki gəlmə 

avropalıların  demokratları  tərəfindən  rəğbətlə  qarşılanmışdı. 

Bununla  yanaşı  1871-ci  il  martın  14-də  iri  bərbər  feodalı 

Məhəmməd  Məkrani  üsyana  başladı.  Rəhmaniyə  Əl-həddad 

adlı dini cəmiyyət aprelin 8-də cihad elan etdi. Onun çağırışı 

ilə 150 min nəfər kabil-kəndli ayağa qalxdı. Məkraninin oğlu 

Əziz  isə  üsyanda  böyük  rol  oynayır  və  əsas  təşkilatçılardan 

idi. 


Fransız  inqilabçıları  və  Əlcəzair  kəndliləri  eyni  siyasi 

düşmənə  qarşı  mübarizə  aparırdılar.  Lakin  onların  arasında 

birlik yox idi, üsyançılar bütün fransızları zülmkar hesab edir-

dilər,  amma  bəzi  fransız  inqilabçıları  isə  ərəblərin  üsyanını 

mür

təce, feodal-dini çıxış hesab edərək, müstəmləkələrin məz-



lum xalqlarının mübarizəsinə kömək etmək lüzumunu nəzərə 

almırdılar. Nəticə etibarilə Versal hökuməti Əlcəzairdəki gəl-

mə  avropalılar  içərisində  inqilabi  hərəkatı  asanlıqla  yatırıb, 

sonra  da  əlcəzairliləri  təqib  etməyə  başladı  və  1871-1872-ci 

ill

ərdə üsyan ocaqlarını qəddarlıqla söndürdü. Fransa hökuməti 



məğlub  edilmiş  qəbilələrin  çoxlu  torpağını  müsadirə  etdi  və 

əlcəzairliləri on milyon frank təzminat verməyə məcbur etdi. 

Növbəti üsyan 1879-cu ildə Auras rayonunda baş verdi. 

1881-1882-

ci  illərdə  Bu  Əmməmin  rəhbərliyi  altında  Uləd 

Sidi-


Şeyx  qəbilələri  konfederasiyasının  üsyanı  oldu.  Bunlar 

son çıxışlar idi. Beləliklə, yarıməsrlik iri müharibələr və üs-

yanlar dövrü 

hələlik sona çatdı. 

Əlcəzair  müharibəsi  başlanandan  sonra,  Fransa  Tunisə 

özünün  gələcək  müstəmləkəsi  kimi  baxırdı  və  buna  görə 

Türkiyəni hərbi müdaxilə ilə hədələyərək, 1836-cı ildə məc-

bur  etdi  ki,  Tunisə  qoşun  göndərməkdən  əl  çəksin.  Fransız 

kon

sulları  hədə-qorxu  gəlmək  və  rüşvət  sayəsində  bəylərin 



saray dairələri içərisində böyük nüfuz qazanırdılar. 

 

Belə bir çətin şəraitdə bəy Əhməd (1837-1855) öz möv-



qe

yini nizami ordu yaratmaqla möhkəmlətmək ümidində idi. 

Bəy Əhmədin xalqdan gizli heç bir planı yox idi. O. Xalqla 

səmimi və açıq danışırdı. Nəhayət, o, 10 piyada hərbi hissə

bir süvari 

hərbi hissə və 4 topçu hissə komplektləşdirdi. Bu 




394 

dövrdə Tunisin gəlirinin üçdə iki hissəsi bu ordunun təchiza-

tına  və  silahlanmasına  sərf  olunurdu,  lakin  bununla  belə 

ordunun döyüş qabiliyyəti çox aşağı idi. Əhmədin islahatçılıq 

səyləri  vergilərin  artmasına  səbəb  oldu  və  1840,  1842  və 

1843-


cü  illərdə  xalqın  barışmadığı  vergi  siyasəti    və  suni 

bahalaşdırma siyasətinə qarşı kortəbii üsyanlar başlandı. 

1857-

ci ildə bəy Əhməd belə bir qanun verdi ki, bu da 



Türkiyənin  1856-cı  ildəki  xətt-humayununa  bənzəyirdi. La-

kin vəd edilən islahatlar yalnız yeni vergilər şəklini aldı. Eyni 

zamanda 

islahatlar  adı  altında  xaricilərə  şərait  yaradıldı. 

Fran

sızlar teleqraf xətti çəkmək, ingilislər isə dəmir yolu çək-



mək konsessiyaları aldılar. Bu zaman belə bir sual meydana 

çıxır. İqtisadi böhran içərisində boğulan ölkəyə telefon lazım 

idi? –

Əlbəttə, hələlik yox, lazım deyildi. 



 

İdarəçilik  sistemində  yanlış  siyasətin  nəticəsi  idi  ki, 

1862-

ci  ildə  daxili  borclar  28  milyon  franka  çatdı,  maliyyə 



çətinlikləri  isə  artmaqda  davam  edirdi.  Belə  bir  vəziyyətdə 

Tunis  hökuməti  Avropa  bankirlərinə  müraciət  etdi.  1863-cü 

ildə 35 milyon frank məbləğində borc almaq üçün müqavilə 

bağlandı. Bundan yalnız 5,6 milyonu Tunis xəzinəsinə daxil 

oldu. Bunun müqabilində bəy 15 il ərzində 63 milyon frank 

qay


taracağını  öhdəsinə  götürürdü.  1865-ci  ildə  ikinci  dəfə 

əsarətli borc müqaviləsi imzalandı. Lakin yenə də vəsait ça-

tışmırdı. Əhalidən vergiləri toplamaq üçün işgəncə və edam-

la

ra əl atırdılar. Ölkəni aclıq bürümüşdü, vəba xəstəliyi yayıl-



mışdı. Maliyyə böhranı təhlükəsi altında bəy 1869-cu il iyu-

lun 5-


də Tunisin maliyyəsini Fransa, İngiltərə və İtaliya nü-

ma

yəndələrindən  ibarət  Beynəlxalq  maliyyə  komisyonunun 



nəzarətinə verdi. 1870-ci il 23 mart qanununa əsasən Tunisin 

"borcu" 125 milyon fr

ank məbləğində müəyyən edildi ki, bu-

nun 100 milyon frankı fransız bankirlərinin payına düşürdü. 

Borc s

ələmlərini ödəmək üçün Tunis hər il 6,25 milyon frank 



verməli idi ki, bu da Tunisin gəlirinin yarısını təşkil edirdi. 

 

Nəhayət,  Avropa  dövlətlərinin  müstəmləkə  siyasətinin 



tam reallaşması onları mürtəce addım atmağa sövq etdi. Nəti-

cədə Tunisin də müqəddəratı 1878-ci ildə Berlin konqresində 

həll edildi. Bu konqresdə İngiltərə və Almaniya Tunisin Fran-

sa hakimiyyəti altına keçməsinə razılıq verdilər. Beynəlxalq 




395 

qalmaqala səbəb olan bi sövdələşmə ilə əlaqədar olaraq 1881-

ci il aprelin 24-

də  30  minlik  fransız  ordusu  Əlcəzair-Tunis 

sərhədini  keçdi.  Bizertaya  8  min  nəfərlik  desant  çıxarıldı. 

Bəy  əs-Saddok  hakimiyyətdən  devrilmək  təhlükəsi  altında 

qal

dığına görə 1881-ci il mayın 12-də Bardo şəhərində müqa-



vilə imzaladı. Bu müqavilə Tunisin Fransa tərəfindən işğalını 

təsdiq etdi.  Yəni  Fransanın  müstəmləkə  ərazilərinə  Tunisin 

timsalında yeni bir müstəmləkə də əlavə oldu. 

Təslimçilik  və  müstəmləkəçilik  siyasətinə  qarşı  Tunis 

əhalisi  qəsbkarlara  qarşı  üsyan  qaldırdı  və  1881-ci  ilin iyu-

nun


da Qəyruan, Sfaks və Qəbəsi də üsyanlar bürüdü. Üsyana 

Əli ben Xəlifə rəhbərlik edirdi. Tunislilərə qarşı fransız ordu-

su  və  donanması  göndərilmişdi.  Şiddətli  bombardmandan 

sonra, iyulun 15-

də dəniz desantı Sfaksı tutdu. Oktyabrın 26-

da Qəyruan süqut etdu. İşğalçılar 1881-ci ilin axırlarında öl-

kəni tamamilə zəbt etdilər. Yalnız cənubdakı ən ucqar yerlər 

tutulmamış  qalırdı.  Burada  vuruşmalar  1883-cü  ilə  qədər 

davam et

mişdi. 


Beynəlxalq miqyasda aparılan profilaktik tədbirlərə görə 

Türkiyə 1835-ci ildən yenidən Trablisi müstəqil idarə etmə-

yə, yəni Avropa dövlətləri ilə razılaşmadan sonra başlamışdı. 

Burada 


Qaramanlı  sülaləsi  hakimiyyətdən  devrilmişdi. Lakin 

türklər planlaşdırdığı kimi hadisələr cərəyan etmədi, burada bir 

neçə  müqavimətə  rast  gəldilər  və  ölkənin  içərilərinə  irəliləyə 

bilmədilər. Burada Sənusiyə adlı dini təşkilat gün-gündən qüv-

vətlənirdi.  Bu  təşkilatın  banisi  Məhəmməd  ibn  Əli  əs-Sənusi 

idi (1791-1859). Onu

n  nəzəriyyəsi  vahabilər  təliminə  yaxın 

idi. M


əhəmməd ibn Əli əs-Sənusi həm türklərə, həm də Avro-

pa müstəmləkəçilərinə qarşı mübarizə aparırdı. Mütərəqqi hal 

ondan ibarət idi ki, Məhəmməd ibn əs-Sənusinin ideoliji mü-

ba

rizəsi ikitərəfli olduğuna görə bu mübarizə müxtəlif istiqa-



mətlərə  parçalanırdı.  Amma  mübarizənin  hədəf  nöqtəsi 

müstəmləkəçilik əleyhinə idi. 

 

Sənusi 1855-ci ildə Kirenaikada Cərabub naihəsinə gəl-



di 

və bura təşkilatın mərkəzinə çevrildi. Bu təşkilatın rəhbər-

ləri get-gedə patriarxal tipli feodallara çevrildilər. XIX əsrin 

ikinci  yarısında  Sənusiyə  təşkilatının  təsiri  Sudana,  Ekvator 

Af

rikasına, Tunisə də yayıldı. Çünki, avropalılar insani key-



fiy

yətlərdən uzaq zülmkarlığa başlamışdılar. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə