387
yardımı və vasitəçiliyi ilə Trablisdə münaqişə salmaq fikrinə
düşdü. O, Misirdə muzdla tutulmuş dəstələr toplayıb, 1805-ci
ilin mayında Kirenaikanın mərkəzi Dərnə şəhərini bombard-
man edərək oranı da tutdu. 1805-ci ilin iyulunda amerikalılar
Trablis şəhərinə hücum etməyə hazırlaşırdılar. Qeyri-bərabər
hərbi qüvvənin sonu nə ilə nəticələnəcəyindən düzgün qərar
qəbul edən və hərbi məğlubiyyətin qaçılmaz olduğunu dərk
edən Yusif sülh istədi.
Ceffersonun rəhbərlik etdiyi Amerika hökuməti belə bir
uzaq müstəmləkənin saxlanılmasının çox mürəkkəb iş olma-
sını və baha başa gəlməsini nəzərə alaraq İtonun, Deketorun
və başqa müstəmləkəçilərin planlarına tərəfdar çıxmadı. ABŞ
hökumətinin tərəddüdlərinə baxmayaraq nəticədə tərəflər ara-
sında sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərinə
gö
rə Trablis Amerika gəmilərinə hücum etməməyi öhdəsinə
götürür, hər hansı bir bac-xərac almaqdan imtina edirdi.
Ame
rika ilə bağlanan sülh müqaviləsinin digər şərtlərinə görə
Dərnə Yusifə qaytarıldı.
1812-
ci ildə İngiltərə ilə ABŞ arasında müharibə başlan-
dıqda Tunis, Trablis və Əlcəzair Amerika gəmilərinə yenidən
hücum etməyə başladılar. Müharibədən sonra, yəni 1815-ci
ildə Şimali Afrikaya Deketorun komandanlığı altında yenidən
eskadra göndərildi. Amerika eskadrasına qarşı dəniz vuruş-
ma
sında məşhur dəniz qulduru Həmidunun komandanlıq et-
di
yi Əlcəzair donanması məğlubiyyətə uğradı və Həmidu özü
də öldürüldü. 1815-ci il iyulun 7-də Əlcəzair deyi amerikan-
lardan bac-
xərac almaqdan imtina etməli oldu. Deketor Tunis
üzərinə yeni və ağır şərtlərdən ibarət təzminat qoya bildi.
Bundan başqa, Əlcəzair, Tunis və Trablis müharibə dövründə
Amerika ticarətinə vurduqları zərəri ödəməli idilər.
Nəticə etibarilə Birləşmiş Ştatlar Məqribdə müstəmləkə
əldə edə bilməsə də, Məqrib dövlətləri xeyli zəiflədi. Bir il
sonra İngiltərə onlara qarşı işğalçılıq yürüşünə başladı. Lord
Eksmautun koman
danlığı altında ingilis-holland eskadrası
1816-
cı il avqustun 26-27-də Əlcəzair şəhərini top atəşinə
tutdu və bombardman etdi. Əlcəzairlilər qeyri-bərabər döyüş-
də 7 min adam itirdi, onların donanması yandırıldı və isteh-
kamları dağıdıldı. Eksmautun tələbi ilə dey xristianların qul
388
halına salınmasını ləğv etdi. Avropalı əsirləri geri qaytardı və
müharibə xərcini ödəməyi öhdəsinə götürdü. Eksmaut Tunis-
dən və Trablisdən də buna bənzər güzəştlər almağa müvəffəq
oldu. 1817-
ci ildə Mərakeş sultanı ABŞ və Avropa dövlətləri-
nin
təzyiqi altında dəniz quldurluğunu qadağan etməyə və
hətta Mərakeşin hərbi donanmasını ləğv etməyə məcbur oldu.
Tunis donanmasına gəlincə, buna axırıncı zərbə Navarində
vuruldu. Tunis donan
masını buraya Türkiyə sultanı çağırmış-
dı. XIX əsrin 30-cu illərinin əvvəllərində Məqrib dövlətləri
dənizdən edilə biləcək hücum qarşısında müdafiəsiz və tama-
milə aciz qaldılar.
Məqrib haqqında bir çox Avropa dövlətlərinin, o cüm-
lədən Fransanın daha geniş işğalçılıq planı var idi. Nəhayət,
1827-
ci ildən etibarən Fransa hökuməti Əlcəzairi blokadaya
almağa başladı. 1830-cu il iyunun 14-də Əlcəzair ərazisinə 37
minlik fransız ordusu çıxarıldı. Axırıncı dey Hüseyn başda
olmaqla ha
kim feodal dairələri işğalçı Fransanın qoşunları ilə
vu
ruşmaya davam gətirə bilməyib təslim oldu. Fransızlar iyu-
lun 5-
də Əlcəzair şəhərini işğal etdi və buradakı dövlət xəzi-
nəsini ələ keçirdilər. Fransızların etirafına görə, Əlcəzair xə-
zi
nəsində 49 milyon franka qədər pul var idi. Qarətdən sonra
Dey və 2,5 min türk mənşəli iş adamı Türkiyəyə sürgün
edildi ki, bura
da Əlcəzairi türklərdən təmizləmək məqsədi
güdülürdü.
Fransızların hücumu zamanı Şimali Afrika dövlətləri
ara
sında əsla birlik yox idi, bu da fransız qəsbkarlarının iş-
ğalçılıq əməliyyatını asanlaşdırdı. Belə bir şəraitdə Mərakeş
sul
tanı Əbdülrəhman hərc-mərclikdən istifadə edərək Tləm-
səni tutdu. Onun qoşunları Medeyeyə qədər irəlilədi. Lakin
öz qarətləri və ədəbsizlikləri ilə əlcəzairliləri özlərindən çə-
kindirdi. 1832-
ci ildə Əbdülrəhmanın quldur dəstələrində qi-
yam baş verdi. O biri tərəfdən Fransa ilə toqquşma təhlükəsi
də var idi və buna görə Əbdülrəhman öz qoşunlarını Əlcə-
zair
dən çıxardı.
Mərakeşlilər çıxıb getdikdən sonra, Qərbi Əlcəzair qəbi-
lələri Əbdülqədiri özlərinə rəhbər seçdilər. Qədim ərəb tayfa-
sının nümayəndələrindən olan Əbdülqədir 1807-ci ildə ana-
dan olmuşdu. Əbdülqədir klassik müsəlman təhsili almış,
389
ərəb ədəbiyyatını gözəl bilirdi və özü də istedadlı bir şair idi.
O,
bir çox ölkələri gəzmiş, Məkkə və Misirdə olmuşdu. Əb-
dülqədir bacarıqlı təşkilatçı və qorxmaz döyüşçü kimi dərhal
özünü göstərdi. Bununla belə o alicənab və safqəlbli, təvazö-
kar bir adam idi və özü də çox sadə həyat tərzi sürürdü. O,
1832-
ci ildə komandan oldu və ona əmir titulu verildi. Öz
xal
qının fransızlar tərəfindən müstəmləkə əsarətinə alınması-
nı heç cür qəbul etmək istəməyən Əbdülqədir fransız işğal-
çılarına qarşı xalq üsyanına başçılıq etdi. Əlcəzairin istiqla-
liy
yətini müdafiə edən Əbdülqədir heç də köhnə rejimi bərpa
etmək istəmirdi. O, Əlcəzairdə yeni ərəb dövləti yaratmaq, is-
la
hatlar keçirmək, feodal və qəbilə pərakəndəliyini ləğv et-
mək istəyirdi. Əbdülqədir Əlcəzairin xalq kütlələrinə, kəndli
və köçərilərinə arxalanırdı. Kiçik ərəb feodallarının bir hissəsi
də ona kömək edirdi. Əbdülqədir Mərakeşlə yaxşı münasibət
sax
lamağa çalışaraq özünü sultan Əbdülrəhmanın canişini (xə-
lifəsi) adalandırırdı və xütbə namazlarında onun adını hörmətlə
xa
tırlamağı tövsiə etdi. Bunun sayəsində Əbdülqədir sultandan
dəfələrlə silah, at və pul ala bilmiş, onun etimadını qazanmışdı.
Lakin
Fransa Əlcəzairdə öz işğallarını davam etdirirdi.
Əlcəzirdən sonra müstəmləkəçilər sahil boyunca başqa şəhər-
ləri, o cümlədən Oran, Müstəqənəm, Buji, Bon şəhərlərini də
tutdular. Lakin daxili rayonlarda Əbdülqədir onlara şiddətli
müqavimət göstərirdi. İki il davam edən vuruşmalardan sonra
Fransa,1834-
cü ildə əmirlə müqavilə bağladı. Oran və Müstə-
qənəm şəhərlərindən başqa, bütün Qərbi Əlcəzairdə onun,
yəni Əbdülqədirin hakimiyyəti tanındı. Əbdülqədir geniş bir
ərazinin hakimi oldu və yeddi ilə yaxın buranı öz hakimiyyəti
altında saxlayaraq idarə etdi.
Fransa ilə müvəqqəti razılaşma baş tutduqdan sonra Əl-
cəzairdə müəyyən quruculuq işlərinə başlanıldı. Ölkə sənaye-
si
nin inkişafı ön plana çəkildi. Ən başlıcası ağır sənaye işə
salındı və Əbdülqədir metaləritmə emalatxanaları təşkil etdi.
T
op və barıt hazırlanmasını, strateji məhsullar buraxılmasını
qay
daya saldı və toxuculuq manufakturası açdı. Bütün bun-
larla yanaşı əmir, könüllülük əsasında nizami ordu yaratdı ki,
hərəsində 1.200 nəfər adam olan alaylara bölünürdü. 1839-cu
ildə onun 4 belə batalyonu var idi. Ölkə səkkiz vilayətə bö-
Dostları ilə paylaş: |