Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə57/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   53   54   55   56   57   58   59   60   ...   142
    Bu səhifədəki naviqasiya:
  • KOREYA

170 

Bütün dünyada şöhrət qazanmış yazıçı Bakin Kyokutey 

1767-1848-

ci illərdə feodal, samuray ədəbiyyatının ən böyük 

klassi

ki olmuşdur. Bu söz ustadının ən parlaq əsərindən biri 



də "Səkkiz köpəyin tarixi" adlı alleqorik romanıdır. 

Bu dövrdə banisi Tikamatsu Mondzaemon hesab olunan 

yapon dramaturgiyası və teatrının çiçəklənməsilə xarakterikdir. 

  

Çoxpərdəli  pyeslər  janrının  yaranması  dramaturq  Na-



miki Syodzonun (1730-

1773)  adı  ilə  bağlıdır.  Köhnə  feodal 

dramaturgiyası  əlamətləri  həmin  janrda  saxlanılmışdı.  Bu 

pyes


lər Tikamatsunun və kukla teatrının banisi Takemoto Qi-

dayyunun yar

adıcılığı üçün xarakterik olan şifahi xalq dastan-

larının daha da inkişaf etdirilməsi idi. 

Nəsrlə yanaşı yapon poeziyası da, xüsusən yüksək bədii 

lirika  nümunəsi  olub,  dərin  məzmunlu,  qısa  (5-7-5  hecalı) 

ekspromt-

epiqramlar ("xokku") xeyli inkişaf etmişdi. 

Öz gələcəyinə, yəni feodal zadəganlar, onların siyasi re-

ji

mi olan syoqunat, feodal ideologiyası üzərində qələbə çala-



cağına  inanan  burjuaziyanın  realizmi  və  optimizmi  yeni 

ədəbiyyatda, həmçinin teatrda öz əksini tapdı. 

Yapon incəsənəti də xeyli inkişaf etmişdi. Rəssamlıqda 

XVII əsrin ikinci yarısında İvasa Mataxey (1578-1650) tərə-

findən  əsası  qoyulmuş  olan  realizm  istiqaməti  üstün  yer  tu-

turdu. Oqata Korin (1661-

1716)  tərəfindən  yaradılmış  olan 

"Ko


rin  məktəbi"  rəssamlığı  çox  geniş  yayılmışdı.  Korin ya-

pon impressionizminin banisi və lakla şəkil çəkməyin misil-

siz ustası hesab olunur. XVIII əsrin axırı –XIX əsrin əvvəl-

lərində bu məktəbin ən görkəmli nümayəndəsi Sakai Xoitsu 

(1761-

1828) olmuşdur. 



 

Yaponiyada çoxlarına məlum olmayan "Ukiyoe"

1

  adla-


nan ba

şqa bir realist cərəyan da inkişaf edirdi. Bu cərəyanın 

                                                 

1

 



"Ukiyoe"  üslubunun  banisi,  yapon  nəqqaşlıq  janrının  görkəmli  ustası 

Xisikava Moronobu (1618-1694) hesab olunur. Xromoksilo

qrafiyanın 

(rəngli çap) bəddi təkmilliyi və qara rəngdən dekorativ məqsədlə istifadə 

edilməsi  onun  adı  ilə  əlaqələndirirlər.  "Ukiyoe"  məktəbinin  məşhur 

rəssamlarından biri də İvasa Mataxey olmuşdur. 




171 

nümayəndələri olan rəssamlar (Kiyonobu, Utamaro, Xokusoy 

və başqaları) gül şəkli çəkir, buddist rəsmləri məsxərəyə qo-

yan  təsvirlər  verir,  üçüncü  silkin  həyatından  götürülmüş 

müxtəlif mövzulara rəsmlər həsr edirdilər.  

 

XVIII  əsrin  ikinci  yarısı,  XIX  əsrin  əvvəllərində  ağac 



üzərində qara, sonra da rəngli qravyura, habelə fil sumuyün-

dən bədii miniatür heykəllər hazırlanması da geniş yer tutur-

du ki, bunlar da 

əsasən burjuaziyanın zövqünü əks etdirirdi. 

 

Rəssam  Okyo  Maruyama  (1738-1795) realist "Okyo 



məktəbinin" və ya "Maruyama məktəbinin" banisi idi. Okyo 

və  onun  şagirdləri,  o  cümlədən  Matsumura  Qosyun  (1752-

1811) və Sosen (1747-1821) olduqca realistcəsinə və məha-

rətlə işlənilmiş təbiət mənzərələri və şəkillər yaratmışlar. 

 

Əvvəllər olduğu kimi, XVIII əsrin ikinci yarısı və XIX 



əsrin  birinci  yarısında  da  memarlığın  inkişafı  ruhanilərə  və 

feodal  zadəganlara  mənsub  olan  məbəd,  məqbərə,  saray  və 

qalalar tikintisi ilə əlaqədar idi. Məişətdə istifadə olunan kiçik 

plastik  əsərlər  (kiçik  heykəllər),  həmçinin  saxsı  qab  sənəti 

olduqca təkmilləşmişdi. 

 

Nəhayət, 1867-1868-ci illər inqilabından sonra Yaponi-



ya

da burjua mədəniyyətinin inkişafı gücləndi, burada Avropa 

elmi və incəsənəti geniş yayılmağa başladı. 1871-ci ildən eti-

ba

rən  gündəlik  qəzet  çıxmağa  başladı



1

.  1872-ci 

ildə  ümumi  

ibtidai 


təhsil haqqında qanun verildi, Tokio imperator univer-

siteti və Tokioda kütləvi imperator kitabxanası təsis olundu. 

1873-

cü il yanvarın 1-dən Yaponiyada Avropa təqvimi qəbul 



edildi. 1877-

ci ildə Tokio univeristeti açıldı və 1879-cu ildə 

imperat

or elmlər Akademiyası yaradıldı ki, bu da Yaponiya-



da xalqın sürətli inkişaf strategiyasını daha da zənginləşdirən 

mütərəqqi  amillərdən  biri  idi.  Bu  işdə  yapon  xalqının 

prinsipiallığı, dəqiqliyi, zəhmətkeşliyi, ulu tanrını sevmələri, 

dostluqda sədaqətliliyi və milli həmrəyliyi əvəzolunmazdır. 

                                                 

1

 



Yaponiyada ilk qəzet 1864-cü ildə təsis olunmuşdur. 


172 

KOREYA 

  

 

Koreya ölkəsinin adı X-XIV əsrlərdə burada hökmranlıq 

etmiş Korye sülaləsinin adı ilə bağlıdır. Koreyalıların özləri öz 

ölkəsini "Çason",  yəni "sübh  mehi ölkəsi" və  ya "sübh dinc-

liyi" 

ölkəsi, bəzən də "Səhər təravəti" ölkəsi adlandırırdılar. 



 Ko

reya ərazisində ilk məsgunlaşma üst paleolit dövrünə 

aid e

dilir. Koreyada aşkar olunmuş tısbağa təsvirlərindən bəl-



li olur ki, koreyalılar tısbağanı totemləşdirmişdilər və tısbağa 

koreyalılar üçün müqəddəs heyvan hesab edilir. 

 

E.ə. 1-ci minillikdə Koreyada Çoson, Duye, Maxan və 



s. dövlətlər meydana gəlmişdi. Çinlə gərgin mübarizə şərai-

tin


də sonralar, yəni e.ə. I əsrdə erkən feodal dövlətləri – Ko-

quryo, Pekçe, Silla 

dövlətləri yarandı. VIII əsrdə Silla Kore-

ya

nın bütün ərazisini ələ keçirdi. IX əsrdə ölkədə feodal zül-



mü son həddə çatdığına görə xalq ayağa qalxaraq Silla dövlə-

tini süquta uğratdı və Koreyada xırda feodal dövlətləri yara-

dıldı. Amma çox keçmədi ki, sərkərdə Van Koryö 918-ci ildə 

yeni dövlətin əsasını qoydu və X əsrin sonunda Koryö dövləti 

mərkəzləşdirilmiş  feodal  dövlətinə  çevrildi. X-XI  əsrlərdə 

Ko

reyaya qarşı kudanların, 1231-ci ildə isə monqolların bas-



qını zamanı Koreya xalqı öz azadlığı uğrunda inadlı mübarizə 

aparmışdır. Amma Koreya hakimləri dönük çıxaraq 1259-cu 

ildə  monqol  xanlarının  hakimiyyətini  tanımalı  oldular  və 

vassala  çevrildilər.  XIV  əsrin  ortalarında  monqol  xanlarının 

yaratdıqları  Yuan  imperiyası  ilə  münasibətlər  gərginləşdi. 

1359-1362-

ci  illərdə  Koreya  çinlilərin  aramsız  hücumlarını 

dəf etməli oldu. 1392-ci ildə Koryö sərkərdəsi Li Sonye çev-

ri

liş  edərək hakimiyyəti  ələ  aldı  və  Koreyada 1392-1910-cu 



illəri əhatə edən Le sülaləsinin hakimiyyət dövrü başlandı. Le 

süla


ləsi bu ölkəni Çoson adlandırdı və XV əsrin birinci yarı-

sında  Koreya  xeyli  inkişaf  etdi.  Amma  XVI  əsrin  sonunda 

Koreyaya qarşı yapon istilası gücləndi. Koreyada ara mühari-

bələrindən  istifadə  edən  yaponlar  Pusan,  Xanson  (Seul)  və 

Pxenyanı işğal etdilər. Yalnız 1592-1598-ci illər də xalq azad-

lıq mübarizəsi nəticəsində işğal olunmuş ərazilər yapon istila-

sından azad edildi. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə