279
Nikolay Tsiskeridze ilə. Məğlubedilməz. Həmin gecə Böyük
Teatrda onu təqib edənlər olmayacağını öyrəndim
“Ey, səma, şlyapanı çıxart!” – dünyada ilk qadın-kosmonavt
Valentina Tereşkova qışqırdı
280
İttifaqı ondan, məşhur mahnı və operalar müəllifindən xa-
hiş edib ki, Latın Amerikasından gələn yaşlı qadın-bəstəkarı
evinə nahara dəvət etsin. Məqsəd qərbdən olan həmkarlara
sovet bəstəkarlarının necə yaşadıqlarını nümayiş etdirmək
imiş. Jurbinlər Moskvanın ən yaxşı mənzillərindən birində
yaşayırlarmış. Əlbəttə ki, onlarda nəhəng royal da vardı.
Russayağı yeyib-içəndən sonra, qonaqpərvər ev sahibi royal
arxasında oturaraq öz əsərlərini ifa etməyə başlayıb. Demək olar
ki, hər birindən sonra deyib: “Bu 80-ci illərin xiti idi”, “bunu isə
üç il öncə yazmışam”, “bu, mənim indi teatrlarda gedən “Orfey
və Evridika” operamdan fraqmentdir”.
İrina coşmuş ərinə işarə edib:
- Jurbin, qoy qonaq da ifa etsin.
- Nə danışırsınız, nə danışırsınız, - meksikalı qadın imtina
edib. – Mən bacarmaram, mənim heç repertuarım da yoxdur.
Siz elə gözəl ifa edirisini ki! Davam edin!
- Yox, yox, siz də bəstəkarsınız, həmkarsınız, - Saşa onu ruh-
landırıb. – Buyurun, biz sizin əsərlərdən heç olmasa birini din-
ləmək istəyirik!..
Yaşlı qadın royal arxasında əyləşdikdən sonra günahkarcası-
na deyib:
- Əslində mən yalnız bir dənə məşhur mahnı yazmışam. O
da – on altı yaşımda.
Bir neçə akkord götürüb. İra və Saşa dərhal bütün dünyada
məşhur olan “Besame muco”nu tanıyıblar. Konsuelo Velaskes
Torres onların evində idi...
“Tusovka”larda Zurab Konstantinoviç Seretelini də görmək
olar. Onun əsərlərini hər yerdə görmək mümkündür. Marbelyi-
adan, Qaqradan, Amerikaya kimi, hər yerdədir. Həm də orada
onun əsərlərinin ölçüləri heç kimi təşvişə salmır.
Mən Zurab Konstantinoviçlə İtaliyada skripkalar haqqında
film çəkərkən tanış olmuşam. Mən “Stradivarinin əbədi müəm-
ması”nın çəkilişlərini yenicə bitirmişdim və dahi italiyalını az
qala öz müasirim kimi dərk edirdim. Hətta indi, Stradivarinin
ölümündən iki yüz il sonra, ustanın həyatı boyu (o doxsan üç
il yaşayıb) yaratdığı min yüz alətin bir nəfər tərəfindən hazır-
lanmasının mümkünsüzlüyünü sübut etməyə çalışan adam-
281
lara rast gəlmək mümkündür.
İnsan üçün mümkün deyil, amma dahinin gücü çatar!
Seretelinin də olduqca çox sayda peyzajları, portretləri,
heykəlləri, mayolikaları, mozaikaları var. Onun məhsuldar-
lığı inanılmazdır, amma heç nədən başı çıxmayanlar üçün əla
dedi-qodu mövzusudur: “Bütün bunları sizin Sereteli etmə-
yib! Ona həm burda, həm də Gürcüstanda bütöv artellər işlə-
yir. Bir nəfər bunu edə bilməz”.
Amma şəxsən mən şahidi olmuşam, birlikdə Avstriyada
olarkən Zurab Konstantinoviç yalnız bir şam yeməyi ərzində
öz stulunun söykənəcəyinə bütöv qovluq dolusu eskiz qoy-
du. Biz söhbət edirdik, Sereteli isə çəkirdi...
Erkən yaşlardan, hələ Gürcüstanda olarkən, o işləməyə baş-
layıb və bir sıra peşələrə yiyələnib. Uşaq marağı onu müxtəlif
ustaların yanına, müxtəlif artellərə aparıb. Gürcüstanda isə
metal üzərində döymələr, mozaikada, gildə, smaltada işləyən
istedadlı adamlar həmişə olub. Bütün bunlar cəmləşib – onun
istedadı Gürcüstan təbiəti kimi səxavətlidir.
O, əmindir ki, istedadı yetişdirmək olar. Onun hətta uşaq
rəsm məktəbi var. Rəssamlıq Akademiyasında o, balaca uşaq-
lar üçün ustad dərsləri verir. Həm də bunu gənc həmkarla-
rının əksəriyyətindən fərqli olaraq pulsuz edir. O, inanır ki,
uşaqlarda hətta sadə müşahidə nəticəsində istedadı cücərt-
mək olar. Hesab edir ki, əgər uşaqlar rəssamın işini müşahidə
etdikdən sonra molbert və fırçaya yaxınlaşırlarsa, bu, istedadı
ortaya çıxara bilər. Uşaqlara verdiyi yeganə sual isə belədir:
“Hə, bu gün nə çəkəcəyik?”
Onun palitrasında rus peyzajına xas olmayan rənglərin
uyğunluğu var. Sereteli onlarla intim səviyyədə qarşılıqlı
əlaqəyə girir. Onun üçün incəsənət – şəhvani mühitdir, onun
yaratdıqlarının şəxsən iştirakçısı olanda istənilən şübhən da-
ğılır. Onun əlləri daim nəsə çəkir. Daim.
Deyilənə görə, bir çox rəssamlar belə edirlər. Salvador Dali
hətta kafedə salfetlərin üzərində çəkir və elə həmin rəsmlərlə
də yeməyin pulunu ödəyirmiş. Heç demə, onun rus arvadı
Yelena Dmitriyevna Dyakova – Qala, rəssamın əskinaslarla
davrana bilmədiyini kəsdirib, ona çox vaxt pul vermirmiş.
282
Sereteli böyüdüyü torpağın rənglərini səxavətlə rənglərə
hopdurur. Görünür, balaca Gürcüstanda onun qabiliyyəti
üçün miqyas qıtlığı olub. Rusiya isə - genişdir, Sereteli bura
həm rəng, həm miqyaslılıq, həm parlaqlıq, həm də fantaziya
gətirib. Bura, həmçinin, doğma torpağı kimi qəbul etdiyi Ru-
siyaya, Moskvaya.
Mən onun nəhəng gül dəstələri olan lövhələrini sevirəm.
Onlar bizim evdə asılıb. Hətta küçədə yağmur və cansız qış
peyzajı olanda, onun gülləri sayəsində bizdə yayın ortası olur.
Zurab Konstantinoviçdə əsil rəssam yaddaşı var. O, öz ba-
şında hər xırdalığı, hər kiçik detalı saxlayır. Bir dəfə hansı-
sa söhbət zamanı, mən ev tikdiyimi və inşaat işləri zamanı
qabiliyyətsiz inşaatçılara nifrət etməyə başladığımı, evimə
dizayner və memarları buraxmadığımı söylədim. Çünki on-
ların istedadları ancaq bir şeydən ibarətdir: səni mağazalara
aparsınlar və sənin hesabına öz faizlərini qopartsınlar.
Mən artıq bu söhbəti unutmuşdum, amma Zurab Konstanti-
noviç bir dəfə mənə dedi:
- Sənin tezliklə ad günündür – çiçək içində üzəcəksən.
Mən elə bildim ki, o, qonaqların gətirəcəkləri gül dəstəsindən
danışır. Zurab Konstantinoviçin köməkçisi növbəti gün zəng
edərək, mənə cəfəng görünən sual verəndə, çox təəccübləndim:
- Nina, sizin evdəki vanna otağı standart ölçüdə olacaq?
- Sandro, nəyə görə soruşursunuz?
Xatırlamıram, o, cavabdan necə yayındı, amma mən
həqiqətən nəhəng gül dəstəsi hədiyyə aldım – mənim vanna
otağıma qoyulmuş pannonu. Zurab Konstantinoviç özü onu
çəkmiş və kafel təbəqələrinə keçirmişdi. Deməli, nə qədər ki,
bu ev var, Seretelinin güllərində yuyunacağam. “Dünyanın
heç bir yerində belə panno yoxdur, - sonralar o, zarafat edir-
di. – Mən heç kimin vanna otağına tərtibat verməmişəm!”
Amma yalnız Gürcüstan torpağı belə istedadlar yetişdir-
mir. Hələ sosializm dövründə Ulyanov-Leninin vətənindən
– keçmiş Simbirskdən – paytaxta gənc Nikas Safronov gəldi.
Otuz il öncə, mənə, gənc anaya, o, az qala küçədə yaxınlaş-
dı. Biz onda küçədə tanış olmurduq – bu pis qəbul olunurdu.
Deyəsən, o, hansısa Arbat döngəsini tanıyıb-tanımadığımı
Dostları ilə paylaş: |