Şukin adına teatr məktəbində təhsil alan gənc qızın aktrisa kar-
yerası qurmaq barədə düşünməsində təəccüblü nə var ki? Onun əsl
Məhəbbətlə qarşılaşdıqdan sonra aktyorluq dünyasının cəlbedici dün-
yasını qurban verməsi də başadüşüləndir. O zaman Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi, hazırda məşhur “Pos-
kriptum” proqramının aparıcısı olan Aleksey Puşkov onun sevimli hə-
yat yoldaşı oldu.
Nina Puşkova romanında öz həyatından bəhs edir. Müəllifin tale-
yinə bir çox məşhurlar və sadəcə olaraq maraqlı insanlarla görüşlər ya-
zılıbmış. Amma onun üçün ən vacib olan ailəsi, otuz ildən artıq davam
edən sevgi əsasında qurulmuş ittifaqdır...
aliyevheritage
© Puşkova.N.V 2014
ISBN 978 9952 - 485 - 22 - 2
1200500001- qrifli nəşr
036-2014
3
Demək olar ki, 35 il sonra yenidən iki günlük Bakıda ol-
duqda, bütün bu əhvalat gözlərim önündə canlandı.
Mənim uzaq və dumanlı xəyallarımda şəhər ərəb nağılla-
rındakı ayrı-ayrı fraqmentlər kimi qalmışdı: Karvansara, Qız
qalası, təpənin üstündə - o vaxt mənə elə gəlmişdi ki, hündür
dağın zirvəsində - Şirvanşahlar sarayı. Köhnə, alçaq binalı
küçələrlə gedirsən və birdən qarşına üzərində müəmmalı
yazılar olan oyma darvazalar, onların yuxarısında isə sanki
havadan asılmış zərif erkerlər və xırda oyma eyvanlarla qar-
şılaşırsan.
Moskvada belə memarlıq yoxdur. Ona görə də “Mosfilm”in
həm Şərq, həm də Latın Amerikası şəhərlərinin çəkilişlərdə
təsviri üçün bu şəhəri seçib, bəyənməsi məni o qədər də
təəccübləndirmirdi.
Budur, onilliklər sonra, mən yenidən Azərbaycan paytax-
tına səfər etməyə hazırlaşıram. Bir çox tanışlar Bakıya get-
məyə hazırlaşdığımı öyrənən kimi, bir ağızdan bildirdilər ki,
şəhər tamamilə dəyişib.
Kimsə hətta bildirdi ki, neft pulları hesabına Xəzər sahilin-
də yeni Əmirliklər salınıb, hətta az qala yeraltı keçidlərdə də
büllur çilçıraqlar asılıb.
Mən “Əmirliklər dəbdəbəsi”nin pərəstişkarı deyiləm.
Qərb üslubunda tikilmiş Şərq aləmində maraqlı nə var ki?
Sayrışan göydələnlər, saysız-hesabsız “moll”ar və vitrinlər,
vitrinlər... Elə bil ki, şəhər mağazalardan və dünya brendlə-
rindən ibarətdir. Onlar insanı hər tərəfdə təqib edir, öz parıl-
tısı və cah-cəlalı ilə gerçəkliyi sıxışdırıb yox edir.
Sanki virtual, xəyali aləmə düşmüsən, hər şey illüziyadır...
Orada hətta dənizdən də dəniz ətri gəlmir, yosun basmış
suyu və gəbərmiş balıqları ilə atılmış akvariumu xatırladır.
Xeyr, Bakı – qətiyyən Əmirliklərə oxşamır.
Turist və səyahətçiləri çox vaxt mühüm və qeyri-adi olan
nələrəsə qoşulma hissinin gücləndiyi yerlər cəlb edir. Afrika-
nın cənubundakı iki okeanın qovuşduğu Ümid burnu; Avro-
panın ən cənub nöqtəsi – Atlantikanı sıldırım qaya kimi kəsən
AZƏRBAYCAN OXUCUSUNA
4
Portuqaliyadakı Kabo da Roka burnu; oturmuş dəvəyə bən-
zəyən və düz Mərakeşin sahil təpəliklərinə baxan Cəbəllüt-
tariq belə dərk olunur... Burdan, bu diyarlardan cəsur dəniz
səyyahları yeni aləmlər kəşf etmək üçün yola düşüblər.
Belə sərhəd məntəqələri planetdə çox deyil. Şübhəsiz, Bakı
da belə “sərhəd”lərdən biridir. Təpəliklərdə yerləşən və ter-
raslarla dənizə düşən bu şəhər üzvi şəkildə iki sivilizasiyanı
bir-birinə uyğunlaşdırır.
Məhz burada Avropa qurtarır və Böyük türk və fars məka-
nı – Orta Şərq məkanı, qədim hökmdarların, xanların, əmir-
lərin və sultanların torpaqları başlayır... Yeni tikililərlə bərq
vuran Əmirliklərdən fərqli olaraq, Bakıda sizi gerçək mədə-
niyyət əhatə edir. Dubayda balaca, qədim məhəlləni gündüz
çıraqla tapa bilməzsən, Bakıda isə hər şey qonşuluqdadır.
Qədimlik burada müasir memarlıqla üzvi surətdə bağla-
nıb. Əlbəttə, geniş meydan və bağlar, binaların düşünülmüş
tərzdə işıqlandırılması, şəhər üzərində yüksələn göydələn-
lər müasir Bakıya kosmopolitiklik gətirir. Bu dünyanın bir
çox başqa paytaxtlarında da var. Köhnə Bakıda qonşuluqda
yerləşən iki kiçik bağçanın var qüvvələri ilə rəqabət aparan
sahibləri onların bir-birindən fərqlənməsinə nail olur, hər bi-
rinə təkrarsız aura verirdilər. Hazırda bunlar itib. İndi bütün
bunların arxasında əlahəzrət Dizayn dayanır.
Amma Şərq məlum olduğu kimi, incə məsələdir. Və dina-
mik üsluba məncə, minillik ənənələr və milli xarakter dirəniş
göstərir. Şərq çayxanası əhvalı şəhərdə aşkar duyulur. İnsan-
lar saatlarla balaca masalar arxasında əyləşərək, ətraf aləmi
seyr edə bilirlər. İmprovizə edilmiş kiçik çayxanalarda, ka-
felərdə, mağazalarda, sahildə mən çox tez-tez heç yana tələs-
məyən insanlar görürdüm. “Çox dəqiq müşahidədir, - köklü
bakılı ilə söhbətdə o, mənim fikirlərimi təsdiq etdi. – İndiki
seyrçilərdə düzdür, dərviş tənhalığı yoxdur, amma medita-
tivlik var”.
İnsanlar maşınlarda söhbət edir, telefonla danışır, plan-
şetlə onları əhatə edən şəhər mənzərələrini çəkirlər. Hərdən
adama elə gəlir ki, onlar tələsməmək üçün qanuni imkanları-
nın olmasına şaddırlar. Moskva əsəbiliyi və tələskənliyindən
5
sonra, Bakıda hökm sürən arxayınçılıq atmosferi mənə müa-
licəvi təsir göstərdi.
- “Nina Vasilyevna, zəhmət olmasa, mənə Bakının görünü-
şü olan maqnitli şəkillər gətirin”, təsərrüfat üzrə köməkçim
məndən xahiş etdi. O, Bakını çoxdan tərk edib, amma tez-tez
deyir ki, bu şəhəri yuxuda görür.
- Alla, deyirlər, Bakı tanınmayacaq dərəcədə dəyişib.
- Amma Qız qalası qalıb, mən əminəm, - o gülümsədi.
Alla haqlı imiş. Nəinki köhnə qüllə qalıb, hətta yeniləri,
insan təxəyyülünü heyrətə gətirən Alov Qüllələri peyda olub.
Bakının sürətlə dəyişən simasında isə əsas məsələ - şəhərin
üslubu qorunub saxlanıb. Onun köçüb gedən bakılıların daim
yuxularına girən füsunkarlığı itməyib, daha da gözəlləşib:
Sovet İttifaqının ən uzun sahillərindən biri – yüzillik Dəniz-
kənarı bulvara fantastik fəvvarələr, güllüklər, xırda körpülü
kanal şəbəkələri, “adacıq”lardakı restoranlarla bəzək-düzək
vurulub.
Bakı restoranları – ayrıca söhbətin mövzusudur. Bizim
Azərbaycana səfərimiz mənim səylə çəki atdığım dövrə təsa-
düf etdi. “Nə qədər ki, Bakıdayıq, pəhrizi unut”, - ərim mənə
məsləhət gördü. Doğrudan da, əgər qarşınızda müxtəlif təam-
lar gözəl ətirlər saçırsa, dözmək çətindir. Göy-göyərtinin,
tərəvəzin necə rayihəsi gəlir? Bəs Bakı tərəvəzləri?! Bəlkə də
səadətdir ki, moskvalılar ləkdən yenicə dərilmiş yerli tərəvə-
zin əsil dadını bilmirlər.
Moskvanın mərkəzində, Usaçev bazarında alver edən
azərbaycanlı İsməti məşğrur “duxan sahibi” ləqəbindən
mən məhrum etdim. Kiloqramı 20 dollardan tərəvəz əvəzinə
mənə saxta mal satanda, o, xəyalpərvərliklə gözlərini yumar,
yuyulmamış kimyəvi mulyajı gövşəyərək, səsini aşağı salıb
pıçıldayırdı: “Əsil Bakı tərəvəzidir!”
İsmət, sən hər şeyi yaddan çıxartmısan. Bakı tərəvəzlərinin
ətrini və dadını, balıq ləvəngisinin dadını, hətta ola bilsin ki,
lülə-kababın qoyun ətindən, toyuq ətindən, nərə balığından
və hətta kartofdan hazırlandığını da! Bütün bu qastronomiya
bolluğuna bizi Azərbaycan torpağında qonaq ediblər.
Helikopterlə şəhərin üzərinə qalxdıqda isə bu torpağı jur-
Dostları ilə paylaş: |