34
Şəkil 45. Qrin Benk radioteleskopu yüksək dəqiqliklə işləyən nəhəng qurğudur.
Radioteleskopun topladığı məlumatlar astronomiya elmində dönüş yaratmış, bir
sıra elmi kəşflər edilməsinə öz töhfəsini vermiş, xüsusən Süd yolunun 500 milyon işıq ili
diametrinə malik qalaktikalar hiperyığını olan Laniakeyada yerləşməsi haqqında hipotezi
təsdiqləməyə imkan vermişdir. Qrin Benk radioteleskopunun və digər teleskopların
köməyilə 2014-cü ilin sentyabrında Laniakeyanın ilk üçölçülü xəritəsi yaradılmışdır.
Xatırladaq ki, Laniakeyanın ilk tədqiqatının müəllifi Manoadakı Havay Universitetinin
struktur bölməsi olan və ölkənin Havayi ştatının Honolulu şəhərində yerləşən Havay
Astronomiya İnstitutunun əməkdaşı Riçard Brent Talli (Richard Brent Tully) olmuşdur.
«Laniakeya» adı Honolulu kolleclərindən birində müəllim işləyən, daha doğrusu Havay
Universitetinin bir hissəsi kimi fəaliyyət göstərən Kapiolani kollecində Dillər, Linqvistika
35
və Ədəbiyyat Departamentinin professoru Navaa Napoleon (Nava’a Napoleon) tərəfindən
təklif edilmişdir. «Laniakeya» adı Sakit okean boyunca naviqasiyada ulduzlu səma
haqqındakı öz biliklərindən məharətlə istifadə etmiş Polineziya dənizçilərinin (dəniz
səyyahlarının) şərəfinə olaraq, onlara hörmət əlaməti kimi məhz belə seçilmişdir. İngilis
dilində «Laniakea» kimi yazılan həmin söz havay dilindən hərfi tərcümədə «hədsiz-
hüdudsuz asiman», «geniş göy», «ucsuz-bucaqsız səma» deməkdir.
Şəkil 46. Riçard Brent Talli (Richard Brent Tully). 1943-cü ildə doğulmuşdur.
Simsiz şəbəkələr radioteleskopun unikal avadanlıq və ləvazimatlarının
funksional halı üçün təhlükəli hesab edilir. Buna görə qurğunun tam ölçüdə fəaliyyətini
təmin etmək məqsədilə şəhərcikdə hər növ mobil cihazdan istifadə olunması qəti surətdə
qadağan edilmişdir.
Şəkil 47. Qrin Benk radioteleskopunun sxematik təsviri
36
Şəkil 48. Qrin Benk parabolik radioteleskopu mükəmməl qurğudur
Elmi və hərbi teleskopların tam ölçüdə rahat işləməsi üçün müvafiq şəraiti
yaratmaqdan ötrü 1958-ci ildə ABŞ Federal Agentliyi tərəfindən «radiosükut zonası»
ayrılmışdır. Qrin Benk şəhərciyi ərazisində elektromaqnit dalğaları şüalandıran istənilən
texniki vasitənin saxlanması və gəzdirilməsi qanunla qəti surətdə qadağan edilmişdir.
Məsələ burasındadır ki, nəhəng qurğu kosmik cisimlərdən və uzaq qalaktikalardan gələn
elektromaqnit dalğalarını qəbul etmək üçün quraşdırılmışdır. Misilsiz dəqiqliklə işləyən
cihazın qəbul etdiyi siqnallar elə bir dərəcədə zəif olur ki, bunların qəbul edilməsinin
mümkünlüyünə inanmaq çətindir, hətta elm adamları belə təəccüblərini gizlədə bilmirlər.
Teleskopun radiusunda istənilən digər rabitə vasitəsinin cüzi müdaxiləsi siqnalları
keyfiyyətli qəbul etməkdən onu tamamilə məhrum edə bilər. Ərazidə nəinki televizor,
radio, mobil telefon, simsiz internet, digər əlaqə cihazları və rabitə vasitələrinin, hətta
mikrodalğalı sobanın və benzinlə işləyən mühərrikə malik avtomobillərin istifadəsinə icazə
verilmir. Mütəxəssislər bunu belə əsaslandırırlar ki, daxili yanma mühərriki elektromaqnit
dalğaları mənbəyi olur, alışdırma şamlarının qığılcımları elektromaqnit dalğaları
şüalandırır və cihazın fəaliyyətinə əngəl yaradır. «Sakitlik zonası» burada paytaxt
Vaşinqtondan qərbə doğru 33000 kvadrat kilometrdən artıq bir sahəyə yayılır. Təmizliyə
riayət etməkdən ötrü observatoriya əməkdaşları xüsusi avadanlıq və lavizimatlarla təchiz
edilmiş furqonda hər gün Qrin Benkdə və onun ətrafında patrul keşiyi çəkirlər. Yerli
sakinlər zarafatla həmişəlik keçmişdə qaldıqlarını deyirlər. Aydındır ki, Qrin Benkdə bir
çox texniki vasitələrin istifadəsinin qadağan edilməsi heç də inkişafca geridə qalma və
baxımsızlıq əlaməti kimi deyil, radioteleskopun fəaliyyətinin təmin edilməsi üçün labüdən
atılmış bir addım olaraq qiymətləndirilir.
37
Şəkil 49. Qrin Benk radioteleskopunun uzaqdan görünüşü
Şəkil 50. «Radiosükut zonası»
38
Radioteleskop ətrafında simsiz şəbəkələrdən istifadə olunması rəsmi şəkildə
qadağan edildikdən sonra Qrin Benk şəhərciyi elektromaqnit hipersensitivliyindən əziyyət
çəkən insanlar üçün populyar bir yerə, sığınacağa çevrilmişdir.
Balaca şəhərə üz tutan insanlar özlərindəki bir çox xəstəlik əlamətlərinin
tamamilə aradan qalxdığını qeyd edirlər. Onların hamısı şəhərciyə gəldikdən sonra özlərini
daha yaxşı hiss etdiklərini bildirirlər. Məsələn, Ayova ştatındakı fermadan Qrin Benk
şəhərciyinə gələn biologiya doktoru Diana Şu (Diane Shur) buraya gəlməzdən qabaq tez-
tez baş ağrılarından, dəri qaşınmasından, əzələlərin qeyri-iradi yığılma və dartılmalarından,
görmə qabiliyyətinin pisləşməsindən və sinə nahiyəsində ağrılardan əziyyət çəkdiyini,
ancaq indi onların hamısının keçib getdiyini bildirmişdir. Bəzi mənbələrdə Dayan Şu kimi
təqdim edilən həmin insan özündəki naxoşluqların hamısının səbəbini şan baza
stansiyalarında görmüş, buna əmin olmuşdur. Şüalanma təsirinə həddən ziyadə həssas olan
qadın səhhətinin çox pisləşdiyi vaxtda bir müddət hətta «Faradey qəfəsi»ndə yaşamışdır.
«Radiosükut zonası» haqqında təssüratlarını bölüşən qadının dediklərini elə öz dilindən
eşidək: Bu yer mənə normal həyat sürmək imkanı verir. Mən artıq evdən rahat çıxa
bilirəm. Mənə daha «Faradey qəfəsində» gizlənmək lazım gəlmir.
Əlbəttə, insan onu elektrik sahəsindən müdafiə edən bir «qəfəsdə» daim yaşaya
bilməz. Şəhərciyə köçüb gələn «vay fay qaçqınlarının» sayının artıq yüzlərlə olduğu qeyd
edilir. Hətta bir «qarışıq» nikahın qeydə alınması haqqında məlumat vardır. Tom Qrayms
adlı bir fermer Florida ştatındakı öz işini buraxan və texnologiyadan uzaq durmaq üçün
sığınacaq axtara-axtara bura gəlib çıxan Monika adında qızla evlənmişdir.
Dünyanın ən sakit şəhərinin yerli sakinlərindən Linda və Çarlz Ramsden haqlı
olaraq deyirlər: «Burada adamların bir-birindən telefon nömrələrini, internet parolunu və
yaxud tvitterdəki adlarını soruşmamaları bizim çox xoşumuza gəlir. Dünyadakı çoxlu
sayda başqa yerdən fərqli olaraq Qrin Benkdə adamlar qonşuluqda kimlərin yaşadığını və
onların adlarını bilirlər. Burada adamlar arasındakı ünsiyyət hələ saxlanılmışdır».
Maraqlıdır ki, şəbəkədən uzaq olmaq üçün şəhərciyə pənah gətirənlər burada
quraşdırılmış və dünyada ən güclü sayılan radioteleskopun maqnit sahəsindən əsla
qorxmurlar. Halbuki radioteleskopun maqnit sahəsi insan sağlamlığına «vay fay» ilə
müqayisədə daha artıq dərəcədə neqativ (mənfi) təsir edə bilər.
§ 2.2. Radio rabitəsinin mümkün olmadığı «sükut zonası»
Dünyada əsrarəngiz və anlaşılmaz çox yer vardır. Belə yerlərdə hələ qədim
zamanlardan çətinliklə izah edilən, hərdən heç bir vəchlə anladıla bilməyən hadisələr baş
verir. Sirr və qəribəliklərlə dolu olan, müəmmalı cəhətlərilə tədqiqatçıların nəzərlərini
özünə cəlb edən yerlərdən biri Meksikada «sükut zonası» kimi tanınan ərazidir. Həmin
ərazi ilk baxışda planetimizin üzərində heç də az sayda olmayan adi səhralardan biri
olduğu güman edilə bilər. Lakin ərazidə radio rabitəsinin olmaması, elektromaqnit
dalğaları buraxan cihazların sıradan çıxması, qeyri-adi canlılar aləminin, müəmmalı
xarabalığın və «səmavi qonaqların» aşkar olunması oranı başqa səhralardan kəskin surətdə
fərqləndirir. Bir çoxları inanmaq istəməsə də, ancaq həqiqətdə belədir. Radio rabitəsinin
heç vaxt alınmaması daha çox heyrət doğurur. Əlbəttə, müəyyən bir yerdə radio əlaqəsinin