Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə19/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

59 
 
sirrin üstü açılsa, Pəricahan xanım onu buradan qovub, qızını 
da  böyük  tənbih  edəcəkdir.  Bir  az  sakit  oturandan  sonra 
Qaraca  qız  yenə  pəncərəni  çəkmək  fikrinə  düşdü.  Bu  dəfə 
diqqət  yetirdikdə  nəzəri  dəmir  millərə  sataşdı,  dərhal  onları 
çəkib  çıxartdı  və  sonra  pəncərəni  çəkməyə  başladı.  Pəncərə 
hərçənd ağır idi, amma Qaraca qız da qüvvətli qız idi. Pəncə-
rəni qalxızıb altından cəftə ilə bənd edəndən sonra Qaraca qız 
o  biri  tərəfə  çıxdı  və  yenə  də  üsulca  cəftəni  açıb  pəncərəni 
aşağı saldı; sonra da haman gəldiyi yoldan bağa girib koma-
larına getdi. O vəqt Piri kişi süfrəni salıb Qaraca qızı nahara 
gözləyirdi. Piri kişi onu görən kibi dedi: 
-
 
Qızım, bağda nə çox gəzdin?! Gəl otur nahar edək! 
Qaraca qız süfrəyə əyləşib nahar etməyə məşğul oldu.  
Bu vəqt Ağca xanım Qaraca qız tərəfdən artıq dərəcədə 
iztirabda  qalıb,  boğazından  əsla  xörək  keçməyirdi,  fikri 
Qaraca qızın yanında idi. Hətta şərbəti qəsdən süfrəyə tökdü 
ki, bəlkə onu tənbih edib yenə baba otağına salalar. Amma bu 
hiylə onu muradına yetişdirmədi, çünki Pəricahan xanım qızı-
nın rəngi qaçdığını görüb təşvişə düşdü və dedi: 
-
 
Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə dağıdanda 
nə olar ki?!.. Heç rəngin özündə deyildir, yoxsa, qızım, azar-
lamısan?  Bunu  deyib  Pəricahan  xanım  əlini  qızının  alnına 
qoydu və dedi: 
-
 
 Görünür  ki,  qızım,  azarlamısan!Az  şorba  iç,  sonra 
yatacaqsan, daha bu gün heç yerə çıxmayacaqsan.  
Bu  əhvalatdan  Ağca  xanım  daha  da  təşvişə  düşüb  cəld 
dedi: 
-
 
Yox,  ana,  azarlı  deyiləm,  məni  yatacaq  otağına  gön-
dərmə!  
Hüseynqulu ağa yüzünü arvadına döndərib dedi: 
-
 
İmdi sapsağlam qızı azarlı edəcəksənmi?  
Pəricahan xanım ərinin bu  sözünə fikir verməyib  yüzü-
nü qızına dutdu və dedi: 


60 
 
-
 
Yox, qızım, yenə dəliliyin dutmasın, imdi yatmaz isən, 
sonralar daha da pis naxoşlarsan və həkim boğazına acı dər-
man  tökər.  Nahardan  sonra  bən  Mariya  İvanovna  ilə  şəhərə 
gedəcəyəm,  bir  neçə  almalı  şey  lazımdır,  sən  də  otağından 
heç yerə çıxmayacaqsan!  
Ağca xanım anasının bu hökmünün müqabilində bir söz 
demədi, çünki orasını bilirdi ki, anası dediyindən dönən adam 
deyildir  və  bir  də  başına  bu  fikir  düşmüşdü  ki,  anası  şəhərə 
gedəndən sonra qaçıb Qaraca qızı təhlükədən qurtaracaqdır.  
Nahardan  sonra  Pəricahan  xanım  Ağca  xanımı  yatacaq 
otağına salıb ona dərman verdi və dedi: 
-
 
Qızım,  biz  şəhərdən  gəlincə  heç  yerə  çıxma,  oyun 
şeylərini  yığıb  özün  özün  ilə  oyna  və  şəkilli  kitablarını  açıb 
özün üçün tamaşa et. Bən də şəhərdən sənin üçün çoxlu şey-
lər gətirəcəgəm.  
Bu  sözlərdən  sonra  Pəricahan  xanım  qızının  yüzündən 
öpüb  otaqdan  bayıra  çıxdı.  Ağca  xanım  anası  ilə  bonasının 
şəhərə  getməsini  səbirsiz  gözləyirdi.  “Ah,  yazıq  Qaraca  qız 
baba  otağında  ac  və  susuz  qalmışdır,  bəndən  də  ona  bir  kö-
mək yoxdur. Gedib qapını açardım və Qaraca qızı azad edər-
dim.” Bir də Ağca xanımın qulağına fayton səsi gəldi, bir də 
gördü ki, anası Mariya İvanovna ilə faytona əyləşib, vağzala 
tərəf getdilər. 
 
                                      *** 
Anası  gedəndən  sonra  Ağca  xanım  bir  müddət  otaqda 
qalıb  pəncərədən  baxdı;  oradan  dəmir  yol  stansiyası  görü-
nürdü. Vağzal Hüseynqulu ağanın mülkündə tikilmişdi. Hər-
dən  bir  Ağca  xanım  da  öz  bonası  ilə  gedib  orada  gəzərdi  və 
stansiya böyügünün qızı ilə oynardı. Birdən vaqon fit verdi. 
“Hə... Anamgil getdi. Bir də axşamçağı gələcəklər. İmdi 
gedim  Qaraca  qızı  dustaqdan  çıxarım.”-  bunu  deyib  Ağca 
xanım gizlicə öz otağından çıxdı və baba otağına tərəf getdi. 


61 
 
Oraya  çatanda  gördü  ki,  otağın  qapısı  cəftəsizdir.  Yavaşca 
qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb 
siqar  çəkir  və  ondan  başqa  da  içəridə  kimsə  yoxdur.  Bu 
ittifaqa Ağca xanım çox şad oldu. Pişik kibi yavaşca əyilərək 
dal  tərəfdən  gəlib  balaca  əlləri  ilə  atasının  gözlərini  yumub 
dedi: 
-
 
Tap görüm, bən kiməm? 
-
 
Zorən  azarlı,  dustaqdan  qaçmış  gözəl  qızım,  Ağca 
xanımsan!  
-
 
Yaxşı,  tapmışsan,  atacığazım!  –  deyib  Ağca  xanım 
atasının  boynunu  qucaqladı.  Hüseynqulu  ağa  qızını  öpüb 
dedi: 
-
 
Nə  yaxşı  gəldin,  qızım!  Otur  bir  az  ata-bala  söhbət 
edək! 
Ağca  xanım  əyləşmədən qabaq  əyilib divanın altına və 
Qaraca qızı orada görməyib mat qaldı. Hüseynqulu ağa soruş-
du: 
-
 
Qızım, neyçün mat qalmışsan? Otur yanımda! 
Ağca xanım atasına cavab verməyib soruşdu: 
-
 
Ata, sən çoxdan buradasan? 
-
 
Nahardan sonra gələnəm, qızım! 
-
 
Sən gələndə qapı açıq idimi? 
-
 
Yox, qızım, bən özüm açdım! 
-
 
İçəridə kim var idi? 
-
 
İçəridə bax bu xal-xal pişik var idi! – deyib Hüseynqulu 
ağa dal tərəfdə qıvrılıb yatan pişigi ona göstərdi.  – Qızım, nə 
gözəl pişikdir, bundan ötrümü soruşurdun?  
Ağca xanım pişigi alıb dedi: 
-
 
Yox, ata bundan ötrü soruşmayıram. 
-
 
Bəs kimdən ötrü soruşursan, qızım? 
Ağca xanım cavab verməyib fikrəgetdi. 
-
 
Qızıım,  neyçün  fikrə  getdin?  Yoxsa  yenə  söyləmək 
istəməyirsən?  


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə