Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

86 
 
-
 
Yox, əzizlərim, mən ölürəm!.. Yusif!Əlini mənə ver!.. 
Vəsiyyətimə qulaq as...  Əmələ gətirməyə söz ver!..    
Bir az dayanıb, yenə tazadan başladı: 
-
 
Yusif, budur, dört ildir ki, sənəarvadam! Bu vəqtə kibi 
səndən dögüşdən, sögüşdən başqa bir şey görmədim... Cavan 
ömrümü  çürütdün...  Mənə  min  cür  zülm  və  cəfa  etdin. 
Bunların hamısını bağışlayıram! Ancaq sən də mənə söz ver 
ki,  bundan  sonra  Qaraca  qız  ilə  mehriban  rəftar  edib,  onu 
incitməyəcəksən!..  
Yasəmən səsini kəsdi. Çadırda bir müddət sakitlik oldu. 
Sonra Yusif dedi: 
-
 
Bu  yoldaşlarımın  hüzurunda  vəsiyyətini  əmələ  gətir-
məyə söz verirəm!  
Bu  sözlərdən  Yasəmənin  üzündə  şadlıq  zühuretdi  və 
Hüsniyyəyə dedi: 
-
 
Bacım,  Qaraca  qızı  sənə  tapşırıram.  Ondan  müğayət 
ol!..Ah!  Gözlərimə qaranlıq çökür!.. Məni boğurlar... Yusif.. 
Hüsniyyə...  Qaraca  qız!..  –  deyə  Yasəmən  sayıqlaya-sayıq-
laya vəfat etdi. 
 
                                      *** 
Yasəmənin  vəfatından  sonra  Yusif  bir  müddət  verdiyi 
əhdə  vəfa  etdi,  lakinsonralar  təbiətində  qoyulmuş  fəna 
məziyyətləri  yenə  aşkar  olmağa  başladı.  Hüsniyyə  bacardığı 
qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq 
iş orada idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qız 
ilə  pul  qazanmaq  üçün  hər  gün  səhər  mənzildən  çıxıb  bir  də 
axşam  qayıdırdı.  Hüsniyyə  zavallı  yetimin  yüzünə  baxdıqda 
sualsız  da  anlayırdı  ki,  o  biçarə  Yusifdən  nə  qədər  zülm  və 
əziyyətlər  çəkir.  Axır  vəqtlərdə  Yusif  bir  fəna  əmələ  də 
mürtəkib olmuşdu: Böylə ki, əlinədüşən pulu içkiyə verib tez-
tez məst olurdu.  


87 
 
Yusifin  böylə  vəqtlərində  Qaraca  qızın  günü  daha  da 
qara  olurdu.  Bir  dəfə  Yusif  və  Qaraca  qız  yol  ilə  gedirdilər. 
Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar 
şəhərə toya gedirdilər. Bunlar Yusifgilə təklif etdilər ki, bir az 
çalıb  oxusunlar.  Yusif razı  oldu. Qaraca  qızın  oxuyub-oyna-
mağı  cavanlara  çox  xoş  gəldi.  Onlar  biri  birinin  bəhsinə 
Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular. 
-
 
Sağ ol, çox  yaşa,  Qaraca qız!  – deyə cavanlar atlarını 
sürdülər.  Yusif  sevincək  Qaraca  qzıdan  pulları  alıbcibinə 
tökdü və dedi: 
-
 
Gəl, qızım, sən ayı ilə o kölgədə  otur,  dincini al,  mən 
də gedim o görünən kənddən çörək və sənin üçün də fındıq və 
kişmiş alım.  
Bu  sözdən  Qaraca  qız  əsla  şad  olmadı;  çünki  bilirdi  ki, 
görünən  kənd  erməni  kəndidir  və  Yusif  də  oraya  içməyə 
gedirdi. Amma bununla böylə bir söz demədi. 
Bunlar yoldan kənara çıxıb  kolluğa tərəf yüz qoydular. 
Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qıza 
dedi: 
-
 
Ağıllı  qızım,  otur  burada,  bu  saət  gələcəyəm.  Yusif 
getdi.  Qarca  qız  da  kölgədə  uzandı  və  bir  azdan  sonra  şirin 
yuxuya getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zən-
cirini  dartmağa  başladı.  Kolun  budağı  ayının  gücünə  dəvam 
etməyib,  qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda 
gəzdi, sonra yüzünü meşəyə tərəf dutub getdi.  
Yusifin  kəndə  getdiyi  saət  yarım  çəkdi.  Qaraca  qız  yu-
xudan  hələ  oyanmamışdı,  axırda  Yusif  məst  halında  o  tərəfə 
bu  tərəfə  yırğalana-yırğalana  gəlib  çıxdı.  Qaraca  qızı  yatmış 
görüb və ayını bağladığı yerdə tapmayıb ayağı ilə Qaraca qızı 
öylə bərk vurdu ki, biçarə dik atıldı.  
-
 
De görüm, ayı hanı? Mürtəd qızı, mürtəd! 
Qaraca qızın qorxudan dili dutulub cəvab verə bilmədi. 


88 
 
-
 
Hələ  dayan!  Qoy  ayını  tapım,  Sənin  payını  sonra 
verəcəgəm!  Yusif  kola  diqqət  ilə  baxıb  gördü  ki,  ayını 
bağladığı  budaq  qopubdur  və  özü  də  yoxdur.Bundan  anladı 
ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır. 
-
 
Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq! 
Qaraca  qız  titrəyə-titrəyə  yola  düşdü.  Yusif  yol  uzunu 
gah Qaraca qızı sögüb  qorxudurdu, gah da özü –özünə danı-
şırdı.  Bunlar    meşənixeyli  dolandılar,  amma  ayıdan  bir  əsər 
görmədilər.  Birdən  Qaraca  qızın  qulağına  ayının  bağırtısı 
gəldi.  
-
 
Eşidirsənmi, əmu, bu tərəfdən ayının bağırtısı gəlir! 
-
 
Heç zad eşitmirəm, yalan deyirsən! 
-
 
Bax! Bax! Yenə bağırır! 
Bu dəfə Yusifin özü də eşitdi.  
-
 
Doğru deyirsən, bağıran ayıdır! 
Hər ikisi səs gələn tərəfə yüz qoydular.  Ancaq səs me-
şəyə düşməyə görə ayının yeri yavuq görünürdü, amma həqi-
qətdə  xeyli  uzaq  idi.  Axırda  gəlib  ayını  tapdılar.  Ayı  zənciri 
ilə ağaca dolaşıb  dartınırdı və bağırırdı. Yusif ona çatan kibi 
hirsindən  və  acığından  ayını  azad  etmədən  əvvəl  əlindəki 
ağac ilə onu dögməgə başladı. Ayının bağırtəısı meşəni başı-
na götürmüşdü. Axırda ayı dartınıb xaltasını başından çıxartdı 
və ildırım kibi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi 
ki,  qızmış  ayı  sahibini  parçaladı.  Qaraca  qız  bunu  gördükdə 
dəhşətli  bir  hal  ilə  qaçmağa  başladı.  Ancaq  qorxudan  özünü 
itirib  yol  əvəzinə  meşənin  ortasına  tərəf  qaçdı.  Bir  azdan 
sonra ayı Yusifin  meyitini buraxıb Qaraca qızın dalınca düş-
dü.  Bunu  gördükdə  zavallı  qızın  bədəninə  titrəmə  düşdü  və 
var gücilə qaçmağa başldı. Getdikcə ayı Qaraca qıza  yavuq-
laşırdı.Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. 
Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq o, 
eniş  aşağı  qaça  bilmədiyindən  dərənin  içinə  Yumalandı. 
Qaraca  qız  fürsət  tapıb  özünü  dərənin  döşündəki  mağaraya 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə