71
Payızın orta ayı idi. On gündən sonra anası Ağca xanımı
pansiyoya verəcək idi. Ona görə Ağca xanım anasından tə-
vəqqe etdi ki, bu on günü onu kəndlərinə göndərsin.
Pəricahan xanım razı olub dedi:
-
Yaxşı, qızım, bən özüm də sən ilə bərabər oraya gedə-
cəyəm ki, bir az rahat olam. Yoxsa burada gedib-gələnlərin
əlindən bir dəqiqə asudəliyim yoxdur. Anasından bu xəbəri
eşitdikdə Ağca xanım çox şad oldu.
Səhər tezdən Pəricahan xanım qızını oyatmağa başladı:
-Qızım, yatdığın bəsdir, dur, yoxsa vaqona çata bilmə-
rik, burada qalarıq!
Ağca xanım bunu eşidib tez yerindən durdu və geyin-
məyə başladı. Pəricahan xanım teleqraf vasitəsilə kəndə gəl-
mələrini Hüseynqulu ağaya xəbər verdi. O da nökərləri ilə
onun pişvazına çıxmışdı. Ağca xanım sevgili atasıyla görüş-
məyə öylə tələsirdi ki, vaqon dayanan kibi, özünü vaqonun
pəncərəsindən atasının qucağına atdı və boynunu qucaqlayıb
aramsız öpməyə başladı.
-
A qızım, bir dayan, anan ilə də salamlaşım, - deyə
Hüseynqulu ağa Ağca xanımı yerə qoydu. Bu halda Ağca
xanım Qaraca qızı yanında köpək ilə dayanmış gördü. Cəld
özünü ona yetirdi. Qaraca qız görüşəndən sonra dedi:
-
Bən buraya gizlincə gəlmişəm. Tez ol get, Pəricahan
xanım bizi burada görməsin, yoxsa yenə acığı dutar.
-
Doğru deyirsən, sonra görüşərik, - deyə ata, anasına
yanaşdı.
Nökərlər şeyləri vaqondan daşıyıb faytonlara qoydular;
sonra da hamısı yola düşdü. Ağalıq evi vağzaldan uzaq deyil
idi. Qaraca qız ağalara görünməmək qəsdi ilə meşə yolu
getdi. Ağalar qapıya çatdıqda hamı xidmətçilər qapıda cərgə
ilə düzülüb – “Xanımlar, xoş gəlmisiniz!” – deyə baş endir-
dilər. Bunların içində Piri kişi də var idi. Pəricahan xanım
Qaraca qızı orada görməyib rişxənd ilə qızına dedi:
72
-
Qızım, bu da dostun Qaraca qızın vəfası!Gör səni necə
tez yadından çıxarmışdı!
Ağca xanım anasının bu tənəsinə səbr edə bilməyib
dedi:
-
Bağışla, anacan, bənim dostum vağzala qədər yanıma
gəlmişdi.Bən orada onun ilə görüşdüm.
Hüseynqulu ağa şaqqıltı ilə gülərək arvadına dedi:
-
Hə, necəsən, payını aldınmı?!
-
A, şeytanlar, yenə də bəni aldatdınız, - deyə Pəricahan
xanım özü də güldü. Hjüseynqulu ağa arvadını könlü şad,
fərahlı bir halda görüb fürsəti fövtə etmədi və dedi:
-
Pəricahan! Sənə bir təvəqqem var, qəbul etməyini söz
ver, deyim!
-
Söz verirəm, de!
Hüseynqulu ağa dedi:
-
Ağcanın ancaq on gün asudə vaxtı var. On gündən
sonra onu quş qəfəsinə salan kibi hasarlı məktəbin havasız
otağına salacaqlar. Daha bu gözəl havanı, yaşıl bağları, şır-
layan suları görməyəcəkdir. Səndən təvəqqe edirəm ki, bu on
günü ona azadəlik verib Qaraca qız ilə keyfi istədiyi qədər
oynamağa, gəzməyə mane olmayasan. Budur bənim səndən
təvəqqem!... Pəricahan xanım bir az dayanıb dedi:
-
Qoy sən deyən kibi olsun, rüxsət verdim!
Bu cavabından hamı şad oldu. Ağca xanım şadlığından
gahi anasını öpürdü, gahi atasını. Bu üzdən şad olanın biri də
Piri kişi idi.
Ağca xanımın on gününün bir həftəsi bir saət mənzilə-
sində gəlib keçdi. Bu yeddi gün gəzib oynamaqdan Ağca
xanımın yanaqları qızıl gül kibi yanırdı.
Qaraca qıza gəldikdə o da bu yeddi günün dolanacağını
ömrünün ən səadətli günlərindən hesab edib böylə tez gəlib
keçməsinə əfsus edirdi. O, Ağca xanımdan ancaq yatmağa
gedəndə ayrılırdı. Yuxuda da fikri onun ilə olduğunu onun
73
sayıqlamasından anlamaq olurdu. Hər axşam Ağca xanım ilə
nə etdiklərini Piri kişiyə söyləyib sonra yuxuya gedərdi.
Amma bir gecə heç nə söyləməyib qəmgin olaraq yerinə
girdi.
-
Qızım, neyçün kefsizsən, bir şey olmamış ki?
-
Yox, baba!
-
Bəs neyçün qəmginsən?
-
Özüm də bilməyirəm, baba!
-
Gözlərini yum, yuxula, qızım!
-
Yuxum gəlməyir, baba, yürəgim sıxılır!
-
Qoy sənin üçün nağıl söyləyim, qızım, bəlkə yuxun
gələ!
Piri kişi Qaraca qızın başını sığallayıb başladı:
-
Qızım, biri var imiş, biri yox imiş, Bir padşah var imiş.
Bu padşahın dünyada övladsızlıqdan başqa bir qəm və qüs-
səsi yox imiş...
-
Baba, bən ölsəm, ağlarmısan?
-
Allah eləməsin, qızım, öləsən, neyçün öləsən?
-
Baba, bən ölsəm, bəni o Göy təpədə basdırınız! Oranı
bən çox sevirəm: Oradan hər yer görünür; orada hər cür çiçək
bitir. İmdi o çiçəklərin hamısı solmuşdur. Biz bu gün orada
oynayırdıq.
-
Sən neyçün ölürsən, qızım? Sən yaşayıb, bən qoca
babanı o dediyin təpədə basdıracaqsan; Sonra böyükləşib ora
gedəcəksən, uşaqların olacadır1 Sonra bənim kibi qocalıb
qarı olacaqsan! Nəvələrinə vəsiyyət edəcəksən ki, bəni Göy
təpədə Piri babanın yanında basdırınız. İmdi, qulq as. Qızım,
nağılın dalını söyləyim!
Bir günü bu padşah öz arvadı ilə eyvanda əyləşdiyi
zaman bir dərviş orada hazır olub dedi:
-
Ey padşahi-dövran! Bilirəm, sizi qəmgin edən nədir?
Bu əlimdəki almanı görürsünüzmü? Bunu ortasından tən böl,
yarısını özün ye və yarısını arvadın! Sizdən bir oğlan dünyaya
Dostları ilə paylaş: |