98
-
Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm
də ağalar üçün meyvə dərək. Piri kişi özü bir səbət götürdü və
Qaraca qıza da bir cəvərən verdi. Evdən bayıra çıxdıqda Qara
köpək də onlara qoşuldu. O, quyruğunu bulaya-bulaya
Qaraca
qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni
boyunundan asdı. Qara köpək başını bulayıb cəvərəni yerə
saldı. Qaraca qız götürüb yenə boyununa keçirtdi. Qara köpək
bu dəfə də başını əgib cəvərəni yerə saldı. Piri kişi dedi:
-
Qızım, zəhmət çəkmə, Qara köpək azadəligə öyrən-
mişdir, o, təlimə yatmaz.
-
Yox, baba, yatar, bir gör onu necə öyrədəcəgəm! –
bunu deyə Qaraca qız Qara köpəyin qabağında çömbəldi və
onun
gözlərinə baxarkən, dedi:
-
Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür! –
bunu deyə Qaraca qız cəvərəni yenə onun boynuna saldı. Bu
dəfə Qara köpək cəvərəni yerə salmayıb Qaraca qızın yüzünə
baxa-baxa yanınca getdi.
O da sevincək dedi:
-
Afərin, Qaraca köpəyim! Baba, gördünmü?
-
Görürəm, qızım və çox da təəccüb edirəm: Qara kö-
pək imdiyə qədər məndən başqasının əmrinə tabe olmamışdır.
İmdi isə hətta cəvərəni də aparır.
-
Hələ bu nədir ki, baba, gör ona nələr öyrədəcəgəm!
Mən qaraçı dəstəsində olan zaman ayını, meymunu və qeyr
heyvanları öyrədəndə görmüşəm, ancaq gərək, baba, heyvanı
əzizləyə-əzizləyə öyrətməlidir. Yoxsa döymək ilə bir şey
olmaz; amma qorxutmağın eybi yoxdur. Bax, Yusif ayını
döydü, o da onu parçaladı.
Piri kişi balaca qızın əhvalatını müxtəsər eşitmişdi. İmdi
isə Qaraca qızın kim olduğunu, bu vəqtə qədər nə tövr yaşa-
dığını ona müfəssəl nağıl etdirdi. Qaraca qızın yürəkyandırıcı
faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu və yürəgində
bu yetim çocuğa məhəbbəti artdı.