104
girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və
nahar yeməgə getdilər. Qaraca qız qapısı bağlı evində qaldı.
***
Xanımlar gedəndən sonra Qaraca qız cəld divanın
altından çıxıb qapıya tərəf yügürdü ki, bir kəs gəlməmiş
buradan getsin. Lakin qapını daldan cəftələnmişgörüb məyus
qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər
çalışdısa, bir şey bacarmadı; çünki pəncərənin yuxarıda iki
nazikdəmir mil ilə bağlı olduğunu anlamayıb, ancaq var gücü
ilə onu yuxarı qaldırırdı. Xeyli çalışdıqdan sonra Qaraca qız
ümidsiz divanın üstündə oturdu. O, xeyli təşvişdə idi; çünki
bilirdi ki, bu sirrin üstü açılsa, Pəricahan xanım onu buradan
qovub, qızını da böyük tənbih edəcəkdir. Bir az sakit oturan-
dan sonra Qaraca qız yenə pəncərəni çəkmək fikrinə düşdü.
Bu səfər diqqət yetirdikdə nəzəri dəmir millərə sataşdı.
Dərhal qalxıb onları çıxartdı və sonra pəncərəni çəkməyə
başladı. Pəncərə hərçənd ağır idi, amma Qaraca qız da qüv-
vətli idi. O, pəncərəni qaldırıb altından cəftə ilə bənd etdi.
Sonra pəncərədən çıxıb qapını açdı. Pəncərəni saldı, bayıra
çıxıb qapını bağladı. Gəldiyi deşikdən bağa girib komalarına
getdi.
Bu vəxt Ağca xanım Qaraca qız tərəfdən artıq dərəcədə
iztirabda qalıb boğazından əsla çörək keçmirdi; fikri müdam
Qaraca qızın yanında idi. Hətta şorbanı qəsdən süfrəyə tökdü
ki, bəlkə onu tənbeh edib yenə baba otağına salalar, lakin bu
hiylə onu muradına çatdırmadı;çünki Pəricahan xanım qızının
rəngi qaçdığını görüb təşvişə düşdü:
-
Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən
dökmədin ki. Özü töküldü. Yoxsa, qızım, azarlamısan? -
Bunu deyə Pəricahan xanım əlini qızının alnına qoydu:
-
Doğrudan da, qızdırman var!Bir az şorba iç, sonra
yatacaqsan, daha bu gün heç yerə çıxmayacaqsan.
105
Bu əhvalatdan Ağca xanım daha da artıq təşvişə düşüb
cəld dedi:
-
Yox, ana, mən azarlı degiləm. Məni yatacaq otağına
göndərmə!
Hüseynqulu ağa yüzünü arvadına tərəf çevirib dedi:
-
İmdi sapsağlam qızı azarlı edəcəksən?!
-Rica edirəm, mənim tərbiyə verməgimə qarışmayasan!
- Nə üçün? Mən ata deyiləm?
- Atasan, ancaq nadansan! Nadan atadan qız nə tərbiyə
götürə bilər?!
Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı yumruğunu
nasaya öylə bərk vurdu ki, boşqablar biri-birinə dəgdi:
-
Sus! Tezlik ilə sənə göstərərəm ki; bu evin sahibi
mənəm!... – bunu deyə Hüseynqulu ağa qabağındakı boşqabı
yerə çaxdı və hirsli yemək otağından çıxdı.
-
Get, piyan soldat! - deyə Pəricahan xanım bağırdı. Bu
hadisədən zavallı Ağca xanım titrəyərək göz yaşını tökməyə
başladı. Pəricahan xanım bonaya dedi:
-
Bu qızı otağına apar; soyundurub rahət et. Sonra geyi-
nib şəhrə gedəcəyiz. Bir neçə almalı şey lazımdır.
Bona Ağca xanım ilə getdilər. Pəricahan xanım otağına
girdi.
Bir azdan sonra Pəricahan xanım bona ilə faytona minib
yola düşdü..
Anası gedəndən sonra Ağca xanım bir müddət otağında
qalıb pəncərədən baxdı; oradan dəmir yol stansiyası görünür-
dü. Vağzal Hüseynqulu ağanın mülkündə tikilmişdi. Hərdən
bir Ağca xanım da öz bonası ilə oraya gəzməyə gedərdi.
Birdən vaqon fit verdi.
-
Hə, anamgil getdi. Bir də axşamçağı gələcəklər. İmdi
gedim Qaraca qızı dustaqdan xilas edim.”- bunu deyə Ağca
xanım geyindi və cəld baba otağına tərəf getdi. Oraya yetiş-
diyində gördü ki, otağın qapısı cəftəsizdir. Yavaşca qapını
106
açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb siqara
çəkir və ondan başqa da içəridə kimsə yoxdur. Bu ittifaqa
Ağca xanım həm şad, həm də təəccüb etdi. Bu vəqt atası onu
gördü:
-
Ha, qızım, dustaqdan qaçmısan! Çox da yaxşı eləmi-
sən. O dəli anana qulaq asma. Gəl bir az ata-bala söhbət edək.
Ağca xanım atasının böylə mehriban rəftarından istifadə
edərək onun qucağına atıldı. Sonra başını əgib divanın altına
baxdı və Qaraca qızı orada görməyib mat qaldı. Hüseynqulu
ağa soruşdu:
-
Qızım, nə üçün mat qalmışsan? Söhbət elə görək nə
var, nə yox!
Ağca xanım soruşdu:
-
Ata, sən çoxdanmı buradasan?
-
Nahardan sonra gələnəm, qızım!
-
Sən gələndə qapı açıq idimi?
-
Yox, mən özüm açdım!
-
İçəridə kim vardı?
-
İçəridə bax bu xallı pişik vardı! – bunu deyə
Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatan pişigi ona göstər-
di. – Qızım, bundan ötrümü soruşurdun?
Ağca xanım pişigi alıb dedi:
-
Yox, ata bundan ötrü soruşmuram.
-
Bəs kimdən ötrü soruşursan?Ağca xanım cavab
verməyib fikrəgetdi.
-
Qızıım, nə üçün fikrə getdin? Uşaq atasından söz giz-
lətməz!
Ağca xanım bilirdi ki, arvadının acığına o, qadağan
edən şeyləri qızına rəva görürdü və bir də Qaraca qız ilə
oynamağa izn verirdi, ona görə sirri açmaq istədi. Atasının
boyununu qucaqlayıb dedi:
-
Ata, anama deməzsən ki, söyləyim?
-
Demərəm, qızım, söylə!
107
Ağca xanım əhvaları ona söyləyib, soruşdu:
-
Ata, bəs Qaraca qız buradan necə çıxmışdır?
-
İmdi, qızım, bağımıza gedərik, mənim Piri kişi ilə işim
var. Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə oynarsan
və həm də onun buradan necə çıxmasını özündən soruşarsan!-
bunu deyə Hüseynqulu ağa divanın üstündən qalxdı. Ağca
xanım şadlığından bilməyirdi ki, nə etsin?!
Hüseynqulu ağa qızı ilə bağı gəzərkən gəlib Piri kişinin
daxmasına çatdı. O vəqt Piri kişi qapısında oturub səbət örür-
dü. Qaraca qız da arxda qabları yuyub daxmaya gətirirdi.
Qaraca qız Hüseynqulu ağanı görüb qorxuya düşdü. Amma
onun çox mehriban bir tərzdə:
-
Keyfin necədir, Qaraca qız? – soruşmasından yürəgi
sakit olub, - “Ağam sağ olsun” – deyə cavab verdi. Piri kişi
ayağa qalxıb, dedi:
-
Əziz qonaqlar, mənim bu daxmama siz xoş gəlmisiniz!
Qaraca qız, tez komadan döşək gətir, ağaların altına sal!
Qaraca qız tez içəridən döşək gətirib gök otun üstə
saldı. Hüseynqulu ağa əyləşdi və yüzünü qızlara dutub dedi:
-
Siz də gedin bağda oynayın!
Qaraca qız qavalını götürüb Ağca xanım ilə gəzməgə və
oynamağa getdilər. Ağca xanım və Qaraca qız əl-ələ verib
bağda qaçmağa və oynamağa başladılar. Ağca xanım başına
gələni Qaraca qıza nağıl etdi; o da baba otağından necə çıx-
dığını ona söylədi. Bunlar öz aralarında söz qoydular ki,
mümkün olduqca baba otağında görüşsünlər. Qaraca qız
Ağca xanıma qaval çalıb, mahnı oxumağı və oynamağı öyrə-
dirdi. Axırda hər ikisi göy otun üstündə oturub söhbət etmə-
gə başladılar. Ağca xanım bu hala çox şad idi, ancaq anasının
bir-iki saatdan sonra qayıtması yadına düşdükcə yürəgi
sıxılırdı.
Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar
oturan yerə çıxdılar. Bunlar qızları götürüb arı pətəklərinin
Dostları ilə paylaş: |