111
pəhləvan kibi atıldı. Bir məharətlə oynamağa başladı ki, bü-
tün danışıq və səs kəsildi: Uşaqdan böylə fövqəladə oynamaq
görünməmişdi. Qaraca qız böylə eşqə gəlmiş ki, orada olan
adamlar gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəmən
gözünün önündə durmuşdu. Birdən Qaraca qız öylə bir tərzdə
fırlandı ki baxanların nəzərində bir şar kibi görünürdü.
Qəflətən Qaraca qız bir dizi üstə çökdü, əlinin birini qaval ilə
yuxarı dutub, o birini də belinə qoyub durdu. Rəqsi böylə
bitirmək Qaraca qızın adəti idi.Qaraca qız qonaqlar tərəfindən
gurultulu alqışlandı. Sonra hamı rica etdilər ki, bu oyunu
təkrar etsin, amma Qaraca qız qəbul etmədi, hətta
Hüseynqulu ağanın da sözünə baxmadı. Hamının ümidi kəsil-
mişdi ki, birdən Ağca xanım ortaya çıxıb çalğıçılarla haman
rəngi çalmağa əmr etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğı-
çılar çaldılar, Ağca xanım da oynamağa başladı. Bunun oy-
namağı gözəl və qaidəli idi. Hər hərəkətindən məlum edirdi
ki, bu, Qaraca qızın şagirdidir. Bir-iki dövrə vurandan sonra
Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər
ikisi qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda
ağalıq xidmətçilərinə yayıldı, onlar dəstə ilə yügürüb qapının
ağzından tamaşa etməyə başladılar. Bu xəbər Pəricahan
xanıma da çatdı. O da tamaşaya gəldi, ancaq o, qızının oyna-
mağına əsla şad olmayıb, acığından bilmirdi ki, nə etsin.
Qızlar oynamaqlarını bitirdilər. Hər tərəfdən onları alqışla-
dılar. Hüseynqulu ağa fərəhlənib qızını bağrına basdı. Bəylər
onu tərif edib başını sığalladılar.
***
Bir azdan sonra Pəricahan xanım
qulluqçusunu göndərib
Ağca xanımı yanına çağırtdı. Hüseynqulu ağa duydu ki,
arvadı qızını tənbeh etmək üçün çağırır. Bu fikir düz də çıxdı:
o biri otaqdan Pəricahan xanımın hayqırtısı Hüseynqulu
ağanın qulağına gəlirdi. Hüseynqulu ağa səbr edə bilmıəyib
112
qonaqlardan üzr istədi və Pəricahan xanımın yanına
getdi.Gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan
xanım da qışqırır:
-
De görüm, bu oynamağı sənə kim öyrətmişdir?
Hüseynqulu ağa dedi:
-
Buyur, cavabını mən verim, bunu Qaraca qız öyrət-
mişdir, sözün nədir?
-
Qaraca qzı onu harada görürdü ki, öyrətsin? Mən
onunla görüşməyi qadağan etməmişdimmi?
-
Sən etmişdin, mən etməmişəm! Bu evin sahibi mənəm,
yoxsa sən? Kimin həddi var bundan sonra bənim əmrimdən
çıxsın?
Pəricahan xanım imdiyə kibi ərini bu dərəcədə hirsli
görməmişdir.
-
İmdi ki böylədir, daha mən bu evdə nə üçün otur-
muşam?
-
İstəyirsən otur, istəmirsən, get, lakin onu bil ki,
bundan
sonra mən öz ixtiyarımdan keçəsi deyiləm!
O biri otaqdan bəylər onun səsini eşidirdilər. Rəhim bəy
və Səlim bəy onun ailəsinəməhrəm olduqları üçün gəlib onu
və arvadını sakit etməyəçalışdılar və sonra Hüseynqulu ağanı
çəkib o biri otağa apardılar. Bu ittifaqdan qonaqlar pərişan
olub bir-bir dağılmağa başladılar; ancaq Rəhim bəy ilə Səlim
bəy qaldılar ki, ər ilə arvadı barışdırıb getsinlər; bunlar istə-
diklərinə çatdılar: Hüseynqulu ağanın hirsi yatıb arvadına
deyirdi:
-
De görüm, oynamaqda nə qəbih şey var ki, Ağca xa-
nım onu bilməsin?
Səlim bəy dedi:
-
Pəricahan xanım, mənim qızım Ağca xanım kibi
oynamaq bilsəydi, onun başına dolanardım! Amma nə etməli
ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da bilmir!
Rəhim bəy dedi: