Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

114 
 
qzı azmağından və meşə heyvanlarından qorxmayırdı. Çünki 
hər iki halda Qara köpəyin onu xilas edə biləcəyini anlayırdı. 
Meşədə  cəvərənini  moruq  ilə  doldurub  evə  tərəf  yüz  qoydu. 
Meşənin  içindən  dəmir  yol  keçirdi.  Qaraca  qız  yolu  keçdiyi 
zaman ayağı büdrəyib yıxıldı və moruğu yerə töküldü. Bunu 
yığan  vəqt  vaqon  qətarı  göründü.  Ancaq  Qaraca  qızın  başı 
moruğu yığmağa qarışıb vaqonun gəlməsindən xəbəri yox idi. 
O  vəqt  Qara  köpək  meşədən  yola  çıxdı  və  Qaraca  qızı 
başıaşağı  moruq  yığan  vəqatarı  iti  gələn  görüb  ildırım  kibi 
götürüldü  və  Qaraca  qıza  öylə  döş  vurdu  ki,  o  da,  özü  də 
dərəyə  uçdular.  Qaraca  qızın  sağ  ayağı  kolailişib  qanadı, 
bunun  ağrısından  və  Qara  köpəyin  böylə  hərəkətindən  acıq-
lanıb  qışqırdı.  Amma  başını  yuxarı  qaldırdıqda  vaqon 
qatarının  keçdiyini  gördü.  Qaraca  qız  anladı  ki,  ağıllı  köpək 
onu  bu  zor  ölümdən  qurtarmışdır,  ona  görə  də  dərhal  acığı 
yatdı və qaraca köpəyin başını sığallayıb onu əzizlədi. Sonra  
yola  çıxdı  ki,  görsün,  cəvərəni  necə  olmuşdur.  Gördü  ki, 
ondan  ancaq  qırılıb  yerə  tökülmüş  çöplər  qalmışdır.  Qaraca 
qız  ölümdən  qurtarmasına  çox  şad  olub  cəvərənin  tələf  ol-
masına bir o qədər yanmadı. Bu ittifaqdan sonra Qara köpə-
yin hörməti ağalıq qapısında daha  artmışdı. Bu xəbər gedib 
şəhərə də çatmışdı. Ağca xanım dostu Qaraca qızın ölümdən 
xilas olmasına çox şad olub atasına yazdığı məktubun içində 
bir şahı iriliyində zərli bir kağız da qoymuşdu ki, bu da mən 
tərəfindən Qara köpəyə qızıl medal olsun!  
 
                                     *** 
Payızın axır günləri idi. Ağca xanımın pansiona girmə-
sinə  az  qalmışdı.  O,  anasından  rica  etdi  ki,  bu  axır  günlərini 
kəndlərində keçirməyə izn versin. Pəricahan  xanım razı olub 
dedi:  
-
 
Yaxşı, qızım, bən özüm də sən ilə bərabər oraya gedə-
cəyəm  ki,  bir  az  rahat  olaq.  Yoxsa  burada  gedib-gələnlərin 


115 
 
əlindən bir dəqiqə asudə deyiləm. Ancaq, Ağca! şərtim budur 
ki,  bilmərrə  o  qaraçı  qızı  ilə  əlaqən  olmamalıdır.  Sən  bəy 
qızısan, öylə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O 
günü  atan  şəhərə  gəlmişdi.  Öz  tutduğu  əməldən  peşiman 
olmuşdu. O deyirdi ki, mən arvadımın acığına Ağcanı Qaraca 
qız  ilə  görüşdürürdüm.  Yoxsa,  mən  də  razı  deyiləm  ki,  öz 
qarabaşı ilə dost olsun. Və bənə də deyirdi ki, bağın meyvəsi 
dərildikdən sonra Piri kişini də, Qaraca qızı da qovacam. 
 Bu  xəbərdən  Ağca  xanım  qəmgin  və  pərişan  oldu.  O, 
imdi kəndə getməyinə şad deyildi. O idi ki, səhərisi günü ana-
sı onu yuxudan qaldırdıqda dedi: 
-
 
Ana, mən kəndə getmək istəmirəm. 
-
 
Nə üçün? Dünən sən özün demirdinmi? Qalx, tənbəllik 
etmə!  
Ağca  xanım  istər-istəməz  qalxıb  geyindi.  Pəricahan 
xanım kəndə gələcəklərini teleqrafla Hüseynqulu ağaya xəbər 
verdi. Vaqon qatarı stansiyada dayandıqda Ağca xanım pən-
cərədən atasını görüb çağırdı. Vaqondan endikdə Ağca xanım 
Qaraca  qızı  kənarda  durmuş  gördü.  Pəricahan  xanımın  başı 
şeylərinə  qarışmışdı.  Nökərlər şeyləri alıb faytona  yığırdılar. 
Bundan Ağca xanım istifadə edərək gizlicə Qaraca qızın ya-
nına qaçdı. Onunla görüşdü.  
-
 
Tez  ol,  get,  Pəricahan  xanım  bizi  burada  görməsin, 
yoxsa yenə acığı dutar, - deyə Qaraca qız Ağca xanımı tələs-
dirdi. 
-
 
Doğru  deyirsən,  sonra  görüşərik,  -  deyə  Ağca  xanım 
ata-anasına yanaşdı və faytona minib yola düşdülər.  
Ağalar  qapıya  çatdıqda  xidmətçilər  həyətdə  cərgə  ilə 
düzülüb  –  Xanımlar,  xoş  gəlmisiniz!-  deyə  baş  endirdilər. 
Bunların içində  Piri kişi də  var  idi. Pəricahan  xanım Qaraca 
qızı  orada  görməyib    qızının  yürəyini  ondan  soutmaq  üçün 
rişxənd ilə dedi: 


116 
 
-
 
Qızım, bu da dostun Qaraca qızın vəfası!Gör səni necə 
tez yadından çıxarmışdı!  
Ağca xanım anasının bu tənəsinə səbr edib, sirrin üstünü 
açmadı. Sabahı gün Mariya İvanovna da gəlib çıxdı. Ağca xa-
nımın  buraya  gəlməkdən  məqsədi  Qaraca  qız  ilə  gün  keçir-
mək  idi.  O  da  mümkün  olmadığından  çox  bikef  və  qəmgin 
idi. 
 
*** 
Qaraca qız da qəmgin idi.  Komadan çıxmaq istəmirdi. 
Gün çıxıb xeyli qalxmışdı. Qaraca qız oyanmışdı isə də, hələ 
yerindən qalxmamışdı.  
-
 
Qızım, nə çox yatmışsan, sən heç böylə gecikməzsən. 
Azarlı deyilsən ki? – deyə Piri kişi sordu. 
-
 
Yox,  baba,  azarlı  deyiləma,  amma  heç  durmağa 
könlüm yoxdur.  
Piri kişi komanın qapısını açıb dedi: 
-
 
Qızım,  bax  gör,  günəş  nə  gözəl  çıxmışdır!  Böylə 
havada ancaq tənbəl yerdə yatar! 
Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-
yüzünü yuyub, çay içməyə məşğul oldu. Çaydan sonra bayıra 
çıxdı.  Həqiqətdə,  günəş  xeyli  parlaq  idi.  Bağı  gəzərkən 
Qaraca qızın gözünə  qarınca  yuvası sataşdı; Bu qarışqaların 
içində  qanadlıları  da  var  idi.  Onlar  qalxıb  havada  uçurdular. 
Gah  da  yuvanın  ağzında  qaynaşırdılar.  Piri  kişi  Qaraca  qıza 
yaxınlaşıb dedi: 
-
 
Nəyə baxırsan, qızım? 
-
 
Qarıncalara baxıram, baba! 
-
 
Bunların  içində  qanadlıları  da  var,  baba!  Baba,  bu  nə 
üçün? 
-
 
Qızım,  onların  qanadları  həmişəlik  deyildir:  Onlar 
töküləcəkdirlər. Bu gün bu qarıncaların toy günüdür. Onların 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə