109
-
Yox, xanım, arını incitməsən və onlardan qorxmasan,
adamı sancmazlar.
Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri
kişi dedi: - İmdi, qızım, budağı silkələ ki, arılar torbaya
tökülsün, ya da budağı sındır, torbanın içində qalsın.
Qaraca qız budağı sındırdı və aşağı endi. Piri kişi
torbanı ondan aldı. Hamı arılığa getdilər. Piri kişi torbadakı
arıları bir boş pətəgə boşaltdı.
-
Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və
balı da öz ixtiyarında olacaqdır. Haçan könlün bal istədi,
gələrsən, kəsib verərəm.
Bundan Ağca xanım çox xoşhal oldu. Hüseynqulu ağa
dedi:
-
Qızım, bu da sənin arın,
imdi gəl gedək, anan bir azdan
sonra gələcəkdir!
Bunlar sağollaşıb evə qayıtdılar.
***
Axşamçağı Pəricahan xanım Mariya İvanovna ilə
şəhərdən gəlib çıxdı. Pəricahan xanım Ağca xanımı çox şad
və yanaqları qızarmış görüb dedi:
-
Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadın,
ona görə də sağalıb, rəngin özünə gəldi. Gör, qızım, sənə nə
qədər şeylər gətirmişəm!
Ağca xanım anasının gətirdiyi gözəl kuklalara, başqa
oyun şeylərinə və yeməli şeylərə baxıb, çox şad oldu. Bu vəqt
Ağca xanımın arzu etdiyi bir şey var idisə, o da bu şeyləri
Qaraca qıza göstərib, onun ilə bölüşmək idi. Bu da ancaq
baba otağında mümkün idi. Ağca xanımın təbiəti çox həlim
idi, özü də sözə baxan bir qız idi. Lakin Qaraca qız ilə
görüşmək arzusu onda o qədər artıq idi, bonasının əmrindən
qəsdən çıxıb tez-tez özünü baba otağına saldırırdı.
110
Ağca xanımın gündən-günə sağlam olmağı anasını nə
qədər
şad edirdisə də, bir o qədər də bonasının əmrindən çıxıb
özünə tənbih etdirməyi onu qəmgin edirdi.
Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə,
Hüseynqulu ağa rişxənd ilə deyirdi:
-
İki böyük arvad bir balaca uşağı düzəldə bilmirsiniz-
mi? Mən sizə məsləhət görürəm ki, onu tez-tez baba otağına
salıb dustaq edəsiniz!
Hər böylə ittifaqda Hüseynqulu qızına acıqlanıb baba
otağına göndərərdi və gizli Qaraca xəbər verirdi.
***
Piri kişi balaca qızın Ağca xanım ilə gizli görüşüb ülfət
dutmağına əsla razı deyildi. O, bilirdi ki, təkəbbür bəyzadə-
lərdən başqa qeyrilərini insan dərəcəsinə qoymayan
Hüseynqulu ağa bu yetim qızı arvadının acığına Ağca xanı-
mın yanına buraxır. O biri tərəfdən, Piri kişi düşünürdü ki,
bu sirr açıldıqda Pəricahan xanım Qaraca qızı qovacaqdır.
Piri kişinin bir də narazılığı onda idi ki, Hüseynqulu ağa
zinətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz
qonaqlıqlarında oynadırdı. Bunun üstündə Piri kişinin
Hüseynqulu ağaya çox acığı duturdu. Lakin qızı onun əlindən
almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi. Böylə ki,
bir dəfə Hüseynqulu ağa böyük qonaqlıq edib çox adam
çağırmışdı. Bu qonaqlıqda oxuyub çalan dəstəsi də vardı.
Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib
oynasın. Bu vəqt Qaraca qıza souğ dəydiyinə görə yerdə
yatırdı. Piri qızı qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq
dərəcədə qəzəbnak olub dübarə nökəri göndərdi ki, qızı
yerdən qaldırıb gətirsin. Piri kişi naçar qaldıqda Qaraca qız
qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü.
Qaraca qızın oynamağa meyli çox idi, yürəyində rəqs
etmək həsrəti artıq idi. O idiki məclisə mübarizə istəyən