91
Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdir-
dilər. Bu zaman Qara köpək Qaraca qızın ayağından dutub
itlərin arasından onu sürüyə-sürüyə mağaradan bayıra çıxart-
dı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar.Qara
köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa
qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. O, zəif bir hal
ilə
gözlərini açdı;lakin harada olduğunu anlamadı.
Hüseynqulu ağa ondan soruşdu:
-
Qız, sən kimsən? Bu mağarada nə qayırırdın? Qaraca
qız cavab vermədi. Rəhim bəy dedi:
-
Hüseynqulu ağa, görmürsənmi, qız hələ lazımınca
özünə gəlməmişdir? Nə sual edirsən? Mən əhvalatı onsuz da
anlayıram. Qızın sifətindən və libasından qaraçı qızı olmasını
düşünməyirsənmi? Bu av etdiyimiz ayı da əldə bəslənmiş
qaraçı ayısıdır. Ancaq sahibi haradadır? Burası menim üçün
aşkar deyildir.
Səlim bəy qıza diqqət ilə baxıb dedi:
-
Ha, bu qızı mən görmüşəm. Məşhur oxuyan və
oynayan Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bun-
dan qabaq ona nə qədər pul və xələt vəd etdimsə də, bu qızı
mənə satmadı; imdi yaxşı əlimə düşübdür! Siz öləsiniz, gündə
qonaqlıq edib sizə böyük keyf verəcəgəm.
Hüseynqulu ağa bunu eşitdikdə dedi:
-
Demək, o keyfi mən verə bilmərəm? Əslinə baxsan qız
mənə çatar; çünki mənim köpəgim tapmışdır.
Bəglərin arasında bəhs düşdü. Səlim bəy dedi:
-
Hüseynqulu ağa, özün yaxşı bilirsən ki, arvadın
Pəricahan xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs
edirsən?
-
Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan
əlavə, qızı Piri
kişiyə verəcəyəm, saxlasın.
Bəglər buna razı oldular.