Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə24/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

74 
 
gələcəkdir.  Onun  adını  Məlik  Məmməd  qoyarsınız!  O,  bu 
alma parası kibi, yarı sənə, yarı arvadına oxşayacaqdır! Bunu 
deyib dərviş almanı padşaha atdı və özü də yox oldu...  
Piri  kişi  gördü  ki,  Qaraca  qız  yuxuya  getmişdir,  ona 
görə də nağılını kəsdi və özü də yerinə girib rahət oldu. 
Səhər  Piri  kişi  qaydası  üzrə  tezdən  qalxıb  ocağı  qaladı 
və çaydanı su ilə doldurub oda qoydu. Qaraca qız hələ oyan-
mamışdı.  Piri  kişi  dəhrəni  götürüb  çıxdı.  O  bağda  işləyib 
qurtarınca  gün  çıxıb  xeyli  qalxmışdı.  Qaraca  qız  oyanmışdı 
isə də, hələ yerindən durmamışdı.  
-
 
Qızım, nə çox yatmışsan, sən heç böylə gecikməzsən. 
Azarlı deyilsən ki? 
-
 
Yox, baba, amma heç durmağa könlüm yoxdur.  
Piri kişi komanın qapısını açıb dedi: 
-
 
Bax qızım, günəş nə gözəl çıxmışdır! Böylə vəqtdə an-
caq tənbəl yerdə yatar! 
Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-
yüzünü yuyub, çay içməyə məşğul oldu. Çaydan sonra bayıra 
çıxdı. Həqiqətən də, günəş xeyli parlaq idi. Bu halda Qaraca 
qızın  gözünə  bir  qarışqa  yuvası  sataşdı;  Onlara  tamaşa  et-
məyə  başladı.  Bu  qarışqaların  içində  qanadlıları  da  var  idi. 
Onlar  qalxıb  havada  uçurdular.  Gah  da  yuvanın  ağzında  gə-
zişib  özlərini  günəşə  verirdilər.  Piri  kişi  Qaraca  qıza  yaxın-
laşıb dedi: 
-
 
Nəyə baxırsan, qızım? 
-
 
Qarışqalara  baxıram,  baba!Bunların  içində  qanadlıları 
da var, baba! 
-
 
Qızım,  onların  qanadları  həmişəlik  deyildir:  Onlar 
töküləcəkdirlər. Bu gün bunların toy günüdür. Onların dişiləri 
erkəklərindən  maya  dutandan  sonra  hər  ikisinin  qanadları 
quruyub töküləcəkdir.  


75 
 
Qaraca  qız babasından qarışqa  toyu eşidən  kibi  əllərini 
biri-birinə vurub şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona 
şərik olub dedi: 
-
 
Bəli,  qızım,  qarışqaların  toyudur!  Get  qavalını  gətir, 
bir az çal, qarışqalar səndən razı qalsınlar! 
Piri  kişinin  bu  fikri  Qaraca  qıza  xoş  gəlib,  qaçaraq 
komaya  getdi  və  qavalını  götürüb  çalmağa  başladı.  Piri  kişi 
Qaraca  qızın keyfi açılmağına şad olub, özü  də  odun doğra-
mağa məşğul oldu. 
 
                                     *** 
Birdən Piri kişinin qualğına ağalıq tərəfdən qışqırıq səsi 
gəldi.  
-
 
Qızım, qavalını çalma, görək o səs nədir? 
Qaraca  qız  dayandı.  Doğrudan  da,  ağalıq  tərəfdən  səs-
küy gəlirdi. 
-
 
Baba,  bu  səs  Pəricahan  xanımın  səsidir!-  deyə  Qaraca 
qız qavalı yerə atdı və yıldırım kibi götürüldü. Həyətə çatdıq-
da gördü ki, Ağca xanımın biləyindən qan axır və Pəricahan 
xanım da ağlayaraq xidmətçilərə deyir: 
-
 
Aman,  sizə  qurban  olum,  tezcə  biriniz  Ağcanın  yara-
sını sorun, ilanın zəhərini yerə tökünüz!  
Amma heç kəs bu qorxulu işə cürət edib qədəm qoyma-
yırdı.  Qaraca  qız  Pəricahan  xanımdan  bunu  eşitcək 
Ağcaxanımın  qolundan  zəhəri  sorub  yerə  tökməyə  başladı. 
Pəricahan xanım Qaraca qızın saçlarını öpə-öpə deyirdi: 
-
 
Ah,  gözəl  yürəkli  Qaraca  qızım,  bağışla  bəni!  Sənin 
yanında  xəcalətliyəm.  Xudaya,  bənə  rəhmin  gəlsin,  qızımı 
öldürmə!  Qaraca  qızım, səni  öz  qızımdan artıq sevməyə  söz 
verirəm,  Qoyma  Ağca  ölsün.  Qaraca  qız  Pəricahan  xanımın 
naləsinə  əsla  fikir  verməyib,  ancaq  öz  istəkli  dostunu  ölüm-
dən qutarmağa səy edirdi. Bir azdan sonra Qaraca qız nə qə-
dər  sordu  isə,  daha  yaradan  bir  şey  gəlmədi.  Ağca  xanım 


76 
 
yaradan  bir  o  qədər  şikayət  etməyirdi,  amma  yaradan  bir  az 
yuxarı  qaytan  ilə  möhkəm  bağlanmış  yerdən  çox  şikayət 
eidrdi. Ona görə də anasına dedi: 
-
 
Ana, qaytanı aç, qolumu kəsir! 
-
 
Yox,  qızım,  olmaz,  onda  zəhər  bədəninə  gedib  səni 
öldürər. Səbr et, bu saət şəhərə telqraf vuracağam, atan həkim 
götürüb  gəlsin.  Bunu  deyib  Pəricahan  xanım  ditrəyə-ditrəyə 
bir telqraf yazdı və nökərə verdi ki, aparıb stansiyadan şəhərə 
vursun.  Ağca  xanımın  qolunu  bağlayıb  yerdə  yatırtdılar. 
Pəricahan xanım və Qaraca qız da yanında əyləşdilər. Bu vəqt 
Piri kişi də gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab 
ilə içəri girdi. Pəricahan xanım onu görüb dedi: 
-
 
Baba, gördünmü başımıza nə gəldi?! 
Piri  kişi  Qaraca  qızın  yüzünə  baxıb  böyük  təşviş  ilə 
dedi: 
-
 
Bəli,  gördüm!  Onu  da  görürəm  ki,  öz  balanı  ölümdən 
qutarmaq üçün bu atasız, anasız yetimi bəlaya saldın!.. 
-
 
Baba, nə deyirsən, Əlhəmdülillah, Qaraca qıza heç şey 
olmamışdır! 
-
 
Yaxşı bax, xanım! 
Bu halda Qaraca qız dedi: 
-
 
Baba,  bədənim  yanmağa  başlayır,  amandır,  bənə  su 
verin! 
-
 
Dur  gedək,  qızım,  komamıza,  görüm  sənə  nə  çarə 
edirəm. 
Pəricahan xanım dedi: 
-
 
Baba,  sən  Allah,  öylə  etmə,  qoy  burada  yatsın,  bir 
azdan Hüseynqulu ağa da həkim ilə gələcək.  
Bu təvəqqeyə Ağca xanım da şərik oldu. 
Piri kişi razı oldu. Qaraca qıza da Ağca xanımın yanında 
yer salıb yatırtdılar. Getdikcə Qaraca qızın əhvalı xarablaşır-
dı.  Piri  kişi  tez-tez  ayran  qayırıb  ona  verirdi.  Sonra  Qaraca 
qızın  yüzü  şişməyə  başladı.  Hüseynqulu  ağa  gəlib  çıxan 


77 
 
zaman  Qaraca  qızın  boğazı  şişib  nitqdən  kəsilmişdi.  Həkim 
hər iki azarlıya baxdıqdan sonra dedi: 
-
 
Ağca xanımın heç bir qorxusu yoxdur. İlanın zəhərini 
bədənə  yayılmamış  rədd  etməyə  görə  ölümdən  xilas  olmuş-
dur.  O  ki  qaldı  Qaraca  qıza,  onun  əhvalı  çox  fənadır,  çünki 
ağzında  yarası  olduğu  cəhətinə  zəhər  qana  qarışıb  bədəninə 
yayılmışdır.  
Bu  xəbər  hamını  məyus  etdi.  Pəricahan  xanım  ağlaya-
ağlaya dedi: 
-
 
Amandır,  qoyma  bu  qız  ölsün,  əlindən  gələn  səyi 
müzayiqə etmə! 
-
 
Xanım,  bu  qızın  dirilməsi  çətindir,  Ümid  bir  Allaha 
qalmışdır.  
Pəricahan xanım dizi üstə çöküb dua etməyə başladı. 
Piri kişi həqir bir nəzərlə ona baxıb dedi: 
-
 
Böylə olan surətdə Yazıq Qaraca qızımı komaya apa-
rım, burada qalsa, xanıma əziyyət edər! 
Bu sözlər Pəricahan xanımın yürəyinə ox kibi sancıldı.  
-
 
Yox, qoymaram, qoymaram, - deyə hönkürtü ilə ağla-
mağa başladı.  
Amma həkim də Piri kişinin fikrinə şərik oldu. Ona görə 
Qaraca qızı komaya apardılar. Hərçənd həkim onun sağalma-
sından ümidini kəsmişdi, amma böylə ittifaqlarda lazım gələn 
köməklərin hamısını əmələ gətirdi. Komada həkimdən və Piri 
kişidən başqa Hüseynqulu ağa da var idi. 
Bu  rəhmdil  kişi  öz  qızının  bu  qayda  ilə  sağ  qalmasına 
razı deyil idi. Qaraca qızın yastığı yanında çöküb səmim qəlb 
ilə  Allahdan  bu  qərib  yetimin  sağalmasını  rica  edirdi.  Lakin 
öz canını özgə uğrunda fəda etmiş Qaraca qızın vəqti tamam 
idi!... 
Dolmuş  gözlərini  açdı,  günəşin  şüalarına  bir  müddət 
baxdı,  sonra  gülümsündü,  gözlərini  yenə  yumdu!  Qaraca  qız 
öldü!.. 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə