Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə123/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   119   120   121   122   123   124   125   126   ...   135

Milli Kitabxana

401


-

Yox, xanım, arını incitməsən və onlardan qorxmasan adamı sancmazlar.

Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi:

-

İndi,  qızım,  budağı  silkələ,  arılar  torbaya  tökülsün,  ya  da  budağı  sındır,



torbanın içində qalsın.

Qaraca  qız  budağı  sındırdı  və aşağı  endi.  Piri  kişi  torbanı  ondan  aldı.  Hamı

arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.

-

Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və balı da öz ixtiyarında



olacaqdır. Haçan könlün bal istədi, gələrsən, kəsib verərəm.

Bundan Ağca xanım çox şad oldu. Hüseynqulu ağa dedi:

-

Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.



* * *

Axşam  çağı  Pəricahan  xanım  Mariya  İvanovna  ilə şəhərdən gəlib  çıxdı.

Pəricahan xamm Ağca xanımı çox şad və yanaqlan qızarmış görüb dedi;

-

Bax,  qızım,  mənə qulaq  asıb  evdən  bayıra  çıxmadın,  ona  görə sağalıb



rongin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm.

Ağca  xanım,  anası  gətirdiyi  gözəl  kuklalara,  başqa  oyun  şeylərino  və şirin

yeməli  şeylərə baxıb  çox  şad  oldu.  Bu  vaxt  Ağca  xanımm  arzu  etdiyi  bir  şey

vardısa,  o  da  bu  şeyləri  Qaraca  qıza  göstərib  onunla  bölüşmək  idi.  Bu  da  ancaq

Baba otağmda mümkün idi.

Ağca xanımm təbiəti çox həlim idi, özü də sozə baxan bir qız idi. Lakin Qaraca

qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki,  mürəbbiyəsinin əmrindən çıxıb

tez-tez özünü Baba otağına saldırırdı.

Ağca xanımın gündən-günə sağlam olmağı anasını nə qədər şad edirdisə, bir o

qədər  də mürəbbiyəsinin əmrindən  çıxıb  özünə tənbeh  etdirməyi  onu  qəmgin

edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseynqulu ağa rişxəndlə

deyirdi:


- İki  böyük  arvad  bir  balaca  uşağı  tərbiyələndirə bilmirsinizmi.  Mən  sizə

məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz.

Bu kimi hallarda Hüseynqulu ağa qızına acıqlanıb Baba otağına göndərərdi və

gizlin Qaraca qıza xəbər verərdi.




Milli Kitabxana

402


* * *

Piri kişi Qaraca qızın Ağca xamm ilə gizlin görüşüb dostluq etməsinə əsla razı

deyildi,  O  bilirdi  ki,  quduz  bəyzadələrdən  başqa,  qeyrilərini  insan  dərəcəsinə

qoymayan  Hüseynqulu  ağa  bu  yetim  qızı  arvadının acığına  Ağca  xanımın  yanına

buraxır.  O biri  tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldıqda Pəricahan xanım

Qaraca  qızı  qovacaq  Piri  kişinin  bir  də narazılığı  onda  idi  ki,  Hüseynqulu  ağa

ziynətli  qaraçı  libası  tikdirib  Qaraca  qıza  geyindirirdi  və öz  qonaqlıqlarında

oynadırdı.

Bunun  üstündə Piri  kişinin  Hüseynqulu  ağaya  çox  acığı  tuturdu.  Lakin  qızı

onun əlindən  almaqdan  aciz  idi.  Piri  kişinin  fikri  yanlış  deyildi  Belə ki,  bir  dəfə

Hüseynqulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub

çalan  dostəsi  də vardı.  Hüseynqulu  ağa  Qaraca  qızın  dalınca  nökər  göndərdi  ki,

gəlib  oynasın.  Bu  vaxt  Qaraca  qıza  soyuq  dəydiyinə görə yerdə yatırdı.  Piri  kişi

qızı  getməyə qoymadı.  Bu  ittifaqdan  sərxoş  ağa  artıq  dərəcədə qəzəbnak  olaraq,

ikinci  dəfə nökəri  göndərdi  ki,  qızı  yerdən  qaldırıb  gətirsin,  Piri  kişi əlacsız

qaldıqda Qaraca qız qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü.

Qaraca  qızın  özünün  də oynamağa  meyli  çox  idi.  O,  rəqs  etməyi  olduqca

severdi.  Odur  ki,  məclisə mübariz  istəyən  pəhləvan  kimi  atıldı.  Bir məharətlə

oynamağa  başladı  ki,  bütün  danışıq  və səs  kəsildi.  Qaraca  qız  elə coşmuşdu  ki,

orada  olan  adamlar  onun  gözündən  itmişdi.  Ancaq    öz  ustadı  olan  Yasəınən

gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların

nəzərində bir  şar  kimi  göründü.  Qəflətən  Qaraca  qız  bir  dizi  üstü  çökərək əlinin

birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu.

Rəqsi  belə bitirmək  Qaraca  qızın  adəti  idi.  Qaraca  qız  qonaqlar  tərəfindən

gurultulu alqışlandı.  Sonra  hamı rica etdi  ki, bu oyunu bir  də təkrar etsin.  Qaraca

qız  qəbul  etmədi.  Hətta  Hüseynqulu  ağanın  da  sözünə baxmadı.  Hamının  ümidi

kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb, çalğıçılara həmin rəqsi çalmağı əmr

etdi.  Hamı  təəccüb  ilə ona  baxırdı.  Çalğıçılar  çaldılar,  Ağca  xanım  da oynamağa

başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən məlum edirdi ki,

bu, Qaraca qızın şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı cağırdı, o da

dərhal sıçrayıb ortalığa girdi və hər ikisi



Milli Kitabxana

403


qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı.

Onlar  dəstə ilə yüyürüb  qapının  ağzından  tamaşa  etməyə başladılar.  Bu  xəbər

Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla

şad olmayıb acığından bilmirdi ki, nə etsin.

Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onlar alqışladılar. Hüseynqulu ağa

fərəhlənib qızını bağrına basdı. Bəylər onu tərif edib başını sığalladılar.

Bir  azdan  sonra  Pəricahan  xanım  qulluqçusunu  göndərib  Ağca  xanımı  yanına

çağırtdı.  Hüseynqulu  ağa  duydu  ki,  arvadı  qızını  tənbeh  etmək  üçün  çağırır.  Bu

fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseynqulu

ağa  səbir  edə bilməyib  qonaqlardan  üzr  istədi  və Pəricahan  xanımın  yanına  gəlib

gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:

-

De görüm, bu oynamağı sənə kim öyrətmişdir?



Hüseynqulu ağa dedi:

-

Buyur, cavabım mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?



-

Qaraca  qız  onu  harada  görürdü  ki,  öyrətsin.  Mən  onunla  görüşməyi

qadağan etməmişdimmi?

-

Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən?



Kimin həddi var bundan sonra mənim əmrimdən çıxsın...

Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi.

-

İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.



-

Özün  bilərsən,  oturursan-otur,  gedirsən-get.  Bunu  bilməlisən  ki,  bundan

sonra mən öz istədiyim kimi davranacağam.

O  biri  otaqdan  bəylər  onun  səsini  eşitdilər.  Rəhim  bəy  və Səlim  bəy  onun

ailəsinə məhrəm  olduqları  üçün  onları  sakit  etməyə gəldilər.  Hüseynqulu  ağanı

çəkib  o  biri  otağa  apardılar. Bu  itifaqdan  qonaqlar  pərişan  olub  bir-bir  dağılmağa

başladılar.  Ancaq  Rəhim  bəy  ilə Səlim  bəy  qaldılar  ki, ər  ilə arvadı  barışdırıb,

getsinlər.  Bunlar  istədiklərinə çatdılar.  Hüseynqulu  ağanın  hirsi  yatıb  arvadına

dedi:

-

Nə üçün razı olmursan Ağca xanım oynasın, oynamağın nə zərəri var ki?



Səlim bəy dedi:


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə