Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə119/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   115   116   117   118   119   120   121   122   ...   135

Milli Kitabxana

389


küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona

yaxınlaşdı.  Qaraca  qız  və Ağca  xanım  nəzərlərini  bir-birinə salıb  bir  müddət

diqqətlə baxışdılar.  Bu  iki  uşağın  arasında  böyük  fərq  vardı:  Birinin  ata-anası

bəyzadə,  o  birisininki  isə yoxsul  idi.  Biri  zəif,  zərif,  hər  bir  işdə özgəyə möhtac

olduğu  halda,  o  biri  polad  kimi  sağlam  bədənli,  az  yaşında  çox  görümş,  öz

zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin

nəzəri isə hamını qovğaya çağırırdı.

Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini

sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü.

Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı

unudub  otaqda  bəylər  ilə ov  bəhsinə girişmişdi.  Ağca  xanım  ilə Qaraca  qızın

söhbəti çox çəkmədi. Pəricahan xanım otağından həyətə endi və qızını Qaraca qız

ilə söhbət edən görüb çox bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi:

-

Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın, tərbiyə verdiyiniz qız



kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır.

Mürəbbiyə, gözü yaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qıza

da Pəricahan xanım - dalımca gəl, qaraçı qızı, - deyib Hüseynqulu ağanın otağına

apardı və rişxənd ilə dedi:

-

Bu şahzadə qızım haradan tapıb gətirmisən. Qızın ilə tanış olub çox şirin



söhbət edirdilər.

Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi:

-

Pəricahan,  qızına  yazığın  gəlsin,  gör  yoldaşsızlıq,  onu  nə hala  salmışdır.



Qoy bu  qız  ilə oynasın,  atlansın,  qol-qanadı  açılsın,  bədəni  bərkisin,  kefi  açılsın.

Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır.

Xanımın yanında qaravaşı olmazmı?! Mürəbbiyəsi yanında olacaqdır.

Bir pis iş edərlərsə, tərbiyə edib qoymaz.

Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi:

-

Sən  mənə söz  vermişdin  ki,  tərbiyə məsələsinə qarışmayacaqsan.  İndi  nə



üçün sözündə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil.

-

Xeyr, bu qız burada qalasıdır, - deyə Hüseynqulu səsini ucaltdı.



-

Sənə deyirəm,  bu  qız  bu  saat  buradan  gedəsidir.  Yoxsa,  mən  burada

qalmaram, - deyə Pəricahan xanım qəzəbləndi.



Milli Kitabxana

390


Səlim bəy fursəti fövtə verməyib dedi:

-

Onda verin mən aparım.



Hüseynqulu ağa dedi:

-

Səlim  bəy,  heç  vaxt  ona  razı  olmaram.  Necə ki,  sizə dəmişəm,  elə də



edəcəyəm. Qaraca qız bağbanın Piri babanın yanında olacaqdır.

Pəricahan xanım dedi:

-

Bu  şərtə mən  də razryam.  Ancaq  Ağca  xanımla  bilmərrə əlaqəsi



olmayacaqdır, çünki ondan pis xasiyyət götürər.

Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar. Piri kişinin daxması ağalığın

böyük meyvə bağının içində idi. Piri kişi yetmiş yaşında, yumşaq təbiətli bir qoca

idi.  Heç  bir  kəsi  yox  idi,  özü  də Hüseynqulu  ağanın  rəiyyəti  olub  onun  atası

zamanından  bu  bağa  bağbanlıq  edirdi.  Piri  kişi  həmişə bağda  ömür  sürüb,  işi

düşməsə ağalıq qapısına gəlməzdi.

Xidmətçilər  Hüsejnqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri  kişi

kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə

edərdi.  Ona  görə onu  başqa  nökərlər  sevərdi.  Qaraca  qızın  saxlanmaq  üçün  Piri

kişiyə verilməsi onu çox şad etdi. Öz komasında Qaraca qız üçün yer hazırladı; onu

yedirib  rahat  etdi.  Qaraca  qız  yatağına  girib  bir  müddət  yata  bilmədi.  Sonra  Piri

kişidən soruşdu:

-

Baba,  o  xanım,  qızını  nə üçün  mənimlə oynamağa  və söhbət  etməyə



qoymur?

-

Qızım,  onlar  bəydirlər,  biz  rəiyyət,  onlar  ağadırlar,  biz  nökər.  Bizimlə



onların  nə yoldaşlığı.  Qızım,  sən  Ağca  xanımı  yaddan  çıxar.  O  sənə yoldaş

deyildir.

Qaraca qız bu sozlərlə sakıt olmayıb duşunurdu:

-

Mən  Ağca  xanıma  nə etdim  ki,  anasının  mənə acığı  tutdu.  Bu  gecə ona



yemək  verməyəcəklər.  Yazıq  ac  qalacaqdır.  Anam  sağ  olanda  məni  də naharsız

qoyardı, ancaq mən nadinclik edərdim. Bu heç-zad etməmişdı.

Qaraca  qız  fikrini  bir  yerə çıxarmamış  yuxuya  getdi.  O  gecəni  həmin  fikirlər

Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamırdı.

-

Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. Mən bəy qızı olanda nə



olar. Məni nə üçün şamsız qoydular. Qaraca qız çox təəc-


Milli Kitabxana

391


cüblü  şeyler  danışırdl.  O  deyirdi  ki,  sənə qaval  çalmaq,  oynamaq  öyrədəcəyəm.

Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam.

Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra

yuxuya getdi.

* * *

Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də



tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə

doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansın.

Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə

əkib-becərmişdi.  O ətrafda  bitən  bir  meyvə ağacı  yox  idi  ki,  bağda  olmasın.

Hüseynqulu  ağanın  bu  bağı  mülkədarlar  arasında  xeyli  şöhrət  qazanmışdı.

Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını bağına tamaşa etməyə aparardı.

Bağı  oğrudan  qorumağa  Piri  kişinin  bircə köməkçisi  vardı.  O  da  Qaraca  qızı

mağaradan  çıxaran  Qara  köpək  idi.  Qara  köpək  çox  heybətli  və hünərli  bir  it  idi.

Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı.

Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi

bir  yeni şəxs  ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb  yaxınlaşsaydı,

Piri  kişi  onu  özünə dost  hesab  edərdi. Əksinə,  o  adama  dişlərini  ağardıb

mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə

imtahan etdiyi üçün belə deyərdi:

- Dost-düşmənimi Qara köpəklə tanıyıram.

Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə

idi.  Bununla  belə Qara  köpək  bağdan  kənara  çıxmazdı.  Ancaq  bəzi  vaxt

Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu

geri qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kimsəyə qulaq asmazdı.

Piri  kişi  komadan  çıxdıqda  qapını  açıq  qoymuşdu.  Bu  halda  Qara  köpək  içəri

girib  evdə bir  adamı  yatmış  gördü.  Qulaqlarını  şəkləyib  heybətli  bir  halət  ilə ona

tərəf  yönəldi.  Sonra  Qaraca  qızı  tanıyıb  quyruğunu  buladı  və irəli  gəlib  yanında

uzandı. Əlini yalamağa başladı.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə