Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə118/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   114   115   116   117   118   119   120   121   ...   135

Milli Kitabxana

386


bağırırdı.  Yusif  ona  çatan  kimi  hirsindən  və acığından  ayını  azad  etmədən əvvəl,

əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüşdü.

Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifın üstünə

atdı.  Bir  dəqiqə keçmədi  ki,  qızmış  ayı  sahibini  parçaladı.  Qaraca  qız  bunu

gördükdə dəhşətli  bir  hal  ilə qaçmağa  başladı.  Ancaq  qorxudan  özünü  itirib,  yol

əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyidini buraxıb

Qaraca  qızın  dalınca  düşdü.  Bunu  gördükdə zavallı  qızın  bədəninə titrəmə düşdü

və var gücü ilə qaçmağa başladı. (Getdikcə ayı Qaraca qıza yaxınlaşırdı. Bu halda

Qaraca  qızın  qabağına  bir  uçurum  dərə çıxdı.  Qaraca  qız  dərədən  endikdə ayı

özünü  ona  çatdırdı.  Ancaq  ayı  enişi  aşağı  qaça  bilmədiyindən  dərənin  içinə

yumbalandı. Qaraca qız  fürsət tapıb özünü dərənin döşündəki  mağaraya  saldı. Bu

mağaranın  ağzı  enli  idi,  amma  içəri  getdikcə daralırdı.  Ayı  dərənin  dibinə kimi

yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı dırmaşmağa başladı. Bəllidir ki, ayının

dal  ayaqları  qısa  olduğu  üçün  enişi  pis  enir,  yoxuşu  isə asan  dırmaşa  bilir.  Ayı

axtarıb  mağaranı  taparaq  içəriyə soxuldu.  Qaraca  qız  sürünə-sürünə özünü

mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb

mağaranın  ağzında  yatdı.  Qaraca  qız  tərpənməyə də qorxurdu.  Ancaq  onun

qorxusu  nahaq  idi,  çünki  indi  ayının  hirsi  yatmışdı,  ona  dəyməzdi  və bəlkə də,

onun orada olmasına şad olardı.

İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız

ayının  qorxusundan  özünü  mağaranın  deşiyinə elə pərçim  etmişdi  ki,  tərpənməyə

də imkanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də

ayının  vahiməsi  yazıq  qızı  bihuşluq  halına  salmışdı.  Ayı  isə fısıldaya-fısıldaya

yatmışdı.  Birdən  ayı  oyanıb  donquldanmağa  başladı.  Bu  halda  Qaraca  qızın

qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürə-

hürə mağaranm  ağzını  aldılar,  ancaq  cürət  edib  içəri  girə bilmədilər.  Bir  azdan

sonra  at  üstündə ovçular  qışqıra-qışqıra  gəlib  çıxdılar.  Bunlar  mağaranın içindən

ayının  nəriltisini  eşidib,  tüfənglərini  hazırladılar  və itləri  içəri  qısqırtdılar.  İtlərin

bir neçəsi cürətlənib mağaranın içərisinə soxuldu. Ancaq



Milli Kitabxana

387


çox  çəkmədi  ki,  yenə zingildəyə-zingildəyə geri  qayıtdılar.  Onlardan  bir-ikisi

yaralanmışdı. Bu halda ovçular bayırdan:

-

Axtar  bas,  Xalı  bas,  Gümüş  bas, - deyə qısqırtdılar.  İtlər  cürətlənib  yenə



özlərini  içəri  soxdular  və ayı  ilə tutaşdılar.  Ayı  bir  müddət  onlar  ilə boğuşandan

sonra  mağaradan  sıçrayıb  çıxdı.  Bu  halda  üç  güllə birdən  onun  üzərinə açıldı.

Bunların  zərbindən  biçarə ayı  boğanaqdan  yıxılan  ağac  kimi,  yerə sərildi.

Ovçuların biri:

-

Afərin, mənim gülləm.



-

Xeyr, Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gülləmdir.

-

Bağışla,  Səlim  bəy,  mən  ayını  başından  atmışam,  yəqin  ki,  onu  yıxan



mənim gülləmdir.

-

Səbir  edin, əzizlərim.  Bu  saat  məlum  olar, - bunu  deyib, əvvəlki  adam



atdan  düşdü  və nökərlərin  köməyilə ayının  cəmdəyini  o  yan-bu  yana  çevirib

diqqətlə baxmağa başladı:

-

Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra



üzünü nokərlərinə tərəf tutub dedi:

-

Cəld  ayının  dərisini  soyun,  Rəhim  bəy,  sənə demədimmi  ki,  ayısız  bu



ovdan  qayıtmayacağam.  Elə öz  meşəni  tərif  edib  məni  məsxərə edirdin  ki,  sizin

meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir?

Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi:

-

Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı  meşə



ayısı deyil. Əldə bəslənmiş ayıdır.

-

Elə iş ola bilməz. Onu haradan bildin?



-

Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu

deyirəm?

Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı

ilə gülməyə başladılar.  Hüsenqulu  ağa əvvəl  dostlarından  sözünü  zarafat  hesab

etdi,  amma  sonra  özü  də diqqət  ilə baxdıqda  şəkkə düşdü.  Bu  halda  ov  tulalarına

qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə

içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi:

-

Deyəsən, mağarada yenə ayı var.



Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdilər. Bu zaman qara köpək

Qaraca  qızın  ayağından  tutub  itlərin  arasından  sürüyə-sürüyə mağaradan  bayıra

çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca

qızı buraxdı, amma o, hərəkətsiz




Milli Kitabxana

388


qalıb  ayağa  qalxmadı.  Bəylər  Qaraca  qızın  üstünü  aldılar.  O,  zəif  bir  hal  ilə

gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüsenqulu ağa ondan soruşdu:

-

Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?



Qaraca qız cavab vermədi. Rəhim bəy dedi:

-

Hüsenqulu  ağa,  gormürsənmi  ki,  qız  hələ lazımınca  özünə gəlməmişdir.



Nə sual  edirsən.  Mən əhvalatı  onsuz  da  anlayıram.  Qızın  sifətindən  və libasından

qaraçı qızı olduğunu duymursanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı

ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.

Səlim bəy qıza diqqətlə baxıb dedi:

-

Hə,  bu  qızı  mən  görmüşəm.  Məşhur  oxuyan  və oynayan  Qaraca  qızdır,



sahibi  də qaraçı  Yusifdir.  Üç  ay  bundan  qabaq  ona  nə qədər  pul  və xələt  vəd

etdimsə də,  bu  qızı  mənə satmadı,  indi  yaxşı əlimə düşübdür.  Siz  öləsiniz  gündə

qonaqlıq edib sizə böyük kef verəcəyəm.

Hüseynqulu ağa bunu eşitdikdə dedi:

-

Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan, qız mənə çatar, çünki



mənim köpəyim tapmışdır.

Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:

-

Hüseynqulu ağa, özün yaxşıca bilirsən ki, arvadın Pəricahan xanım qaraçı



qızını evinə qoymaz, nə üçün bəhs edirsən?

-

Nə üçün  qoymur?  Ev  sahibi  odur,  yoxsa  mən?  Bundan əlavə qızı  Piri



kişiyə verəcəyəm ki, o saxlasin.

Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yenə

ov  etməyə başladılar,  lakin  dörd  saata  qədər  meşəni  dolanıb  bir  tülkü  və üç

dovşandan  başqa əllərinə bir  ov  keçirə bilmədilər.  Ona  görə ovu  tərk  edib  yola

düşdülər.

Qaraca  qız  özünə gəlib  yol  uzunu  başıa  gələn əhvalatı  alayarımçıq  nağıl  etdi.

Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:

-

Çox gözəl oldu, indü heç kəs qızı məndən ala bilməz.



* * *

Axşam  vaxtı  Hüseynqulu  ağa  öz  dostları  Rəhim  bəy  və Səlim  bəy  ilə bərabər

evlərinə gəldilər.  İtlərin  hürməyi,  ovçuların  səsləri,  nökər  və mehtərlərin  qışqırığı

bir-birinə qarışmışdı. Ağca xanım bu səs-




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə