Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə114/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   110   111   112   113   114   115   116   117   ...   135

Milli Kitabxana

374


-

Kişi, gör bu nədir, - deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb

dedi:

-

Şükür olsun, axırda tapdım. - Sonra üzünü uşağa tərəf tutub dedi:



-

Sənin adın Nurəddindirmi, oğlum?

-

Bəli, - deyə Nurəddin  zəif  səslə cavab  verdi.  Bunu  eşidən  Rəhimə



soruşdu:

-

Kişi, sən bunun adını haradan bildin?



-

Rəhimə,  bu  uşaq  axtardığımız,  Hacı  Nəsirin  oğlu  Nurəddindir.  Bu

əlimdəki də sənə nağıl etdiyim "Gülüstandır".

-

Bunu allah bizə övlad göndərmişdir.



-

Afərin Rəhimə, yaxşı anlamısan, - deyə Rəhim Rəhimənin sözünü  təsdiq

etdi. Rəhim və Rəhimə Nurəddini yuyub, qurtardılar. Nurəddin rahat olub yuxuya

getdi.


* * *

Rəhim,  Nurəddinin  atası  mərhum  Hacı  Nəsirdən  aldığı  puldan  maya  tutub

ildən-ilə alış-verişinin  dairəsini  artırmışdı.  Sonralar  dəri  alış-verişinə girişmişdi.

İşinin  xatiri  üçün  Buxaraya  köçmüşdü.  Orada  da  dəri  alış-verişindən əlavə ipək

işinə də girişmişdi. Üç-dörd ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı, ancaq

övladları  qırılıb  vərəsəsiz  qalmağına  görə özünü  xoşbəxt  hesab  etmirdi.  Axırda

arvadının təkidi və təklifınə görə, altı ay idi ki, almalısını alıb, satmalısını satmışdı;

Rəhimənin  vətəni  olan  bu  şəhərə köçmüşdü.  Burada  işi  rast  gətirib,  tərəqqiyə

başlamışdı.

Həkim  təyin  etdiyi  vaxtdan  da  irəli.  Nurəddin  sağalıb  ayağa  durdu.  Rəhim  və

Rəhimə Nurəddindən  bu  dilənçilik  halına  düşməyinin  səbəbini  ancaq  indi

soruşdular. Nurəddin başına gələni tamamilə nağıl etməyə başladı. O, nağıl etdikcə

rəhimdil  qocalar  ah  çəkirdilər.  Nurəddin  nağılını  tamam  edib  Rəhimdən  təvəqqe

elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhimə Nurəddini öpüb dedi:

-

Oğlum, Nurəddin, budur bir həftədir sən bizdəsən, mən o qədər şadam ki,



özümü  göydə hiss  edirəm.  Oğlum,  hər  nə istəyirsən  verək,  ancaq  bizi  atıb  getmə.

Kim bilir, yenə başına nə gələcəkdir.

Rəhimə sözünü  qurtarmamışdı  ki,  Rəhim  Nurəddinin  kitabını əlinə götürüb

dedi:


-

Oğlum, bu kitabın əhvalatını bilirsənmi?




Milli Kitabxana

375


-

Bəli, atam söyləyibdir, - deyə Nurəddin cavab verdi.

-

İndi al, onun cildində yazılan yazını oxu. Nurəddin alıb oxudu.



"Yaxşılıq elə balığı at dəryaya balıq bilməsə xalıq bilər". İmza: Rəhim".

-

Oğlum, o Rəhim mənəm. O zaman üç yüz manat itirib körpünün üstündə



ağlayan  Rəhiməm.  Sənin  atan  Hacı  Nəsir  mənə bir  yaxşılıq  etmişdi,  indi  onun

borcunu qaytarıb sən oğluna verirəm, - dedi. -

Bizim övladımız yoxdur. Hərgah səni indi evinizə göndərsəm. Gülpəri qəyyum

olduğuna  görə səni  yenə yanına  aparacaqdır.  Bahar  səni  mühafizə edə bilməz;

çünki o bir qulluqçu adamdır. İndi sən razı olsan Bahara da yazaram gələr.

Nurəddin çox şadlıq ilə bu təklifi qəbul etdi. Bu gündən Nurəddin üçün yeni bir

məişət  başlandı.  Rəhim  Nurəddini  edadi  məktəbinə qoydu.  Nurəddin  bu  gündən

atasının  sağlığında  olduğu  kimi,  hər  gün  dərsə getməyə başladı.  Bir  dəfə dərsdən

qayıdarkən  Nurəddin  küçədə Cənnətəlini  gordü.  Çox  sevindi,  onunla  görüşdü.

Ondan ayrılandan sonra başına gələni yol uzunu nağıl etdi.

-

Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm.



Rəhim Nurəddinin bu hərəkətindən şad olub dedi:

-

Həmişə belə et, oğlum. Fəqir-füqaranı yaddan çıxartma.



Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər.

Rəhim  Nurəddinə verdiyi  sözə əməl  edib,  Baharın  dalınca  adam  göndərmişdi.

Bir axşam Nurəddin, Rəhim  və Rəhimə ilə çay  içdiyi zaman, Bahar qapıdan içəri

girdi  və Nurəddinə təəccüblə və çaşmış  bir  halda  baxıb  dayandı.  Nurəddin  cəld

qalxıb dedi:

-

Bahar, məni tanımırsanmı? - Bu sözü deyib özünü onun üstünə atdı. Bahar



ancaq indi ayılıb dedi:

-

Vay, Nurəddin sağ imiş. - Bunu deyib Nurəddini bərk qucaqladı. Bunları



bu qayda ilə görüşmələri iki qocanın gözlərini yaşartdı. Bahar bir az rahat olandan

sonra dedi:

-

Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Sən itəndən



üç  gün  sonra  kəndçilər  papağını  çaydan  tapıb Əmiraslana  vermişlər.  O  da  divana

məlum edib, sənin ölməyini təsdiq etdirmişdir. Bir azdan sonra bir də gördüm ki,

Əmiraslanla  Gülpəri  budur  gəldilər,  evin  yerdə qalan  şeylərini  yığışdırıb  kəndə

göndərdilər və mənə də dedilər:




Milli Kitabxana

376


-

Bahar,  indi  sən  bizə lazım  deyilsən.  Haraya  istəyirsən  gedə bilərsən.  Bu

vaxt mən  bir  ilin ərzində ürəyimə yığılanın  hamısını  ağlaya-ağlaya  və qışqıra-

qışqıra boşaltdım. Qonşular səsimə cəm olmuşdular.

-

Camaat, Nurəddinin ölümünə bais bu iki şəxsdir! - deyə qışqırdım. Axırda



Əmiraslan  qaradavoy  çağırıb  məni  qovdurdu. İndi  gərək  sağ  olmağını  divana

məlum edib, onlardan hesab alasan.

-

Yox, Bahar, hələ bunlar lazım deyildir. Öz vaxtında bunlar olacaqdır. İndi



mənim var-yoxum Nurəddinindir. Onun pula, dövlətə ehtiyacı yoxdur.

Çaydan sonra ər  və arvad Bahar ilə Nurəddini söhbət edən qoyub o biri otağa

keçdilər.  Nurəddindən  cəmi əhvalatı  biləndən  sonra  Gülpəri  ilə Əmiraslandan

intiqam almaq qəsdi Baharın ürəyində daha da möhkəmləndi. Baharın xasiyyətini,

ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi.

* * *


Bu  nağıl  etdiyimiz  zamandan  on  il  keçdi.  Baharın  axın  idi.  Rəhimin  evində

səhər  tezdən  böyük  qonaqlıq  tədarükü  görülürdü.  Bu  qonaqlıq,  Nurəddinin  edadi

məktəbini birinci dərəcədə təhsil edib qurtarması münasibətilə yoldaşlarına verdiyi

ziyafət  idi.  Bahar,  Rəhimə və Rəhim  süfrənin  zinnətinə məşğul  idilər.  Hətta

Cənnətəli  də bağçadan  öz əlinin  zəhməti  ilə bitirdiyi  güllərdən  dərib  süfrəni

bəzəməkdə onlara  kömək  edirdi.  Bu  qonaqlığın  baisi  olan  Nurəddin  isə o  biri

otaqda  tezə tələbə libasını  geyib  güzgünün  qabağında  özünə ziynət  verirdi.  Bir

azdan sonra Nurəddin təzə paltarını göstərmək qəsdilə yemək otağına girdi. Rəhim,

Rəhimə,  Bahar  hər  üçü  heyrətə gəlib  Nurəddinin  gözəlliyinə valeh  və heyran

qalmışdılar.

-

Allah  səni  bədnəzərdən  saxlasın,  oğlum, - deyə Rəhimə Nurəddinin



boynunu qucaqladı. O da, onu əllərinə götürüb körpə uşaq kimi gəzdirdi.

Saat iki tamamda, otaq gonc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin

qonaqlarını yemək otağına təklif etdi.

İndiyə kimi  Rəhimin  evi  belə şad  deyib-danışmaq,  oxuyub-gülmək,  cavan

səsləri  eşitməmişdi.  Səsdən,  gülməkdən  nahar  vaxtı  çalınan  tanrı  səsi  eşidilmirdi.

Axşama iki saat qalmış, qonaqlar dağılmağa baş-




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə