Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə113/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   109   110   111   112   113   114   115   116   ...   135

Milli Kitabxana

371


-

Mən yuva dağıtmıram əmi, - deyə Nurəddin cavab verdi.

-

Bəs bu səhər ertəsi orada nə qayırırsan?



-

Mən bu gecə burada yatmışdım.

-

Nə üçün ağacda yatmışdın, oğlum?



-

Gündüz yolu azıb meşədə qaldım, onun üçün burada yatmışdım.

-

Ağacdan  düş,  oğlum,  mən  səni  evinizə apararam.  Nurəddin  bu  təklifdən



qorxub titrəyə-titrəyə belə cavab verdi:

-

Mənim  evim  yoxdur, əmi.  Mən  atasız-anasız  bir  yetiməm.  Dilənçi



Nurəddinin titrəməsini görüb dedi:

-

Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir qoca yolçuyam.



Kəndlərdə dilənirəm. İndi şəhərə gedirəm.

Dilənçinin açıq üzündən və mehriban danışığından Nurəddin ürəklənib düşdü.

-

İndi söylə gorüm, oğlum, sən kimsən və haraya gedirsən?



-

Əmi, acından ölürəm, qabaqca bir şeyin varsa ver yeyim, sonra əhvalatımı

sənə nağıl edərəm.

Dilənçi  dağarcığından  bir  qədər  quru  çörək  və soğan  çıxarıb  Nurəddinə verdi.

Nurəddin  alıb  şirin-şirin  yeməyə başladı.  Nurəddinə ömründə heç  bir  xörək  belə

ləzzət verməmişdi.

Aclığını  bir  qədər  dəf  edəndən  sonra  Nurəddin  bəlalı  başına  gələn  hadisələri

tamamilə dilənçiyə nağıl etdi.

-

Əmi,  məni  evimizə çatdırsan,  Bahar  sənə hər  nə istəsən  verər, - dəyə



Nurəddin dilənçiyə yalvardı.

-

Qorxma,  oğlum,  səni  aparıb  evinizə verərəm.  Ancaq  gərək  səbir  edəsən.



Sizin  şəhər buradan xeyli  uzaqdır, pul da yoxdur ki,  vaqon ilə gedək. Buranın iki

yüz verstliyində bir böyük şəhər var. Orada mənim bir qohumum var. Onun yanına

gedərik, bəlkə ondan pul tapdıq. İndi gedək.

Bu halda dilənçinin nəzəri Nurəddinin paltarına düşdü:

-

Yox,  belə yaramaz  gərək  üstünü  dilənçi  üstünə oxşadaq, - bunu  deyən



yolçu,  qoltuğundakı  köhnə paltarı  ki,  ona  allah  payı  vermişdilər,  Nurəddinə

geyindirdi və bir cındır yaylıq ilə başını örtdü.

-

Hə, indi hazırsan, gedək.



Hər  ikisi  yola  düşdü.  Dilənçi  paltarı  Nurəddini  elə dəyişdirmişdi  ki,  onu

tanımaq mümkün deyildi. Yol ilə bir saata qədər getmişdilər ki, daldan bir çaparaq

atlı goründü. Nurəddin dönüb baxanda canına titrəmə düşdü.

-

Əmi, bu gələn Əmiraslandır. Məni axtarır, Durma qaçaq.




Milli Kitabxana

372


Nurəddin qaçmaq istədikdə, dilənçi onun əlindən tutub qoymadı.

-

Ağılsız,  nə etmək  istəyirsən?  Elə yaramaz.  Qorxma,  o  səni  bu  paltarda



tanıya bilməz.

Əmiraslan bunlara çatıb qocadan soruşdu:

-

Kişi,  bir  on  yaşında,  o  yanındakı  boyda;  başında  nişanlı  papaq, əynində



boz mahuddan paltar, boynu yaşıl məxmər paltolu uşaq gördünmü?

-

Yox,  ağa,  görmədim.  Budur  nəvəm  ilə səhər  ertədən  bu  yol  ilə gedirik,



amma elə uşağa rast gəlməmişik.

Əmiraslan bir az fikirli dayanıb atın başını geri döndərdi və qamçılayıb gözdən

itdi. Nurəddinin ancaq indi ürəyi sakit oldu.

-

Əmi,  nə yaxşı  ki,  paltarımı  dəyişdin,  yoxsa Əmiraslan  məni  öldürüb,  bu



meşəyə atacaqdı.

Dilənçi dedi:

-

Oğlum,  indi  gərək  adını  da  dəyişdirəsən,  çünki Əmiraslan  sənin  itməyini



yəqin divana məlum edəcəkdir. Hərgah səndən sual etsələr ki, kimsən, adın nədir,

de ki, Əlaəddindir və özüm də dilənçiyəm, anladınmı?

-

Bəli, baba, anladım, - deyə Nurəddin cavab verdi.



Günortaya  bir  saat  qalmış,  meşənin  qurtaracağında,  Cənnətəli  ilə Nurəddin

ocaq  qalayıb,  meşədən  yığdıqları  göbələyi  bişirib,  dadlı  moruq  ilə yeməyə

başladılar. Nahardan sonra uzanıb bir qədər rahat oldular. Axşama bir saat qalmış

yolçular  gəlib  şəhərə çıxdılar  və gecə orada  qalıb,  səhır  yola  rəvan  oldular.

Kəndbəkənd  dilənə-dilənə,  on  iki  gündən  sonra  yolçular  gəlib  Cənnətəli  deyən

böyük şəhərə çatdılar.

Bədəninin və üst başının çirkindən və pasından, indi o gözəl və zərif Nurəddini

tanımaq  olmazdı.  Zavallı  uşaq, qızdırma  azarından  yeni  qalxmış  adam  kimi  ayaq

üstündə dayana bilmirdi.

Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı amma gördüm deyən

olmadı.  Axırda  bir  adam,  iki  ay  bundan əqdəm  öldüyünü  və heç  bir  şeyi

olmadığına görə camaat pulu ilə basdırıldığını onlara xəbər verdi. Bundan ümidləri

kəsildi.

Bir  dəfə Cənnətəli  xəstə olduğuna  gorə küçənin  bir  tinində oturub,  Nurəddini

dilənməyə göndərdi.  Nurəddin  indiyə kimi  hec  vaxt əl  açıb  dilənməmişdi,  çünki

qoca həmişə özü dilənib yığardı. Bir-iki küçə dolandısa da Nurəddin həya edib bir

kəsə əl  uzada  bilmədi.  Bu  tərəfdən  də əliboş  qayıtmağa  qocadan  xəcalət  çəkirdi.

Axırda Nurəddin bir




Milli Kitabxana

373


geniş  küçəni  keçərkən,  ayağı  büdrəyib  yıxıldı.  Bu  halda  daldan  fayton  içində bir

adam iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini basdırdı. Bunu görcək

adamlar qışqırıb yüyürüşdülər. Nurəddini hərəkətsiz və qan içində gördükdə birisi

dedi:


-

Yazıq dilənçi öldü.

O

birisi dedi:



-

Hərgah  zəfərli  yerindən  basılmayıbsa  heç  zad  olmaz.  Bu  halda  adamlar

geri çəkilib Rəhimə təzim etdilər.

-

Boş-boş  danışmaqdansa,  bu  yazıq  uşağa  kömək  vermək  yaxşı  deyilmi,



cəld götürüb bunu faytona qoyun.

Bir  neçə adam  Nurəddini  götürdülər  və Rəhimin  faytonuna  qoydular.  O  da

minib dedi:

-

Tez sür evə!



Evə çatan  kimi  Rəhim  şəhərin  məşhur  cərrahını  çağırtdı.  Həkim  Nurəddini

soyundurub hər yerinə baxdı. Sonra yaralanan yerlərini yuyub sarıdı və dedi:

-

Qorxulu yarası yoxdur. Beş-on günə kimi sağalıb durar. Ancaq uşağın özü



çox zəif və bədəni də çox çirklidir. Bunlara əlac etməlidir.

Hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz.

Ancaq yerinin içində bulud

1

və sabun ilə bədənini təmizləmək lazımdır.



Həkim gedəndən sonra Rəhim, arvadı Rəhiməni çağırıb dedi:

-

Arvad, evə qayıdarkən bu uşağı basdırıb ölüm halına salmışam.



Bu  halda  Nurəddin  gözlərini  açıb  təəccüb  ilə ətrafına  baxırdı  və harada

olduğunu anlamırdı. Rəhimə onun başını sığallayıb, dedi:

-

Oğlum, adın nədir?



Rəhim dedi:

-

Arvad,  hələ o  lazım  deyil,  uşaq  çox  zəifdir,  danışdırma.  Tez  ol  isti  su,



sabun və bulud hazır et. Uşağın bədənini yumaq lazımdır. Həkim belə əmr edibdir.

Qulluqçu bunları hazır etdi. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə

Nurəddinin  boynundan  parçaya  tikilmiş  bir  dua  çıxartdı.  Bu  duanın  parçası  həm

çirkli  və həm  də köhnə olduğundan  bunu  təzə parçaya  tikmək  məqsədilə cırdı.

İçindən bir balaca kitab çıxdı.

Yuyunmaq üçün düzəlmiş lif.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə