Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə116/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   112   113   114   115   116   117   118   119   ...   135

Milli Kitabxana

380


ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun heç bir

kəsi olmayıb qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar.

Qaraca  qızı  qızlığa  götürən  qaraçı  arvadı  Yasəmən  iyirmi  yaşında,  gözəl,

yumşaq  təbiətli,  şad  ürəkli  bir  qadın  idi.  Xasiyyətinin  yaxşılığına  görə Yasəməni

hamı  sevərdi; amma onun əri Yusifi  heç  kes sevməzdi, çnüki o, çox bədxasiyyət,

tündməcaz,  zalım  bir  şəxs  idi.  Yasəmən  qaval  çalıb  oxumaq  və oynamaq  ilə pul

qazanıb  dəstəyə çox  mənfəət  verərdi.  Onun əri  Yusif  də qapı-qapı  gəzib  ayı

oynadardı.

Yasəmən Qaraca qızı çadıra gətirən zaman, Yusif orada yox idi, çünki dəstənin

bir hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı

da getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, çünki bilmirdi ki, o, Qaraca

qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.

Qaraçı  dəstəsinin  yerdə qalanı  da  yola  düşdü.  Yasəmənin  iztirabı  bihudə

deyilmiş,  çünki  geridə qalmış  dəstə gəlib  yoldaşlarına  çatdıqda  Yusif  bu  işdən

xəbər  tutub  çox  acıqlandı  və bir  kəndə çatan  kimi  Qaraca  qızı  orada  qoyub

gedəcəyini  söylədi.  Yasəmən ərinə yalvardı  ki,  belə iş  etməsin,  lakin  Yusif  onu

dinləmək  belə istəmədi...  Qaraca  qız  isə ürəyində bu  işə şad  idi,  o,  Yusifdən

qorxurdu  və qorxmağa  da  haqlı  idi;  Yusifin  heybətli  sifəti,  hələ qara  və pırtlaq

gözləri  nəinki  uşağı,  hətta  böyük  adamı  da  qorxuya  salırdı.  Yasəmən ərinin

tamahkarlığını  bilirdi,  ona  görə Qaraca  qızın  gələcəkdə onlara  böyük  mənfəət

verəcəyini söylədi.

- Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm

kimi  oynamaq  öyrədəcəyəm  və

üst-başını  bəzəyib  kəndlərdə,  şəhərlərdə

oynadacağam, sənin üçün pul yığacağam.

Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına razı oldu.

* * *

Qaraçıların məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə



yerdə, çay qırağında, meşə kənarında, mənzil edib çadır qurmaq, nağıl söyləmək -

bunların  hamısı  Qaraca  qıza  çox xoş  gəlirdi. Əvvəl  vaxtlar  Qaraca  qız  Yusifin

ayısından  qorxurdu.  Amma  sonralar  öyrəşib  onunla  çox  dost  olmuşdu.  Ayı  da

onunla oynamağı sevirdi.




Milli Kitabxana

381


Yasəmən  Qaraca  qızı ərinə söz  verdiyi  kimi,  yaxşı  geyindirib  oxumaq  və

oynamaq  öyrətmişdi.  Tamaşaçılar  Qaraca  qızın  gözel  səsinə və oynamasına

təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf

tutanda, dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu

barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə xasiyyətinin pisliyindən hər

ikisini çox incidərdi.

Qaraca qızın təbiətində inadcıllıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər

kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız, ancaq Yasəmənin

sözündən çıxmazdı, çünki Yasəmən onunla mehriban dolanırdı. Yusif Qaraca qızın

tərsliyinə təəccüb edib arvadına deyərdi:

-

Bu  zorbalıqda  ayı  mənim  qamçımın  qorxusundan  hər  cür  oyun  çıxarır,



amma bu balacalıqda qızın əlində aciz qalmışam.

Yasəmən ona belə cavab verərdi:

-

Bunun  səbəbi  odur  ki,  ayı  heyvandır,  bu  isə insandır.  Heyvanla  edilən



rəftar  insanla  edilməz.  Heyvana  yoğun  çubuq  lazımsa,  insana mehriban  rəftar,

mülayim söz lazımdır.

Yusif arvadının bu dogru sözünə inanmayıb deyərdı:

-

Yox,  bu  səbəb  deyildir,  sən  olmasan,  mən  onu  iki  günün ərzində mum



kimi edərəm.

Ərlə arvadın arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı

daha  da  artıq  kötəklərdi.  Qaraca  qız  bu  zülmdən  xilas  olmaq  üçün  neçə dəfə

qaçmaq fikrinə düşmüşsə də, lakin qaçmağa heç vəhclə imkan tapa bilməmişdi.

* * *

İki ildən artıq idi ki, Qaraca  qız qaraçı dəstəsində yaşayıb,  mahnı oxumağı  və



oynamağı  ilə ətrafda  məşhur  olmuşdu.  Yusif  Qaraca  qızı  çox  incidəndə Yasəmən

onu qorxudub deyərdi:

-

Bu zavallı qıza nə çox əziyyət verirsən. Axır təngə gəlib qaçar və sənin də



əlin belə böyük mənfəətdən çıxar.

Bu  sözlər  həmişə Yusifə təsir  edib,  Qaraca  qızı  döyməkdən  bir  müddət

çəkinərdi.



Milli Kitabxana

382


* * *

Yayın orta ayı idi. Gütıün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və

sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını

qurub mənzil etmişdi.

Günorta  vaxtı  idi.  Qaraçılar  hərəsi  bir  işə məşğul  idi.  Yusif  ayısını  götürüb

yaxın kəndə getmişdi. Yasəmən çayın qırağında su qızrıdıb paltar yuyurdu. Qaraca

qız  da  çayda  çimirdi.  Çay  dağ  döşündən  gəldiyinə görə xeyli  iti  və xarıldaya-

xarıldaya axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi.

Yasəmən  paltarı  yuyub  kollarm  üstünə qurmaq  üçün  sərmişdi.  Özü  də başını

yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. Yasəmən Qaraca

qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülən

şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra

Yasəmən  yenə Qaraca  qızı  çağırdı.  Bu  dəfə də cavab  almadı.  Yasəmən  saçlarını

döşündən  yığıb  belinə atdı.  Bu  halda  qulağına  çay  tərəfindən  sel  gurultusu  gəldi.

Bunu  eşitcək  Yasəmən  dik  atılıb  çaya  tərəf  yüyürdü.  O  vaxt  Qaraca  qız  şəlalənin

altında  idi.  Yasəmən  çayın  yuxarısından  daşları  və kolları  yumalaya-yumalaya,

gurultu və nərilti ilə gələn seli görüb var gücü ilə qışqırdı: - Qızım, tez ol qaç, sel

gəlir.


Qaraca  qız  Yasəmənin  səsini  eşidib,  şalələnin  altından  çıxdı,  ancaq  bir  neçə

addım atmamışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə

alıcı  quş  kimi  özünü  çaya  atdı.  Yasəmən  özünü  Qaraca  qıza  yetirincə sel  qızı

götürdü  və bir  neçə saniyə suda  itirdi.  Bir  azdan  sonra  qızın  başı  göründü.

Yasəmən özü də bir  neçə dəfə suya batıb çıxandan sonra,  üzüb  Qaraca qıza çatdı

və saçlarından  tutub  çiyninə atdı.  Hərçəndi Yasəmən  çox  üzücü  idi.  Amma  bu  iti

axan, daşları və boyük kolları yumalayan seldə üzmək mümkün deyildi. Qaraçılar

Yasəmənin  qışqırığını  eşidib  köməyə töküldülər.  Sel  getdikcə artırdı.  Axırda  sel

bunları  bir  böyük  daşa  çırpdı.  Qaraca  qız  Yasəmənin əlindən çıxıb  daşın  üstündə

qaldı.  Amma  Yasəməni  sel  götürüb  üzüaşağı  axıtdı.  Qaraçılar  çaya  tökülüb  hər

ikisini sudan çıxartdılar. Onların ikisi də bihuş qalıb yerə sərilmişdi, üzlərinin rəngi

ölü  rəngi  kimi  idi.  Qaraçılar  xeyli  çalışdıqdan  sonra  hər  ikisini  huşa gətirdilər.

Qaraca qızın bədəni daşlara dəyib bir neçə yerdən qaral-



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə