Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə115/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   111   112   113   114   115   116   117   118   ...   135

Milli Kitabxana

377


ladılar.  Nurəddin  də özünü  bir  qədər  havaya  vermək  üçün  şahər  bağına  gəzməyə

getdi.  Axşam  vaxtı, külfət  hamısı  çay  süfrəsində hazır  olan  vaxt  Nurəddin  içəri

girib dedi:

-

Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.



-

Sənin qonağın bizə həmişə əzizdir, oğlum, - deyə Rəhim cavab verdi.

-

Bilirəm, ata, ancaq qonaq elə şəxsdir ki, qorxuram qəbul etməyəsiniz.



-

Edərəm,  oğlum,  de  içəri  gəlsin. - Nurəddin  çıxıb  bir  dilənçi  arvadın

əlindən tutub içəriyə saldı. Dedi:

-

Ana, bilirsənmi bu dilənci arvad kimdir?



-

Gülpəridir, - deyə Bahar qışqırdı və gözlərində intiqam odu parladı.

-

Bəli,  Bahar,  Gülpəridir,  ancaq  tamaşa  et  gör  ondan  intiqamımı  necə



alıram. - Bu sözü deyib, Nurəddin Gülpəriyə tərəf döndü və dedi:

-

Gülpəri,  indiyə kimi  mənə etdiyin  zülm  və cəfanın əvəzində mən  sənin



bütün təqsirindən keçib bağışlayıram. Mənim ürəyimdə indi sən bədbəxtə rəhmdən

başqa qeyri şey yoxdur.

Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı və dedi:

-

Nurəddin,  rəhmli  cavan,  allah-təala  sənə etdiyim  zülmün əvəzində məni



bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm.

Nurəddin Gülpərini qaldırıb oturtdu. Gülpəri başladı:

-

Doğrudur,  sənin  dövlətinə malik  olmaq  istəyirdim,  ancaq  ölümünü



istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmiraslan oldu.

Axırda Əmiraslan sözü bu yerdə qoydu ki, səni quyuya salıb öldürsün.

Bahar bunu eşidib dedi:

-

Onun üçünmü məni min bəhanə ilə şəhərdə qoydun, ay zalım?



Nurəddin dedi;

-

Bahar, sakit ol, qoy nağıl etsin.



Gülpəri dedi:

-

Papağın  sudan  çıxandan  sonra  yəqin  etdik  ki,  çayda  boğulub  ölmüşsən,



yazıq atam bu xəbəri eşidən kimi vəfat etdi.

Nurəddin bunu eşidib ah çəkdi. Gülpəri dedi:




Milli Kitabxana

378


-

Sonra sənin malına sahib olduq...

-

Amma yeyə bildinmi? - deyə Bahar sordu.



-

Yox, bir-iki ilin ərzirtdə Əmiraslan qumara  uduzub qurtardı. Sonra əvvəl

şəhərdəki və ondan  sonra  kənddəki evləri satıb tələf etdi. Her şey əldən çıxandan

sonra Əmiraslan  məni  qovub  özü  də qaçaq  dəstəsinə qoşuldu.  Bir  neçə müddət

quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı.

Bahar dedi:

-

Məşhur məsələdir deyərlər: "Su çanağı suda çatlar".



Gülpəri:

-

Məni  de  bir  kişi  alıb  bu şəhərə gətirdi  və bir  azdan  sonra  məni  atıb  yox



oldu. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Bu yolda nələr çəkdiyimi bir

allah bilir...

Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi:

-

Gülpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmuşsan.



Bunların  xatiri  üçün  və Nurəddinin  özü  sənin  günahından  keçdiyi  üçün  burada

qalıb rahat olacaqsan. - Sonra üzünü Nurəddinə tərəf tutub dedi:

-

Oğlum,  indi rahat ola bilərəm, çünki  sənə verdiyim tərbiyənin  meyvəsini



bu  gün  gördüm.  Mən  səni  oğulluğa  götürməklə böyük  bir  hünər  etmədim,  çünki

mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma sən yamanlığa

yaxşılıq  etdin.  Bu  isə ancaq  sənin  kimi ər  kişinin  işidır. - Bunu  deyən  Rəhim

Nurəddini qucaqlayıb öpdü.

Hacı Səməd nağılını tamam edib soruşdu:

-

İndi deyin görüm, övladlarım, kimin nağılı yaxşıdır?



-

Əlbəttə,  səninki,  səninki  yaxşıdır, - deyə Məmməd  və Fatma  cavab

verdilər.



Milli Kitabxana

379


QARACA QIZ

Qafqaz  şəhərlərinin  birində Usta  Zeynal  adlı  bir  sərrac  öz  arvadı  Şərəfnisa ilə

yaşayırdı.  Bunlar  İran əhli  idilər,  öz  vilayətlərində məişətləri  məşəqqət  ilə

keçdiyinə görə vətənlərini  buraxıb  buraya  gəlmişdilər.  Usta  Zeynal  sərraclıq

etməklə külfətini bir tövr dolandırırdı, Usta  Zeynalın övladdan  yalnız altı  yaşında

Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpo vaxtından

"Qaraca  qız"  deyib əzizlədiyinə görə əsil  adı  unudulub,  hər  kəs  onu  bu  adla

çağırırdı.  Qaraca  qız  çox  nadinc  idi  və özü  qız  uşağı  ikən  qızlarla  oynamağı

sevməzdi; həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar,

çunki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca

qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun  nadincliyindən qonşulara

şikayət edib deyərdi:

- Qaraca qızı su batırmaz, od yandırmaz,

Bununla  belə Qaraca  qız  çox  rəhmdil  və səxavətli  qız  idi.  Hər  nə əlinə

düşsəydi, yoldaşları ilə bölüşərdi.

Usta  Zeynal  yaşadığı  şəhərdə tez-tez  zəlzələ olardı.  Bir  qış  həmin  şəhərdə

böyük  zəlzələ olub  çox  ev  uçurtdu.  Zəlzələ gecə yarısı,  xalq  şirin  yuxuda  ikan

ittifaq  düşdüyünə görə çox  adam  çökmüş  evlərin  altında  qalıb  tələf  oldu.  Səhər

açıldıqda ətrafdan  xalq  tökülüb  şəhərə köməyə gəldi.  Adamlar  dəstə-dəstə olub

əllərində kürək,  bel,  külüng  uçuqları  qazımağa  başladılar.  Ata  oğulu,  oğul ananı,

qardaş  bacını  səsləyə-səsləyə daş-torpağı  ayırırdılar.  Bir  dəstə də Usta  Zeynalın

evini  qazıyırdı. Əvvəlcə Şərəfnisanın,  bunun  dalınca  Usta  Zeynalın  meyidi  çıxdı.

Bir azda qazıyandan sonra bir deşik açıldı. Buradan çılpaq bir balaca qız çıxdı. Bu

qız həmin Qaraca qız idi.

O,  ata-anasının  meyitlərini  görüb  ağlamağa  başladı.  Hər  kəs  öz  qohum-

əqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi.

Zəlzələdən  iki  gün  qabaq,  bir  dəstə qaraçı  bu  şəhərin  kənarında  çadır  qurub

düşmüşdü.  O  dəstədən  bir  qaraçı  arvadının  Qaraca  qıza  yazığı  gəlib  çadırlarına

apardı və orada ona yemək və paltar verib,



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə