Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə117/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   113   114   115   116   117   118   119   120   ...   135

Milli Kitabxana

383


mışdı,  amma  qorxusu  yox  idi.  Zavallı  Yasəmənə gəldikdə başı  bir  neçə yerdən

yaralanmışdı.  Lakin  rəhmdil  arvad  özünə gələn  kimi  yaralarını  unudub,  tez  zəif

səslə Qaraca  qızı  soruşdu.  Qaraçılardan  biri  Qaraca  qızı  qucağına  götürüb

Yasəmənə göstərdi.

-

Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayın ol.



Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub gözləri yumuldu. Qaraçılar

Yasəmənin yaralarını bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər

ikisinə yer salıb rahat etdilər.

Axşam  çağı  Yusif  gəlib  evə çıxdı  və yoldaşlarından  bu  xəbəri  eşidib  çox

qəzəbləndi və dedi:

-

Mən  bilirdim  ki,  bu  uçuqdan  çıxmış  qız  axırda  bizim  başımıza  bir  bəla



gətirəcəkdir.

Qaraçılar Yusifi sakit edib dedilər:

-

Qorxma,  heç  bir  şey  olmaz.  İndi  onlara  rahatlıq  lazımdır,  durum  bayıra



çıxaq,  səs-küy  olmasın.  Burada  yalnız  Yasəmənin  dostu  Hüsniyyə qalar,  ona

qulluq edər.

Qaraçıların  hamısı  Yusif  ilə bərabər  bayıra  çıxdılar.  Çadırda  ancaq  Hüsniyyə

qaldı.


Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi.

Amma  Yasəmən  qızdırma  içində bir  dəqiqə rahat  olmadı.  Vəfalı  Hüsniyyə

rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması

getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı.

Yazıq  Yasəmən  qızdırmanın  təsirindən  tora  düşmüş  quş  kimi  yerində

çapalayırdı. Onun gozləri həmişə yumulu idi.

Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı

törədən  çaylağın  suyu  indi  enib əvvəlki  həddinə düşmüşdü.  Onun  həzin  şırıltısı,

quşların  cəh-cəh  və nəğməsinə qarışmışdı.  Qaraca  qızın  sevgili  şəlaləsi  günəşin

qırmızı  şöləsindən parlayırdı.  Axırda Yasəmən  gözlərini açdı. Biçarənin lalə kimi

yanaqları solub zanbağ rənginə dönmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səslə

ona dedi:

-

Hüsniyyə, Yusif haradadır?



-

Bayırdadır, bacım, çağırımmı?

-

Çağır, hamını çağır... ölürəm...



-

Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa, sənin üçün həkim

tapıb gətirəcəyəm.



Milli Kitabxana

384


Bunu  deyib  Hüsniyyə bayıra  çıxdı  və bir  azdan  sonra  Yusif  başqa  qaraçılarla

bərabər içəri girdi. Qaraçılar Yasəmənə ürək verirdilər. Yasəmən dedi:

-

Yox, əzizlərim, mən ölürəm... Yusif, əlini mənə ver... Vəsiyyətimə qulaq



as... Əmələ gətirməyə söz ver...

Bir az dayanıb yenə təzədən başladı:

-

Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüşdən,



söyüşdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdün... Mənə min cür zülm

və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq son mənə söz ver ki, bundan

sonra Qaraca qızla mehriban rəftar edib onu incitməyəcəksən...

Yasəmən səsini kəsdi, çadırda bir müddət sakitlik oldu. Sonra Yusif dedi:

-

Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ getirməyə söz verirəm.



Yasəmənin üzündə şadlıq zühur etdi və Hüsniyyəyə dedi:

-

Bacım,  Qaraca  qızı  sənə tapşırıram.  Ondan  muğayat  ol.  Ah,  gözlərimə



qaranlıq  çökür...  Məni  boğurlar...  Yusif...  Hüsniyyə...  Qaraca  qız... – deyə

Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi.

* * *

Yasəmənin  vəfatından  sonra  Yusif  bir  müddət  verdiyi əhdə vəfa etdi;  lakin



sonralar  təbiətində olan  pis  sifətləri  yenə aşkar  olmağa  başlandı.  Hüsniyyə

bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orasında

idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq üçün hər gün

səhər  mənzildən  çıxıb  bır  də axşam  qayıdırdı.  Hüsniyyə zavallı  yetimin  üzünə

baxdıqda  sualsız  da  anlayırdı  ki,  o  biçarə,  Yusifdən  nə qədər  zülm  və əziyyətlər

çəkir.


Axır  vaxtlar  Yusif  bir  pis əmələ də mürtəkib  olmuşdur:  belə ki, əlinə düşən

pulu içkiyə verib tez-tez məst oturdu.

Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu.

Bir  dəfə Yusif  və Qaraca  qız  yol  ilə gedirdilər.  Bunlar  bir  dəstə atlı  cavan

oğlanlara  rast  gəldilər.  Bu  cavanlar  şəhərə toya  gedirdilər.  Onlar  Yusifgilə təklif

etdilər  ki,  bir  az  çalıb  oxusunlar.  Yusif  razı  oldu.  Qaraca  qızın  oxuyub  oynamağı

cavanlara xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara pul

ilə doldurdular.




Milli Kitabxana

385


-

Sağ ol, çox yaşa, Qaraca qız, - deyə cavanlar atlarını sürdülər.

Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:

-

Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən də gedim o görünən



kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım.

Bu  sözdən  Qaraca  qız əsla  şad  olmadı,  çünki  bilirdi  ki,  oraya  içməyə gedir.

Amma bununla belə bir söz demədi.

Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib

ayını oraya bağladı və Qaraca qıza dedi:

-

Ağıllı qızım, burada otur, bu saat gələcəyəm.



Yusif  getdi.  Qaraca  qız  da  kölgədə uzandı  və bir  azdan  sonra  şirin  yuxuya

getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun

budağı  ayının  gücünə davam  etməyib  qopdu.  Ayı  özünü  asudə görüb  bir  müddət

kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi.

Yusif  iki  saatdan  çox  idi  ki,  kəndə getmişdi.  Qaraca  qız  yuxudan  hələ

oyanmamışdı.  Axırda  Yusif  sərxoş  halda,  o  tərəf-bu  tərəfə yırğalana-yırğalana

gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladığı yerdə tapmayıb, ayağı ilə

qızı elə bərk vurdu ki, biçarə dik atıldı.

-

De görüm, ayı hanı? Mürtəd qızı mürtəd.



Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi.

-

Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm.



Yusif  kola  diqqətlə baxıb  gördü  ki,  ayını  bağladığı  budaq  qopub  və özü  də

yoxdur.  Bundan  anladı  ki,  ayını  oğurlamamışlar,  özü  kolu  qoparıb  meşəyə

qaçmışdır.

-

Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq.



Qaraca  qız  titrəyə-titrəyə yola  düşdü.  Yusif  yol  uzunu  gah  Qaraca  qızı  söyüb

qorxudurdu,  gah  da  öz-özünə danışırdı.  Onlar  meşəni  xeyli  dolandılar,  amma

ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı geldi.

-

Eşidirsənmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir.



-

Heç zad eşitmirəm, yalan deyirsən.

-

Bax, bax, yenə bağırır.



Bu dəfə Yusifin özü də eşitdi:

-

Doğru deyirsən, bağıran ayıdır.



Hər  ikisi  səs  gələn  tərəfə üz  qoydular.  Ancaq  səs  meşəyə düşdüyünə görə

ayının  yeri  yaxın  görünürdü,  amma  həqiqətdə xeyli  uzaq  idi.  Axırda  gəlib  ayını

tapdılar. Ayı zənciriylə ağaca dolaşıb dartınır və



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə