Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə112/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   108   109   110   111   112   113   114   115   ...   135

Milli Kitabxana

368


mehriban dolanmağı bilmərrə buraxıb, hər bir cüzi şeyi bəhanə edərək, onu tez-tez

döyüb anbarda dustaq edirdi.

Gecə Əmiraslan  ilə Gülpərinin  söhbətindən  Nurəddin  anladı  ki,  İmamverdi

babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub

öz-özünə dedi:

- Yox, Əmiraslan  məni  öldürsə de  səhər  sübhdən  qaçıb  babamı  yoxlamağa

gedəcəyəm.

Bu  fikir  ilə Nurəddin  yatdı.  Nurəddin  Püstə nənə ilə bir  otaqda  yatırdı.  Səhər

gözlərini  açanda  gördü  ki,  Püstə nənə otaqda  yoxdur.  Bundan  şad  olub  cəld

geyinməyə başladı. Sonra  sərçəsini  görürüb  bağçaya  girdi  ki,  gizlincə bağ  arası

İmamverdi babagilə getsin. Nurəddin nar koluna çatdıqda, qəflətən onun dalından

Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld və üsulluca kolun içinə girib gizləndi.

Əmiraslan Gülpəriyə deyirdi:

-

Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.



-

Yazıq baba, bu zalmılar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə

yaxşı oldu ki, bunların fikrini bildim.

Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:

-

İndi  yaxşı  fürsətdir. Əminün  dili  tutulub,  xəstəlikdə yatır,  Bahar  da  ki,



uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.

Bu  sözləri  eşidəndə Nurəddinin  rəngi  qaçıb  tükləri  biz-biz  durdu.  Yazıq  uşaq

qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən biruh idi.

Gülpəri dedi:

-

Yox, Əmiraslan,  bunu  bacarmayacağam.  Mən  deyirəm  ki,  bu  isdə



öldürmək olmasın.

-

Elə isə heç  çarəsi  yoxdur.  Nə şəriət  ilə,  nə zakon  ilə Nurəddin  sağ  ikən



onun  malını  sənə vermək olmaz. İndi ki, sən bacarmırsan,  mən bacararam. Qulaq

as, gör bu fikir necədir?

-

Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. Özün də bilirsən



ki,  quyunun  dərinliyi  qırx  arşından  artıqdır.  Nurəddin  su  çəkdiyi  halda  daldan

itələyib  quyuya  salacağam.  Hamıya  deyərik  ki,  quyudan  su  çəkdiyi  yerdə özü

düşüb boğulmuşdur. Hərgah razısansa de, bu axşam əmələ gətirim.

Gülpəri bir dəqiqəyə kimi dayanıb cavab vermədi. Bu bir dəqiqə Nurəddinə bir

il göründü və ürəyindən keçirtdi ki, hərgah Gülpəri bu



Milli Kitabxana

369


əmrə razı olmasa, bütün mənə etdiyi zülmü yaddan çıxarıb ömrümün axırına kimi

onu öz anam kimi sevməyə söz verirəm...

-

Razıyam, - deyə Gülpəri cavab verdi.



Əmiraslan dedi:

- Onda gedək. Mən səni əmimin yanında qoyub axşam evə qayıdaram. Sən də

gecə orada qalarsan. Daha heç kəsin sənə gümanı gəlməz.

Əmiraslan və Gülpəri getdilər. Bir azdan sonra Nurəddin koldan çıxdı. O yan-

bu yana baxıb qorxa-qorxa yola düşdü.

- İndi  daha  mən  İmamverdi  babanın  yanına  niyə gedim.  O  özü  ölüm  halında

ikən  məni  bu  zalımların əlindən  necə xilas  edə bilər?  Yox,  yox,  qaçıb  özümü

Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Bunu deyib Nurəddin sürətlə meşəyə

tərəf üz qoydu. Ancaq meşəyə girib gözdən itəndə bir az ürəyi sakit oldu.

-

Hərgah yolu azmasam, axşama kimi gedib şəhərə çataram.



Nurəddin  meşə ilə iki  saata  qədər  gedəndən  sonra  bir  çaya  rast  gəldi.  Gecə

güclü  yağış yağdığına görə çayda su çox idi. Nurəddin dayaz yer axtarırkən gəlib

bir  yerə çatdı  ki,  orada  bir  uzun  ağac  sınıb  körpü  kimi  çayın  üstünə düşmüşdü.

Nurəddin bu ağacın üstü ilə keçdiyi zaman ayağı sürüşüb çaya düşdü. Bu yerdə çay

xeyli  dərin  və kənarları  da  hündür  idi.  Nurəddin  qol  atdı  ki,  üzsün.  Gördü  ki,

paltarlı  üzmək  çox  çətindir.  Bir  neçə dəfə batıb  çıxandan  sonra  bir  sallanmış  şax

əlinə keçdi. Bu şaxdan tutub, bulanlıq su ilə islanmış halda, papağını itirmiş kənara

çıxdı  və bihuş  bir  halda  xeyli  uzanıb  qaldı.  Bir  az  rahat  olandan  sonra  Nurəddin

paltarını  çıxarıb  suyunu  sıxdı  və günün  qabağında  sərdi  ki,  qurusun.  Paltarı

quruyandan  sonra  geyinib  çayaşağı  xeyli  getdi  ki,  bəlkə papağını  tapsın,  lakin  nə

ondan,  nə də sərçəsindən  ki,  suya  düşəndə çiynində oturmuşdu,  bir əsər  tapmadı.

Bunlardan əl  çəkib  yenə şəhərə getməyə başladı.  Ancaq  bu  səfər  yolu  azıb

meşədən  çıxa  bilmədi.  İki  saat,  üç  saat  dolanıb  yenə həmin  yerə çıxırdı.  Bununla

belə cürətli  uşaq,  yolu  tapıb  meşədən  çıxmaqdan  ümidini  kəsmirdi.  Axırda gün

batan zaman, Nurəddin yolu tapdı və bir qədər gedəndən sonra yoldan bir az kənar

bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. Yaxın budaqları əyib

yarpaqların arasında Nurəddin özünə yer qayırdı və çox  yorğun olduğuna görə ac

və susuzluğa  baxmayıb,  tez  yuxuya  getdi.  Gecənin  bir  vaxtı  heybətli  bir  səsdən

Nurəd-



Milli Kitabxana

370


din  diksinib  qalxdı  və az  qaldı  ki,  ağacdan  yıxılsın.  Zavallı  uşağın  ürəyi  elə

atlanırdı  kt,  deyəsən  bu  saat  partlayıb  çıxacaqdır.  Bir  azdan  sonra  yenə səs  təkrar

oldu. Ancaq bu səfər Nurəddin qorxmayıb dedi:

-

Bayquşdur, ulayir. O vaxt kəndə gedəndə də bizi qorxutdu.



Bu  ittifaqdan  sonra  daha  Nurəddin  yata  bilmədi.  Bütün  bədəni  ağrıyırdı.

Gecenin  qaranlığı,  meşənin  vahiməsi  yalnız  uşağa  deyil,  hətta  böyük  adama  da

qorxu hissi gətirirdi. Amma Nurəddin bu halətə şükür edirdi:

-

Hərgah Əmiraslan  ilə Gülpərinin  danışığını  eşitməsəydi,  indi  meyidim



qırx arşın quyunun dibində idi. Ah, bircə özümü Bahara çatdırsaydım, ürəyim sakit

olardı.


Nurəddin  fikrə getdi.  Bütün  keçmişi  gözünün  qabağından  bir-bir  gəlib  keçdi.

Budur,  balaca  uşaqdır.  Ata  və anası  ona  hər  gün  bir  şey  bağışlayırlar  ki,  onu  şad

etsinlər.  Budur, əvvəlinci  dəfə məktəb  formasını  geyib  məktəbə gedir,  anası  onu

qucaqlayıb  şirin-şirin  öpür  və sevindiyindən  ağlayır...  Ah,  o  gözel  günlər  nə tez

keçdi...  Qara  günlər  başlandı.  Anası  öldü,  Gülpəri  gəldi.  Atası  öldü,  İmamverdi

gəldi.  Sonra  Bahar...  Köç... Əmiraslan...  Yenə İmamverdi...  Yenə Əmiraslan...

Gülpəri... Püstə qarı. Qəm və qüssə, zavallı yetimin ürəyini elə aldı ki, daha səbir

eləməyib hönkürtü ilə ağlamağa başladı. Bu ağlamaq Nurəddinin ürəyini boşaldıb

sakit  etdi.  Bir  azdan  sonra  Nurəddin  yenə yuxuya  getdi.  İkinci  dəfə Nurəddini

qarğalar yuxudan oyatdı.

Demə Nurəddin  yatan ağacın  başında bir qarğa  yuvası  varmış. Sübh  vaxtı ana

qarğa  balaları  üçün  yem  dalınca  uçanda  qəflətən  ağacda  bir  qaraltı  gördü.  Qarğa

əvvəl  səssiz,  budaq-budaq  atılıb  diqqət  yetirdi  ki,  görsün  bu  qaraltı  nədir.  Elə ki,

düşməni  olan  insan  olduğunu  yəqin  etdi,  bir  elə qarıltı  saidı  ki,  bir-iki  dəqiqənin

ərzində meşənin  qarğalarını  yuvasının  başına  cəm  etdi.  Köməyə gələn  qarğalar

bunun səsinə səs verib elə qarıltı saldılar ki, deyəsən bu saat meşəni dağıdacaqlar.

Nurəddin əvvəl  gözlərini  açanda  harada  olduğunu  bilmədi.  Sonra  huşu  özünə

gəlib  ağacda  yatdığı yadına  düşdü.  Nurəddinin  tərpənməsi  qarğaların  qarıltısını

artırdı. Ələlxüsus ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki,

deyəsən  bu  saat  onu  dimdikləyib  yerə salacaqdılar.  Nurəddin  işi  belə görəndə

ağacdan  enməyə başladı.  Qarğaların  səsinə yol  ilə gedən  bir  qoca  dilənçi  oraya

gəldi. Nurəddin bunu gorüb, ağacdan düşmək istəmədi. Yolçu dedi:

-

Oğlum, quşun yuvasını dağıtmaq günahdır.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə