Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə109/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   105   106   107   108   109   110   111   112   ...   135

Milli Kitabxana

359


-

Mən  nə edim,  günortadan  bəri  çayın  o  tərəfində körpünün  qayrılmasını

gözləyirdim. Səhər sel gəlib aparmışdı, - deyə İmamverdi cavab verdi.

-

Ata, o da qəzadan deyilmi? Amma şükür allaha ki, axırı xeyirdir.



Nurəddinin qıçını kənddə sınıqçı Qara Hüseynə saldırarsan, çıxar gedər.

Köç  meşədən  çıxdı.  Bu  vaxt  ay  da  çıxmışdı.  Nurəddini,  İmamverdi  baba

faytonun içində balışları düzüb, rahat etmişdi. Axşamdan iki saat keçmiş köç gəlib

kəndə çatdı.

Köç  gəlib  Güllücə kəndinə çatanda  bu  kəndin əhalisi  yatmışdı.  Kənd əhli  gün

batanda  yatıb,  gün  çıxanda  da  yuxudan  durar.  İmamverdi  baba  Güllücəni

Nurəddinə tərif etməkdə səhv etmirmiş. Gözəl hava, saf su, dağ, bağ, meşə insana

başqa  bir  ləzzət  verir.  Bu  kənd  dağın  döşündə salınıb,  gün  çıxan  tərəfində yaxşı

meyvə bağları  və meşə,  cənub  tərəfində gözəl  zəmilər  və şimal  tərefındə gözəl

çəmənlər  var  idi.  Dağdan  soyuq  bulaqlar  üzüaşağı  kəndə sarı  axırdı.  Güllücənin

dadlı  meyvələri ətrafda  məşhurdu.  Bu  kəndin  hər  evinin  qabağında  bağdan əlavə,

gözəl bağça da vardı. Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər.

Kənardan baxanda dağ döşündə salınmış bu kənd, bir gülüstan şəklində görünürdü.

Buna görə də Güllücə adına sahib olmuşdu.

İmamverdi babanın evi kəndin üst tərəfində bir hündür yerdə idi. Buradan çox

gözəl mənzərələr açlırdı. İmamverdi babanın həyətində iki tikilisi vardı. Biri köhnə

daxma idi, o biri də iki otaq və mətbəxli, qabağı eyvanlı təzəcə ev idi. Evin qabağı

gözəl bir bağça idi. Bu bağça yaxşı meyvə ağacları, ətirli gül və çiçəklərlə dolu idi.

Bağçanın  ortasında,  bir  soyuq  bulaq  torpaqdan  çıxıb  çarhovuza  tökülürdü.  Bu  su

ilə İmamverdi baba bağçasını və bostanını sulayırdı. İmamverdi baba bu tezə evin

bir otağında Gülpəri və o birində Nurəddin üçün mənzil tədarük etmişdi.

İmamverdi  baba  bilirdi  ki,  çıxığı  yerinə tez  salmaq  lazımdır.  Hərgah  tez

salınmasa, yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. Buna görə külfət bir

balaca rahat olan kimi, gecə olmasına baxmayıb, bağbanı Mehdi kişini göndərdi ki,

sınıqçı Qara Hüseyni yatmış da olsa, durquzub gətirsin.

Bir azdan sonra Qara Hüseyn gəldi. Bu işi İmamverdi yaşında, qırx ildən artıq

sınıqçılıq edən və ətrafda məşhur olmuş bir zat idi.



Milli Kitabxana

360


Qara Hüseyn Nurəddinin qıçını əlləşdirib dedi:

-

Sağ ayağı diz qapağından çıxmışdır. - Sonra şaqqıltı ilə ayağı yerinə saldı



vı qıçın dörd itrafına ağac düzüb bərk sarıdı. Nurəddin ağrıya davam edib əsla səs

çıxartmırdı.

-

Yaşasın belə qoçaq uşaq, - deyə Qara Hüseyn Nurəddini tərif etdi. Sonra



da evdı tapşırdı ki, Nurəddinin qıçı üç gün belə qalasıdır.  Heç tərpətməyin, sonra

gəlib özüm açacağam. Bundan sonra üzünü Nurəddinə çevirib dedi:

-

Ağıllı oğlum, ayağını heç tərpətmə, onda ağrıtmaz və sən də rahat olarsan.



Qara Hüseyn xudahafiz edib getdi.

Gecədən  xeyli  keçdi.  Amma  Nurəddin  ayağının  ağrısından  yata  bilmirdi.

İmamverdi baba onun yanında oturub keşiyini çəkirdi. Amma Gülpəri o biri otaqda

xoruldayırdı. Axırda Nurəddin yuxuya getdi. Bir də gözünü açanda gördü ki, günəş

pəncərədən içəri düşmüşdür. İmamverdi baba Nurəddinin yanına gəldi.

-

Sabahın xeyir, oğlum, rahat yata bildinmi? Ayağın ağrıyırmı?



-

Azacıq ağrıyır, baba.

-

Darıxma,  oğlum  allah  qoysa  bir  neçə günə sağalıb  duracaqsan  və səni



gəzməyə aparacağam.  Bir  bax  gör  babanın  nə gözəl  bağçası  vardır.    Bu  sözləri

deyib İmamverdi pəncərəni açdı və özü də bayıra çıxdı.

Sübhün  təmiz  havası,  güllərin  və çiçəklərin  qoxusu  otağı ətirləndirdi.  Quşlar

gömgöy  budaqlarda  oturub  oxuşurdular.  Pəncərənin  ağzında  bir  tut  və bir  gilas

ağacı  bitmişdi.  Gilasın  budaqları  pəncərəyə o  qədər  yaxın  idi  ki, əl  uzadanda

çatırdı. Bu ağacın üstü qırmızı gilasla dolu idi. Quşların bəzisi gilas və bəzisi də tut

ağacında  oturub,  gah  oxuyurdular  və gah  da  balaca  dimdikləri  ilə tutdan  və

gilasdan qopardıb  yeyirdilər.  Nurəddin bunlara çox  həvəslə baxırdı. Bu quşlardan

sərçədən  başqa  qeyrilərini  tanımırdı.  Nurəddin  bir  də gördü  ki,  bir  ana  sərçə

ağzında  bir  göy  cücü  pəncərənin  üstünə qondu  və oradan  cik-cik  səsi  gəldi.

Nurəddin  gözlərini  dolandıranda  gördü  ki,  bir  yuvadan  dörd  dənə sərçə balası

başlarını  bayıra  çıxardıb  civildəyirlər.  Anaları  uçub  yuvanın  ağzına  qondu.

Balaları,  sarı  ağızlarını  açıb  civiltini  bərkitdilər.  Ana  sərçə ağzını  açıb  cücünü

birinin  ağzına verib  uçdu.  Bir  azdan  soııra  yenə ağzında  cücü  yuvasının  yanında

hazır oldu. Bu dəfə cücünü o biri balasına verdi. Gələn dəfə üçüncüsünə və sonra

dördüncüsünə




Milli Kitabxana

361


verdi.  Bu  qayda  ilə ana  sərçə balalarına  dən  daşıyırdı  və bir  dəfə də olsa  növbəti

pozmurdu.

Bu  sərçə yuvası  və onun  içində olan  balaların  yaşamaları  Nurəddinə bir

məşğələ oldu. Bir dəfə balaca sərçələrdən biri yuvadan sürüşüb, uçaraq otağın içinə

düşdü. Bu halda İmamverdi baba içəri daxil oldu.

-

Baba, indicə yuvadan bir sərçə balası uçub içəri düşdü. Onu tut mənə ver.



İmamverdi sərçəni tutub Nurəddinə verdi:

-

Oğlum, yaxşı öyrətməli vaxtıdır.



-

Baba, sərçəni necə öyrədirlər? Mənə də öyrət.

-

Yaxşı, oğlum, öyrədərəm.



İmamverdi  sərçəni  Nurəddindən  alıb  yerə qoydu  və bir  az  kənara  çəkilib

muşqurmağa başladı.  Sərçə muşquruğu  eşidəndə cik-cik  etməyə başladı,  amma

uçub çağırışa gelmədi. İmamverdi baba dedi:

-

İndi  bu  toxdur,  ona  görə mənə qulaq  asmır.  Qoy  bir  az  ac  qalsın,  o  vaxt



muşquranda uçub gələcəkdir. İndi, oğlum, gəl sərçən üçün mənzil qayıraq.

İmamverdi  baba  bunu  deyib  rəfdən  bir  boş  tütün  qutusu  və bir  qədər  pambıq

götürdü və Nurəddinə verdi:

-

Bu da sərçənin evciyi.



Nurəddin sevinib sərçəni qutuda rahat etdi.

-

Baba, sərçəm acanda nə verim?



-

Çörək  çeynəyib  ver,  tut  ver,  amma  bunlardan  yaxşısı  cücüdür.  Mən

bağçamızdan tutub gətirərəm.

Bu halda, Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı

içəri daxil oldu. Çayı Nurəddinin qabağına qoyub halını soruşdu və dedi:

-

Ağa, bu gün mən evə qayıdıram, nə qulluğun varsa, buyur.



Nurəddin dedi:

-

Məndən  Bahara  salam-dua  yetir,  amma  ayağımın  çıxmağını  demə,  ürəyi



xarab  olar  və bir  də mümkün  olsa,  mənim  şəkil  dəftərlərimi  və rəng  qutumu

göndərərsiniz. Gələndə almışdım ki, burada şəkil çəkəm. Yadımdan çıxıb qalıbdır.

-

Baş üstə, ağa, özüm adam tapıb göndərərəm, hələ ki, xudahafiz.



Allah sənə tezliklə şəfa versin, - deyə Cəfər getdi.

Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağını açıb dedi:




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə