Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə106/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   102   103   104   105   106   107   108   109   ...   135

Milli Kitabxana

350


* * *

Hacı  Nəsirin  üçü  çıxan  kimi  Gülpəri Nurəddinin  üzündən  öpə-öpə əlinə pul

verib dedi:

- Oğlum, daha dərsindən qalma, dur məktəbə get, dərslərini qurtarandan sonra

da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın.

Bu gün atanın borcluları gələcəklər. Mənim başım onlara qarışacaqdır.

Daha dayanma, oğlum, get.

Bu əmrə Nurəddinin  özü  də şad  oldu və dərhal  heybəsini  götürüb  cəld  getdi.

Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi.

- Atam  öləndən  bəri  Gülpəri  mənimlə çox  mehriban  dolanır, hərgah əvvəldən

belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi.

Görəsən Gülpərinin  mənimlə belə rəftar etməsinə səbəb nə oldu? Bu hal onda

mənə rəhmi  gəldiyindənmi,  yoxsa,  atası  İmamverdinin  qorxusundanmı əmələ

gəldi? İmamverdi yaxşı kişidir. O məni çox istəyir. Ah, görəsən, Gülpərinin bu halı

çoxmu  çəkəcəkdir?  Qorxuram  İmamverdi  baba  gedəndən  sonra  yenə məni

döyməyə başlaya.  Onda  kimim var  ki,  mənə kömək  etsin.  Hərgah  Bahar  kömək

edərsə, o saat onu da qovar; çünki indi hamı ixtiyar onun əlindədir.

Bu  fikir və xəyalatda  ikən  Nurəddin  gəlib  məktəbə çatdı.  Gülpərinin  belə

dəyişməsinə səbəb,  Nurəddinin  zənn  etdiklərinin  heç  biri  deyildi.  Gülpəri  yaxşı

bilirdi  ki,  özünün  övladsız  olmasına  görə Hacı  Nəsirin  cəmi  mal  və dövləti  tək

Nurəddinə qalacaqdır  və o  da  uşaq  olduğundan  hər ixtiyar  qəyyum əlinə

keçecəkdir. İndi hiyləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı.

Gülpəri ərindən çox pul gözləyirdi, lakin Hacı Nəsirin var-yoxunu hesaba çəkib

borclarını verəndən sonra məlum oldu ki, bir qədər nəqd pul bir ev atasından və on

iki  min  manatlıq  cəvahirat  və ev  şeyi  də anasından  Nurəddinə irs  qalıb.  Ona  da

Gülpərini qəyyum təyin etdilər.

Nurəddin  evlərinə qayıtdıqda  Bahar  onu əhvalatdan  xəbərdar  etdi.  Nurəddin

Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi:

- Qorxma, nə qədər ki, sən sağsan Gülpəri bir qəpiyə də əl vura bilməz və səni

incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxardarlar.

Bu  sözlərdən  Nurəddin  çox  şad  oldu.  Baharın  dediyi  də düz  oldu.  Güləpri

Nurəddinə daha əziyyət verməyib onunla mehriban dolanmağa başladı.




Milli Kitabxana

351


Bahar, doğrudur, Nurəddini Gülpəri tərəfindən arxayın etdi, amma özü onun bu

dəyişilməsinə əsla inanmırdı. Gülpərinin ürəyində bir gizli fikir bəsləməsinə şəkki

yox idi. Ona görə gözləyirdi ki, Nurəddinə o tərəfdən bir zərər yetişməsin. Gülpəri

də bunu duyub, Baharı bir yolla rədd etmək fikrində idi. Ancaq aşkar qovmaqdan

çəkinirdi,  çünki  Bahar  körpə vaxtından  Hacı  Nəsirin  evində böyümüşdü.  Hamı

onun xatirini istəyirdi və ona qulluqçu nəzərilə baxmırdı.

İmamverdi ömrünün çoxunu kənddə keçirməyinə görə şəhər dolanacağına adət

etməmişdi. Bu səbəbdən əziyyət çəkirdi. Axırda qızına dedi:

-

Gülpəri,  indi  işlərin  qayda  ilə gedir,  daha  mənə ehtiyac  yoxdur,  şəhərin



havasını götürmürəm, ona görə mən gedirəm. Siz də, inşallah, Nurəddin azad olub

yaya buraxılan kimi yığışıb gəlin. Təki, üç ay yayı o gözəl ab-havada keçirib cana

gələsiniz.

Gülpəri  atasının  ömrinə razı  oldu.  İmamverdi  Nurəddindən  ayrılanda  onu

öpərək dedi:

-

Oğlum,  dərslərini  səy  et  ki,  imtahanını  yaxşı  verəsən.  Allah  qoysa,  gəlib



görərsən  ki,  bizim  kənd  nə gözəl  yerdir.  Sənə tilov qayıracağam,  hər  gün  çayda

balıq tutarsan; orada çimərsən, meşəyə gedib çiyələk, moruq, göbələk yığarsan.

İmamverdi xudahafizləşib yola düşdü.

Nurəddin İmamverdi babanın ayrılığına qəmgin oldusa da, onun verdiyi vədlərə

çox  şad  idi,  çünki  anadan  olandan  öz  şəhərlərindən  başqa  bir  yeri  görməmişdi.

Çayı,  meşəni,  ancaq  kitabda  oxumuşdu.  Bu  səbəbə görə yay  tətilini  səbirsiz

gözləyirdi.  Gülpəri  də bu  işə şad  idi.  Ancaq  onun  şadlığına  başqa  səbəblər  vardı.

Bir  il  bundan əvvəl  kəndlərində yoldaşlarının  təzə çit  libasına  həsəd  aparan

Gülpəri,  indi  ipək  paltarda,  üst-başı  qızıl  və cəvahirat  ilə bəzənmiş  kəndlərinə

qayıdacaqdı.  Qabaqlarda  ona  yaxın  düşməyən  elçilər  indi  qapısından əl

çəkməyəcəklər.  Amma  bunların  hamısından  çox  onu  şad  edən  şey  ürəyində

bəslədiyi  gizlin  fikir  idi.  Yəni  orada  Nurəddinin  dövlətini  özünə mal  etməyə bir

çarə arayıb tapmaqdı.

Axırda  Nurəddinin  səbirsizliklə gözlədiyi  gün  gəlib  çatdı.  Üç  gün  idi  ki,

Gülpəri  səfərə yığışırdı.  Bu  yığışmaq  Baharı  bərk  təşvişə salmışdı,  çünki  Gülpəri

evin cəmi şeylərini sandıqlara doldurub, özü ilə aparmaq fikrində idi.




Milli Kitabxana

352


-

Xanım, üç aydan ötrü bir belə şeyi yük eləyib aparmağın nə mənası var? –

deyə Bahar soruşduqda:

-

Yox,  Bahar, əziyyət  olsa  da  ümid  olub  burada  qoymaq  olmaz, - deyə



Gülpəri cavab verdi.

Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır

olandan sonra Gülpəri ona dedi:

-

Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa heç kəsə ümid olub, qoya



bilmərəm.

Bahar  nə qədər  yalvardısa  da  Gülpəri  razı  olmadı.  Nurəddin  də təvəqqə etdi,

mümkün olmadı.

-

Yox, yox! Evi Bahardan başqa heç kimə tapşıra bilmərəm, - deyə Gülpəri



təvəqqəni rədd etdi. Həccə getmirik ki, üç aydan sonar yenə buradayıq.

-

Bahar, xudahafiz, evdən yaxşı muğayat ol!



Bahar Nurəddini qucaqlayıb öpdü.

-

Yaxşı  yol,  allah  səni  bəladan  hifz  etsin.  Ah,  görəsən,  bir  də səninlə



görüşəcəyəmmi?..

Baharı ağlamaq boğub, daha danışmağa qoymadı.

Koç  yola  düşdü.  Nurəddin  Bahardan  ayrılmasına  görə bir  qədər  bikef  oldu.

Amma sonra görmədiyi yerlerə, vaqondan baxdıqca, qəmi yadından çıxdı.

Vaqon çox sürətlə gedirdi. Nurəddin birdən altıya kimi sanayınca bir tel ağacı

keçirdi. Mənzərələr tez-tez dəyişirdi; gah göy ot və çəmənlərlə bəzənmiş düzəngah,

gah yaşıl təpələr və dağlar, gah qaranlıq meşələr və dərələr və gah da aydın çaylar

və yollar görünürdü.

Nurəddin heyrətdə idi, çünki bunların heç birini görməmişdi. İndiyə kimi tozlu,

tüstülü şəhərdən bir qeyri yerə çıxmamışdı.

Gülpəri  bir  neçə gün  qabaq,  kağız  vasitəsi  ilə yazıb  hansı  gün  çıxmalarını

atasına  məlum  etmişdi  və əlavə fayton  gözləməyini  rica  etmişdi.  Lakin  səfərin

ikinci  günü  gəlib  oraya  çatdıqda,  vağzalda  nə atasını  və nə də bir  tanış  adam

görmədi. Bu isə Gülpərini bərk təşvişə saldı. Cəld nökəri Cəfəri göndərib iki nəfər

hambal  çağırtdı,  yanındakı  və bağajdakı  şeyləri  daşıdıb  ikinci  klas  salonuna

yığdırdı.

Gülpəri  Cəfəri  götürmüşdü  ki,  onları  buraya  kimi  ötürüb  yenə geri  qayıtsın.

Vağzalda iki saata kimi gözlədilər, amma heç kəs gəlib çıxmadı. Gülpərinin təşvişi

getdikcə artırdı,  çünki  yanındakı  qiymətli  şeylərin  tələf  olacağından  qorxurdu.

Hərçənd, bu şəhərdə tanışlara




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə