Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə104/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   100   101   102   103   104   105   106   107   ...   135

Milli Kitabxana

343


- Bacı, Zeynəb, gözlərini aç, gəlmişəm.

Bu  hadisədən  altı  saat  keçdi.  Dəxi  tüfəngin gurultusu  kəsilmişdi.  Dağların

arasını  tüstü  almışdı.  Bu  tüstü  Qayadibi  kəndinin  yanmış  evlərinin və bağlarının

tüstüsü  idi.  Beş-altı  saat  bundan  qabaq  cənnət  bağına  bənzəyən  Qayadibi  kəndi,

indi  yanıb  kül  olmuşdu. Əhalisi  isə bir  parası  qətlə yetişib,  yerdə qalanı  da  qaçıb

dağlarda, meşələrdə gizlənmişdi. Quldur Səfər qardaşının intiqamını belə aldı.

Gün  batdı,  ay  çıxdı.  Nağıl  olunan  yerlərdən  bir  səs  çıxmırdı.  Heyvanlar  və

quşlar  insanların  vəhşi  hərəkətindən  elə xofə düşmüşdülər  ki,  hələ cürət  edib

yuvalarından  çıxa  bilmirdilər.  Ay  yavaş-yavaş  qalxıb  qəmgin-qəmgin  insanların

tutduğu vəhşi əməllərə baxırdı.

Gecədən  xeyli  keçmiş  bir  arvad  dağları,  daşları,  meşələri  axtarırdı.  Bu  arvad

Fatma və axtardığı da iki balası idi.

- Zeynəb,  Abbas,  gözəl  balalarını, yetim  balalarım,  haradasınız, səs verin!.. -

deyə Fatma nalə edirdi.

Lakin  çəmən üstündə,  lalələr  arasında  qucaq-qucağa verib qanlarına  qəltan

olmuş Zeynəb və Abbas - bu iki məsum, anaları Fatmanın naləsini eşitmirdilər.




Milli Kitabxana

344


NURƏDDİN

Axşam çağı idi. Hacı Səmədin külfəti çay süfrəsində hazırdı. Məmməd yazısını

qurtarıb  diqqətlə öz-özünə oxuyurdu  və qələtlərini  də düzəldirdi.  Fatma  isə əlləri

ilə başını tutub dərin fikrə getmişdi. Hacı Səməd üzünü qızına tərəf tutub soruşdu.

- Qızım, nə fikrə getmisən?

Fatma cavab verdi:

- Ata,  müəllimimizin əmrinə görə,  gərək  sabaha  bir  elə nağıl  düzəldim  ki,

ondan belə məna çıxsın: "Yaxşılıq elə, əvəzini görərsən". İndi qulaq as, söyləyim,

gör yaxşıdırmı?

- Çox gözəl, qızım, söylə görüm.

Fatma söylədi; atası da bəyənib tərif etdi. Məmməd dedi:

- Ata,  mənə də müəllimimiz  atalar  sözündən  olan  "Yaxşılığa  yaxşılıq  hər

kişinin  işidir,  yamanlığa  yaxşılıq ər  kişinin  işidir"  sözünə münasib  bir  hekayə

düzəldib yazmağı əmr etmişdir. Hərgah izin versən, oxuyaram.

- Oxu, oğlum, görüm nə tövr yazmısan.

Məmməd oxudu. Hacı Səməd bunu da bəyəndi. Fatma soruşdu:

- Ata, hansınınızınkı yaxşıdır?

- Qızım, qoy birisini də mən söyləyim, sonra baxaq görək kiminki əladır, - deyə

Hacı Səməd cavab verdi.

- Söylə, ata, söylə, - dedilər.

Hacı Səməd başladı:

- Övladlarım,  Qafqazda  Hacı  Nəsir  adlı bir  tacir  sakin  idi.  Bu  tacirin  Həlimə

adlı bir cavan arvadı vardı. Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan

da  gözəldi.  Bu  arvadın  dünyada  övladsızlıqdan başqa  bir  qəm-qüssəsi  yox  idi.

Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü  şadlıq edib,

şəhərin  fəqir-füqərasına pul və xörək  payladı.  Oğlanın  adını  Nurəddin  qoydular.

Ata və ana, gecə və gündüz Nurəddinin başına dolanırdılar.

Hacı Nəsir hər il yarmarkaya mal xiridinə gedərdi və qayıdanda arvadı və oğlu

üçün hər cür sovqat gətirərdi. Bir dəfə Hacı Nəsir oğlu



Milli Kitabxana

345


üçün kibrit qutusu irilikdə bir "Gülüstan" kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi

haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:

- Bir gün yarmarkada, bazardan mənzilimə qayıdarkən, bir nəfəri körpü üstündə

başım aşağı sallayıb ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum.

Kişi dedi:

- Mən əhl-əyal  sahibi  bir  kasıb  adamam. Əslim  iranlıdır. Əldə xırdavat

satmaqla  üç  yüz  manat  pul  düzəldib  buraya  gəldim  ki,  mal alıb  aparam.  Bir  saat

bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.

Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:

- Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma.

Qazanıb, sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.

Kişi əlimdən  öpüb  adımı və mənzilimi  soruşdu və sevinə-sevinə çıxıb  getdi.

Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:

- Hacı,  sovqat  üçün  bundan əziz  bir  şeyim  yoxdur, - deyə "Gülüstan"  kitabını

mənə uzatdı. - Qoy  mən  Rəhim  tərəfdən  sevgili  övladınız Nurəddinə Sədinin  bu

"Gülüstan" kitabı yadigar olsun. Sonra dubarə razılıq edib getdi.

Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı və dedi:

- Oğlum böyüyəndə bu kitabı oxuyar.

Nurəddin  böyüyüb  səkkiz yaşına  çatdı.  Hacı  Nəsir  oğlunu  məktəbə qoydu.

Nurəddin oxumaqda birinci şagird idi.

Yoldaşları ilə çox mehriban rəftar edərdi. Ona görə də hamı onu sevər, xatirini

istəyərdi.

Çox çəkmədi ki, Hacı Nəsirin ticarət işləri tənəzzülə başlayıb, yavaş-yavaş var-

yoxu əlindən  çıxmağa  başladı.  Vəfalı  Həlimə ərinə ürək verib,  çox  qəm-qüssə

çəkməyə qoymazdı.

Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxıldı.

Hacı Nəsir istəkli arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə

de,  sətələcəm  azarından  sağalda  bilmədi.  Həlimə doqquzuncu  gecə,  "Nurəddin"

deyə-deyə vəfat etdi.



Milli Kitabxana

346


Həlimə oğlunu hər gecə soyundurub əzizləyə-əzizləyə yatırardı. O da anasının

boynunu qucaqlayıb: - Ana, gecən xeyrə qalsın, - deyə onu öpərdi və şirin yuxuya

gedərdi.  O  idi  ki,  həmin  gecə qulluqçu  onu  rahat  edəndə anası  yadına  düşüb

təzədən  ağlamağa  başladı.  Gecə yarıdan  keçdi.  Lakin  Nurəddin  yata  bilmədi.

Ağlamağını kəsib xəyala getmişdi.

- Ah,  birdən  anam  dirilə...  Bəlkə,  anam  heç  ölməmişdir,  bilmirlər?..  O  günü

müəllimimiz söylədi ki, bir elə yuxu var ki, ölümə oxşayır, bir neçə gün, hətta neçə

ay  azarlı  ölü  kimi  qalıb  axırda  yenə dirilir.  Çox  ittifaqlar  düşür  ki,  elə azarlını

ölmüş zənn edib dəfn edirlər.

Ah,  bəlkə anam  da  elə yuxuya  getmişdir?..  Onu ölmüş  bilib  basdıracaqlar, -

yox,  yox,  qoymaram.  Səhər  tezdən  atama  deyəcəyəm  ki,

hələ


anamı

basdırmasınlar, bəlkə ölməmişdir.

Belə fikir  və xəyalatda  ikən  Nurəddin  sübh  vaxtı  yuxuya  getdi  və günortaya

kimi yatdı. Nurəddin yuxudan oyanınca Həliməni dəfn etdilər.

Hacı  Nəsirin  başı  yas  yerinə gələn  adamlara  qarışdığından  oğlundan  bixəbər

idi.  Nurəddin  gözlərini  açdı.  O  biri  otaqda  molla  həzin  bir  səslə quran  oxuyurdu.

Mollanın xoş avazı yuxudan yeni ayılmış Nurəddinə layla kimi təsir edib, onu bir

müddət  yuxu ilə ayıqlıq halətində saxladı. Sonra "Bu quran  nə üçün  və kim  üçün

oxunur"  fikri Nurəddinin  başına  düşdü.  Bu  isə anasının ölməyini  yadına  saldı.

Birdən  gecəki  fikri  Nurəddinin  başına  ildırım  kimi  şığıyıb  onu  yerindən  dik

qaldırdı. Bu halda qulluqçu Bahar içəri daxil oldu. Nurəddin soruşdu:

- Bahar, de görüm, anamı basdırdılarmı?

Bahar gözlərinin yaşını silərək:

- Bəli,  basdırdılar.  Kaş  onun əvəzinə mın  ölıydim,  mıni  basdıraydılar, - deyə

cavab verdi.

Anasının dirilməsindən zavallı Nurəddinin ümidi daha  kəsildi, lakin onu ölüm

yuxusunda  ikən  dəfn  etmək  şəkki  hələ ürəyində idi.  O  idi  ki,  axşam  başsağlığına

gələn adamlar ona dedi, atası da onu şəkdən çıxarıb sakit etdi.

Anasının vəfatından sonra Nurəddində böyük təğyir görünürdü. Həmişə deyib-

danışan, gülərüzlü və mehriban bir uşaq olduğu halda, indi qəmgin və məyus olub

məktəb yoldaşlarından kənar dururdu.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə