Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə103/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   99   100   101   102   103   104   105   106   ...   135

Milli Kitabxana

340


* * *

- Abbas, bax, gör mən nə qədər yığmışam.

- Afərin, bacım Zeynəb, indi otur, bunları dəstə tutaq, bazarda satıb sənə çoxlu

kişmiş alacağam.

- Fındıq da.

- Yaxşı, fındıq da alaram.

Bacı  və qardaş ətəklərinə yığdıqları qulançarı yerə töküb,  bir  təpənin  üstündə

oturdular və onları dəstə tutmağa başladılar.

Bu iki uşaq atadan yetim idi və bir quru daxmadan başqa, ataları bunlara bir şey

qoymamışdı.  Ancaq  anaları Fatma  cəhrəçilik  edib  bir  növ  gündəlik  çörəyini

qazanırdı.  Uşaqlar  kiçik  olduqlarından  analarına  bir  o  qədər  köməkləri  çatmırdı.

Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas ancaq bu ildən hər gün meşəyə

odun  qırmağa  gedirdi  və qırdığı  odunu  şələləyib,  bazarda  dükançılara  bir  az  pula

satırdı.  İki  gün  bundan  qabaq  Abbas  odun  ilə bərabər  bir  dəstə qulançar  da  yığıb

bazara gətirmişdi və onu bir şahı pula satıb anasına vermişdi.

Bu  gün  Abbas  meşəyə getməyə hazırlananda  Zeynəb də qulançar  yığmaq

həvəsilə anasından rüsxət istədi. Amma Fatma heç birini qoymaq istəmirdi, çünki

quldur  Səfərdən  qorxurdu.  Dörd  il  bundan əqdəm  Səfərin  qardaşı  el  davasında

Qayadibi əhli  tərəfindən  öldürülmüşdü.  Amma  qatili  kim  olduğu  məlum  deyildi.

Ona görə Səfər qardaşının qanını bütün kənddən iddia edirdi.

Bir  dəfə Qayadibi  camaatı  Səfərdən  belə dəhşətli  bir  sifariş  aldı:  "Ey

qayadibililər!  And  içirəm  məni  yaradan  xaliqə.  And  içirəm,  anamın,  bacımın

namusuna,  ta  sizin  böyük-kiçiyinizi,  arvad-uşağınızı qırıb  o  gözəl  vətəninizi

odlayıb tar-mar etməyincə dünyada yaşamayacağam; vaxtınıza hazır olun".

Bu xəbər hamını bərk qorxuya salmışdı, çünki Səfər dəliqanlı bir adam idi.

Bu  sifarişdən  çox  keçməmişdi  ki,  Səfəri  adam  öldürmək  üstündə Sibirə

göndərdilər. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. Ancaq bu yaxın zamanda

Səfərin Sibirdən qaçıb başına özü  kimi dəliqanlıları cəm edərək quldurluq etməyi

hər yerə yayılmışdı. Qayadibi əhli də bərk qorxuda idi.

Fatma neçə gün  idi  ki,  işsiz  idi.  Ona  görə istər-istəməz  uşaqlara  izin verdi.

Onlar da sevinə-sevinə meşə tərəfə üz qoydular.



Milli Kitabxana

341


Fatma  ağıllı,  xoşrəftar  bir  arvad  idi.  Öz  uşaqlarına  da  yaxşı  rəftarı,  bir-birilə

mehriban  dolanmağı  tərbiyə vermişdi.  Uşaqlar  da  analarının  gözəl  sifətlərini  və

tərbiyəsini götürmüşdülər. Çox analar bu iki tifilin tərbiyəsinə həsrət çəkirdilər.

Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. Zeynəb

qaraqaş, qaragöz, dolubədənli, uzunsaçlı, qırmızıyanaqlı bir qız idi. Abbas bacısını

artıq dərəcədə sevirdi. Heç elə bir gün olmazdı ki, öz qazancından bacısına bir şey

almayaydı. Abbas üzünü bacısına çevirib dedi:

- Zeynəb,  bu  yığdığımız  qulançar  azdır,  buna  heç  bir  şahı  da verməzlər.  Dur

gedək, mən bir yaxşı qulançarlıq yer bilirəm. Orada qulançar yığaq və həm də mən

odun doğrayıb şələ qayırım.

- Axı, qardaş, mən yorulmuşam.

- Yavaş-yavaş  gedərik,  orada  sən  yorğunluğunu  alarsan,  mən özüm  tək

yığaram, - deyə Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı və bacısının da

əlindən tutub dağın döşündəki meşəliyə üz qoydu.

Bir  qədər  meşə ilə gedəndən  sonra  bir  gözəl  və səfalı  seyrəngaha  çıxdılar.  Bu

seyrəngah  yaşıl,  təzə və tər  otla,  gözəl, ətirli,  rəngli  çiçəklərlə zinətlənmişdi.

Rəngbərəng  pərvanələr və arılar  bu  çiçəkdən  o  çiçəyə uçub  bahar  günəşi  ilə

oynaşırdılar.  Hər  rəngə çalan  cürbəcür  cücülər  otlara  mərcan  kimi  sarılmışdı.  Bir

tərəfdən çiçəklərin qoxusu, bir tərəfdən quşların cəh-cəhi və bir tərəfdən də baharın

xoş mehi insanı biruh edirdi. Seyrəngahın bir tərəfi qayaya dirənmişdi. Bu qayadan

bir  bulaq  axıb  şırıltı  ilə aşağı  tökülürdü.  Suyun  zərrələri  havada,  günəşin

şəfəqindən almaz parçaları kimi parıldayırdı. Bu bulaq "Şırlanbulaq" adı ilə məşhur

idi.  Zeynəb  bu  gülüstanı,  bu  çarqat  kimi  sərilmiş  lalələri  və çiçəkləri  görcək

yorulmağını unudub - Ah nə gözəl çiçəklər var, - deyə qışqırdı və qardaşmın əlini

buraxıb  gül  yığmağa  qaçdı.  Abbas  da  ipini  və dəhrəsini  yerə qoyub  qulançar

yığmağa  məşğul  oldu.  Zeynəb  gah  çiçək  yığırdı  və gah  da  qışqıra-qışqıra

pərvanələri qovurdu. Bir azdan sonra yorulub bir laləzarlıqda oturdu və lalələrdən

gəlin  qayırmağa  başladı.  O  vaxt  Abbas  qulançar  yığa-yığa  çəməndən  xeyli

uzaqlaşıb bir kolluq dərəyə düşmüşdü.

Gün  qalxıb  günortaya  yaxınlaşdı.  Qəflətən  dağların arasına  bir  gurultu  düşdü.

Abbas  elə bildi  ki,  göy  guruldayır,  amma  yuxarı baxdıqda  bir  bulud  da  görmədi.

Bu gurultudan bir dəqiqə keçməmiş elə bir




Milli Kitabxana

342


gurultu  başladı  ki,  deyəsən  bu  saat  göylər  uçub  yerə töküləcəkdir.  Abbas  başını

yuxarı qaldırıb gördü ki, güllə dağların başından kəndlərinə və zəmilərdə yer əkən

cütcülərin və qoyun otaran çobanların üstünə dolu kimi yağır. "Quldurlar!" - deyə

Abbas qışqırdı. Bir əvvəl istədi ki, dərədə gizlənsin. Sonra yadına düşdü ki, Zeynəb

açıq yerdə qalmışdır. Dərhal bacısına tərəf qaçdı ki, onu da götürüb Ayı kahasında

gizlənsin.

Abbas  özünü  o  vaxt  yetirdi  ki,  Zeynəb  çəməndə başıaçıq,  saçları  döşünə

tökülmüş, ovçu oxundan qaçan ceyrantək "Abbas, qardaş" - deyə o tərəf-bu tərəfə

qaçıb qışqırırdı və dağlardan da birəhm quldurların güllələri onun üstünə dolu kimi

yağırdı. Abba ucadan səsləndi:

- Bacı, Zeynəb, qorxma, buradayam!

Zeynəb qardaşının səsini eşidib ona tərəf qaçdı. Lakin otuz qədəm gətməmişdi

ki,  birdən  "Ox!"  deyib  yerə yıxıldı.  Abbas  özünü  bacısına  yetirib  gördü  ki,

Zeynəbin  sinəsindən  al  qan  qətrə-qətrə tökülüb,  otlar və çiçəkləri lalə rənginə

döndərmişdir.

- Abbas, mənə su ver!

- Dur, bacım, qaçaq Şırlanbulağa.

Zeynəb istədi ki, qalxsın, amma bacarmadı. Abbas onu çox çətinliklə qucağına

götürüb,  bulağa  tərəf  aparmağa  üz  qoydu.  Lakin  on  qədəm  getməmişdi  ki,

quldurlar bunları təzədən gülləyə tutdular. Abbas özünü və bacısını bir çuxur yerə

saldı  ki,  oranı  güllə tutmurdu.  Zeynəbin  lalə kimi  olan  üzü  solub  ağ  zanbağa

dönmüşdü.

- Abbas, yandım, mənə su ver! – deyə Zeynəb nalə edirdi.

Bacısının susuzluğu Abbasın ürəyini nəhayət dərəcədə yandırdı.

- Bacı, bu saat sənə su gətirəcəyəm, - deyə Abbas bulağa tərəf yüyürdü. Güllə

müdam onun üstünə yağırdı.

Abbas özünü bulağa yetirdi. Araqçınım su ilə doldurub qayıtdı. Bu dəfə Abbas

qaça  bilmirdi:  qorxurdu  ki,  suyu  tökülsün.  Abbas  o  qədər  Zeynəbə yaxınlaşdı  ki,

onun "su" naləsini eşitdi. Birdən Abbas ufultu ilə yerə yıxıldı. Namərd güllə binəva

uşağ sol böyründən dəyib dalından çıxmışdı. Abbas qalxıb yerimək istədi. Lakin üç

qədəm getməmişdi ki, dübarə yıxıldı. Abbas sürünə-sürünə özünü bacısının üstünə

saldı,  gördü  ki,  gözləri  yumuludur.  Amma  dodaqları  ayrıla  qalmışdır.  Elə bil  ki,

deyir: "Qardaş, Abbas, mənə su ver".

Abbas Zeynəbi qucaqlayıb öpə-öpə deyirdi:




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə