Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə107/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   103   104   105   106   107   108   109   110   ...   135

Milli Kitabxana

353


vardı,  amma  onlara  da  ürəyi  qızmırdı.  Axırda  Gülpərinin  daha  atasının

gəlməsindən ümidi kəsilib, nökəri ilə yola düşməyə naçar qaldı.

Gülpəri  Cəfəri  göndərib  iki  fayton  tutdurdu,  faytonun  birinə nökəri  və şeyləri

qoyub,  o  birinə də özü  Nurəddinlə oturdu  və qorxa-qorxa  yola  düşdü.  Şəhərdən

kəndə uzaq deyildi. Hamısı iyirmi verst idi. Lakin Gülpərini qorxuya salan dağlar

arasından  və meşələr  içindən  keçən  yollardı  ki,  onlarda  çox  vaxtı  soyğunçuluq

ittifaq düşərdi. Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu və

faytonçulara  da  iti  sürmək  evəzində çay  pulunu  artıq  verməyi  vədə etmişdi.

Gülpərinin  qorxduğu  başına  gəldi.  Belə ki,  ağır  yüklü  fayton əyri-üyrü  və eniş-

yoxuş yollara çatdıqda, bir döngədə aşıb, oxu və çarxı sındı. Bu hadisə zühur edən

vaxt günəş enib dağın dalında gizlənmişdi. Gülpəri artıq iztiraba düşüb söylənirdi.

-

Allah,  bu  nə iş  idi  mənim  başıma  gəldi.  İndi  bu  yol  içində,  bu  qorxulu



dağlar arasında necə olacağıq. Görəsən, atamın başına nə iş gəldi ki, bu vaxta kimi

gəlib çıxmadı. Kaş şəhərdə qalıb ondan xəbər gözləyəydim.

Faytonçu:

-

Xanım, onlardan keçmişdir. Gəl biz gedib kənddən kömək çağıraq.



Gülpəri buna razı olmadı.

-

Yox,  heç  vaxtı  şeylərini  burada  qoyub  getmərəm,  ayrı  çarə varsa  arayıb



tapın.

Faytonçular dedilər:

-

Xanım, ayrı çarə yoxdur. Hərgah faytonun oxu sınmamış olsaydı, çarxı bir



tövr  sarıyardıq  və yavaş-yavaş  sürüb,  özümüzü  kəndə salardıq.  İndi  isə ümidimiz

bir allaha qalmışdır.

Bu  sözlərdən  sonra  Gülpərinin  iztirabı  daha  da  artdı.  Axşam  oldu.  Soyuq

düşdü.  Dərələrdən  duman  qalxmağa  başladı.  Heç  kəs  gəlib  çıxmadı.  Gecə orada

qalmağın qorxusu çoxdu. Gülpəri üzünü faytonçulara tərəf tutub:

-

Bu  gecə bu  yol  üstündəmi  qalacağıq? - deyə soruşduqda,  faytonçular



cavabında aciz qaldılar. Nurəddin bu ittifaq düşəndən bəri fikrə gedib çarə arayırdı.

Nurəddin  öz  siniflərində ən  fərasətli  uşaq  sayılırdı.  Nurəddin  üzünü  onlara  tutub

dedi:

-

Mən bir çarə tapdım, qulaq asınız söyləyim. Sınan faytonun dörd atı var.



Şeyləri  bu  atlara  yükləyib  biz  gedərik,  fayton  sahibi  burada  qalar.  Sonra  kənddən

buna kömək göndərərik.




Milli Kitabxana

354


Bu təklif cümlənin xoşuna gəldi. Ələlxüsııs Gülpəri şad idi ki, beləcə asan yolla

Nurəddin onları çətinlikdən qurtardı. Vaxtı itirməyib atları yüklədilər və yola rəvan

oldular.  Səfərin  qorxulu  yeri  qabaqda  idi.  Meşənin  içilə səkkiz  verst  yol  gedirdi.

Köç  meşəyə çatdıqda  qaranlıq  lap  çökmüşdü.  Cəfər  yüklü  atlarla  qabaqda  və

fayton  dalda  gedirdi.  Gülpəri  bərk  qorxurdu.  Nurəddin  qorxaq  uşaq  deyilsə də,

meşənin vahiməsi onu da basmışdı. Elə sakitlik idi ki, nə bir zihəyatın səsi çıxırdı,

nə də bir  yarpaq  tərpənirdi.  Odur  ki,  bir  yandan  bu  sakitliyin  özü  də insanı

vahiməyə salırdı.  Qəflətən  bir  qorxulu  səs  meşəni  götürdü.  Bu  səsdən  Nurəddin

diksindi, Gülpəri qışqırdı. Faytonçu dedi:

-

Qorxma, xanım bayquşdur, ulayır.



-

Vay,  allah  səni  yox  etsin,  gör  nə murdar  səsi  var, - deyə Gülpəri  qarğış

elədi,

Meşənin  qurtaracağına  iki  verst  qalmış  bir  atlı-yaraqlı  adam  Cəfərin  qabağını



kəsdi.

-

Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!



-

Əmiraslan ağa, atına, mənəm.

-

Cəfər, sənsən?



-

Bəli, ağa, mənəm.

Atlı tüfəngini çiyninə salıb, Cəfərə sarı irəlilədi.

-

Cəfər, bu köç kimindir?



-

Ağa,  Gülpəri  xanımındır.  Odur  özü  də daldan  faytonla  gəlir.  Yolda

faytonumuzun  biri  sındı,  ona  görə şeyləri  atlara  yükləmişik.  Şəhərdə nə qədər

İmamverdi  babanı  gozlədiksə də,  gəlib  çıxmadı,  axırda  naçar  qalıb  özümüz  yola

düşdük.

-

Cəfər,  sən  yavaş-yavaş  sür  get,  mən  də faytonla  bərabər  gəlirəm, - deyə



Əmiraslan atını qamçıladı. Gülpəri atlını görcək qorxuya düşdü:

-

Yaman yerdə qaranlıqladıq.



-

Qorxma,  xanım  yəqin  sizin  adamlardandır,  qabağınıza  gəlibdir, - deyə

faytonçu Gülpəriyə ürək verdi.

Əmiraslan faytona yaxınlaşıb ucadan səsləndi:

-

İndi necəsən, əmiqızı, sizi tutub var-yoxunuzu əlinizdən alımmı?



Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:

-

Əmiraslan, əmioğlu, sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı?



Gərək  fayton  tutub  qabağımıza  gələ idi.  Bilmirəm  kağızı  gəlib  çatmayıb,  ya

başına bir iş gəlib?

Əmiraslan dedi:



Milli Kitabxana

355


-

Mənim,  sizin  gəlməyinizdən  xəbərim  olmamışdır.  Özüm  də evdən  səhər

çıxmışam.  Yəqin əmimin  indiyə kimi  gəlib  çıxmamağına  səbəb  körpünü  sel

aparması  olmuşdur.  Cəfərdən  başınıza  gələn  hadisəni  eşitdim. Əmiqızı,  köçdən

belə görünür ki, daha bir də geri qayıtmayacaqsan. Yaxşı  da edərsən, adam gərək

verdiyi sözün üstündə dursun.

Gülpəri söhbəti dəyişdirmək üçün dedi:

-

Əmioğlu, deyəsən Nurəddini görmürsən?



Əmiraslan Nurəddini indicə gördü və Gülpərinin də işarəsini anladı:

-

Nurəddin, sən çox xoş gəlmisən. De görüm məndən qorxdunmu?



-

Səndən  niyə qorxuram, adam  da  adamdan  qorxarmı? - deyə Nurəddin

cavab verdi.

-

Oxuyan uşaq qorxaq olar.



-

Xeyr,  səhv  edirsiniz,  oxumayan  uşaq  qorxaq  olar.  Oxuyan  uşağın  elmi

olar, hər şeyin sirrini bilər, ona görə de qorxmaz.

-

Yaxşı, indi ki, sən elə qoçaq oğlansan, gəl mənim atımı min, bir az da mən



faytonda  dincimi  alım, - deyə Əmiraslan  Gülpəriyə göz  vurdu.  Gülpəri

Əmiraslanın işarəsini başa düşdüsə də yenə razı olmayıb dedi:

-

Yox, yox, Nurəddini at yıxar.



-

At  çox  dincdir.  Adam  yıxan  deyil,  yavaş-yavaş  faytonun  yanınca  sürər.

Ancaq atdan qorxan deyilsə...

-

Mən qorxaq deyiləm, - dedim!



Axırda Gülpəri razı oldu. Əmiraslan atdan düşüb Nurəddini mindirdi. Nurəddin

özünü  atın  üstündə görcək  onu  tərkimlədi.  At  sıçrayıb  qaçdı.  Gülpəri  qorxdu.

Amma Nurəddin atda bərk oturmuşdu. Əmiraslan dedi:

-

Maşallah, qoçaq uşaqdır.



Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı.

Əmiraslan,  İmamverdinin  kiçik  qardaşı  Tanrıqulunun  oğlu  idi.  Bundan  başqa

Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün

böyütmüşdü.  Balaca Əmiraslan  üçün  "yox"  kəlməsi  yox  idi.  Her  xahişi  ata-anası

tərəfindən  fövri əmələ gəlirdi. Əmiraslan  özgə uşaqda  bir  şey  görsəydi,  o  saat

gerək ona da alına idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi tezliklə ortaya

çıxdı. Əmiraslan  doqquz  yaşına  çatdıqda  atası  ona  heybə və çərəkə aldı.  Təzəcə

paltar geydirib hədiyyə ilə onu mollanın yanına oxumağa




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə