Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə16/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   12   13   14   15   16   17   18   19   ...   135

Milli Kitabxana

49

N ə b i. Elə mən də onun fikrindəyəm. Gedim durquzum. Amma daş kimi bərk



yatandır.  Bilmirəm  heç  durquza  biləcəyəmmi?  (Gedib  yataq  otağının  qapısından

çağırır.) Səfdərqulu ağa, Səfdərqulu ağa! İndi gəl bunu oyat. Paltarlı, taxta yıxılıb,

xoruldayır.  (Səsini  ucaldır.)  Səfdərqulu  ağa,  Səfdərqulu  ağa, Əstəğfürulla, əgər

vəcinə isə.

C ə b i. Ədə, gedib əlin ilə durquzsana.

N ə b i. Yaxşı buyurursan, Cəbi ağa. Sən öləsən durub atama od vurar. O günü

elə etmişdim. Diksinib atlandı və mənə elə sillə çəkdi  ki, gözlərimdən od parladı.

Dedi ki, bundan sonra məni heç vaxt əlinlə durquzma. (Qışqırır.) Səfdərqulu ağa!

Səfdərqulu ağa! Allahü əkbər, mən nə edim? A Cəbi, sən də kömək elə, görək bu

dibdat bəyi oyada bilərikmi?

C ə b i.  A  balam,  mən  nə kömək  edim?  Belə ki,  Səfdərqulu  ağa  yatıbdır,  heç

"Koroğlu" da çalsan duran deyil.

N ə b i. Vay, sağ ol Cəbi, yaxşı yadıma saldın. (Çırtıq vura-vura o biri otaqdan



bir  qaval  və bir  tar  gətirir.)  İndi  durarsan.  Sənə bir  elə meymun  havası  çalım  ki,

sıçrayıb  dik  atılasan.  Al  qavalı,  köhnə lotu.  (Qavalı  Cəbiyə verir  və özü  çalıb



oxuyur.)

Mən bu dərədən keçmərəm,

Çadramı yellətmərəm,

Ağ saqqala getmərəm,

Gəl, gəl ay evi yıxılmış,

Tez gəl, ay evi yıxılmış.

(Gedib qapıdan baxır.) Cəbi, sən öləsən, heç halına təfavüt etmir.

C ə b i. İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram.

Nəbi çalır.

C ə b i.


Əzizim ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.

Nəbi gedib qapıdan baxır.

N ə b i. Xeyr a.

C ə b i. Adə, bəlkə, kişi ölüb?



Milli Kitabxana

50

N ə b  i.  Hardan  ölübdür,  xorultusunu  eşitmirsən?  Ay  Cəbi,  nə edək?  (Fikrə



gedir.) Hə tapdım, yaxşı tapdım.

C ə b i. De görüm, nə tapdın?

N ə b  i.  Qumarbazı  qumar  oyadar.  Cəbi lələ,  indi  gəl  bəylərin  qumar

oynamaqlarının  təqlidini  çıxardaq.  Onda  görərsən  necə durar.  Kürsünü  çək  otur.

(Otururlar.) Bax, mən Vəli bəyəm, sən ağan Mehdi bəy. Ah, bir adam da olsaydı,

işimiz düzələrdi.

Ovanes daxil olur.

O v a n e s. Nəbi, Saşa bəyin ağacı burada qalıb. Ona gəlmişəm.

N ə b  i.  Kirvə,  yaxşı  vaxtda  gəlmisən,  bir  adamımız  çatmırdı.  (Durub  onun

əlindən tutub stola tərəf çəkir.) Hələ buyur otur.

O v a n e s. Yox, kirvə, mən qumar oynamıram.

N ə b i. A kişi, otur.

O v a n e s. Mən qumarı toba etmişəm.

N ə b i. Otur, pul ilə oynamırıq. Zarafat edirik.

O v a n e s. Kela, qabaqda da məni o cür öyrədib evimi yıxdılar.

N ə b  i.  Adə,  qumar  oynamırıq,  oyun  çıxardırıq.  Sən  otur,  bu  saat  deyim.

(Ovanes oturur.) Bax, sən Saşa bəy...

O v a n e s. Mən Ovanesəm.

N ə b i. Adə, a qanmaz ayı, mən bilirəm ki, sən Ovanes kirvəsən. Biz ağaların

qumar oynamalarının təqlidini çıxardırıq. Bax, Cəbi Mehdi bəydir,  mən Vəli bəy,

sən də ağan Saşa bəy... İndi başa düşdünmü?

O v a n e s. Kela, başa düşdüm, ancaq bu nə üçündür?

N ə b i. Sonra deyərəm.

C ə b i. Bax, Ovanes, Saşa bəy kimi oyna.

O v a n e s. Arxayın ol, kela, lap özü kimi oynayacağam.

C ə b i. Nə oynayaq?

N ə b i.  Ştos  (gedib  Səfdərqulu  bəyin  otağının  qapısını  açır,  sonra  gəlib  bir



kalod kartı əlinə götürür. Vəli bəy rolunda). Bax, qospoda, bu yüz manat bankdır,

kart deyil.

C ə b i (Mehdi bəy rolunda). Xeyr, olmaz, gərək tuz vuraq, kimə çıxsa o, bang

qoysun.


O v a n e s (Saşa bəy rolunda). Mehdi bəy düz deyir, gərək tuz vuraq.

N ə b i. Pəh, yenə Mehdi höcətə saldı. Yaxşı tuz vururam. (Kartı bir-bir üç yerə



paylayır, tuz Nəbiyə çıxır.) Gördünüz, tuz mənə çıxdı. Yamanlıq özünüzə qaldı.

C ə b i. Pravilo belədir, əzizim.




Milli Kitabxana

51

N ə b i. İndi kart qoyun.



Cəbi (stolun üstdəki basqa kaloddan kart çəkib üzü üstə qoyur.) Xalı beş manat.

O v a n e s. Kartı on manat.

N ə b i (kartı çevirir.) Beşlik üzdədir, kartınızı açın. Vəli bəy səninki üzdədir.

İyirmi  manatı  bangə at,  qadanı  alım.  Saşa bəy,  bu  saat  sənin  üçün də bir  onluq

getirərəm (kartı sağa və sola paylayır.) Sən vurdun, buyur, Saşa bəy, bu da sənin

on manatın.

O v a n e s. Qoy bangda dursun. Uqol gedəcəyəm.

N ə b i. Çox yaxşı, get (kartı çalır.) Buyurun kəsin. (Ovanes kəsir.)

C ə b i. Xalı üç manat.

O v a n e s. Uqol, kela, xalına da on manat.

N ə b i.  Pəh,  Saşa  bəy  yenə azartnı  elədi.  Xeyr, vermirəm.  Sənə xalı üç

manatdan artığa xod yoxdur.

O v a n e s. Kartın təpədir.

N ə b i. Onda eybi yoxdur. Mehdi bəy, şahid ol ki, Saşa bəyin kartı təpə olmasa,

pul verməyəcəyəm. (Kartı çevirib sağ-sola paylayır.) Saşa bəy, bu da təpə.

O v a n e s. O deyil, eybi yoxdur, o olmasın, bu olsun. Xalı üç manatdan edər

altı manat. Bangdan istərsən dörd manat. Vəli bəy kartının üzünü aç.

C ə b i. Surət gətir.

N ə b i (sağa və sola paylayır.) Bu da surət.

C ə b i. O deyil.

N ə b i. Buyur, bu da surətin o birisi.

C ə b i. O da deyil.

N ə b i. Mehdi bəy, kartını aç, yoxsa getmərəm.

C ə b i. Nə, kartın dalını çək deyim.

N ə b i (səsini ucaldır.) Vallah çəkmərəm. Canım, surətin ikisi çıxıbdır.

C ə b i. Sən öl, o kartın dalını çək, göstərim.

N ə b i. Pəh, Vəli bəy, yenə höcətə saldın? İbişin canına çəkmərəm. Di inan...

S ə f d ə r q u l u b ə y (o biri otaqdan). Vəli bəy, tuz gətir. Mehdi həmişə onu

qoyar.

N ə b i. Ha beləcə... Zalım kartın gücünü gördünüzmü? Uşaqlar, cəld kürsüləri



kənara qoyun. Kartı gizlədin, indi siz bayıra çıxın, məni gözləyin.


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə