Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə24/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   20   21   22   23   24   25   26   27   ...   135

Milli Kitabxana

76

etmişik ki, bolşevik hökumətinə tabe olmayaq. Bizim üstümüzə gəlsələr, müharibə



edib babalarımızın yurdunu müdafiə edəcəyik. Bu bizim qətnaməmiz! Buna siz də

tabe olmalısınız. Molla  Sadıq, siz Mehrəli bəyin itaətində olacaqsınız, hər  nə əmr

etsə,  fori  bitirəcəksiniz.  Hacı  İmamqulu,  siz  də Muxtar  bəyin əmrinə tabesiniz.

Millətdən topladığınız paranı millət yolunda məsrəf edəcəksiniz.

H a c ı İ m a m q u l u. Başınıza dönüm, Əmiraslan ağa, mənim param harada

idi ki, məsrəf edim?

Ə m i r a s l a n a ğ a. Onu Muxtar bəy bilər. O, onun vəzifəsidir.

M u x t a r b ə y. O, bizim xüsusi işimizdir. Əmrinizin dalını buyurunuz.

Ə m i r a s l a n a ğ a. Molla Sadıq, siz də o fəsahət, bəlağət qapısı olan ağzını

açıb  camaatı  bizim  itaətimizə çağıracaqsınız.  İndi  cümləniz  mürəxxəssiniz.

Gediniz,  iş  dalınca  olunuz.  (Ayağa  qalxırlar.)  O  da  məxfi  qalmasın  ki,  hər  kim

mənim əmrimdən baş qaçırarsa, güllə qabağına qoyulacaqdır.

M u x t a r b ə y. Hacı İmamqulu, eşitdinmi?

M e h r ə l i b ə y. Molla Sadıq, anladınmı?

B ə y l ə r. Əmiraslan ağa, xudahafiz.

Ə m i r a s l a n a ğ a. Xudahafiz, qeyrətli bəylərim.

Çıxırlar.

Pərdə

İKİNCİ PƏRDƏ

Birinci pərdənin səhnəsi.

P ə r i c a h a n x a n ı m  (yalqız).  Ah!  Nə dəhşətli xəbər!  Nə fənabir  hal!

Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər

üzərinə üsyan  edirlər.  Bizim  rəiyyətə də etibar  yoxdur.  Bu  axır  vaxtlar

xidmətçilərimizin  rəftarı  bizlə büsbütün  dəyişilib.  Xanədanımızda ən  müti, ən

fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir.

Daha  bundan  sonra  kimə ümid  bağlamalı?  Kimdən  nicat  gözləməli?  Ah,  harada

qalmışsan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucənin




Milli Kitabxana

77

imdadına  çat!  Uğrunda  göz  yaşı  tökməkdən  kor  olan  xəstə əmmənin  fəryadına



yetiş!

Hadi lələ daxil olur.

H a d i l ə l ə. Uğurlar olsun, Pəricahan xanım.

P ə r i c a h a n x a n ı m Ah! Hadi lələ! A kişi, haraya getmişdin? Bir aydan

artıqdır ki, yox olmuşsan.

H a d i l ə l ə. Bakıya getmişdim.

P ə r i c a h a n x a n ı m. Nə işə?

H  a  d  i l ə l ə .  Cahangir  ağadan  xəbər  bilməyə.  De  görüm  Gövhər  xanımın

xəstəliyi nədir?

P ə r i c a h a n x a n ı m. Nə olacaqdır?! Cahangirin qəm-qüssəsini çəkməkdən

biçarə əmməm şam kimi əriyir.

H a d i l ə l ə. Gətirdiyim xəbərdən dirilər.

P ə r i c a h a n x a n ı m. Cahangirdən xəbərmi gətirmisən?

H a d i l ə l ə. Bəli.

P ə r i c a h a n x a n ı m. Ah! Ürəyim necə atlanır, Hadi lələ, tez ol, söylə. Mən

sənin barəndə nə fikirdəydim! Əfv et.

H a d i l ə l ə. Yəqin fikir etmisən ki, mən bolşevik tərəfinə keçmişəm, beləmi?

P ə r i c a h a n x a n ı m.  Bəli,  mən  nə edim.  Sən  yox  olmuşdun. Əlbəttə,

şübhəyə düşmək olardı.

H a d i l ə l ə. Xanım, fikriniz səhv deyil.

P ə r i c a h a n x a n ı m. A  kişi,  nə deyirsən?  Doğrudanmı  onlar  tərəfə

keçmisən?

H a d i l ə l ə. Bəli.

P ə r i c a h a n x a n ı m. Yox, yox, inanmıram. Sən məni imtahan edirsən. Sən

elə qaniçici,  dünyanı  oda  tutub  viran  edənlər  tərəfinə keçməzsən.  Sən  istəməzsən

ki, belə gözəl yurdumuz tarmar olub qızıl qana boyana.

H  a  d  i l ə l ə.  Bu  son  sözlərinə mən  də şərikəm.  Lakin  bolşeviklər  qaniçici

deyillər.  Bunlar  düşmənlərin  iftirasıdır.  Bolşeviklər  məzlumlar,  yoxsullar,

füqareyi-kasibə tərəfdarıdırlar.  Onların  fikri  işçi-kəndli  sinfini  azad  etməkdir.  Bu

yolda  öz  qanlarını  tökürlər.  Məgər  bu  pis  bir  hərəkətdir?  Pəricahan  xanım,

istəyirsən  ki,  doğrudan  da, əcdadının  gözəl  mülkü və belə binası  sən  deyən  hala

düşməsin,  sənə həvalə olunan  bir  təklifi qəbul  et.  Mən  onun  üçün  buraya

göndərilmişəm.



Milli Kitabxana

78

P ə r i c a h a n x a n ı m. O nə təklifdir? Səni kim göndərmişdir?



H a d i l ə l ə. Sənə məlumdur ki, Azərbaycanda Şura hökuməti qurulduqdan

sonra bir neçə mülkədar, bəylər itaətdən boyun qaçırıb tabe olmaq istəmirlər. Ona

görə də Qızıl Ordu hissələri bu tərəfə gəlib çıxmışdır. Hər yerdə kəndlilər Qırmızı

Ordu  tərəfinə keçirlər.  Təklif  budur  ki, Əmiraslan  ağa  qovğasız  təslim  olsun.

Səndən  başqa  da  onu  bu  yola  gətirən  şəxs  tapılmaz.  Bizə məlumdur  ki,  bu  saat

Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir.

P ə r i c a h a n x a n ı m. Mənə bu təklifi kim edir?

H a d i l ə l ə. Cahangir ağa.

P ə r i c a h a n

x a n ı m.  Kim?  Cahangir,  mənim  sevgilim,  nişanlım

əmizadəm? Yox, yox elə iş ola bilməz, inanmıram.

H a d i l ə l ə. Buyur, öz dəst-xətti ilə sizə yazdığı məktub. (Verir.)

P ə r i c a h a n x a n ı m (məktubu açıb oxuyur.) Ah! Doğru. Cahangir bolşevik

olub.  Ordu  başında  durubdur, əcdadının  yurdunu  da  tutmaq  istəyir.  Ah,  ağlım

çaşır!  Otaq  başıma  fırlanır.  Cahangir,  Cahangir,  hansı  şeytana  aldanıb  belə alçaq,

gədəyə yaraşan  vəzifəni  öhdənə götürmüsən?!  Məni  də,  sevgili əmizadəni,

məhəbbətin  uğrunda  atəşə yanan  nişanlını  da  belə yola  dəvət  edirsən?  Yox,  yox,

mən  sənin  kimi  alçaq  olmaq  istəmirəm. Əcdadımın  yurdunu,  şərəfini  sənin  kimi

düşməndən müdafiə etməyə hazıram. Onun uğrunda canımı fəda etməyə hazıram.

Hadi  kişi,  ağan  Cahangir  məndən  cavab istəyir.  (Məktubu  cırıb  Hadi  lələyə



atarkən.) Bu mənim birinci cavabım. (Sonra boynundan qızıl medalyonu, içindəki

Cahangirin rəsmi ilə bərabər çıxarıb Hadi lələyə atır.) Al, tam üç ildir ki, bu rəsmi

ürəyim  üstə sevə-sevə saxlamışam.  Gecələr  onu  bağrıma  basıb əzizləmişəm,

öpmüşəm. Ta hicran oduna dözüb təsəlli tapmışam. Hadi kişi...

H a d i l ə l ə.  Pəricahan  xanım,  kifayətdir.  Məni  oda  yaxma.  Mən  sənin

lələnəm.  Səni  də Cahangir  ağa  kimi  bu əllərim  üstə bəsləmişəm.  Mənə Hadi  kişi

demə.


P ə r i c a h a n x a n ı m.  Bolşevik  tərəfinə keçmiş  lələni  mən  istəmirəm.

Dinlə, üçüncü verəcəyim cavab qaldı. Bilirsənmi o nədir?

H a d i l ə l ə. Xeyr, xanım.

P ə r i c a h a n x a n ı m. İndi görərsən, çıx, ey itlərcə qəlbimdə məskən etmiş

ilan!  Çıx,  ey  zəhərli,  məni  atəşə yaxan  məhəbbət.  Orada  indi  başqa  məhəbbət,

başqa eşq aşiyan edəsidir. Hadi kişi, Cahangirə de ki, Pəricahanın ürəyi onun üçün

daha qapanmışdır. Açmaq istəsə xəncərlə gəlsin. İndi gedə bilərsən.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə