Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə22/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   18   19   20   21   22   23   24   25   ...   135

Milli Kitabxana

70

Ə m i r a s l a n a ğ a. Çox gözəl xəbərdir!



S ə l i m b ə y. Əmiraslan ağa, nə deyirsən? Çox gözəl xəbərdir?!

M e h r ə l i b ə y. Əmiraslan ağa, haçandan bolşevik tərəfdarı olmuşsunuz?

Ə m i r a s l a n a ğ a. Səndə haçandan ağlını  itirib  məndən belə səfeh  sual

edirsən?


M e h r ə l i  b ə y. Doğru  buyurursan,  bu  xəbəri  eşidəndən  bəri  ağlımı

itirmişəm.

Ə m i r a s l a n a ğ a. Doğrudanda, biz bir-birimizi anlamırıq. Oturun görüm,

bu  xəbər  sizi  nə üçün  belə çaşdırmış?  Qəhrəman  dağıstanlılar  düşmənimiz

bolşeviklərə elə bir toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar.

B ə y l ə r (gülüşürlər.) Ha-ha-ha...

Ə m i r a s l a n a ğ a. Nəyə gülürsünüz?

M e h r ə l i

b ə y. Öz  halımıza  gülürük.  Görünür, əhvalatdan  müxbir

deyilsiniz. Qubernator Nadir bəyə Bakıdan teleqraf vasitəsi ilə xəbər vermişlər ki,

müsavat  hökuməti  bolşeviklərə təslim  olmuşdur.  İndi  orada  Şura  hökuməti

qurulmuşdur.

Ə m i r a s l a n a ğ a. Bu xəbər səhihmidir?

M u x t a r b ə y. Bəli, doğrudur, teleqrafı Nadir bəydən alıb özüm oxumuşam.

Ə m i r a s l a n a ğ a. Teleqraf nə vaxt gəlmiş?

M u x t a r b ə y. Bu gün səhər.

Ə m i r a s l a n a ğ a. Bəs nə üçün Nadir bəy mənə məlum etməmiş?

M  u  x  t  a  r. Ədil bəy orada  idi.  Yəqin  onunla  xəbər  göndərəcəkdir.  O  da

gələcəkdi, ancaq mən onu gözləyə bilmədim, tez çıxdım. Odur özü gəlir.

Ə d i l b ə y daxil olur.

Ə d i l b ə y. Yoldaşlar, salaməleyküm.

Ə m i r a s l a n a ğ a. Ah, yeno qulağıma bu söz dəydi!

Ə d i 1 b ə y. Əzizim, nə üçün ovqatım təlx edirsən? Yoldaş, yəni birlikdə yola

çıxan  adam,  məsələn:  Muxtar  bəy  məni  gözləməyib  qaçdı,  yoldaşlıq  etmədi. İndi

hansınızdan muştuluq almışsa, ona şərikəm.

Ə m i r a s l a n

a ğ a. Ədil,  zarafatı  burax,  mənə Nadirdən  nə xəbər

gətirmişsən?




Milli Kitabxana

71

Ə d i l b ə y.  Buyur,  öz  mübarək  dəsti-xəttilə yazılmış  məktubu.  (Məktubu



verir.)

Ə m i r a s l a n a ğ a. (məktubu oxuyarkən). Biqeyrətlər! Binamuslar, vətəni

satanlar!  Görəsən  hərəsi  nə qədər  rüşvət  almış.  Bəs  batmış  müsavat əsgərləri

harada qalmışlar? (Hirslə məktubu cırıb atır.)

Ə d i l b ə y. Hansı əsgərləri deyirsən? Xan, bəy, tacir övladlarından toplanmış

əsgərlərimi?

M e h r ə l i b ə y. Ədil bəy, biz buraya bir-birimizə tənə, məzəmmət etməyə

yığışmamışıq. Sənin də oğlun olsaydı, hamıdan tez İrana, Turan qaçırtmışdın. Biz

buraya, Əmiraslan ağanın məsləhətinə toplaşmışıq. Nə tədbiri varsa, buyursun.

Ə m i r a s l a n a ğ a. Müsavat hökuməti bolşeviklərə təslim olmuşdur, fəqət

mən  Hidayət  ağanın  oğlu Əmiraslan  elə dinsizlərə təslim  olmaram.  Buyursunlar,

zor  ilə tabe  etdirsinlər.  Bu  mənim  cavabım!  Hansınız  mənimlə həmrəydir,

buyursun, gözüm üstə yeri var. Hər kəs papaq əvəzinə başına arvad yaylığı örtmək

istəyirsə,  ona  da  yol  açıqdır.  Getsin,  bolşeviklərə qul  olsun.  Bu  mənim  sizə

deyəcək axırıncı sozüm. O babalarım tərəfindən təmir olunmuş "Laçın yuvası" adlı

qalanı  görürsünüzmü?  (Barmağı  ilə açıq  pəncərədən  görünən  köşkü  göstərir.)

İdiyədək  bir  düşmənə təslim  olmamış,  nə qədər  də mən  sağam  təslim

olmayacaqdır.

Ə d i l b ə y. Babaların onu kimin qüvvəsi ilə saxlamışlar?

Ə m  i r a s l a n a ğ a. Doğrudur.  İndi həmin  kəndlilər  daha  siz  ağalara  qul

olmaq istəmirlər. İndi onlar "Cəmi insan birdir" deyə haqlarım tələb edirlər.

M u x t a r b ə y. Haqlarını tələb etsələr, dərd yarıdır. İndiyə kimi yerləri bizim

üçün becərmişlər, qoy indi də özləri üçün becərsinlər, lakin onların fikri hökuməti

özlərindən qurub, bizlərə ağalıq etməkdir.

Ə m i r a s l a n

a ğ a.  Ha-ha-ha...  Həsənqululardan,  cənnətəlilərdən,

fatmanisalardan  hökumət!  Dünya  dəli  olmuşdur?  Dayanın,  bu  saat  o  hökumət

üzvlərini  sizə təqdim  edəcəyəm.  (Qışqırır.) Əhməd,  Səməd,  Səfər.  (Nökərlər  cəld



daxil  olurlar.)  A  gədələr,  bu  saat  cəmi  xidmətçiləri  buraya  toplarsınız,  deyin  ağa

çağırır. Gec gələnin dərisi qırmancımın altında çıxacaqdır.

N ö k ə r l ə r. Baş üstə, ağa.

Ə m i r a s l a n a ğ a. Haydı!

Nökərlər cəld çıxırlar.



Milli Kitabxana

72

S ə l i  m b ə y. Bu  axır  vaxtlarda  kəndlilər  lap  yollarından  çıxmışlar.  Biz



ağalarına əsla itaət etmirlər.

H e y d ə r b ə y.  Bizlərin  cümləsindən  ağıllı Ədil bəy çıxdı.  Vaxtında  cəmi

mülkünü  satıb,  pullarını  ciblərinə doldurdu.  İndi  asudə yeyib-içib  gəzir.  Nə mülk

və nə də övlad dərdi çəkir. Bir arvadı var, o da özündən qocadır.

Ə d i l b ə y. Mənə kəndlilər tərəfindən heç vaxt xata toxunmaz, çünki mülküm

də olan  zamanı,  indi  də onlarla ədalətlə rəftar  etmişəm.  Dar  günlərində onlara

kömək  etmişəm.  Onlarla  bərabər  hər  fəsildə qan-tər  içində işləyib  torpaq

becərmişəm,  kəndlilər ilə dostluq  edib  evimə çağırmışam,  evlərinə qonaq

getmişəm.  Mən  onlarla  belə rəftar  edib  mülkədar  olmuşam.  Siz  nə cür  rəftar

etmişsiniz? Kəndlilər qırmancdan başqa sizdən bir mehriban söz eşitməmişlər...

Ə m i r a s l a n  a ğ a. Çünki sənin baban kəndli olmuş. Nəcabətdə sənin haqqın

yoxdur.


Ə d i l b ə y. Oraya əl atsaq, çoxlarınızın babalarının xanların qapısında nökər

və mehtər olduğu meydana çıxar.

M e h r ə l i b ə y. Ədil bəy, mənim silsiləmdə kimsənin qapısında nökər və ya

mehtər  olmuş  şəxs  yoxdur.  Mənim  ulu  babam,  Nadir  şahın

müqərrəb

sərkərdələrindən olmuşdur.

M u x t a r b ə y.  Mənim əcdadım  da  elə alçaq vəzifə sahibi  olmamışdır.

Mənim nəslim şanlı, şərəfli Turanın cahangiri Teymur xanın nəslindəndir. Şübhən

var isə tarixə bax.

Ə d i l b ə y (rişxəndlə).  İnanıram, əzizim,  tarixə baxmağa  lüzum  yoxdur.

Ancaq  bilmirəm  nə üçün  Teymur  xanda  dayandın?  Yuxarı qalxmadınız?  Odu,

Heydər bəy qurcalanır. Bu saat əcdadının ululuğunu aparıb Nuha çıxardacaqdır.

H e y d ə r b ə y. Necə? Yoxsa mənim nəslimin qədimliyinə şübhə edirsən?

Ə d i l b ə y. Xeyr, əstəğfürullah! Sənin familiyan İranın əski Keyan mülkünün

nəslindəndir.  Səlim bəyinki  daha  qədimdir.  Pişdadyan  sülaləsindən  Cəmşidin

doğmaca  nəvəsindən törəyibdir. Əmiraslan  ağa  isə o,  Tütəng  xanın  övladından

törəmədir, Tütəng xan da Nuh Nəbinin doğmaca nəticəsidir.

Bu halda Əhməd, Səməd, Səfər, Sənəm və bir dəstə arvad, uşaq, kişi qorxa-qorxa daxil

olurlar.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə