Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə30/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   26   27   28   29   30   31   32   33   ...   135

Milli Kitabxana

94

S ə n ə m. Vay, xanıma nə oldu?



G ö v h ə r x a n ı m. Sənəm məni qaldır. Divanın üstə apar...

Sənəm onu qaldırıb divanın üstə uzadır.

G ö v h ə r x a n ı m.  Sənəm,  ölürəm,  amma  bu  dünyadan  nakam  gedirəm...

Oğlumu görməyib gedirəm... Onun toyunu etməyib gedirəm... Ah, Cahangirim, bir

səni görəydim... Axirətə rahat gedəydim.

S ə n ə m (kənara). Ah, ürəyim davam etmir. İstəyirəm sirri açıb deyəm. Yox,

qoy bilməsin.

G ö v h ə r x a n ı m. Sənəm, gözlərimə qaranlıq çökür... sənəm, Pəricahana de

ki, əmmən  vəsiyyət  etdi...  Cahangiri  axtarıb  tapsın...  Ona  getsin.  Nəslimiz

kəsilməsin.

Səsi kəsilir.

S ə n ə m. Ah, yazıq arvad öldü. Müsibətli öldü. Dərdli-qəmli öldü. Yaxşı insan

idi,  heç  kəsi  incitməzdi.  Bu  uzun  müddətdə ondan  bir  acı  söz  eşitmədim.  Başqa

xanımlar kimi olmayıb, bir kəsə əziyyət verməzdi. Çox cəfa çəkdin, indi rahat yat.

Gedib yorğan gətirib üstünə salır. Pəricahan daxil olur.

P ə r i c a h a n x a n ı m. Sənəm, qala alındı. İndi buraya gələcəklər, qaçmaq

lazımdır. Əmməm  də yatmış.  Onu  durquzmaq  lazımdır.  Sənəm  (ağlar  səslə).  O

daha durmaz... Pəricahan xanım.Nə deyirsən? Əmməmə nə olmuş?

Sənəm ağlayır.

P ə r i c a h a n x a n ı m. Ah,  yazıq əmməm!  (Gedib  divanın  önündə diz



çökür.) Yat, rahat ol! Sən bizdən xoşbəxtsən, sən bəlaları görməyəcəksən.

S ə n ə m. Xanım vəsiyyət etdi ki, Pəricahan Cahangiri tapıb-ona getsin. Ondan

ayrılmasın.

P ə r i c a h a n x a n ı m. Ey biçarə əmməm! Pəricahan onu tapdı, Sözlərinə

baxmadı, yenidən itirdi. Nə etməli? Qəzanın istədiyi bu imiş.

Əmiraslan ağa başı açıq, tükləri pərişan, dəli halda daxil olur.




Milli Kitabxana

95

Ə m i r a s l a n a ğ a



.

Mən haradayam?.. Hə, bildim. Bayquş yuvasında. Mən

Rüstəm Zalam... Ey igid bəylərim! İrəli! Vur! At!

P ə r i c a h a n x a n ı m. Ah, bəla üstə bəla! Əmücəm dəli olmuş.

Ə m i r a s l a n a ğ a

.

Yenə qırmızı! Ora qırmızı, bura qırmızı. (Pəricahana.)



Sən  kimsən?  Hə,  sən  də qırmızı,  o  yatmış  da  qırmızı,  cəmi  cahan  qırmızı!..  Mən

qırmızı  sevmirəm. (Divara  baxır.)  Çəkil,  sənə deyirəm,  çəkil,  çəkil!  (Tavana



baxır.) Oradan ilan sallanmışdır. Ah, düşdü! Necə oldu? Haraya girdi? (Arayır.) A,

budur,  girdi (Döşünü  cırıb  baxır.)  Hə... ürəyimə girmək  istəyir...  Qoymaram...

(Qəməsini çıxarıb ürəyinə soxarkən.) Öl, müzürr heyvan!..

P ə r i c a h a n x a n ı m. Ah! Əmücəm özünü öldürdü!.. Cahangir, Cahangir!

Şan-şöhrətli xanədanın viran etdin, gəl tamaşaya.

Cahangir əlində qırmızı bayraq, Ədil bəy, Hadi lələ, Həsən, bir dəstə qoşun əhli və bir

dəstə arvad-uşaqla daxil olur.

P ə r i c a h a n x a n ı m. Bax, gülləndən ölmüş anana! Bax, dəli olub xəncəri

ilə özünü öldürmüş atana, tutduğun əmələ tamaşa et! Ürəyin şad olsun!

Cahangir ağa. Poricahan, zülm ilə qurulmuş bina, ziilm ilə qurulmuş xanədan -

axırda fot olar. Heç kəs önünü ala bilmoz. Mane olanlar belə fot oiarlar. Indi yeni

dünya  zühur  etmiş. Əski  dünya əski  qanunları  ilə gerek  yıxılsın.  Poricahan,  nə

üçün bu əski, zülmkar, tökdüyü qanın içində boğulan dünyadan əl çəkmirsən? Bu

Öliilər için-de qalmaqmı istəyirsən?

P ə r i c a h a n. Yox, istəmirəm.

C a h a n g i r. Bu inqilab bayrağı altına gəlirsənmi?

P ə r i c a h a n. Bəli, gəlirəm! (Onun tərəfinə keçir.)

C a h a n g i r. Bu şanlı bayrağı al, ona and iç.

P ə r i c a h a n (alır.)  Ey  qırmızı  inqilab  bayrağı!  Bu  gündən  bütün  ömrümü

sənin yolunda çalışmağa, qurban verməyə and içirəm.

H a m ı. Yaşasın Pəricahan!

Pərdə



Milli Kitabxana

96

MOLLA NƏSRƏDDİN BAKIDA



Bir pərdəli, dörd şəkilli pyes

İŞTİRAK EDƏNLƏR

M o l l a N ə s r ə d d i n.

P i n ə ç i Q a f a r.

M i r z ə F ə r ə c.

V ə l i b ə y - sabiq mülkədar bəy.

A ğ a S a l e h - zavod sahibi.

A ğ a Ş i r ə l i - burjua.

E r m ə n i k e ş i s i.

İ v a n o v a - rus qadını.

C a v a d

R ə c ə b

}spekulyantlar

M i l i s i o n e r.

M e m a r - rus.

Ş a h s ə n ə m - Qafarın arvadı.

G ü l p ə r i - Mirzə Fərəcin arvadı.

Ç ö r ə k ç i.

BİRİNCİ ŞƏKİL

Səhnə bir  karvansara  qapısını  göstərir.  Qapının  sağ  tərəfində Mirzə Fərəc əlləri

qoynunda qəmgin oturub məktub  yazdıran gözləyir. Onun qabağında bir balaca  masa, üstə

kağız,  qələmdan və bir  balaca  kasa  içində məktub  qurulamaq  üçün  qum.  Digər  tərəfdə

Pinəçi Qafar çust yamayır.

P i n ə ç i Q a f a r (oxuyur.)

Pinəçi mənəm, işləsəm mədarım keçməz mənim.

Bu qışı burada qışlamasam mədarım keçməz mənim.

(Mirzə Fərəcə) Kişi keyfin olsun! Sən də mənim kimi oxu, gül, de, danış.

M i r z ə F ə r ə c.  Sənin  keyfin  kökdür,  onun  üçün  də oxuyursan.  Mən  niyə

oxuyum? Gündəlik çörək pulumu qazana bilmirəm.



Milli Kitabxana

97

Molla Nəsrəddin daxil olur.



M o l l a N ə s r ə d d i n. Səlaməleyküm, ey bitli-sirkəli qardaşlarım! Çoxdan

bəridir sizdən xəbərim yoxdur. Gəldim, görüm ruzigarınız necə keçir?

P i n ə ç i Q a f a r. Və əleyküməssəlam, Molla əmi! Sən buraya xoş gəlmisən.

Dayan, sənin üçün bu saat bir hava da oxuyacağam. (Oxuyur.)

Molla dayı sən bura xoş gəlmisən,

Harada idin bəs niyə gec gəlmisən?

Ağaları əski haldan salmışıq,

Mülklərini əllərindən almışıq.

M o l l a N ə s r ə d d i n. Mirzə Fərəc, Pinəçi Qafarın keyfi ulduza hürür. Sən

niyə gəmilərini bolşeviklər almış xozeyinlər kimi qəm dəryasına batmısan?

M i r z ə F ə r ə c. Molla dayı, Pinəçi Qafarın keyfi ulduza hürür. Kommunxoz

yoldaşın dövlətindən  mən  də dilənçi  halına  düşmüşəm.  Tovariş  Narkomprosun

əməlindən.

M o l l a N ə s r ə d d i n.  Hə, başa düşürəm,  yəqin Pinəçi Qafara amerikalı

yoldaşı kommunxozdan böyük pul çatıbdır. Onun üçün də keyfi kökdür.

P i n ə ç i  Q a f a r  (gülür.)  Molla əmi,  yoxsa  badı-buduçu  Məşədi

Məhəmmədəlini deyirsən?

M o l l a N ə s r ə d d i n. Hə, hə, onu deyirəm, sənin dostunu. Tiflisdə badı-

budu  satardı.  Səhərdən  axşama  kimi  səsi  kücələrdən  kəsilməzdi.  Oylə çağırardı:

badı-buduya, sibindiyya, ay badı-budu!

Gülüşürlər.

P i n ə ç i Q a f a r. Məşədi Məhəmmədəli bir yerdə oturmağı sevməzdi. Badı-

budu sata-sata, gəzməmiş şəhər qoymamışdı.

M o l l a N ə s r ə d d i n. Bir gün Məşədi Məhəmmədəli idarəyə gəlib dedi:

Molla əmi  jurnalında  yaz  ki,  badı-budu  satan  Məşədi  Məhəmmədəli  Amerikaya

badı-budu  satmağa  gedir.  Şəklimi  də çək.  Məni  də bərk  tərif  et.  Yaz  ki,  dünyada

birinci badı-buduçudur. Hər kəs onun noğul kimi badı-budusunu yesə, ömrü uzun

olar, özü də cavanlaşar. Dedim, a lotu, kələyin nədir? Dedi: Molla əmi, xozeyin




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə